In 1996 he graduated from the faculty of law of Istanbul University in Turkey and worked as a lawyer in Istanbul. In 2001 he received Master’s degree from Public Administration Institute for Turkey and the Middle East (PAITME) in Ankara and got a expert address on law and administration. He passed one year special training on the specialty of lawyer at Istanbul Bar Association of Lawyers.
Vətəndaş cəmiyyəti etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Vətəndaş cəmiyyəti etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
29 Kasım 2021 Pazartesi
21 Nisan 2021 Çarşamba
24 Ekim 2016 Pazartesi
Vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin VAHİD TƏKLİFLƏR PAKETİ
Vətəndaş cəmiyyətinin fəaliyyətini
tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair
Azərbaycan vətəndaş cəmiyyəti
nümayəndələrinin
VAHİD TƏKLİFLƏR PAKETİ
Giriş
Birləşmək azadlığı
hüququ malik olduğumuz ən əhəmiyyətli insan hüquqları arasındadır. Dinc
toplaşmaq azadlığı ilə yanaşı bu, insanların bir araya gələrək ümumi rifah
(xeyir) üçün işləmək imkanını qorumaq məqsədilə nəzərdə tutulmuş əsas
hüquqlardan biridir.
Bu hüquq bir çox digər
mülki, mədəni, iqtisadi, siyasi və sosial hüquqların həyata keçirilməsi üçün önəmli
bir vasitədir. Birləşmək azadlığı hüququ həmçinin dialoq, plüralizm,
tolerantlıq və geniş dünyagörüşünə kanal olan, azlıqlara və ya müxalif fikirlərə
və ya inanclara xüsusi hörmət edilən effektiv demokratik sistemlərin
yaranmasında və mövcudluğunda həlledici rol oynayır.
Birləşmək hüququnu Azərbaycan
üçün yeni saymaq olar. Azərbaycan müstəqillik əldə etdikdən sonra öz
Konstitusiyasında bu hüququ təsbit edib, vətəndaşlar bu azadlığı ondan sonra
dadmağa başlayıblar. Azərbaycanın Avropa Şurasına üzv olması ilə bu hüquq daha
geniş yayılıb.
Bu hüququn ayrılmaz hissəsini Qeyri-Hökumət Təşkilatlarında
birləşmək haqqı təşkil edir. Azərbaycanda 2001-ci ildən başlayaraq daha geniş
areala yayılan QHT-lərdə birləşmək hüququ uzun müddət ciddi maneələrə məruz qalıb.
Rəsmi bilgilərə görə,
hazırda Azərbaycnda dörd mindən artıq QHT qeydiyyatdan keçib. Bu ilk baxışdı
böyük rəqəm kimi görünə bilər, ancaq
qonşu, tərəqqidə olan ölkələrin durumu ilə müqayisədə olduqca kiçik rəqəmdir.
60 ildən artıq Azərbaycanla
birgə Sovetlər Birliyinin daxilində olmuş, əhalisi 1.5 milyondan az olan
Estoniyada 2015-ci ilin bilgilərinə görə, 34 mindən artıq QHT fəaliyyət göstərir.
Başqa bir Sovetlər Birliyi ölkəsi, əhalisi 4 milyon civarında olan qonşu
Gürcüstanda 20 mindən artıq QHT fəaliyyətdədir. Müqayəsədə Azərbaycandakı durum
ürəkaçıcı deyil.
Ürəkaçıcı olmayan digər
məqam ölkədə QHT mühitinin olduqca pisləşməsidir. 2013-cü ildən başlayaraq QHT
mühitinə müdaxilələr hazırda olduqca gərgin vəziyyət yaradıb. Dövlət
qeydiyyatına alınmış, özəlliklə gerçək fiunksiyalarını yerinə yetirən, toplumun
ayrı-ayrı kəsimləri üçün faydalı olan QHT-lərin əksəriyyəti fəaliyyətini
dayandırmaq zorunda qalıb.
Bu təkliflərin təqdim edilməsinin məqsədi 2013-cü
ildən başlayaraq QHT mühiti ilə bağlı yaşanan hüquqi və praktik problemləri aradan
qaldırmaq, həmin problemləri yaradan qanunvericiliyin yenidən nəzərdən keçirilməsinə
və demokratik hüquq prinsipləri çərçivəsində yeni qanunvericiliyin
formalaşmasına hökumətin və ictimaiyyətin diqqətini çəkməkdir.
Ümumi mövqe
Azərbaycan Respublikası
Konstitusiyanın 58-ci, habelə, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci,
BMT-nin “Mülki, siyasi və mədəni hüquqlara dair” Paktının 22-ci maddələrinin mahiyyətinə
uyğun olaraq, birləşmək hüququnun qanuni tənzimləməsini müəyyən edən ölkə qanunvericiliyi[1]
son zamanlar yaranan hüquqi problemlər də nəzərə alınaraq monitorinq edilməli və
yenidən işlənməlidir.
Konstitusiyanın 58-ci
maddəsində birləşmək azadlığı daha geniş şəkildə qorunur və birləşmək
azadlığının həyata keçirilməsi üçün hər hansı məhdudlaşdırıcı qanuni proseduraların
zəruriliyi nəzərdə tutulmur. Konstitusiya ilə nəzərdə tutulmayan bir proseduranın
qanunda nəzərdə tutulması və üstəlik bu proseduralarda çoxlu məhdudlaşdırıcı
normaların olması Konstitusiyanın mahiyyətinə ziddir. Qanunla birləşmək azadlığının
tənzimlənməsi müəyyən məhdudlaşdırıcı proseduralara tabe tutula bilər lakin, bu
proseduralar demokratik cəmiyyətdə zərurilik testinə uyğun olmalı, azadlığı məhdudlaşdıran,
onu təməldən yox edən normalar yox, onun reallaşmasını asanlaşdıran və tənzimləyən
normalar olmalıdır.
QHT və fondların,
ictimai birliklərin, qeyri-kommersiya qurumlarının, icmaların, bir sözlə vətəndaş
cəmiyyəti qurumlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktları
demokratik dəyərlərə hörmət göstərən ictimaiyyətin iştirakı ilə (QHT
sektorunun, siyasi partiyaların, media nümayəndələrinin, dini icmaların və müstəqil
ekspertlərin aktiv iştirakı və konsensusu ilə) yenidən işlənməli, mövcud
qanunlarda olan, eyni zamanda sonradan daxil edilən azadlıqları məhdudlaşdıran
və daraldan, habelə onun həyata keçirilməsini çox qəliz proseduralara bağlayan
normalarından təmizlənməli, azadlıqlar sadəcə Azərbaycanın qoşulduğu beynəlxalq
hüquq normaları, Avropa İnsan Hüquqları Məhkəməsinin prisedent hüququ və beynəlxalq
təşkilatların, o cümlədən Venetsiya Komissiyasının rəyləri nəzərə alınmaqla tənzimləyən
qanunvericilik halına gətirilməlidir.
Məsələnin kökündən düzəlməsi
üçün əslində bu sahədə qanunların artıq dəyişikliklər ilə düzəlmə ehtimalı çox
azdır. Çünki azadlıqları nəzarət altına alıb, məhdudlaşdırmaq üçün edilən
çoxsaylı dəyişiklik və əlavələrdən sonra qanunların təkrar müəyyən dəyişikliklə
normal vəziyyətə gətirilməsindənsə, birbaşa yeni layihələr üzərində işləmək, azadlıqları
daha çox qoruyan layihələr müzakirəyə çıxarıb qəbul etmək doğru olar. Bu addım
atılanadək, ən azından birləşmək azadlığının bərpası, vətəndaş cəmiyyəti
institutlarının fəaliyyətinin mümkün olması baxımından təxirəsalınmadıan
aşağıdakı qanunlarda müəyyən dəyişikliklərin olması zəruridir.
“Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu
A.
Qeydiyyat və fəaliyyət
problemlərinin aradan qaldırılması
1.
Konstitusiyada birləşmək azadlığı əvvəlcədən müvafiq dövlət
orqanından icazə alınaraq həyata keçirilən azadlıq deyil. Odur ki, birləşmək
azadlığını reallaşdırmaq istəyən və QHT,
ictimai birlik quran şəxslərin, habelə xarici qeyri-kommersiya qurumlarının
filial və nümayəndəliklərinin qeydiyyat proseduraları sadələşdirilməli,
qeyri-kommersiya qurumlarının qeydiyyatı mətbu orqanlarda olduğu kimi bildiriş
sisteminə keçirilməlidir. İstənilən hüquqi və fiziki şəxs və ya şəxslər
qrupu öncədən icazə almadan birləşə bilməli və buna dair bir bildirişi müvafiq
dövlət orqanına verərək, müəyyən vaxtdan sonra (ən çoxu 3 gün) sərbəst
fəaliyyətə başlaya bilməlidir. Bu zaman ölkədə elektron hökumət sisteminin
infrastrukturundan istifadə imkanları tam təmin edilməli, bildiriş elektron
sistemə uyğunlaşdırılmalıdır. Müvafiq dövlət orqanı 3 gün ərzində eyni adda
hüquqi şəxsin qeydiyyatda olması halı, habelə Avropa İnsan Hüquqları Konvensiyasının
11-ci maddəsinin 2-ci bəndində göstərilən əsaslar istisna olmaqla, həmin
təşkilatı rəsmi dövlət qeydiyyatına götürməli və təsisçilərə şəhadətnamə,
habelə reyestrdən çıxarışı təqdim etməlidir. Bütün hallarda təşkilat 3 gün
sonra hüquqi fəaliyyətə başlaya bilməlidir. Xarici qeyri-kommersiya
qurumlarının filial və nümayəndəliklərinin qeydiyyat proseduraları da bu
prinsiplərə uyğun olaraq, habelə aid olduğu ölkə qanunvericiliyində qeydiyyata alındığını
təsdiqləyən və nümayəndəlik açılması, nümayəndə təyin edilməsinə dair qərarlar
təqdim edilməklə qeydiyyata götürülməlidir.
2.
QHT-lərdən tələb olunan sənədlərin
dairəsi kəskin azaldılmalıdır. Təsis yığıncağının Qərarında təsisçilər haqqında və
təşkilatın yerləşdiyi yer üzrə məlumatlar olduğundan əlavə sənədlərə
zərurət faktiki olaraq yoxdur. Ümumi yığıncaq da təsisçilərə dair hər hansı dəyişiklik
baş verməyib və qanuni təmsilçi dəyişməyibsə yeni məlumatların Ədliyyə Nazirliyinə
təqdim olunmasının tələb edilməsi əsassız olduğundan qanunvericilikdən çıxarılmalıdır.
Nümunəvi Nizamnamə qəbul edildikdən sonra nizamnamə dəyişikliyinə ehtiyac olmayacağına
görə belə dəyişikliyin qeydə alınması da tələb oluna bilməz.
3.
Qanunda QHT-lərin adına dair normaların olması,
eyni adların mövcudluğu halı istisna olmaqla müəyyən adların seçilməsinin
yolverilməzliyinin bildirilməsi, məqsədi ilə adın uyğunluğunun tələb edilməsi,
dolaylı olaraq azadlığı məhdudlaşdıran və legitim əsaslardan birinə söykənməyən
səbəblərdəndir. Qanunda belə
məhdudiyyətlərin olması yolverilən deyil. Bu səbəblə adların seçilməsində gətirilən
məhdudlaşdırıcı yanaşmadan imtina edilməlidir. Xüsusilə məşhur şəxslərin adının
istifadəsinə görə onların yaxınlarından icazə alınması qəbuledilməzdir. Çünki,
Nizami Gəncəvinin, yaxud Fizulinin, Nəsiminin irsini araşdıran bir ictimai birliyin
təsisçiləri onların varislərini haradan tapıb icazə almalıdır? Bu məntiqli və icrası
mümkün tələb deyil.
4.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)
haqqında” Qanun ilə bərabər, QHT və Fondlar üçün Nümunəvi Nizamnamə təsdiq
edilməli, bu Nizamnamədə istər birliyin, istərsə də fondun vahid idarəetmə
forması müəyyən edilməli, bütün QHT-lər bu formaya uyğun idarəetmə sistemi mənimsəməlidir. Beləliklə, Nizamnamələrin qanunvericiliyə uyğunsuzluğuna dair
bir iddianın ortaya çıxmasının qarşısı alınacaq. Ayrıca, bu Nümunəvi Nizamnamədə
QHT-lərin Konstitusiyada və Avropa İnsan Hüquq və Azadlıqlarına dair Konvensiyada
birləşmək azadlığının məhdudlaşdırılmasını tələb edən legitim əsaslar göstərilərək,
QHT-lərin fəaliyyətinin çərçivəsi müəyyən edilməli, beləliklə, bu çərçivə hər kəs
üçün öncədən müəyyən etdiyi və qəbul etdiyi fəaliyyət çərçivəsi olmalıdır. Nümunəvi
Nizamnamədə QHT-lərin hüquqa uyğun fəaliyyət istiqamətlərini seçmək sərbəstliyi
təmin edilməlidir. Beləliklə, QHT-lərin hüquqa uyğun fəaliyyəti təmin ediləcək.
5.
QHT-lərin fəaliyyətini tənzimləyən birbaşa və əlaqəli normativ hüquqi
aktlar yenidən nəzərdən keçirilməli, onların müddəaları QHT-lərin fəaliyyətini əngəlləyici
olmamalı, tənzimləyici olmalıdır;
6.
Qeyri-kommersiya
qurumlarının, xarici qeyri-kommersiya qurumlarının filial və nümayəndəliklərinin
fəaliyyətinə mane olan bütün legitim olmayan normalar aradan qaldıırılmalıdır. Qrant və ianələrin qeydiyyat sistemi ləğv
edilməli, alınan qrant və ianələr haqqında məlumat sadəcə illik maliyyə
hesabatında təqdim edilməli, qrant və ianələrə dair banklarda əməliyyat heç bir
ön şərtə bağlı olmadan tam sərbəst olmalı, qrant və ianə ödənişlərində qanunla
yol verilən hər iki ödəniş sistemi, nağd və köçürmə sistemi mümkün olmalıdır.
7.
Donorların qeydiyyatını tələb edən sistemdən imtina edilməli,
donorların sərbəst fəaliyyətinə mane olan bütün normalar qanunvericilikdən
çıxarılmalıdır.
8.
Xarici mənbədən alınan vəsaitlərlə xidmət göstərilməsi zamanı
xidmət müqavilələrinin qeydiyyatını nəzərdə tutan normalardan imtina edilməli,
mənbədən asılı olmayaraq bütün gəlirlər vergi bəyanlarında nəzərdə tutulan
sistem daxilində təqdim edilməlidir.
9.
Azərbaycanda fəaliyyət göstərən xarici QHT-lərin filial və nümayəndəliklərinin
Azərbaycandakı hər hansı fəaliyyətinə məhdudiyyət qoyulmamalı, birdən çox yerdə
filial açmasına əngəl yaradılan normalar
ləğv edilməli, belə qurumlarda müavin vəzifəsinin məcburi qaydada Azərbaycan vətəndaşı
olması şərti qaldırılmalı, qanunvericilikdə bu
tip ayrı-seçkiliklərə yer verilməməlidir.
10.
Qanunvericilikdə xarici hüquq
şəxslərin nümayəndəlik və filiallarının qeydiyyatı üçün tələb olunan əngəlləyici
proseduralar sadələşdirilməli, xüsusilə saziş bağlama tələbi
ləğv edilməli, Azərbaycan QHT-ləri ilə onların
hüquqların eyniliyi təmin edilməlidir. Yerli QHT-lər üçün tələb olunan proseduradan
əlavə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatı üçün öz
ölkəsində hüquqi baxımdan fəaliyyət göstərdiyini təsdiq edən sənədin təsdiqlənmiş
surəti və təşkilatın nümayəndəlik və ya filial açmasına dair qərarını təqdim
etmək yetərli olmalıdır. “Azərbaycan
Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı Sazişin hazırlanması üçün
danışıqların aparılması və bağlanması Qaydaları"nın təsdiq edilməsi
haqqında 16 mart 2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 43 saylı qərarı ləğv edilməli, bu mərhələdə hökumətin müdaxilə imkanları aradan
qaldırılmalıdır.
11.
QHT-lərin, ictimai birliklərin fəaliyyət dairəsi
qanunda legitim əsas olamadan məhdudlaşdırılmamalıdır. QHT-lərin hansı fəaliyyətlərlə
məşğul ola biləcəyinin göstərilməsi birbaşa məhdudlaşdırıcı yanaşma olduğundan
bu metoddan imtina edilməlidir. Fəaliyyətə
məhdudiyyətlər yalnız ölkə Konstitusiyası, Konstitusiya Qanunu, AİHK-nın 11-ci
maddəsinə göstərilən legitim məhdudlaşdırıcı hallar olduqda və demokratik cəmiyyətdə
zəruri sosial basqıdan doğduqda balanslı şəkildə tətbiq edilə bilməlidir. Ümumiyyətlə, ada görə fəaliyyətin müəyyən
edilməsi, yaxud fəaliyyətin adda da əks olunmasının tələb edilməsi, exit-poll keçirilməsinə
qoyulan məhdudiyyətlər birbaşa azadlıqlara legitim olmayan müdaxilələrdir və bu
metodun seçilməsi yolverilməzdir.
B.
Fəaliyyətə
xitam verməyə dair problemlərinin aradan qaldırılması
QHT-lərin fəaliyyətinə xitam verilməsi yalnız məhkəmə qaydasında olmalı:
·
Xitam verilməyə
əsas təşkil edəcək səbəb Konstitusiyon və Konvensional əsaslar göstərilməklə
qanunda kifayət qədər aydın, dəqiq və ətraflı nəzərdə tutulmalı, qadağanları
öncədən aydın görməyə imkan verməli və şərhində mülahizə sərbəstliyi verən
qeyri-müəyyən ifadə və normalardan ibarət olmamalıdır;
·
Xitam verilməyə əsas təşkil edəcək hüquqi səbəblərin məqsədi və nəticəsi yalnız, “Azərbaycan
Respublikasında İnsan Hüquq və Azadlıqlarının Həyata Keçirilməsinin Tənzimlənməsi
haqqında Konstitusiya Qanunu”nun 3.5-ci və 3.6-cı maddələrində, habelə
Avropa İnsan
Huquqlarının və Əsas Azadlıqların Mudafiəsi Haqqında Konvensiyanın 11-ci maddəsinin
2-ci bəndində sadalanmış legitim ictimai
mənafelərdən birinin və ya bir neçəsinin, yəni milli təhlükəsizlik, ərazi
bütövlüyü, ictimai asayiş və təhlükəsizlik, iğtişaşların və cinayətin
qarşısının alınması, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının mudafiəsi üçün olmalıdır;
·
Xitam verilmə o zaman baş
verməlidir ki, bu demokratik cəmiyyətin
varlığı üçün zəruri olan ən mühüm dəyərlərin qorunmasına yönəlib və demokratik
cəmiyyətdə son zərurət kimi tətbiq edilir. Yəni, legitim ictimai mənafeləri
qorumaq üçün birləşmək azadlığını daha az məhdudlaşdıracaq başqa ağlabatan və səmərəli vasitələr tükənib;
·
Birləşmək
azadlığına son verərək QHT-nin fəaliyyətinə xitam vermə, yaxud digər cərimə
sanksiyaları tətbiq etmə birləşmək azadlığına mütənasib olmalıdır, yəni legitim
ictimai mənafeni qorumaqdan əldə olunan fayda məhdudlaşdırmanın (tətbiq ediləcək
sanksiyalar nəzərə alınmaqla) birləşmək azadlığına vuracağı zərərdən daha üstün
olmalıdır.
1.
QHT-lərin fəaliyyətinə xitam verilməsinə əsas təşkil edən süni
səbəblər Qanundan çıxarılmalıdır. QHT-nin
yazılı xəbərdarlıq alması, yaxud inzibati qaydada cəzalandırılması təkbaşına
onun ləğvinə əsas təşkil etməməlidir. İnzibati cərimələrin miqdarı 2008-ci
ilədək olan limitlərə geri çəkilməli, ölkədə tətbiq olunan minimum əməkhaqqı indeksinə uyğunlaşdırılmalı, heç bir kommersiya
məqsədi olmayan qeyri-kommersiya qurumlarının astronomik cərimələri İnzibati Xətalar Məcəlləsindən çıxarılmalıdır.
2.
Ədliyyə Nazirliyinə QHT-lərin fəaliyyətinin qanunvericiliyə və Nizamnaməsinə uyğunluğunu yoxlanma səlahiyyətinin
verilməsini tənzimləyən normalar qanunvericilikdən çıxarılmalı, QHT-lərin
fəaliyyətini tamamilə məhdudlaşdıran Ədliyyə Nazirliyinin Kollegiyasının 28dekabr 2015-ci il tarixli, № 11-N saylı “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə Qərarı ləğv edilməlidir.
C.
Qanunvericiliyin tətbiqini pozanlara görə məsuliyyət
1.
QHT-lərin azadlıqlarına
məhdudiyyət gətirən, əsassız olaraq qeydiyyat aparmayan, əlavə sənədlər tələb
edən, süründürməçilik edən qanuni fəaliyyətinə süni maneələr yaradan hərəkətlər kim tərəfindən edilməsindən asılı olmayaraq, inzibati və cinayət
məsuliyyəti yaratmalıdır. Müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə yeni maddələr əlavə
edilməli, QHT-lərin fəaliyyətinə mane olan, onun hüquqlarını qanunsuz
məhdudlaşdıran, qanunsuz hərəkət və hərəkətsizliklərə yol verən rəsmi şəxslər
və qurumlar inzibati və hüquqi məsuliyyət daşımalı, əgər bu hərəkətlər
qəsdən yaxud tamah məqsədi ilə və ya vəzifə səlahiyyətlərindən sui-istifadə
edərək edilərsə cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan Respublikası Qanunu
1.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Qanunda QHT-lərə dair normalar tamamilə
yenilənməli, dövlət qeydiyyatı bildiriş sisteminə görə sadələşdirilmiş formada
həyata keçirilməli, legitim hüquqi məqsədə söykənməyən normalar ləğv
edilməlidir.
2.
Komersiya və qeyri-kommersiya
qurumlarına görə gətirilən fərqləndirmə qeyri-kommersiya qurumlarının lehinə
tamamilə yenidən formalaşmalıdr. Xarici qeyri-kommersiya qurumlarının filial və
nümayəndəliklərinin qeydiyyatı yuxarıda nəzərdə tuutlduğu kimi
sadələşdirilməli, Saziş şərti, habelə süni problemlər yaradan digər normalar
ləğv edilməlidir.
3.
Ümumiyyətlə 2010-2016-cı illər
ərzində bu Qanuna dəyişiklik edən on fərqli qanun qəbul edilib və bunların hər
birində məqsəd məhdudlaşdırıcı olub. Odur ki, texniki dəyişikliklər istisna olmaqla bu qanunların gətirdiyi
məhdudlaşdırıcı normalar da qanunvericilikdən çıxarılmalıdır. Xüsusilə, “nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət
istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına
alınması üçün müvafiq icra hakimiyyəti
orqanının rəyinin” tələb olunması hüququn siyasi mülahizəyə tabe
edilməsidir və azadlıqları qeyri-legitim məhdudlaşdırmaqdadır.
“Qrant Haqqında” Azərbaycan
Respublikası Qanunu
1.
Bu qanuna 2009-cu ildə bir dəfə, 2013
və 2014-cü illərdə 4 dəfə müxtəlif qanunlarla 18 müxtəlif məhdudlaşdırıcı
dəyişiklik və əlavələr edilib. Bunların demək olar ki hamısı məhdudlaşdırıcı
xarakterli olub. Odur ki bunlardan imtina edilməlidir.
2.
Qrant və ianələrin qeydiyyatını nəzərdə tutan normalar ləğv edilməli,
alınan qrant və ianələr haqqında məlumat sadəcə illik maliyyə hesabatında təqdim
edilməli, qrant və ianələrə dair banklarda əməliyyat üçün tələb olunan bildiriş
təqdim etmə şərti olmadan əməliyyatlar tam sərbəst aparıla bilməli, qrant və
ianə ödənişlərində qanunla yol verilən hər iki ödəniş sistemi, nağd və köçürmə
sistemi mümkün olmalıdır.
3.
Donorların qeydiyyatını tələb edən sistemdən imtina edilməli,
donorların yerləşmə yerindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən istənilən
vətəndaş cəmiyyəti qurumlarına, şəxslərə sərbəst qrant vermə yolu açılmalıdır. Qrantların məqsədəmüvafiqliyinin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilməsini tələb edən normalar, habelə, fəaliyyətə mane olan
digər bütün normalar da qanunvericilikdən çıxarılmalıdır. Qrant müqavilələrinin
qeydiyyatını nəzərdə tutan Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 5 iyun 2015-ci iltaixli, № 216-saylı “Qrant
müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi” barədə Qərarı, habelə, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 22 oktyabr 2015-ci il tarixli, № 339
saylı “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant
vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edilməsinə dair Qərarı ləğv edilməlidir.
4.
“Qeyri-hökumət
təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və
ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər
barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 oktyabr
2015-ci il taixli, № 336 saylı Qərarı ləğv edilməlidir.
5.
Xarici mənbədən alınan vəsaitlərlə
xidmət göstərilməsi zamanı xidmət müqavilələrinin qeydiyyatını nəzərdə tutan
normalardan imtina edilməli, mənbədən asılı olmayaraq bütün gəlirlər vergi bəyannamələrində
nəzərdə tutulan sistem daxilində təqdim edilməli, o cümlədən “xarici mənbədən alınan qrantlardan xidməti müqavilələrin qeydə
alınması”nı tənzimləyən qaydalar ləğv edilməlidir.
6.
Qrant verilməsi və alınmasına
dair donorlara, respiyentlər üçün nəzərdə tutulan bütün inzibati cərimə
sanksiyaları ləğv edilməli və İnzibati
Xətalar Məcəlləsindən çıxarılmalıdır.
“Könüllü fəaliyyət
haqqında” Azərbaycan Respublikası Qanunu
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və
fondlar) haqqında” Qanunun 11-ci maddəsinə 2013-cü il 19 dekabrda əlavə edilən
bənd təsbit edir: “Qeyri-hökumət təşkilatlarında köməkçilərin mövcudluğu və
onların hüquqi statusu qeyri-hökumət təşkilatının təsis sənədləri və
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilir”. “Könüllü fəaliyyət haqqında” Qanunun 6-cı maddəsində könüllü
fəaliyyətin təşkilatçıların vəzifələri sayılmış və QHT-lər əgər onlar könüllü
cəlb etməli olsalar hökmən könüllü ilə yazılı formada müqavilə
bağlamalı, könüllünün həyat və sağlamlığını bütün hallarda sığorta
etdirməli, zəruri olduqda onu təlimlərə cəlb etməli, könüllü əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər barədə Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidmətinə məlumat verməlidir. Burada işin xarakterinə baxmadan,
onun qısamüddətli, yaxud birdəfəlik olmasından asılı olmayaraq eyni standartın
tələb olunması doğru yanaşma deyil. Bəzən QHT-lər hansısa bir neçə saatlıq
tədbirdə könüllülərin köməyindən istifadə etməli olurlar. İndiki halda artıq bu
mümkün deyil. Bu tələb faktiki olaraq QHT-lərin əl-qolunu bağlamağa xidmət
edir.
Ayrıca, Qanunun 10-cu maddəsində “Beynəlxalq könüllü fəaliyyətin təşkilatçıları, habelə könüllü
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində
könüllü fəaliyyətlə yalnız Azərbaycan Respublikasının könüllü fəaliyyət
təşkilatçıları ilə birgə məşğul ola bilərlər”. Bu yanaşma tam məhdudlaşdırıcı
xarakterlidir. Ölkədə xarici dili könüllü tədris etmək istəyən müəyyən
könüllü missiya iştirakçılarının beləliklə bütün fəaliyyət imkanları
məhdudlaşdırılır. Odur ki,
qanunvericilikdən bu məhdudlaşdırıcı müddəalar çıxarılmalı və mövcud normalar
yumşaldılmalıdır.
“Dini etiqad Azadlığı
haqqında” Qanun və “Dini ekstremizmlə
mübarizə haqqında” Qanun
1.
20 avqust 1992-ci ildə qəbul edilən “Dini etiqad Azadlığı haqqında”
Qanun 16 dəfə fərqli qanunlarla dəyişiklik və əlavələrə məruz qalıb. Xüsusilə son 7 ildə 11 dəfə qanunla dəyişiklik
və əlavə edilib. Bunların 6-ı bilavəsitə 2013-2015-ci illərdə baş verib. Cəmi 31 maddədən ibarət olan Qanuna son 7
ildə 62 fərqli əlavə və dəyişiklik olub. Bu dəyişikliklərin mütləq əksəriyyəti
məhdudlaşdırıcı xarakterlidir. Bu qanunla bərabər 2015-ci ildə “Dini
ekstremizmlə mübarizə haqqında” Qanun da qəbul olunaraq, bu sahədə azadlıqları
maksimum məhdudiyyət altına almağa xidmət edib. Odur ki, bu qanun bütün məhdudlaşdırıcı
müddəalardan təmizlənməlidir.
2.
Qanunda dini təyinatlı ədəbiyyatın dövlət qurumu tərəfindən xüsusi
nəzarət markası ilə markalanma şərti gətirilmişdır.
Bu vicdan və ifadə azadlığına ciddi məhdudityyət deməkdir və qanunvericilikdən çıxarılmalıdır.
3.
Ölkədə dinlərarası ayrı-seçkilik yaradan xeyli müddəa qanuna salınıb.
Digər dinlərdən fərqli olaraq, islam dininə aid ayin
və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları
tərəfindən həyata keçirilə bilər. Xaricdə
dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid
ayin və mərasimlərin aparılması qadağan edilib. Bütün bu müddəalar
qanunvericilikdən çıxarılmalıdır.
4.
Dini qurumların və dini icmaların qeydiyyata
alınması qaydalarına dair müddəalar gülüncdür. Qeydiyyat üçün tələb olunan
sənədlər arasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər
sənədlərlə bərabər“azı əlli nəfər
yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, icmanın
təsis protokolu və nizamnaməsi, əlavə
olunmuş ərizə, habelə
vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən
şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti,dini təlimin
əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və
metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın
üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar”tələb
edilir. Bu məlumatların böyük
əksəriyyətinin birləşmək hüququnu həyata keçirmək üçün ön şərt olması legitim
yanaşma deyil və qanunvericilikdə bu formada məhdudlaşdırıcı normalar ləğv
edilməlidir.
5.
Dini icmaların qeydiyyata alınması üçün bütün
sənədlərdən əlavə Dini işlər üzrə Dövlət
Komitəsinin rəyinin tələb olunması hüquqi prosedurları kilidləyən və azadlığı
əsassız məhdudlaşdıran normadır və ləğv edilməlidir.
6.
Dini icmaların yalnız
qeydiyyat ünvanında fəaliyyətinə icazə verilməsi, ölkə üzrə fəaliyyətinə imkan
verilməməsi bir başqa məhdudlaşdırıcı yanaşmadır və ləğv edilməlidir.
7.
İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini
atributların nümayiş etdirilməsinin qadağan olunması şəxslərin sərbəst
toplaşmaq hüququna və ifadə azadlığına qeyri-legitim müdaxilədir və ləğv
edilməlidir.
8.
Dini qurumların aldıqları qrantları və ianələri qeydiyyata aldırmanı
nəzərdə tutan normalar, habelə buna görə müəyyən olunan məsuliyyətlər ləğv
edilməlidir. Sadəcə hesabatlılıq tələb edilə bilər.
İnzibat Xətalar Məcəlləsi,
Cinayət Məcəlləsi
1.
Vətəndaş cəmiyyətinin fəaliyyətini
məhdudlaşdıran normalar qanunvericiliyə daxi edildikdən sonra İnzibati Xətalar Məcəlləsinə əlavə edilən aşağıdakı
normalar tamamilə qanunvericilikdən çıxarılmalıdır:
·
“Qrant
alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması”nı tənzimləyən 432-ci maddə;
·
“İanələr barədə məlumatın maliyyə
hesabatına daxil edilməməsi”ni nəzərdə tutan 465-ci maddə;
·
“İanə edilən pul vəsaitlərinin nağd
şəkildə verilməsi və qəbul edilməsi”ni tənzimləyən 466-cı maddə;
·
“Qeyri-hökumət təşkilatları haqqında
qanunvericiliyin pozulmasını” tənzimləyən 579-cu Maddə;
·
“Qeyri-hökumət təşkilatlarının, xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin
fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və qanunvericiliyə
uyğunluğunun öyrənilməsinə maneələrin törədilməsi”ni tənzimləyən 580-ci Maddə;
·
“Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən müvafiq
icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların
vaxtında aradan qaldırılmamasını” tənzimləyən
581-ci Maddə;
·
“Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydalarının pozulmasını”
tənzimləyən 582-ci Maddə.
2. Cinayət Məcəlləsinə
yeni daxil edilən, birbaşa ifadə azadlığını icazəyə bağlayan və mahiyyət
etibarı ilə cinayət əməli kimi tanınması demokratik
hüquqi prinsiplərlə uyğun gəlməyən və 5 ilədək azadlıqdan mərhumetməni nəzərdə
tutan aşağıdakı maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.
·
Maddə 167-2. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı
(kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və
məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə,
satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya
yayma;
·
Maddə 168. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı
altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud
vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq
vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş
vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə
və ya belə qrupda iştirak etmə;
· Maddə 168-1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini
təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması və əcnəbi
və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması.
İmzalar:
1.
Ağaəliyev Xalid, hüquqşünas,
Sivil Toplum Platforması
2.
Ağayev Rövşən, iqtisadçı-ekspert, Sivil Toplum Platforması
3.
Bağırov Xalid, hüquqşünas, Sivil Toplum Platforması
4.
Cəfərov Rəsul, İnsan
Hüquqları Klubu
5.
Çobanoğlu Şahvələd,
jurnalist, Sivil Toplum Platforması
6.
Əliyev İntiqam, Hüquq
Maarifçiliyi Cəmiyyəti
7.
Əliyev Mehman, “Turan”
İnformasiya Agentliyi, Sivil Toplum Platforması
8.
Əliyev Samir, Media və
İctimai Təşəbbüslər İB
9.
Gülalıyev Oqtay, Demokratik
İslahatlar uğrunda İB
10.
Hacıbəyli Rövşən,
Demokratik Jurnalistika Məktəbi
11.
Hüseynov Emin,
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
12.
Quliyev Ziya, Hüquq
Təşəbbüsləri Mərkəzi
13.
Qurbanov Akif, Demokratik
Təşəbbüslər İnstitutu
14.
Kazımlı Samir, hüquq
müdafiəçisi, Sivil Toplum Platforması
15.
Kazımov Seymur, jurnalist,
Sivil Toplum Platforması
16.
İbadoğlu Qubad, iqtisadçı-ekspert
17.
İmranova Aynur, Media və
Demokratiyanın İnkişafına Dəstək İB
18.
İsmayıl Şəhla, Rasional
İnkişaf uğrunda Qadın Assosiasiyası
19.
Mahmudov Kamran, jurnalist,
Sivil Toplum Platforması
20.
Mehtiyev Azər, İqtisadi
Təşəbbüslərə Yardım İB
21.
Məmmədli Anar, Seçkilərin
Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
22.
Məmmədli Ələsgər,
hüquqşünas, Sivil Toplum Platforması
23.
Məmmədli Nəsimi, Yayımların
Monitorinq Mərkəzi
24.
Mustafayev Əsabəli, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi
25.
Rəhimli Mehriban, Sivil Toplum Platforması
26.
Süleymanlı Bəşir, Vətəndaş Hüquqları İnstitutu
27.
Toğrul Qalib, İqtisadi Tədqiqatlar Mərkəzi
28.
Zeynallı Əvəz, “Xural” qəzeti, Sivil Toplum
Platforması
29.
Zöhrab İsmayıl,
İqtisadiyyatın İnkişafına Yardım İctimai Assosiasiyası
Əlaqələndiricilər:
Ələsgər Məmmədli,
hüquqşünas, Sivil Toplum Platforması, +994 50 235 32 50, elesgerm@gmail.com
Rəsul Cəfərov, hüquq
müdafiəçisi, İnsan Hüquqları Klubu, +99450 586 35 37, resul.j@gmail.com
[1] “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və
fondlar) haqqında” Qanun, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Qanun, “Qrant haqqında” Qanun, “Dini etiqad azadlığı haqqında” Qanun,
“Dini ekstremizmlə mübarizə haqqında” Qanun, İnzibati Xətalar Məcəlləsi və
Cinayət Məcəlləsinin müvafiq normaları, Azərbaycan Respublikası Prezidentinin
bu sahə üzrə Fərmanları, Nazirlər Kabinetinin, nazirliklərin və komitələrin bu
sahə üzrə qərarları
9 Mart 2016 Çarşamba
Öz yanlışlarını görməyən hökumət uçurumun kənarında olduğunun da fərqində olmayacaq...
Jurnalist Aynurə Heydərovanın Suallarını cavabladıq
Ələsgər Müəllim, Ədliyyə Nazirliyinin kollegiyası “Qeyri-hökumət təşkilatlarının, xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin
öyrənilməsi Qaydaları”nı təsdiq edib. Bununla bağlı mövqeyinizi öyrənmək istəyirik.
Sual: Ədliyyə Nazirliyinin
qeyri-hökumət təşkilatlarının, xarici QHT-lərin nümyəndəliklərinin fəaliyyəti ilə bağlı hazırladığı qaydalar
barədə fikriniz maraqlıdı. Sizcə bu nə deməkdi və bu dəfə niyə dəyişikliklərə
ehtiyac duyuldu?
Ələsgər Məmmədli: Bu
Qaydaların bu şəkildə təsdiq olunması son 2 ildə ölkədə QHT sektoruna qarşı
başladılan məhdudlaşdırma prosesinin dayanmadığını, son sürətlə davam etdiyini
göstərir. Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən hazırlanan bu Qaydalar
birmənalı olaraq qanunvericiliyin müəyyən etdiyi sərhəddi aşır və QHT və xarici
dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə əlavə öhdəliklər,
vəzifələr yükləyir. Bu isə QHT-lərin fəaliyyət sferasını qanunla nəzərdə
tutulduğundan artıq məhdudlaşdırmaq deməkdir. Deməli, ölkədə birləşmək
azadlığına ciddi müdaxilə edilir. Bu müdaxilə həm Konstitusiyanın 58-ci maddəsində
göstərilən birləşmək azadlığına, həm də ratifikasiya etdiyimiz Avropa İnsan Hüquqları
Konvensiyasının 11-ci maddəsinə (birləşmək azadlığı) ziddir.
Sual: 2011-ci
ildən, əvvəl sənəd üzərində müstəqil QHT-lərə olan basqaılar, sonra həm sənəd
həm də real həyatdakı basqılar bəzil QHT
rəhbərlərinin həbsinə, digərlərinin bağlanmasına səbəb oldu. Sizcə hakimiyyətin
istəyi nədi? Problemi eşitməməkdirsə, hazırda yenə problemlər səslənir. Özü də
daha qabarıq. Bunu şərh edərdiz?
Ələsgər Məmmədli: 20014-cü ilə
gəldiyimizdə Azərbaycanda demək olar ki siyasi fəaliyyət imkanları maksimum
daraldılmış, sərbəst toplaşmaq hüququ məhdudlaşdırılmışdı. Siyasi partiyalar,
siyasi fəaliyyət göstərən şəxslər bu və ya digər formada ciddi çərçivəyə
salınmışdır. Media da bu prosesdən nəsibini almış, bütün teleradiolar tək
iradəyə, hökumətin iradəsinə tabe edilmiş, bir çox müstəqil qəzet sıradan
çıxarılmış, internet üzərindən də çoxsaylı maliyyələşmə mənbəyi şübhəli olan,
amma hökumətin gizli əli ilə maliyyələşən online mətbuat yaradılmışdır. Tək
istisna, müəyyən QHT-lər və Xarici
QHT-lərin nümayəndəlikləri vətəndaş cəmiyyətinin inkişafı üçün səy göstərir,
müstəqil fəaliyyət üçün müəyyən qrantlar ayırır və bu çərçivədə tam olmasada
qismən hökumətə ictimai nəzarəti həyata keçirirdi. Hökumət, yeganə fəaliyyət
göstərən bu sektoru da susduraraq, öz yanlışlarını göstərən güzgünü qırmaq qərarına
gəldi. 2013-cü ilin 17 dekabrında Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında Qanuna
edilən məhdudlaşdırıcı dəyişikliklər 2014-cü ilin fevralında qüvvəyə mindi və
dərhal QHT və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinə qarşı
başladılan məşhur cinayət işinə start verildi. Çox sayda QHT-nin hesabına həbs
qoyuldu, ofisləri bağlandı, məsul şəxslər qondarma ittihamlarla həbsə atıldı,
onlarla QHT fəalının ölkədən çıxışına qadağa qoyuldu, qrantların icrası
dayandırıldı, yeni qrant alma yolu bağlandı, bank əməliyyatlarına blok və
məhdudiyyət qoyuldu. Beləliklə, illik 50-60 milyon dollarlıq qrant alıb,
vətəndaş cəmiyyətinin inkişafına, hökumətin şəffaflığına, korrupsiyanın
önlənməsinə nəzarət edən, vətəndaşları maarifləndirən, peşəkarlığı artıran,
yeni vərdişlər öyrədən, xeyriyyəçilik edən, sosial problemləri həll edən QHT
sektoru iflic edildi və mövcud olma mübarizəsinə tərk edildi.
Hökumət
düşündü ki, onun problemlərini deyən QHT sektorunu da sıradan çıxarmaqla,
problemi bitirəcək və hər kəs onu tərifləyəcək. Amma bu özünü aldatmaqdan başqa
bir şey deyil. İndi artıq problemləri yerli QHT-lər bəlkə yüksək səslə deyə
bilmir, hesabatlar ortaya qoya bilmir. Lakin bu dəfə beynəlxalq tribunalarda
bunu birbaşa məsul qurumların rəsmiləri dilə gətirir, dünya mətbuatı bunu yazır,
yayır. Ayrıca, QHT sektorunu bitirməklə, problem bitməz. Çünki, problemlərin
böyük əksəriyyəti idarəetmədəki problemdir, məmur özbaşınalığı, qanunların heçə
sayılmasının, korrupsiyanın yaratdığı problemlərdir. Belə olmasa, ölkədə bir
ildə manat 100% dəyərdən düşməz, işsizlik baş alıb getməz, iş yerləri
bağlanmaz, sadə əhali etirazlarla küçələrə çıxmazdı. Bunları QHT-lər etmirdi.
Tam tərsi, QHT-lər əlavə vəsaitlər ölkəyə cəlb edir, hökumətin həll etmədiyi,
yaxud resurs ayıra bilmədiyi sferalara, icmalara vəsait ayırır, problemlərin
həllinə yardımçı olurdu...
Sual: Qayıdaq qaydalara, QHT-lərlə bağlı 30-cu maddəyə əlavələr edilənə kimi (səhv eləmirəmsə) bu yoxlamalar zatən Ədliyyə Nazirliyininn Qeydiyyat və Notariat baş idarəsi tərəfindən aparılırdı. Bu dəfə iştirak edən qurumlar hansılardı və əvvəlki yoxlamalardan hazırkılar nə ilə fərqlənir?
Ələsgər Məmmədli: Əslində, Qanunda nəzarət funksiyası Ədliyyə Nazirliyinə tanınıb. Burda bir ziddiyyət yoxdur. Bilirsiniz ki, 17 Dekabr 2013-cü ildə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanuna 30-1 maddə əlavə edildi. Diqqət edilməsi zəruri məsələ budur ki, qanuna əlavə edilən maddə bütünlükdə QHT-lərin fəaliyyətini öyrənmək və onlara yeni öhdəliklər yükləmək yox, onların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsini nəzərdə tuturdu. Əslində bu normanın özü də birləşmək azadlığı konteksindən baxdıqda, qanunvericiliyə gətirilməsi üçün demokratik cəmiyyətdə nə qədər zəruridir sualına cavab vermir. Amma məsələ bundadır ki, Ədliyyə Nazirliyinin yazdığı “Qaydalar” sanki hansısa dövlət qurumunun kargüzarlığının aparılması qaydalarıdır. O qədər detallı və müdaxiləçi.
Sual: Qayıdaq qaydalara, QHT-lərlə bağlı 30-cu maddəyə əlavələr edilənə kimi (səhv eləmirəmsə) bu yoxlamalar zatən Ədliyyə Nazirliyininn Qeydiyyat və Notariat baş idarəsi tərəfindən aparılırdı. Bu dəfə iştirak edən qurumlar hansılardı və əvvəlki yoxlamalardan hazırkılar nə ilə fərqlənir?
Ələsgər Məmmədli: Əslində, Qanunda nəzarət funksiyası Ədliyyə Nazirliyinə tanınıb. Burda bir ziddiyyət yoxdur. Bilirsiniz ki, 17 Dekabr 2013-cü ildə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanuna 30-1 maddə əlavə edildi. Diqqət edilməsi zəruri məsələ budur ki, qanuna əlavə edilən maddə bütünlükdə QHT-lərin fəaliyyətini öyrənmək və onlara yeni öhdəliklər yükləmək yox, onların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsini nəzərdə tuturdu. Əslində bu normanın özü də birləşmək azadlığı konteksindən baxdıqda, qanunvericiliyə gətirilməsi üçün demokratik cəmiyyətdə nə qədər zəruridir sualına cavab vermir. Amma məsələ bundadır ki, Ədliyyə Nazirliyinin yazdığı “Qaydalar” sanki hansısa dövlət qurumunun kargüzarlığının aparılması qaydalarıdır. O qədər detallı və müdaxiləçi.
Məsələn, qanunda QHT-nin fəaliyyətinin öz
nüzamnaməsinə uyğunluğunun öyrənilməsindən bəhs etdiyi halda, Qaydaların 1.8-ci
bəndi “fəaliyyəti öyrənilərkən
hüquqpozuntularına şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması
ilə yanaşı, onların təhlilinə və
qabaqlayıcı tədbirlərə də diqqət yetirilməlidir”- deyir. Bu Qanunda nəzərdə
tutulmadığı halda, Ədliyyə Nazirliyi tərəfindən qanunverici orqanın yerinə
keçib yaratdığı yeni normadır. Yaxud,
Ədliyyə Nazirliyi tərəfindən “QHT-lərə fəaliyyətlərində qanunvericiliyin
tələblərinə əməl edilməsinin təmin olunması ilə əlaqədar dövri təlimlər təşkil
edilir”- deməklə, sanki QHT-lər dövlət idarəetməsində icranın aşağı qoludur
və onlar təlimləndirilir. Halbuki, QHT-lər məhz həmin Ədliyyə Nazirliyinin də
fəaliyyətinə ictimai nəzarət həyata keçirə bilməlidir. İndiki halda elə
yanaşılır ki, QHT-lər icradan asılı, onların tabeliyində olan bir aşağı
qurumdur.
Qaydaların 2.3-bəndi ümumiyyətlə absurddur. “2.3.QHT-lər fəaliyyətlərinin öyrənilməsi zamanı ədliyyə orqanına təqdim
etmək üçün öz yazışmaları üzrə
kargüzarlığı aparmalı, həyata keçirdiyi layihələrin, maliyyə və mühasibat
sənədlərinin, bağladığı müqavilələrin və digər sənədlərin təsdiq olunmuş
surətlərini ayrıca qovluqda saxlamalıdırlar.” Ədliyyə Nazirliyinə
soruşmaq lazımdır ki, QHT-nin Nizamnaməsində, Əsasnaməsində habelə, QHT-lərə
belə bir məsuliyyət yükləyən heç bir Qanunda belə bir norma olmadığı halda, siz
hansı əsas və səlahiyyətlə qanunverici səlahiyyətini mənimsəyərək, QHT-lər üçün
belə “vəzifə” müəyyən edirsiniz?
Sizə bu səlahiyyəti kim və hansı qanunvericiliklə verib?
Bu Qaydaları bu formada qəbul edən Ədliyyə Nazirliyi həm Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında Qanunun 30-1 maddənin tələbini pozub, həm də Milli Məclisin səlahiyyətini mənimsəyib. Bu
birbaşa konstitusiyanın 94-cü maddəsinin 1 və 10-cü bəndlərinin pozulmasıdır və
mən düşünürəm ki, QHT-lər bu normanı məhkəmədə mübahisələndirməli, Konstitusiya
məhkəməsinə götürməlidirlər.
Qaydaların 2.4-cü bəndi də eyni mahiyyətdədir və Ədliyyə Nazirliyinin
səlahiyyətlərini aşmasıdır. Müddətlərlə bağlı müddəalar da konkret QHT-lərin
fəaliyyətinə maneə yaradan normalardır. Aylarla yoxlama tədbirləri davam edə
bilər. İctimai funksiya həyata keçirən, könüllü birləşərək, öz resursunu yaradan
və fəaliyyət göstərən ictimai birliklər üçün belə normaların gətirilməsinin legitim hüquqi dayanağı yoxdur.
Ümumiyyətlə, Ədliyyə Nazirliyi dərk etməli idi ki, onlar öz qurumlarının
rəsmilərinin davranışı üçün qayda hazırlaya bilər, QHT-lər üçün yox. Çünki,
QHT-lər Qanunlarla və öz Nizamnamə və əsasnamələri ilə fəaliyyət göstərir.
Onlar yanlız Qanunlarda və daxili sənədlərində mövcud olan vəzifələri icra
etməlidir. Əsasnamə Ədliyyə Nazirliyinin əməkdaşlarının yoxlama ilə bağlı
prosedurlarını tənzimləməlidir, QHT-yə vəzifə yükləməməlidir.
Sual: Necə
düşünürsüz bu qaydalarla xarici təşkilatlar niyə Azərbaycanla əməkdaşlıqda
maraqlı olsun? Ümumiyyətlə xarici təşkilatların bu sərtləşmələrlə bağlı hər
hasnı bir fikri ilə qarşılaşıbsız?
Ələsgər Məmmədli: Mən Sizə səmimi deyim ki, heç bir beynəlxalq təşkilat, donor fəaliyyətlərə bu qədər məhdudiyyət tətbiq olunan ölkəyə yardım etmək, donor kimi fəaliyyət göstərmək, ictimai sektora investisiya qoymaqda maraqlı olmaz. Artıq Donorların qeydiyyatını tələb edən sənəd xeyli vaxtdır ki qüvvədədir. Amma hələ heç bir rəsmi məlumat yoxdur ki, kimsə gəlib Azərbaycan Hökumətinin istədiyi kimi Donor olaraq qeydiyyatdan keçib. Yəqin ki, heç olmayacaq da. Bu proses regionda qonşu ölkələrə donorların yönəlməsinə səbəb olur. Artıq 2 ildir ki, Azərbaycan QHT-ləri böyük vəsaitlərdən mərhum olub və daha əvvəllər azı ildə ayrılan 30-40 milyon dollarlıq vəsait Gürcüstan və Ermənistan vətəndaş cəmiyyətinə yönəldilir. Beləliklə, qısa müddətdən sonra biz bütün beynəlxalq platformalarda bu ölkələrin vətəndaş cəmiyyətinə uduzacağıq. Çünki, onlar vəsaitləri cəlb edir, fərdi inkişafı təmin edir, biz yerimizdə sayır, bu sektorda yetişənlərin də getməsinə səbəb oluruq. Bu bizim rəqabət gücümüzü ortadan qaldıracaq.
Sual: Sonuncu
dəyişikliklər nəsə vəd edir?
Resim yazısı ekle |
Kaydol:
Kayıtlar (Atom)