In 1996 he graduated from the faculty of law of Istanbul University in Turkey and worked as a lawyer in Istanbul. In 2001 he received Master’s degree from Public Administration Institute for Turkey and the Middle East (PAITME) in Ankara and got a expert address on law and administration. He passed one year special training on the specialty of lawyer at Istanbul Bar Association of Lawyers.
12 Mart 2016 Cumartesi
9 Mart 2016 Çarşamba
Cənablar, öncə 661 milyon manatın hesabını vermək lazımdır
Bu gün məlum oldu ki, Azərbaycan Teleradio Şirkətinin 11 ildir rəhbəri kürsüsündə oturan Alışanov Azərbaycanda jurnalistika deyəndə ağıla ilk gələn adlardan biri olan Qulu Məhərrəmliyə qarşı Xüsusi ittiham qaydasında cinayət işi başladıb.
O, Qulu müəllimin Cinayət Məcəlləsinin iki maddəsi ilə - 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Bu iddianın boş və cürük bir iddia olması bəri başdan məlumdur. Bu barədə sonra yəqin ki daha geniş yazacağam.
Lakin mənim diqqətimi çəkən Cənab A.Alışanovun bu günkü vəzifəsinə 16 avqust 2006-cı ildə təyin edən Prezidentin bir başqa sərəncamından “xəbərsiz” olmasıdır. Onu vəzifəyə təyin edən Prezident, 2011-ci ilin 27 dekabr tarixində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsinə dair başqa bir Sərəncam imzalayıb. Həmin proqramın 1.2.7.-bəndində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvələ olunub ki, 2012-ci il ərzində Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlasın və Parlamentə təqdim etsin. Məntiqlə Prezident bu Sərəncamı imzalamaqla Alışanovun Qulu müəllimi tutdurmaq istədiyi 147 və 148-ci maddələrin Cinayət Məcəlləsindən çıxarılmasını istəyib. İndi çox maraqlı vəziyyət yaranıb, Az TV-nin rəhbərinin bu təşəbbüsü həm də bir səmimiyyət testi olacaq.
Bu xəbəri oxuyanda ağlıma gələn ilk məqam, Alışanovun vəzifədə olduğu 11 ildə dövlətdən nə qədər vəsait alıb, nə qədər hesabat verdiyini araşdırmaq oldu. Qarşıma çıxan rəqəmləri sizinlə də paylaşıram. 2006-2016-cı ilər ərzində, yəni 11 ildə Dövlət büdcəsindən bu günkü dollar dəyəri ilə tam 407 milyon 404 min 671 Amerikan dolları, yəni bu günkü manat kursu ilə 661 milyon132 min manat vəsait alıb. Bu bütünlükdə Dövlətin bütün mediaya, media dəstək fondlarına, nəşriyyata və s. ayırdığı pulun da 58,32% -i təşkil edir. Araşdırmada 661 milyon manatın heç olmasa bir hissəsinin hesabatını belə tapa bilmədim. 11 ildə 661 milyon manata hökm edən bir şəxsin sadə bir tənqidə belə reaksiya verib, cəmiyyətdə hörmət duyulan bir şəxsin həbsini istəməsi həm də hesab vermədiyi cəmiyyətə meydan oxumaqdır. Öncə 661 milyon manatın hesabını vermək lazımdır Cənablar!
Milli Məclisin fəaliyyətini qiymətləndirdik
"2015 ci ildə Milli Məclisdə son 20 səsvermədə bütün hallarda qərarlar 99 faiz lehinə olmaqla qəbul edilib. Indiyə qədər parlamentin hökumətdən əvvəl təklif irəli sürdüyünü görməmişəm" - Ələsgər Məmmədli
"2015-ci il tariximizdə qaçırılmış fürsətlər ili kimi qalacaq"
"2015-ci il tariximizdə qaçırılmış fürsətlər ili kimi qalacaq" - Ələsgər Məmmədli, Hüquq İşığında 14
Azərbaycanda İnternet Medianın vəziyyəti
"Azərbaycanda interneti medianı məhdudlaşdırmağa çalışacaqlar, amma bu baş versə ölkə dünya sivilizasiyasından tamamən qopacaq və bu da uzun sürməz" - Ələsgər Məmmədli, Aktual #45
Öz yanlışlarını görməyən hökumət uçurumun kənarında olduğunun da fərqində olmayacaq...
Jurnalist Aynurə Heydərovanın Suallarını cavabladıq
Ələsgər Müəllim, Ədliyyə Nazirliyinin kollegiyası “Qeyri-hökumət təşkilatlarının, xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin
öyrənilməsi Qaydaları”nı təsdiq edib. Bununla bağlı mövqeyinizi öyrənmək istəyirik.
Sual: Ədliyyə Nazirliyinin
qeyri-hökumət təşkilatlarının, xarici QHT-lərin nümyəndəliklərinin fəaliyyəti ilə bağlı hazırladığı qaydalar
barədə fikriniz maraqlıdı. Sizcə bu nə deməkdi və bu dəfə niyə dəyişikliklərə
ehtiyac duyuldu?
Ələsgər Məmmədli: Bu
Qaydaların bu şəkildə təsdiq olunması son 2 ildə ölkədə QHT sektoruna qarşı
başladılan məhdudlaşdırma prosesinin dayanmadığını, son sürətlə davam etdiyini
göstərir. Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən hazırlanan bu Qaydalar
birmənalı olaraq qanunvericiliyin müəyyən etdiyi sərhəddi aşır və QHT və xarici
dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə əlavə öhdəliklər,
vəzifələr yükləyir. Bu isə QHT-lərin fəaliyyət sferasını qanunla nəzərdə
tutulduğundan artıq məhdudlaşdırmaq deməkdir. Deməli, ölkədə birləşmək
azadlığına ciddi müdaxilə edilir. Bu müdaxilə həm Konstitusiyanın 58-ci maddəsində
göstərilən birləşmək azadlığına, həm də ratifikasiya etdiyimiz Avropa İnsan Hüquqları
Konvensiyasının 11-ci maddəsinə (birləşmək azadlığı) ziddir.
Sual: 2011-ci
ildən, əvvəl sənəd üzərində müstəqil QHT-lərə olan basqaılar, sonra həm sənəd
həm də real həyatdakı basqılar bəzil QHT
rəhbərlərinin həbsinə, digərlərinin bağlanmasına səbəb oldu. Sizcə hakimiyyətin
istəyi nədi? Problemi eşitməməkdirsə, hazırda yenə problemlər səslənir. Özü də
daha qabarıq. Bunu şərh edərdiz?
Ələsgər Məmmədli: 20014-cü ilə
gəldiyimizdə Azərbaycanda demək olar ki siyasi fəaliyyət imkanları maksimum
daraldılmış, sərbəst toplaşmaq hüququ məhdudlaşdırılmışdı. Siyasi partiyalar,
siyasi fəaliyyət göstərən şəxslər bu və ya digər formada ciddi çərçivəyə
salınmışdır. Media da bu prosesdən nəsibini almış, bütün teleradiolar tək
iradəyə, hökumətin iradəsinə tabe edilmiş, bir çox müstəqil qəzet sıradan
çıxarılmış, internet üzərindən də çoxsaylı maliyyələşmə mənbəyi şübhəli olan,
amma hökumətin gizli əli ilə maliyyələşən online mətbuat yaradılmışdır. Tək
istisna, müəyyən QHT-lər və Xarici
QHT-lərin nümayəndəlikləri vətəndaş cəmiyyətinin inkişafı üçün səy göstərir,
müstəqil fəaliyyət üçün müəyyən qrantlar ayırır və bu çərçivədə tam olmasada
qismən hökumətə ictimai nəzarəti həyata keçirirdi. Hökumət, yeganə fəaliyyət
göstərən bu sektoru da susduraraq, öz yanlışlarını göstərən güzgünü qırmaq qərarına
gəldi. 2013-cü ilin 17 dekabrında Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında Qanuna
edilən məhdudlaşdırıcı dəyişikliklər 2014-cü ilin fevralında qüvvəyə mindi və
dərhal QHT və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinə qarşı
başladılan məşhur cinayət işinə start verildi. Çox sayda QHT-nin hesabına həbs
qoyuldu, ofisləri bağlandı, məsul şəxslər qondarma ittihamlarla həbsə atıldı,
onlarla QHT fəalının ölkədən çıxışına qadağa qoyuldu, qrantların icrası
dayandırıldı, yeni qrant alma yolu bağlandı, bank əməliyyatlarına blok və
məhdudiyyət qoyuldu. Beləliklə, illik 50-60 milyon dollarlıq qrant alıb,
vətəndaş cəmiyyətinin inkişafına, hökumətin şəffaflığına, korrupsiyanın
önlənməsinə nəzarət edən, vətəndaşları maarifləndirən, peşəkarlığı artıran,
yeni vərdişlər öyrədən, xeyriyyəçilik edən, sosial problemləri həll edən QHT
sektoru iflic edildi və mövcud olma mübarizəsinə tərk edildi.
Hökumət
düşündü ki, onun problemlərini deyən QHT sektorunu da sıradan çıxarmaqla,
problemi bitirəcək və hər kəs onu tərifləyəcək. Amma bu özünü aldatmaqdan başqa
bir şey deyil. İndi artıq problemləri yerli QHT-lər bəlkə yüksək səslə deyə
bilmir, hesabatlar ortaya qoya bilmir. Lakin bu dəfə beynəlxalq tribunalarda
bunu birbaşa məsul qurumların rəsmiləri dilə gətirir, dünya mətbuatı bunu yazır,
yayır. Ayrıca, QHT sektorunu bitirməklə, problem bitməz. Çünki, problemlərin
böyük əksəriyyəti idarəetmədəki problemdir, məmur özbaşınalığı, qanunların heçə
sayılmasının, korrupsiyanın yaratdığı problemlərdir. Belə olmasa, ölkədə bir
ildə manat 100% dəyərdən düşməz, işsizlik baş alıb getməz, iş yerləri
bağlanmaz, sadə əhali etirazlarla küçələrə çıxmazdı. Bunları QHT-lər etmirdi.
Tam tərsi, QHT-lər əlavə vəsaitlər ölkəyə cəlb edir, hökumətin həll etmədiyi,
yaxud resurs ayıra bilmədiyi sferalara, icmalara vəsait ayırır, problemlərin
həllinə yardımçı olurdu...
Sual: Qayıdaq qaydalara, QHT-lərlə bağlı 30-cu maddəyə əlavələr edilənə kimi (səhv eləmirəmsə) bu yoxlamalar zatən Ədliyyə Nazirliyininn Qeydiyyat və Notariat baş idarəsi tərəfindən aparılırdı. Bu dəfə iştirak edən qurumlar hansılardı və əvvəlki yoxlamalardan hazırkılar nə ilə fərqlənir?
Ələsgər Məmmədli: Əslində, Qanunda nəzarət funksiyası Ədliyyə Nazirliyinə tanınıb. Burda bir ziddiyyət yoxdur. Bilirsiniz ki, 17 Dekabr 2013-cü ildə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanuna 30-1 maddə əlavə edildi. Diqqət edilməsi zəruri məsələ budur ki, qanuna əlavə edilən maddə bütünlükdə QHT-lərin fəaliyyətini öyrənmək və onlara yeni öhdəliklər yükləmək yox, onların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsini nəzərdə tuturdu. Əslində bu normanın özü də birləşmək azadlığı konteksindən baxdıqda, qanunvericiliyə gətirilməsi üçün demokratik cəmiyyətdə nə qədər zəruridir sualına cavab vermir. Amma məsələ bundadır ki, Ədliyyə Nazirliyinin yazdığı “Qaydalar” sanki hansısa dövlət qurumunun kargüzarlığının aparılması qaydalarıdır. O qədər detallı və müdaxiləçi.
Sual: Qayıdaq qaydalara, QHT-lərlə bağlı 30-cu maddəyə əlavələr edilənə kimi (səhv eləmirəmsə) bu yoxlamalar zatən Ədliyyə Nazirliyininn Qeydiyyat və Notariat baş idarəsi tərəfindən aparılırdı. Bu dəfə iştirak edən qurumlar hansılardı və əvvəlki yoxlamalardan hazırkılar nə ilə fərqlənir?
Ələsgər Məmmədli: Əslində, Qanunda nəzarət funksiyası Ədliyyə Nazirliyinə tanınıb. Burda bir ziddiyyət yoxdur. Bilirsiniz ki, 17 Dekabr 2013-cü ildə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanuna 30-1 maddə əlavə edildi. Diqqət edilməsi zəruri məsələ budur ki, qanuna əlavə edilən maddə bütünlükdə QHT-lərin fəaliyyətini öyrənmək və onlara yeni öhdəliklər yükləmək yox, onların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsini nəzərdə tuturdu. Əslində bu normanın özü də birləşmək azadlığı konteksindən baxdıqda, qanunvericiliyə gətirilməsi üçün demokratik cəmiyyətdə nə qədər zəruridir sualına cavab vermir. Amma məsələ bundadır ki, Ədliyyə Nazirliyinin yazdığı “Qaydalar” sanki hansısa dövlət qurumunun kargüzarlığının aparılması qaydalarıdır. O qədər detallı və müdaxiləçi.
Məsələn, qanunda QHT-nin fəaliyyətinin öz
nüzamnaməsinə uyğunluğunun öyrənilməsindən bəhs etdiyi halda, Qaydaların 1.8-ci
bəndi “fəaliyyəti öyrənilərkən
hüquqpozuntularına şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması
ilə yanaşı, onların təhlilinə və
qabaqlayıcı tədbirlərə də diqqət yetirilməlidir”- deyir. Bu Qanunda nəzərdə
tutulmadığı halda, Ədliyyə Nazirliyi tərəfindən qanunverici orqanın yerinə
keçib yaratdığı yeni normadır. Yaxud,
Ədliyyə Nazirliyi tərəfindən “QHT-lərə fəaliyyətlərində qanunvericiliyin
tələblərinə əməl edilməsinin təmin olunması ilə əlaqədar dövri təlimlər təşkil
edilir”- deməklə, sanki QHT-lər dövlət idarəetməsində icranın aşağı qoludur
və onlar təlimləndirilir. Halbuki, QHT-lər məhz həmin Ədliyyə Nazirliyinin də
fəaliyyətinə ictimai nəzarət həyata keçirə bilməlidir. İndiki halda elə
yanaşılır ki, QHT-lər icradan asılı, onların tabeliyində olan bir aşağı
qurumdur.
Qaydaların 2.3-bəndi ümumiyyətlə absurddur. “2.3.QHT-lər fəaliyyətlərinin öyrənilməsi zamanı ədliyyə orqanına təqdim
etmək üçün öz yazışmaları üzrə
kargüzarlığı aparmalı, həyata keçirdiyi layihələrin, maliyyə və mühasibat
sənədlərinin, bağladığı müqavilələrin və digər sənədlərin təsdiq olunmuş
surətlərini ayrıca qovluqda saxlamalıdırlar.” Ədliyyə Nazirliyinə
soruşmaq lazımdır ki, QHT-nin Nizamnaməsində, Əsasnaməsində habelə, QHT-lərə
belə bir məsuliyyət yükləyən heç bir Qanunda belə bir norma olmadığı halda, siz
hansı əsas və səlahiyyətlə qanunverici səlahiyyətini mənimsəyərək, QHT-lər üçün
belə “vəzifə” müəyyən edirsiniz?
Sizə bu səlahiyyəti kim və hansı qanunvericiliklə verib?
Bu Qaydaları bu formada qəbul edən Ədliyyə Nazirliyi həm Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında Qanunun 30-1 maddənin tələbini pozub, həm də Milli Məclisin səlahiyyətini mənimsəyib. Bu
birbaşa konstitusiyanın 94-cü maddəsinin 1 və 10-cü bəndlərinin pozulmasıdır və
mən düşünürəm ki, QHT-lər bu normanı məhkəmədə mübahisələndirməli, Konstitusiya
məhkəməsinə götürməlidirlər.
Qaydaların 2.4-cü bəndi də eyni mahiyyətdədir və Ədliyyə Nazirliyinin
səlahiyyətlərini aşmasıdır. Müddətlərlə bağlı müddəalar da konkret QHT-lərin
fəaliyyətinə maneə yaradan normalardır. Aylarla yoxlama tədbirləri davam edə
bilər. İctimai funksiya həyata keçirən, könüllü birləşərək, öz resursunu yaradan
və fəaliyyət göstərən ictimai birliklər üçün belə normaların gətirilməsinin legitim hüquqi dayanağı yoxdur.
Ümumiyyətlə, Ədliyyə Nazirliyi dərk etməli idi ki, onlar öz qurumlarının
rəsmilərinin davranışı üçün qayda hazırlaya bilər, QHT-lər üçün yox. Çünki,
QHT-lər Qanunlarla və öz Nizamnamə və əsasnamələri ilə fəaliyyət göstərir.
Onlar yanlız Qanunlarda və daxili sənədlərində mövcud olan vəzifələri icra
etməlidir. Əsasnamə Ədliyyə Nazirliyinin əməkdaşlarının yoxlama ilə bağlı
prosedurlarını tənzimləməlidir, QHT-yə vəzifə yükləməməlidir.
Sual: Necə
düşünürsüz bu qaydalarla xarici təşkilatlar niyə Azərbaycanla əməkdaşlıqda
maraqlı olsun? Ümumiyyətlə xarici təşkilatların bu sərtləşmələrlə bağlı hər
hasnı bir fikri ilə qarşılaşıbsız?
Ələsgər Məmmədli: Mən Sizə səmimi deyim ki, heç bir beynəlxalq təşkilat, donor fəaliyyətlərə bu qədər məhdudiyyət tətbiq olunan ölkəyə yardım etmək, donor kimi fəaliyyət göstərmək, ictimai sektora investisiya qoymaqda maraqlı olmaz. Artıq Donorların qeydiyyatını tələb edən sənəd xeyli vaxtdır ki qüvvədədir. Amma hələ heç bir rəsmi məlumat yoxdur ki, kimsə gəlib Azərbaycan Hökumətinin istədiyi kimi Donor olaraq qeydiyyatdan keçib. Yəqin ki, heç olmayacaq da. Bu proses regionda qonşu ölkələrə donorların yönəlməsinə səbəb olur. Artıq 2 ildir ki, Azərbaycan QHT-ləri böyük vəsaitlərdən mərhum olub və daha əvvəllər azı ildə ayrılan 30-40 milyon dollarlıq vəsait Gürcüstan və Ermənistan vətəndaş cəmiyyətinə yönəldilir. Beləliklə, qısa müddətdən sonra biz bütün beynəlxalq platformalarda bu ölkələrin vətəndaş cəmiyyətinə uduzacağıq. Çünki, onlar vəsaitləri cəlb edir, fərdi inkişafı təmin edir, biz yerimizdə sayır, bu sektorda yetişənlərin də getməsinə səbəb oluruq. Bu bizim rəqabət gücümüzü ortadan qaldıracaq.
Sual: Sonuncu
dəyişikliklər nəsə vəd edir?
Resim yazısı ekle |
29 Ocak 2016 Cuma
Ölkənin informasiya təhlükəsizliyini zərbə altında qoymaq olmaz
Bu gün Baş Prokurorluq tərəfindən yayılan informasiya
diqqətimi çəkdi. Məlumatda bildirilir ki, bir neçə KİV-də “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci
maddələrinin tələbləri kobud surətdə pozularaq cari ilin yanvar ayında
respublikanın müxtəlif bölgələrində ayrı-ayrı şəxslər tərəfindən təşkil edilməklə
keçirilmiş aksiyaların ölkədə guya sosial-iqtisadi vəziyyətin pisləşməsi, əhalinin
mövcud vəziyyətdən narazı olması kimi qiymətləndirilməsi, eləcə də həmin
aksiyalarla əlaqədar heç bir dəqiqləşdirmə aparılmadan və dövlət orqanlarının rəsmi
mövqeyi öyrənilmədən açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilməklə məlumatlar
yayımlanıb, buna görə onlara xəbərdarlıq elan edilib”
Doğrusu son vaxtlar Azərbaycan hüquq sistemində,
qanunvericiliyin tətbiqində o qədər normal olmayan məsələlərlə rastlaşırıq ki,
bunu da sıradan bir xəbər kimi qəbul edib, üzərində durmamaq olardı. Lakin,
KİV-ın cəmiyyətdə oynadığı rol, onun hakimiyyət və dövlət qurumları ilə münasibətdə
azad və müstəqil olması zərurilyi bu məsələyə gözucu da olsa nəzər salmağı məcbur
edir.
Prokurorluq bu hərəkətini Prokurorluq
haqqında Qanunun 22-ci maddəsinə söykənərək etdiyini bildirir. Bu maddə “Qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror
və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir”-şəklindədir.
Burda diqqət çəkən məqam KİV-ə və ya
KİV-in redaktorlarına xəbərdarlıq edir- şəklində bir normanın yoxluğudur.
Çünki, eyni ilə Prokurorluq haqqında Qanun kimi KİV haqqında Qanun da Milli
Məclis tərəfindən qəbul edilib və burda KİV-in konstitusion hüquq və azadlıqlarının
pozulmaması, demokratik cəmiyyətdə önəmli rol alan tərəf olduğu üçün onun
azadlıq və məsuliyyətinin dəqiq sərhədlər müəyyən edilib. Bu sərhədlərin
içərisində Prokurorluq orqanlarına xüsusi vəzifə verilməyib.
KİV haqqında Qanunun icrasına dair "Kütləvi
informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərnanına nəzər salsaq, burda KİV haqqında Qanuna nəzarət etməli olan
orqanların adları göstərilib. Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatının, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin İşlər İdarəsinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin,
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinin, Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adlarını burada
müxtəlif maddələrin icrası zamanı görə bilərik. Hətta, təşkilati-hüquqi forması
ictimai birlik olan Mətbuat Şurasının da adı müvafiq icra hakimiyyəti orqanı (!)
olaraq, Qanunun 19-cu maddəsi ilə bağlı səlahiyyətli qurum kimi Fərmanda göstərilib.
Amma 10 və 11-ci maddələrin icrasına nəzarətdə Prokurorluq orqanının adı göstərilməyib.
Gələk məsələnin
ikinci tərəfinə, hətta bütün qanunlara prokurorluğun nəzarət etmə səlahiyyəti
olduğunu düşünərək məsələyə yanaşsaq, KİV haqqında Qanunun 10-cu və 11-ci maddələrdə
yol verilən pozuntular nədir?
10-cu maddənin mətninə baxsaq, Kütləvi informasiya
azadlığından sui-istifadənin yolverilməzliyini təsvir edir. “Azərbaycan Respublikasının
qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət
quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni,
zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ
etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan
şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək,
böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi
informasiya vasitələrindən istifadə olunmasına yol verilmir”.
Burda nəzərdə tutulan
hərəkətlərin heç biri xəbərdarlıqla cəzalandırılacaq qədər bəsit hərəkətlər
deyil. Əgər “qanunla qorunan sirlər” yayılıbsa
o zaman konkret cinayət işi başlamalıdır. Əgər “Konstitusiyalı quruluşu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə
qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti,
yaxud dözülməzliyi təbliğ etmək”- suçu sabitdirsə yenə xəbərdarlıqla bu işi
“bağlamaq” olmaz və cinayət işi açılması hökmən lazımdır. Yox əgər “mötəbər mənbə adı altında vətəndaşların
şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik
materiallar çap etdirmək, böhtan atmaq,- hadisəsi baş veribsə o zaman hüququ
pozulan vətəndaş xüsusi ittiham qaydasında CM 147 və 148-ci maddələri ilə
məhkəməyə müraciət etməlidir. Yəni,
burda da prokurorluğa vəzifə düşmür.
11-ci maddənin mətninə
baxsaq, burda “İnformasiyanın yayılmasına, informasiya mənbəyinin
açıqlanmasına yol verilməyən xüsusi hallar” göstərilib. Yəni burda yalan məlumatdan, qərəzli
məlumatdan, natamam məlumatdan söhbət getmir. Burda yayılan məlumatın özü
həqiqi məlumatdır, lakin onu ya icazəsiz yaymaq olmaz, ya da mənbənin gizliliyi
qorunaraq yayılmalıdır. Deməli, Prokurorluğun açıqladığı hal 11-ci maddəyə
aidiyyatı ola bilməz. Çünki Prokurorluq demir ki, istintaqın icazəsi olmadan
məlumat yayılıb, deyir ki “natamam və
yalan məlumatlar” yayıblar. Əslində aksiyaların səbəbi iqtisadi və sosial
problemlərdən əziyyət çəkənlərin məsələni ictimailəşdirməsi olmayıb. Görünür, həmin
insanların devoliasiyanı sevindirici hal kimi qeyd etmək istədikləri halda,
jurnalistlər bunu etiraz kimi qələmə veriblər. Hər halda Prokurorluğun
açıqlamasında bu deyilməsə də anlaşılan budur.
11-ci Maddənin
mətnini olduğu kimi göstərirəm:
“Kütləvi informasiya
vasitəsi redaksiyasının və ya jurnalistin:
1) şəxsin gizli saxlanmaq
şərt ilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlamasına;
2) adının bildirilməməsi
şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə;
3) təhqiqatçının,
müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai istintaq və təhqiqat
məlumatlarını yaymasına;
4) cinayət etməkdə
təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin
razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol
verilmir.
Kütləvi informasiya
vasitəsinin məlumatın dərc olunmasına (efirə verilməsinə) məsul redaktoru və
(və ya) jurnalist istintaqda yaxud məhkəmə icraatında olan işlə əlaqədar
qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa
məcbur edilə bilməz. Bu halda müəllif açıqlanmayan təsvirə, məqaləyə, şəkilə və
ya karikaturaya görə məsuliyyət buraxılışa məsul redaktorun yaxud jurnalistin
üzərinə düşür.
Redaktor və ya jurnalist
aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə
bilər:
1) insan həyatının
müdafiəsi üçün;
2) ağır cinayətin qarşısını
almaq məqsədi ilə;
3) ağır cinayət törətməkdə
ittiham olunan yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün.
Bu maddənin birinci
hissəsinin 3-cü bəndinin tələbləri jurnalistin müstəqil təhqiqat aparmaq
hüququnu məhdudlaşdırmır.
Prokurorluq
orqanları Qanunlara nəzarət edirlərsə, qanunların bütününə baxmalı, qanunları tam
tətbiq etməlidirlər. KİV haqqında Qanunun 62-ci maddəsi yalan və ya natamam
məlumat yayan KİV-in hansı hallarda məsuliyyətdən azad olduğunu da göstərir. Bu
KİV-in spesifik fəaliyyət göstərən sahədə olan oyunçu olduğuna görə nəzərdə
tutulur. KİV məlumat yayarkən digər prinsiplərə əməl etməklə bərabər, həm də
operativ olmalıdır. Bəzən operativ olan KİV obyektiv olmayan məlumatlar da yaya
bilər. Məhz qanunvericilik bu zaman KİV-in və jurnalistin qəsdi yoxdursa, onu
məsuliyyətdən azad edir.
62-ci maddənin
mətni belədir:
Kütləvi informasiya vasitəsində
yayılmış həqiqətə uyğun olmayan məlumat;
1) rəsmi dövlət orqanları və ya onların
mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya
idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat
xidmətlərindən alınmışdırsa;
3) digər
kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
4) Milli Məclis deputatlarının, dövlət
orqanlarının, bələdiyyələrin, idarə, müәssisә, təşkilat və ictimai birliklərin
nümayəndələrinin, habelə siyasi xidmətlərin və vəzifəli şəxslərin rəsmi
çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
5) canlı yayımla efirə gedən çıxışlarda
deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə
getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət
daşımır.
Belə bir deyim var: “Quş çoxbilmişliyindən dimdiyindən tora düşər”. Bizim bəzi
parlamentarilər, rəsmi şəxslər və Prokurorluğun bugünkü açıqlamasını verməyə
səbəb olan “media başbilənləri” bütün yayılan ifadələri kontrol altına almaq
üçün KİV haqqında Qanunun 3-cü maddəsinə bir dəyişiklik edib, interneti də KİV
olaraq anlayışlara saldılar. İndi 62-ci
maddənin 3-cü bəndində “3) digər kütləvi
informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa; halı
bütün interneti də əhatə etdiyindən daha öncə İnternetdə, sosial şəbəkələrdə
yayılmış və təkzib olunmamış, buna görə də digər KİV-lərdə də buna isnad
olunaraq yayılmış məlumatlar yalan olsa belə, sonra yayanlar məsuliyyətdən azad
olunurlar. Çünki, qanunvericilik onların qərəzli olmadığını düşünür. Yəni, bu
gün xəbərdarlıq edilən KİV-lər əgər bu məlumatları yayan ilk tərəf deyildirlərsə,
ki məncə bu belədir, o zaman onların məsuliyyətini Qanun nəzərdə tutmur.
Sonda bunu qeyd etməyi özümə borc bilirəm. Mətbuat
Şurası son vaxtlar ölkədə media azadlığına, medianın inkişafına ciddi zərər
verməyə başlayıb. Mətbuat Şurası ictimaiyyət və Media təmsilçilərindən
formalaşan, bu tərəflər arasında zaman-zaman arbitr rolu oynayan bir qurum
olmalı, jurnalistlərin mənafeyinə, azadlığına, yaradıcılığına müdaxilə
imkanları verməməlidir. Heç bir qanuni analiz aparılmadan, normalara isnad
edilmədən, bunun nəticələrini, hesabatını, monitorinq texnologiyasını, monitorinq
aparanların peşəkarlığını cəmiyyətə açıqlamadan hansısa siyahılar tərtib edib, prokurorluq
orqanlarına göndərilməsi bu qurumun funksiyaları ilə uyğun gəlmir. Papağın önünə
qoyulub düşünmə zamanı gəlib, cənablar. Az-çox plüralizmi formalaşdıran yerli
medianı və jurnalistləri bu qədər sıxıb-boğarsınız, bu ölkədə yerli mənbələri
tamamən sıradan çıxararsınız. Bu isə ölkənin informasiya təhlükəsizliyinə daha
böyük zərbə vurar.
Kaydol:
Kayıtlar (Atom)