Bu gün məlum oldu ki, Azərbaycan Teleradio Şirkətinin 11 ildir rəhbəri kürsüsündə oturan Alışanov Azərbaycanda jurnalistika deyəndə ağıla ilk gələn adlardan biri olan Qulu Məhərrəmliyə qarşı Xüsusi ittiham qaydasında cinayət işi başladıb.
Bu iddianın boş və cürük bir iddia olması bəri başdan məlumdur. Bu barədə sonra yəqin ki daha geniş yazacağam.
Bu xəbəri oxuyanda ağlıma gələn ilk məqam, Alışanovun vəzifədə olduğu 11 ildə dövlətdən nə qədər vəsait alıb, nə qədər hesabat verdiyini araşdırmaq oldu. Qarşıma çıxan rəqəmləri sizinlə də paylaşıram. 2006-2016-cı ilər ərzində, yəni 11 ildə Dövlət büdcəsindən bu günkü dollar dəyəri ilə tam 407 milyon 404 min 671 Amerikan dolları, yəni bu günkü manat kursu ilə 661 milyon132 min manat vəsait alıb. Bu bütünlükdə Dövlətin bütün mediaya, media dəstək fondlarına, nəşriyyata və s. ayırdığı pulun da 58,32% -i təşkil edir. Araşdırmada 661 milyon manatın heç olmasa bir hissəsinin hesabatını belə tapa bilmədim. 11 ildə 661 milyon manata hökm edən bir şəxsin sadə bir tənqidə belə reaksiya verib, cəmiyyətdə hörmət duyulan bir şəxsin həbsini istəməsi həm də hesab vermədiyi cəmiyyətə meydan oxumaqdır. Öncə 661 milyon manatın hesabını vermək lazımdır Cənablar!
Hiç yorum yok:
Yorum Gönder