31 Ekim 2015 Cumartesi

Həftə ərzində mediadakı müsahibələr...

http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=363536

Gözlənilməz MTN qərarı

Təhlükəsizlik Nazirliyinin rəy vermədiyi əcnəbilər Azərbaycana gələ bilməyəcəklər.
Azərbaycan Xarici İşlər Nazirliyi ölkəyə gəlmək istəyən şəxslərə vizaların verilməsi ilə bağlı reqlamenti təsdiq edib. 

ANS PRESS-in məlumatına görə, "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"i oktyabrın 27-dən qüvvəyə minib. 

Bu reqlamentə əsasən http://evisa.mfa.gov.az ünvanında təqdim edilən elektron xidmət qeyd edilən xidmətləri əhatə edir: Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsi.

Elektron xidmətin ödənişli olduğu və ödənişin müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq geri qaytarılmadığı bildirilir.


Elektron xidmətin növlərinə görə ödənişlər


Reqlamentdə diqqət çəkən məqamlardan biri də Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (turistlərə verilən elektron viza istisna olmaqla) viza alması prosedurları içərisində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin rəyinin alınmasıdır. 

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, bu prosedurlar dövlətin təhlükəsizliyi baxımından mümkündür. "Bir sıra Şengen ölkələrindəABŞ-da viza verilməsi prosedurları müəyyən gözləmələr, araşdırmalar hesabına başa gəlir. Görünür, Azərbaycan da bu formada davranır və bu yolla təhlükəli şəxsləri, məqamları bu üsulla ölkədən uzaq etməyə çalışır", - deyən hüquqşünas bunlara baxmayaraq, Azərbaycanın viza sisteminin sadələşdirilməsinin mümkünlüyünü də bildirib.


Ələsgər Məmmədli - hüquqşünas


"Bununla belə ölkə üçün təhlükə törədəcək şəxsləri MTN-in XİN nəzdində xaricdə və ölkə daxilində fəaliyyət göstərən əməkdaşları da müəyyən edib nazirliyə göndərə bilər. Beləliklə, müraciət edən şəxslərə vizanın verilib-verilməməsinə tək XİN qərar verə bilər. Yaxud da onların girişinə qadağa qoyula bilər", - deyə hüquqşünas Ələsgər Məmmədli bildirib. Onun fikrincə, Azərbaycan XİN-nin hazırladığı "Qara siyahı" bu baxımdan xüsusilə əhəmiyyətlidir.

Eyni zamanda, viza müraciətlərinə baxılmasında MTN-in rəyinin vacibliyi qərar verilərkən onun obyektiv və subyektivliyində də qarışıqlıq yarada bilər. Məsələn, QarabağaAzərbaycanın icazəsi olmadan gələnlərə ölkənin girişinə məhdudiyyət qoyulması, onlara viza verilməməsi obyektiv qərardır. Amma gələnlərin sırf düşüncələrinə görə ölkəyə girişini məhdudlaşdırmaq – bu, subyektiv qərardır.

Qarabağ problemi olan Azərbaycan kimi bir ölkə isə əcnəbilərə qarşı açıq olmalıdır. Bu baxımdan beynəlxalq jurnalistlərin, media və digər qurumların təmsilçilərinin ölkəyə giriş-çıxışına daha rahat şərait yaradılmalıdır ki, bunlar məsələnin mahiyyətini yerində daha düzgün başa düşsünlər. Əks halda Azərbaycan Qarabağ probleminin həllində dəstək qazanması daha da çətinləşər.

Bunun üçün isə qanunvericilikdə elə bir sistem olmalıdır ki, viza verilməsi zmanı subyektiv yanaşmalar olmasın. Viza verilməsi məsələsi ilə XİN məşğul olur və XİN-də prosedurlar hazır şəkildə olmalıdır ki, hər bir fərd, hadisə üçün araşdırma aparılmasın. Bu baxımdan Qara siyahı kömək ola bilər. Burada Azərbaycan əleyhinə fəaliyyət göstərmiş, Qarabağa Azərbaycanın icazəsi olmadan getmiş, haqqında məhkəmə qərarı olan Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllər törətmiş şəxslərin girişinə qadağa qoyulub.


20 Ekim 2015 Salı

Bu günkü meda müsahibələrindən....

www.bbc.com/azeri/azerbaijan/2015/10/151006_president_offer_entrepreneurs

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, ölkədə biznes strukurlarına məmur müdaxiləsini birinci şəxsin gündəmə gətirməsini müsbət qarşılayır.
O hesab edir ki, bu yaxınlarda süni müdaxilələr azaldığı üçün kiçik və orta sahibkarlıqda canlanma yarana bilər.
"Ölkədə hər şey neft sənayesi üstünə qurulsa da, Azərbaycanın qeyri neft sektorunun da kifayət qədər potensialı var. Məmurların sahibkarlardan pul tələb etməsi, zaman-zaman onların kreditlər götürüb borcanmalarına şərait yaradılması sahibkarların bir çoxunun iflasına gətirib çıxarırdı", o deyir.
Amma cənab Məmmədli bildirir ki, ölkədə biznes sektorunun inkişafı sadəcə bundan keçmir. Bunun üçün manapoliyanın aradan qadırılması, gömrükdə tam sərbəst giriş-çıxışın təmin olunması da olmalıdır.

http://inform.az/index.php?newsid=13362

“Hökuməti idarə edən məmurların arasında da müxalif düşüncəli insanlar var”

 “Hökuməti idarə edən məmurların arasında da müxalif düşüncəli insanlar var”
Ələsgər Məmmədli: “Onların çoxunun müxalif düşüncədə olduğunu müşahidə edirik və bu düşüncə hakimiyyəti, iqtidarı sevməməkdən irəli gəlmir.”

Parlament seçkisinə 11 gün qaldı. Belə hesab olunur ki, təbliğat-təşviqat prosesi hələ də namizədlərlə seçici arasında istənilən “bağı” yarada bilməyib. Ekspertlər bunu televiziya vasitəsi ilə namizədlərə verilən ödənişsiz çıxışların məhdudlaşması və müəyyən obyektiv və subyektiv məqamların olması ilə əlaqələndirirlər. Hazırki seçki dönəmində namizədlərə ödənişsiz efir vaxtının verilməməsi seçkildərdəki çevikliyin azaldılması kimi də qeyd olunur. 
Seçki proseslərində hüquqi müstəvidə araşdırmalar aparan müstəqil hüquqşünas Ələsgər Məmmədli İnform.az-a müsahibəsində aparılan seçki monitorinqində ortaya çıxan bəzi nüanslara toxundu.


“Çox sönük bir seçki təbliğat-təşviqat kampaniyası gedir”


- Seçkiyə az vaxt qalır. Necə hesab edirsiniz, ötən illərlə müqayisədə bu il təbliğat-təşviqat kampaniyası üçün namizədlərə verilən imkanlar nə dərəcədə yetərlidir? 

- Seçkidə namizədlər üçün ən mühüm məsələ İctimai Televiziyada ödənişsiz efir vaxtının verilməsi idi. Amma bu il partiya mənsubiyyətinin olub-olmamağından asılı olmayaraq şəxslərə efir vaxtı verilmədi. Bu da namizədlərin televiziya vasitəsilə öz platformalarını seçicilərinə çatdırmaq imkanını məhdudlaşdırdı. Hazırda demək olar ki, çox sönük bir seçki təbliğat-təşviqat kampaniyası gedir. Seçkiyə 11 gün vaxt qalsa da, seçicilərin əksəriyyəti hələ də neçə namizədin mübarizə apardığını, ümumiyyətlə namizədlərin birinin digərindən fərqini və sair barədə çox da məlumata malik deyillər.

“Bu yolla da heç nəyə nail olmaq mümkün deyil”


- Əksər hallarda bir çox siyasilər bu vəziyyəti müxalifət partiyalarının seçkilərdə aktiv olmamağı, fəaliyyətsizliyi, süstlüyü ilə əlaqələndirirlər.

- Ola bilər ki, nə vaxtsa müxalifətin seçkiləri boykot etməsi, seçki ilə bağlı fərqli fikirlər ortaya qoyması seçki prosesində müəyyən bir dinamika nümayiş etdirir. Amma bu yolla da heç nəyə nail olmaq mümkün deyil və hazırki vəziyyətin müxalifətin fəaliyyəti ilə əlaqələndirilməsini istəməzdim. Əgər ən adi bir prosesdə namizədlər üçün ödənişsiz efir vaxtı ayrılmırsa, bu halda yük hökumətin və onu təmsil edən siyasi qrupların üzərinə düşür. Onlar daha çevik seçki mühiti yaratmaq üçün daha çox çaba göstərməlidirlər. Demokratik seçkilərdə mediadan bərabərhüquqlu istifadə tələb olunur. Amma son bir ayda aparılan monitorinqlər bunun əksini göstərdi.
Mütləq deyil ki, müxalifət dedikdə, rəsmi qaydada qeydiyyatdan keçən bir siyasi qurum nəzərə alınsın. Cəmiyyətdə partiyası olmayan müxalif düşüncəli insanlar da var. Sosial şəbəkələrdə minlərlə insanın seçki ilə bağlı gedən prosesdən xəbərsiz olduğu görünür. Onların çoxunun müxalif düşüncədə olduğunu müşahidə edirik və bu düşüncə hakimiyyəti, iqtidarı sevməməkdən irəli gəlmir. Onlar ona görə müxalifdirlər ki, proseslərə yanaşmanın potensialımızdan aşağı olduğunu görürlər.
Hesab edirəm ki, sürətlə qloballaşan dünyanın, o cümlədən İKT-nin proseslərə bu qədər müdaxilə elədiyi bir dönəmdə siyasi partiyalara yox, sosial qruplara böyük rol düşür. Bu gün televiziyalar müxalifətin mövcudluğu haqda xırda da olsa bir informasiya vermirlər. Artıq “müxalifətin yoxluğu” anlayışı real vəziyyət kimi təqdim olunur. Amma əslində müxalif qüvvələr çoxdur. Hətta hökuməti idarə edən məmurların arasında da müxalif düşüncəli insanlar var.
O ki qaldı Milli Məclisdə olan müxalifət partiyalarının nümayəndələrinə, hesab edirəm ki, müxalifətçilik onun siyasi partiyalılığı ilə ölçülmür. Bu daha çox insanın əməli ilə görünür. Məsələn, əgər Milli Məclisdə büdcə ilə bağlı müzakirə olunan qanunda deputatların bəzi hallarda bir-ikisi istisna olmaqla hamısı bir məsələyə eyni cür səs veririsə, deməli orda müxalif düşüncə yox səviyyəsindədir. Çünki hamı bir şey haqqında eyni cür düşünə bilməz. Məsələn, mən bir araşdırma elədim. Milli Məclisdə son 20 səsvermənin nəticəsini götürdüm və öyrəndim ki, neçə millət vəkili səs verib, onlardan neçəsi məsələnin lehinə, neçəsi əleyhinə və neşəsi bitərəf qalıb. Məlum oldu ki, əleyhinə və bitərəf olanlar 1 faizi keçmir. Bu Parlamentdə fikir savaşının hansı səviyyədə olmasının göstəricisidir.
Ona görə də, seçkiyə xüsusi dinamiklik gətirən nələrinsə olacağını gözləmirəm.

Tahirə QAFARLI / İnform.az


http://www.azadliq.org/content/eldar-mahmudov-mtn-ilham/27316681.html

“YENİ YANAŞMADIR”
Ələsgər MəmmədliƏləsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli Facebook səhifəsində yazıb:
“Çox operativ işləyən qurumlarımız var. 72 saatdan sonra rəsmi məlumatla öyrəndik ki, dövlətimizin və millətimizin təhlükəsizliyini əmanət etdiyimiz qurumun 7 əməkdaşı həbs edilib. Cinayət və cəza şəxsi olsa da, yayılan informasiyada bir nəfərin adı yoxdur. Bu da yeni yanaşmadır”.

7 Ekim 2015 Çarşamba

İctimai Yayımın illik gəlirləri 371 milyon 884 min 680 manat təşkil edirmi?

 Bir dəqiqə= 3540 manat!! 

Bu gün İctimai televiziya və radio Yayımları ŞİRKƏTİ  Parlament seçkilərində pullu təşviqatın qiymətini açıqlayıb. Bir dəqiqəsi 3540 manata (ƏDV daxil olmaqla) prime-time qiymətidir. Ən aşağı qiymət isə saat 11:50-də olan qiymətdir; dəqiqəsi 1416 manat.

Bu yazını yazmaya da bilərdim. Amma bəzi azsaylı insan dairəsi bilir ki, bu ölkədə normal ictimai yayımın formalaşması üçün kənardan ən çox cəhd edənlərdən biri olmuşam. Heç vaxt qərəzlə məsələyə yanaşmamışam. Həmişə çalışmışam ki, stəkanın dolu tərəfini göstərib, doluya tamamlamağa yardım edim. Odur ki, bu yazını tarixə düşən bir not kimi yazıram. Bilirəm ki, mənim bu fikirlərim heç nəyi dəyişməyəcək. Dəyirman bildiyini edəcək. Amma, vicdan sahibi olanlar əminəm ki düşünəcək...düşünəcək.. və düşünəcək...
İctimai Teleradionun yaranmasındakı məqsədi gərək onu idarə edənlər (Baş Direktor və onun direktorlar Şurası) və nəzarət edənlər (Yayım Şurası) tam dərk etsinlər. Bunu dərk etmədən, ictimai yayım yaratmaq və yaşatmaq olmaz.
Hazırda İctimai yayım ağır böhran keçirir. Bu gün Sentyabr ayının prime-time vaxtının seçkilər öncəsi monitorinqini əldə etmişəm. Burda qiymətləndirməyəcəyəm, o ayrı mövzudur. Amma bir kəlmə ilə vahimdir.

Keçirəm əsas mərama; nədən siyasi təşviqatın ödənişli vaxtının qiyməti astronomikdir? Bu qiyməti kim, hansı kriteriyaya görə müəyyən edib? İctimai Yayımın istədiyi qiyməti müəyyən etmək hüququ varmı, bu legitim sayıla bilərmi? Qiymət yaratmaq üçün hansı kriteriyalar nəzərə alına bilərdi?

İlk olaraq gərək İctimai yayımı tənzimləyən Qanunda göstərilən məqsədə baxaq.
“İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.”-
Siz məqsədlər arasında “yaxşı pul qazanmaq”, “kommersiya ilə məşğul olmaq”, “efiri satmaq” bəndlərinə haqlı olaraq rastlayamazsınız. Çünki, ictimai yayımın belə bir məqsədi yoxdur və ola da bilməz.
Həmin Qanunun 3-cü maddəsində 9 yayım prinsipi sayılıb.
 3.0.1. müstəqillik;
3.0.2. informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü;
3.0.3. plüralizm və dözümlülük;
3.0.4. açıq siyasi maraqlardan uzaqlaşma;
3.0.5. ümumi maraqların uzlaşdırılması və təmin edilməsi;
3.0.6. milli özünüdərkin inkişaf etdirilməsi;
3.0.7. universallıq;
3.0.8. rəngarənglik;
3.0.9. başqalarından fərqlənmə.
 Bu 9 prinsipin hər hansı birində “gəlir əldə etmək”, “mənfəət güdmək”- kimi prinsiplər yoxdur. Amma əvəzində həsrət qaldığımız “plüralızm”, “informasiyanın tərəfsizliyi”, “başqalarından fərqlənmə”... prinsipləri  var.
Minimum əmək haqqı 105 manat olan ölkədə; vətəndaşının 43200 dəqiqəsinə 397 manat (1 dəq=0,009 qəpik) aylıq orta əmək haqı ödənən ölkədə; 6 illik lisenziyanı 1000 manata əldə edən televiziyalar 1 dəqiqəlik efirə 3540 manat tələb etməsi normaldırmı? Xüsusilə, Qanunun 5-ci maddəsinə görə (maddə 5. İctimai yayım fəaliyyətinə dövlət tərəfindən müddətsiz və ödənişsiz lisenziya verilir və tezlik ayrılır)- bir qəpik lisenziya və tezlik üçün xərci çıxmadan əbədi bu haqqa sahib olan yayımçı belə davranmalıdırmı?
Bəlkə kimsə durub deyə bilər ki, 6-cı maddədə “reklam fəaliyyəti ilə məşğul olmaq”-bir hüquq kimi yayımçıya verilib, bunda nə var ki!  Bəli, bu hüquq verilib. Amma birincisi, bunun olması normal deyil. İctimai yayımın maliyyə təminatı qanun gərəyi dövlət tərəfindən təmin edilib. İkincisi, reklam əmtəə və xidmətin tanıdılmasıdır. Parlamentə seçilmək istəyən şəxs nə özünü əmtəə kimi satmağı, nə də gəlir gərirəcək xidmət təklif etməyi hədəfləmir. Namizəd sadəcə özünü, gələcək platformasını, siyasi baxışlarını, görmək istədiyi ölkəni  seçicisinə anlatmaq istəyir. Bunun adı ictimaiyyətin bilgiləndirilməsi və doğru seçim etməsinə köməkdir. Bu prosesdə məhz İctimai yayıma ciddi yük düşür. Necə ki pulsuz efir vaxtı bu məqsədlə ayrılır, cüzi ödənişli efir vaxtı da müəyyən edilərək, marjinal düşüncələrin cəmiyyətə çatmasında və zamanında siyasi məqamlara yolunun bağlanmasında ictimai yayım vasitə olmalıdır. İctimai yayım öz efirini müxtəlif baxışlı siyasilərin gizlətmək istədikləri tərəflərini cəmiyyətə çatdırmaqda ciddi rol almalıdır. Namizəd özünü, düşüncələrini gizlətmək istəsə belə, məhz jurnalistlər bunu açığa çıxarmaqda vasitəçi olurlar. Demokratik dünya təcrübəsini görmək yetərlidir.

İndi keçək əsas suala, İctimai yayımın efir qiyməti nədir, necə müəyyən edilə bilər?


Bu suala cavab axtaran istənilən şəxs iki yoldan istifadə edə bilər. Birinci yol, İctimai Yayımın efirinə qoyulan dövlət qiyməti. Bəli, döğru eşidirsiz, məhz dövlət illik bir dəyər müəyyən edərək, onun xərclərini əhatə edir. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.7.2.3. bəndindən görürük ki 2015-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinə verilən mərkəzləşdirilmiş xərclər adı altında maliyyə yardımının miqradı  16 milyon 552 min 800 mant olub. Yəni 24 saat yayımlanan bir televiziya və 24 saat yayımlanan bir radionun bir il ərzində efirdə olduğu saniyələrin miqdarı 63 milyon 115 min 200 saniyədir. Deməli hər saniyəyə dövlət 26,2 qəpik pul ödəyir. Əgər bu meyar əsas götürülsə, ən yüksək qiymət bir dəqiqə üçün 15 manat 74 qəpiyi keçməməlidir. Amma, unutmaq olmaz ki, bu dəqiqələrin dəyərini onsuz da dövlət ödəyir. Deməli, burda televiziyanın məqsədi gəlir qazanmaq yox, xərcləri kompensasiya etmək olmalıdır. Belə olan halda, həmin müddətin mayadəyəri çıxarılaraq, qiymət müəyyən edilməsi də doğru addım olar. Mayadəyəri dövlət tam kompensasiya etdiyindən, teleradio siyasi çıxışlar üçün dəqiqəsi 1 manat müəyyən edilsə belə, bu mənfəətli olacaq.

İkinci yol, illik reklam gəlirlərinin qanunvericiliyə görə reklam vaxtına bölünməsi ilə alınan rəqəm ola bilər. Bir il ərzində televiziya maksimum 104 min 904 dəqiqə reklam üçün vaxt ayıra bilər. Televiziya illik reklam gəlirlərini bu vaxta bölərək, dəqiqənin qiymətini müəyyən edə bilər. Təəssüf ki, İctimai yayımın rəsmi səhifəsində keçən il ərzində teleradionun reklam gəlirlərinə dair heç bir məlumata raslamadım. Odur ki, Teleradioya bir informasiya sorğusu göndərdim. Ümid edirəm ki, 7 iş günü ərzində bu rəqəmi də mənə açıqlamış olacaqlar. Amma bu rəqəm olmasa da indi açıqlanan qiyməti reklam vaxtına vurmaqla müəyyən ehtimal əldə etmək olar. Əgər İctimai Yayımın rəhbərliyi belə bir qiyməti havadan qoymadıqlarını, hansısa maliyyə əməliyyatlarına görə hesabladıqlarını deyirlərsə, deməli illik 104 min 904 dəqiqəlik reklam vaxtını dəqiqəsi 1416-3540 manatdan satmaqla ildə 148 milyon 544 min 064 mantla - 371 milyon 884 min 680 manat arası reklam gəliri əldə edirlər. Bu gəlirdən imtina etməmək üçün yenə bu qiyməti qoyublar.   

1 Ekim 2015 Perşembe

Вещательные медиа в Азербайджане, переход к цифровому вещанию (ход процесса, достижения, трудности, перспективы)

Вещание в Азербайджане

Телерадиовещание в Азербайджане по формам собственности разделяется на три вида: государственное вещание, общественное вещание и частное вещание. Законодательством предусмотрено и муниципальное вещание. Однако вот уже 13 лет со времени своего функционирования Национальный телерадиосовет (НТРС) не объявляет тендеров  на предоставление частот для муниципального вещания и муниципалитеты как вещатели не обращаются за получением лицензий.
В стране функционируют 10 общенациональных телеканалов. Из них 3 государственные, 1 – общественный (он также на 100 процентов финансируется государством), 6 – частные.
В Азербайджане действуют 12 региональных телеканалов, в том числе 2 государственных, 10 – частных.
За последние два было отказано в продлении лицензии действовавшему в Загатальском районе телеканалу Aygun TV, а в Гяндже было приостановлено вещание канала Alternativ TV, который  объединился с Kapaz TV.
Таким образом, оба телеканала вынуждены были закрыться из-за не выполнения условий лицензии по переходу к цифровому вещанию.
Что касается радиовещания, то в стране действуют 13 общенациональных FM  радио и еще 3  региональных  FM радио.  Из 13 общенациональных  FM  радио  1 – государственное, 1 – общественное и 1 - ведомственное (Министерства транспорта). Остальные 10 FM  радио – частные.
Две из трех региональных радиостанций  действуют в Нахчыванской автономной республике (НАР). Оба они государственные. Лишь одно региональное радио частное
 (Kapaz FM)  и оно вещает в Гяндже.
 Таким образом, в стране в общей сложности действуют 22 телеканала, в том числе 10 общенациональных вещателей и 16 FM  радиоканалов.
Из указанных структур 5 телевизионных и 5 радиоканалов принадлежат государству.
Всего же из госбюджета финансируются 12 телерадиоканалов, в том числе 6 телевизионных и 6 FM  радио.
 

Сеть кабельного вещания


В Азербайджане число кабельных вещателей 13. Они в основном действуют в Баку.
Есть структуры кабельного вещания также в других крупных городах – Гяндже и Сумгайыте.
Кабельные вещатели в свои пакеты включили наряду с национальными телеканалами, также российские, турецкие и известные международные. Параллельно они предлагают также Интернет посредством фиброоптической кабельной связи.

Спутниковое вещание

В Азербайджане с 2012 года действует также спутниковое телевидение CBC. Оно также финансируется правительством. В настоящее время в эфире CBC ежедневно два раза выходят выпуски новостей на пяти языках – азербайджанском, русском, английском, фарси и армянском.

Положение дел с лицензированием

В Азербайджане остаются проблемы с выдачей лицензий. Согласно закону, каждый год должно обнародоваться список свободных частот. Однако НТРС не выполняет это требование закона. В соответствии с Налоговым кодексом сведения о собственниках вещателей отнесены к коммерческой тайне и это порождает серьезные проблемы для прозрачности.

Деятельность НТРС в сфере вещания, процедур выдачи лицензий критически оценивается. Ограничены и возможности общественного контроля над этой сферой.
НТРС без всяких общественных обсуждений с 2009 г. приостановил деятельность  4 FM радио.
Это – вещание азербайджанских служб  «Голоса Америки», BBC, «Радио Свобода, а также российского канала «Европа плюс».

При этом за указанный период были выданы лицензии трем новым 3 FM  радио.
Это 105,5 digital media, 103,3 Araz FM и  107.3 FM (центра интеллектуального управления транспортом Министерства транспорта, последняя лицензия выдана в 2014 г.).
За последние 8 лет, 4 региональных телеканала были лишены лицензий. Это Xaсmaz TV, Lenkoran TV, Aygun TV и  Alternativ TV. . Две последние лицензии были ликвидированы в прошлом году.

В указанный период были выданы лицензии 4 общенациональным и 3 региональным вещателям.  Это телеканалы  AZ TV- Спорт, , AZTV- Культура, Xazar tv, RTV  Yevlax TV, STV и  Cenub TV.

Согласно закону за выносимые на конкурс частоты могут бороться только частные вещатели, поскольку государственному и общественному вещанию частоты предоставляются бессрочно вне конкурса.
Несмотря на это   лицензии двух частот вынесенных на конкурсы в 2008 и 2010 гг. были предоставлены государственному вещателю - AZ TV.

Расходы государства на медиа в последние 5 лет


Хочу поделиться статистикой последних пяти лет. В 2011-15 гг. из государственного бюджета Азербайджана были выделенные большие ассигнования в медиа сектор. В общем, эта сумма составляет 418,5  млн.  долларов.
397 млн. долларов из указанной суммы были предусмотрены напрямую из госбюджета.
Примерно 22 млн. долларов за последние три года были безвозмездно переданы 5 частным телеканалам из Резервного фонда президента с целью производства телесериалов.
В последние пять лет самые крупные финансовые средства получило гостелевидение.
Оно напрямую из госбюджета получило 223 млн. долларов.
Вторым крупным бенефициаром госсредств стало Общественное вещание, которому в последние 5 лет было выделено 95,6 млн. долларов.
Часть средств выделяемых медиа были предоставлены газетам и online media посредством Госфонда поддержки СМИ.

 Переход на цифровое вещание

Как известно в 2006 г. на Региональной конференции радиосвязи (RRK-06) в Женеве были приняты решения  о переходе на цифровое телевещание и достигнуто  договоренности между странами региона о завершении этого процесса до 2015 года.
Согласно распоряжению n 274s  Кабинета министров Азербайджанской Республики от 13.09.2006  было признано целесообразным применение на территории страны европейского стандарта DVB-T для цифрового вещания.
Постановлением Кабинета министров за номером 10 от 10 февраля 2011 г. была утверждена Программа применения и развития  на территории Азербайджанской Республики системы цифрового вещания DVB-T.
Программой предусматривалось полное завершение до конца 2013 г. аналогового вещания и переход на цифровое вещание. Впоследствии  сроки  реализации этой цели были продлены до конца 2015 г. По последней информации из-за того, что процесс продолжается сроки перехода на цифровое вещание продлены еще на один год.

Что предусмотрено программой?

Программа предусматривала двухэтапный переход на цифровое вещание.
Первый этап охватывал 2011-2012 гг. На этом этапе предусматривалось организация цифрового вещания в Баку, Гяндже, НАР и пограничных регионах стран как минимум с одним открытым пакетом (8-12  программ).
На первом этапе планировалось создание сети цифрового вещания охватывающего примерно 60-70 процентов населения.
На втором заключительном этапе, который планировался на 2013 год, предусматривалось с использованием других более мощных телевизионных  станций и обеспечением требований оптимального вещания, установление передатчиков цифрового вещания, состоящих из 2, 3 и более открытых пакетов (каждый с 8-12 программами).
В пакеты предусматривалось включить наряду с государственными, общественными, частными и региональными телевизионными программами и другие телепрограммы, вызывающие интерес населения.
В настоящее время, ближе к концу 2015 г.  большая часть этой работы уже выполнена.
В частности, общенациональные вещатели собраны в одном пакете, который в настоящее время предлагается наряду с аналоговым вещанием.
Но у некоторых  региональных вещателей остаются проблемы.
Ибо переход на цифровое вещание требует обновления и модернизации всех технических возможностей. К сожалению, в программе правительства не предусмотрена поддержка региональным телеканалам со слабым материально-техническим снабжением.
По новой системе пакетное вещание централизуется и осуществляется из единого центра одной структурой. Таковой является Производственное объединение телерадио Министерства связи и высоких технологий.
Оно в рамках государственной программы снабжено современным цифровым передатчиком.
Однако ежемесячная сумма за вещание недоступна, в особенности для региональных телеканалов. Поэтому некоторые телеканалы пока не подключились к этой услуге.
 Отсутствие у частных телеканалов собственных передатчиков может рассматриваться как угроза их независимости. Все цифровые передатчики в монополии Министерства связи и высоких технологий.  На самом деле было бы правильным если бы правительством не создало бы монополистскую структуру,  а предоставило бы льготные кредиты или дотации частным телеканалам.

В переходе на цифровое вещание есть две важные стороны. С одной стороны – вещатели и их  трансформация на цифровые технологии. С другой стороны – зрительская аудитория, принимающая цифровое вещание и обеспечение ее такими возможностями. 
В Азербайджане первая сторона завершила этот процесс. За исключением мелких технических проблем вещатели готовы.  Однако народная масса не готова к этому.
Согласно официальной статистике в Азербайджане 2 млн. 38 тыс. 400 семей.
Из-за неравномерных доходов населения, материальные возможности многих семей ограничены.
У этой категории населения нет телевизоров, способных принимать современное цифровое вещание или декодеров. НТРС поднимал данный вопрос однако, к сожалению,  на официальном уровне  шагов в данном направлении не было принято.
То есть не произошло выделения дотаций для предоставления малообеспеченным семьям новых телевизоров или декодеров. А это означает, что в случае полного прекращения аналогового вещания значительное число людей могут остаться без информации.
Правовое положение вещательного медиа
 За последний год в законодательства были осуществлены ряд изменений. Они носят ограничительный характер.
Согласно поправкам в Кодекс об административных правонарушениях от 24 февраля 2015 г. в статью 187-1 санкционирующую нарушения законодательства о телевидении и радио штрафы были увеличены в 4-5 раза. Так самый высокий штраф на сумму 2 тыс. манатов  (1900 долларов) теперь был увеличен до 8 тысяч манатов (7600 долларов).
Согласно статье 19  закона о СМИ из-за показа в эфире порно в судебном порядке может быть прекращена деятельность данного СМИ.
Кроме того, 24 февраля 2015 г. было внесено изменение в статью 23 закона о Телерадиовещании. Так, в законе были пересмотрены нормы приостановления и прекращения действия лицензий.  Отныне регулирующий орган (НТРС) без решения суда вправе на 1 месяц приостановить вещание.
Также определены 9 новых случаев, когда НТРС может ликвидировать лицензию.
Одним из них является,  «привлечение вещателя к ответственности за нарушение в области телерадиовещания не менее трех раз в год».

Это норма  в особенности создает серьезную угрозу для телеканалов.
Ибо НТРС часто, проводя мониторинги, выносит предупреждения,  и штрафы за превышение допустимого законом рекламного времени.
К примеру,  за первые 42 дня 2014 г.  НТРС дважды выносил решения о «безответственности»  телеканала ANS Tv. Это означает, что если до конца года телеканал допустил бы еще одно нарушение, то мог бы лишиться лицензии.
Это норма ставит независимую деятельность телеканалов перед серьезной угрозой.
Данная норма играет серьезную роль  и в отсутствие политического плюрализма на телеканалах Азербайджана.

политического плюрализма на телеканалах

Хочу с вами поделиться итогами мониторинга проведенного мною касательно уровня плюаризма который царит на Азербайджанском телевидении.
Как вам известно 1-ого ноября текущего года в Азербайджане проводятся Парламентские выборы, в связи с чем за 60 дней Центральный Избирательный Комитет  объявил о начале выборов.
В связи с объявлением выборов на 4-х телеканалах местного телевидения были проведены мониторинги.  Период мониторинга отображает 3-х недельную деятельность этих телеканалов.
Для мониторинга были выбраны 4 телеканала два из которых государственные Аз ТВ (Az TV) и Общественное Телевидение (İTV), два других это часные телеканалы такие как ANS  и  ATV.  
Для мониторинга были выбраны передачи охватывающие prime-time период, это 4-х часовой период времени с 19:00-23:00 а так же те передачи спектр которых охватывает главные новости, передачи как talk-show и передачи информационного и дискусиционного характера. 
результаты мониторинга следующие: