Alasgar Mammadli etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Alasgar Mammadli etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

14 Aralık 2021 Salı

"MEDİA HAQQINDA" YENİ QANUN: JURNALİSTLƏRİ HANSI SÜRPRİZLƏR GÖZLƏYİR? Toplum TV

 Toplum Tv-də Şəmşad Ağanın təqdimatında yeni media qanunu layihəsinin cəmiyyəti gözləyən sürprizlərini müzakirə etdik.



Media qanunu layihəsinin ictimai müzakirəsi

13 Dekabr 2021-ci il tarixdə yeni media qanunu layihəsinin ictimai müzakirəsi aparıldı. Müzakirədə qanun layihəsinin problemlərinə dair müxtəlif fikirlər səsləndi və yekunda mövqe sənədi qəbul edildi.

Müzakirənin tamamını aşağıdakı linkdən izləmək mümkündür.   

https://www.facebook.com/toplumtvbaku/videos/1257198641468301 

Gələn ildən yutub kanallarının Azərbaycanda yayımı bloklana bilər?

  Biz tv-də Qubad İbadoğlunun moderatorluğunda yeni media qanunu layihəsini  geniş müzakirə etdik. 



İndi hakimiyyətin əsas hədəfində internet kanallarıdır

 Kanal 13 internet tv-də Rüfət Muradlı ilə yeni media qanunu layihəsini geniş müzakirə etdik.


Yeni Media Qanunu nə vəd edir? Pressklub tv- də müzakirə

 Yeni Media Qanunun ləayihəsindəki problemlər geniş şəkildə müzakirə edildi. Elçin Rüstəmlinin təqdimatında 


13 Aralık 2021 Pazartesi

"Bu qanundan sonra "söyüş mediası" geniş auditoriya qazanacaq"- Bizim Yol

 


"Bu qanundan sonra "söyüş mediası" geniş auditoriya qazanacaq"
"Bu qanundan sonra "söyüş mediası" geniş auditoriya qazanacaq"

Ələsgər Məmmədli: "Müstəqil araşdırma aparmaq istəyən jurnalistlərin fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılacaq"

"Azərbaycanda hökumət "Media haqqında" qanun layihəsini qəfildən ortaya çıxardı. Bir mütəxəssis kimi belə düşünürəm ki, bu qanuna heç bir ehtiyac yoxdur".

Bu sözləri Bizimyol.info saytına açıqlayan tanınmış jurnalist, media eksperti Ələsgər Məmmədli fikrini belə izah etdi ki, hazırkı qanunlarda hər şey tənzimlənir: "Əgər söhbət internet televiziyalarının lisenziyalaşdırılmasından, dövlət tərəfindən kimlərinsə jurnalist kimi müəyyən olunmasından gedirsə, bu layihənin hazırlanması siyasi istəkdən irəli gəlir. Bu tip məsələlər media və ifadə azadlığına aid olduğu üçün, burada tənzimləmə səlahiyyəti adı altında məhdudlaşdırılma var. Tənzimləyən tərəf heç vaxt nəzarət edə bilməz. Jurnalist peşəsi sərbəst peşədir, jurnalist fəaliyyəti də sərbəst fəaliyyətdir".

Ələsgər ƏhmədoğluƏləsgər Əhmədoğlu

Müsahibimizin fikrincə, bu sahənin inkişafı yalnız özünü tənzimləməklə mümkündür və bunun hökumət tənzimlənməsi olmamalıdır: "Biz bilirik ki, Avropa insan hüquqları konvensiyası ifadə azadlığını həm də media azadlığı aspektindən qoruyur. Media azadlığını teleradio fəaliyyəti istisna olmaqla, qarışıq şəkilə salmaq mümkün deyil. Yeni layihədə bunların hamısı bir-birinə qarışıb və bütün medianın tənzimlənməsi iradəsi ortaya qoyulub. Bura həm onlayn mediası, həm də çap mediası daxildir. Əgər belə olacaqdısa, 1998-ci ildə Mətbuat nazirliyini niyə ləğv olundu? Bu baxımdan da qanun yenidən işlənməli və artıq müddəalar çıxarılmalıdır. Qanun elə formatda olmalıdır ki, medianın tənzimlənən və tənzimlənməyən hissələri aydın görünsün".

Ekspertin sözlərinə görə, hər iki tərəfin hüquqi öhdəlikləri eyni olmaya bilər: "Qanunla qorunan sirlərin yayılmaması, hətta müdaxilə edilməməsi, peşə sirlərinin qorunması və s. Amma bunun xaricində, jurnalistlər üçün vahid kartların hazırlanması və onlara əlavə imtiyazların verilməsi kimi anlayışlar "Jurnalist peşəsi etikası" prinsiplərinə ziddir. Bu baxımdan da qanun qəbul edilməməlidir".

Belə fikirlər səsləndirilir ki, layihədə jurnalistlərin məlumat əldə etmək və yaymaq hüquqlarını məhdudlaşdıran müddəalar da var. Əgər belədirsə, jurnalist bu hüquqlardan necə istifadə edəcək?

Bu qanunun özünə uyğun jurnalist anlayışı təsvir etdiyini bildirən ekspert qeyd etdi ki, qanuna əsasən, jurnalist əmək haqqı ilə işləməli və VÖEN açdırmalıdir. Mütləq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi "jurnalist kateqoriyası"na aid olmalı, əvvəllər məhkum olmamalı və işlədiyi sahəyə uyğun ali təhsili olmalıdır.

Layihəyə əsasən, jurnalist mütləq media reyestrində qeydiyyata alınsın, əmək müqaviləsi başa çatarsa, reyestrə dərhal məlumat verilsin və s. Belə olan halda, informasiya necə əldə ediləcək? Çox güman ki, jurnalist işləmək üçün redaksiya rəhbərliyinə müraciət etdikdə, reyestrdən qeydiyyatdan keçmədiyi üçün işə qəbul olunmasın və ona jurnalist olmadığı bildirilsin.

Həmsöhbətimiz düşünür ki, bu kimi müddəalar layihədə saxlanılarsa, heç bir qurumun çətiri altında qalmaq istəməyən və müstəqil araşdırma aparmaq istəyən jurnalistlərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdıracaq: "Mövcud olanlar üçün də əlavə öhdəliklər yaradacaq ki, bu da jurnalist prinsiplərinə və sərbəst peşə fəaliyyətinə zidd olacaq. Biz Mətbuat Şurasını nəyə görə yaratdıq? Ona görə ki, dövlət bu sahəni tənzimləyə bilmirdi və bu peşə sahibləri özlərini tənzimləməli idi. İndi həmin adamlara deyirlər ki, biz bundan sonra kimin jurnalist olub olmadığını müəyyən edəcəyik".

Bu qanun qəbul olunduqdan sonra ölkəmizdə onlayn medianın inkişafı və sosial medianın fəaliyyəti sahəsində hansı tendensiyalar baş verəcək?

Bu qanunun qəbul olunmasının az ehtimal olunduğunu deyən Ə.Məmmədlinin fikrincə, mütləq yenidən dəyişiklik edilməli və qəbul olunmalıdır: "Əgər bu formatda qəbul olunarsa, bu o deməkdir ki, onsuz da dar çərçivədə fəaliyyət göstərən sosial media sahəsi daha da məhdudlaşdırılacaq və informasiya mənbəyi kimi daha çox "Tik-Tok", "Facebook" kimi sosial şəbəkələrdən istifadə olunacaq, yaxud da dünyanın belə qəbul etmədiyi "söyüş mediası" geniş auditoriya qazanacaq. Peşəkarlar isə inzibati proseslərlə üz-üzə qalacaq".

Rövşən Ziya, Bizimyol.info

29 Kasım 2021 Pazartesi

Sosial şəbəkələr qanunla tənzimlənməlidirmi? İctimai TV-də müzakirə


 

Azərbaycan İran münasibətlərinin gərginliyi müzakirə edildi. Vətən TV


 

"Jurnalistika-peşəkarlıq" Çıxışa doğru proqramında AZ TV-də müzakirə


 

Televiziyalarda plüralizmin vəziyyəti- müsahibə


 

44 günlük müharibədə informasiya təhlükəsizliyi-EL TV


 

8 Ekim 2018 Pazartesi



Turan İnformasiya Agentliyi

Çətin sual- Mövzu: Sosial medianın tənqidi və ifadə azadlığı