16 Nisan 2017 Pazar

Türkiyədə Referendum sürəci

Image result for TC anayasası

Bu gün Türkiyədə Referendum keçirilir və böyük ehtimalla axşam nəticə Başkanlıq sisteminin gəlməsi ilə yekunlaşacaq. 

Mən Türkiyədəki bu sistem dəyişikliyini mediada bir dəfə qiymətləndirməm xaricində burda dəyərləndirmədim. Çünki, bu sistem dəyişikliyi nəticədə birbaşa bizə təsiri olan bir dəyişiklik deyil, Türkiyənin, türkiyə vətəndaşlarının tərcihidir. 
Mənim diqqətimi çəkən bu oldu ki, Azərbaycanda böyük bir sosial şəbəkə istifadəçisi günlərlə bu məsələni öz gündəmlərində saxladılar və hətta şişirtmədən deməliyəm ki 26 Sentyabr 2016-cı il bizim Konstitusiyamıza gətirilən dəyişikliklər heç də Türkiyədəkindən az mübahisə yaradan dəyişikliklər olmasa da, həmin insanlar konkret əməl etməli olduqları normaların dəyişməsinə bu qədər diqqət ayırmadılar. 
Şəxsi qənaətimi deyim ki, Türkiyədə “Evet” və ya “Hayır” çıxmasından asılı olmayaraq, ciddi bir dəyişim olmayacaq. Çünki, son 15 ildə Türkiyədə Hakimiyyət birliyi mövcuddur və mütləq siyasi söz sahibi Erdoğandır. Sistemin dəyişməsi Erdoğanın onsuz da de- fakto mütləq istifadə etdiyi səlahiyyətləri de-jure ona vermiş olacaq. Beləliklə, hazırda siyasi məsuliyyəti olmadığı halda istifadə etdiyi səlahiyyətlərə görə bundan sonra siyasi məsuliyyət də gündəmə gələcək.
Türkiyə ilə bağlı bizim toplumda bəzi bilgilər dərin deyil. Əslində Türkiyədə hakimiyyət bölgüsü klassik mənada demək olar ki olmayıb. Hakimiyyət əsasən parlamentdəki çoxluqda toplanıb və onlar həm qanun çıxarıb, həm də qurduqları hökumətlə çıxardıqları qanunları icra ediblər. Hakimiyyətə hakimiyyət qolları arası nəzarət yox, məclis daxili siyasi müxalif partiya nəzarəti olub. Bu da hər zaman dişsiz və zəif olub. 
Digər məsələ budur ki, Türkiyədə Anayasanı heç vaxt xalq sözün həqiqi mənasında müzakirə edərək, qəbul etməyib. Onu həmişə siyasi iradə diktə edib.1921 və 1924-cü il Konstitusiyalarını TBMM qəbul edib. 1924 Anayasası 1960-cı il hərbi çevrilişə qədər qüvvədə olub. 1960 hərbi cunta bir komissiya qurub və onlara Anayasa hazırladıb. Həmin Anayasa 1980 çevrilişinə qədər qüvvədə qalıb. Yenə hərbi rejim bu dəfə başqa bir komissiyaya Anayasa hazırladıb və fövqəladə vəziyyət rejimində 1982-də səsverməyə çıxararaq “90% -dən çox səslə” qəbul edib. Yəni bu prosedur Erdoğana qədər də məsum bir proses olmayıb. 
Image result for atatürk zamanı tbmm Atatürkün zamanında ilk 1921 Anayasasında hakimiyyətin hər üç qolunun səlahiyyətləri Məclisdə Birləşmiş, 1924 Anayasasında Məhkəmə ayrılaraq, qanunverici və icra səlahiyyəti Yenə Məclisdə qalmışdır. Bu həm də çoxluqda olan siyasi gücün hakimiyyət qollarına nəzarəti demək idi. 
1961-ci il 9 iyul referendumu bu günkü referendum sürəcinə çox bənzəyir. Hərbi çevrilişi edən tərəf və onun başında duran Camal Gürsəl “Evet” kampaniyasını aparmış, İndiki MHP-nin keçmişi olan “Cumhuriyetçi Köylü Millet Partisi” və CHP onu dəstəkləmiş, bütün dövlət qurumları “Evet” üçün səfərbər olmuşdur. 

Image result for mendresin edamı
Edam edilən Menderesin Demokrat partiyasınə bağlı olanlar “Hayır” kampaniyasına dəstək vermişdir. Referendum öncəsi hər iki tərəf üçün hüquqi baxımdan təşviqat sərbəst olsa da, praktik olaraq “Hayır”çılara fəaliyyət imkanı verilməmişdir. Nəticədə, 38,3 % “Hayır” səsinə qarşı 61,7% səslə referendumla yeni Anayasa qəbul edilmişdir. “Hayırda hayır vardır” deyimi məhz o zaman Demokrat partiyanın mənsubları tərəfindən səslənmişdir.
Related image1982-ci il Anayasanının qəbul edildiyi 7 noyabr Referendumu da təxminən eyni senari ilə baş tutub. Öncə Kənan Evren hərbi çevrliş edərək hakimiyyəti mənimsəyib, sonra bir Anayasa yazdıraraq onu səsverməyə təqdim edib. Üstəlik özünün Prezidentliyini də bu referendumda xalqa təsdiqlədib. Nəticədə 91% səslə bu sənəd Anayasaya çevrilib. 

Image result for siyasi yasaklılarAyrıca, bilməliyik ki, Türkiyənin 1924 Konstitusiyasında “Dövlətin dini islamdır” ifadəsi vardı. 1928-də TBMM bunu çıxardı və Atatürkün ölümündən bir il öncə 1937-də “Layiklik” (dünyəvilik) prinsipi yenə TBMM tərəfindən Anayasaya əlavə edildi. 
Bunları xatırlatmaqda məqsədim tarixi proseslərin işığında güncəl olaya baxmaqdır. 
1938-də başlayan “Milli Şef” siyasi iradəsi 1950-də ilk demokratik seçkilərlə kəsildi. Adnan Menderes siyasi rüzgarını 1960 hərbi çevrilişi kəsdi və Camal Gürsəllərin iradəsi 1970-lərdə bu dəfə Menderes gələnəyinin davamçıları o cümlədən Dəmirəlin yüksəlməsi ilə kəsildi. 
Bu trendi yenə 1980 hərbi çevrilişi dayandırdı. Demokratların davamı olan siyasilərə siyasi yasaqlar gəldi amma 1990-lardan sonra siyasi yasaqlar qalxan kimi yenidən bu trend geri döndü və 2002-də Erdoğanla təkrar yüksəlişini sürdürdü. 2016 hərbi çevrilişin baş tutmaması Erdoğanin siyasi məqsədlərini reallaşdırmaq fürsəti verdi. 
Bu gün keçirilən referenduma bir də bu baxış bucağından baxmada fayda olduğunu düşünürəm.

8 Nisan 2017 Cumartesi

Hərbi vəziyyət haqqında Qanun Konstitusiyaya zidd qəbul edildi

14 Fevral 2017-ci il tarixdə Milli Məclisdə demək olar ki müzakirəsiz qəbul edilən Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu Aprelin 5-də imzalanaraq, qüvvəyə minib.


Bu Qanun qəbul edilmədən öncə layihəyə də münasibət bildirmiş, Konstitusiyaya zidd məqamların olduğunu demişdim. Təəssüf ki, Qanun bu ziddiyyət aradan qaldırılmadan qəbul edildi.
Konstitusiyanın 50-ci maddəsi heç bir istisnasız birmənalı senzuranı qadağan edir:
Maddə 50
II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
"Qəbul edilən Qanun isə hərbi senzura anlayışını qanuna gətirir və hərbi vəziyyət rejimində senzura tətbiq ediləcəyini göstərir:
1.0.3. hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, digər dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışmaya, televiziya və radio yayımına, telefon və radio danışıqlarına, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə verilən məlumatlara nəzarətin həyata keçirilməsi;
Maddə 10. Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər
10.1.22. kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi;"
Qeyd edim ki, senzura Konstitusiyanın 50-ci maddəsində açıq şəkildə qadağan edildiyinə görə bunu hətta istisna kimi məhdudlaştırma sanksiyası olaraq da heç bir halda tətbiq etmək olmaz. Hərbi vəziyyət rejimində KİV azadlığına məhdudiyyətlər tətbiq edilə bilsə də, senzura tətbiqi mümkün deyil.
Milli Məclis ilk dəfə deyil ki Konstitusiyanı pozaraq onun müddəasına zidd tənzimləmə gətirir. Sonra bəlli bir müddətdən sonra referendum keçirilərək Konstitusiya qanunlara uyğunlaşdırılır. 26 Sentyabr 2016-cı ildə olduğu kimi. Konstitusiyanın 53-cü maddəsində heç bir halda vətəndaşlıqdan mərhumetmə mümkün olmadığına baxmayaraq, 2015-ci ildə MM vətəndaşlıqdan çıxarmanı qanuna gətirdi, bir il sonra Konstitusiyanı dəyişdilər.
Anlaşılan növbəti referendumda Konstitusiyanın 50-ci maddəsini hərbi vəziyyət haqqında qanuna uyğunaşdıracaqlar...
Bu hüquqi rəzilliyin baş verməsinin təməl səbəbindən biri də Konstitusiya məhkəməsi hakimlərinin o posta maaş və imtiyaz postu kimi baxmaları, Konstitusiyanın üstünlüyününü qorunmasına heç bir qatqı qatmamalarıdır. 

8 Şubat 2017 Çarşamba

Lapşinin Azərbaycana iadəsinə münasibət

Bloger Lapşının Azərbaycana iadə edilməsi müxtəlif yanaşmalarla gündəmə gəlir.


Mən bu məsələnin ifadə azadlığı çərçivəsində qiymətləndirilməsinə toxunmaq istəyirəm. Lapşin Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərini qanunsuz pozmaq və  ərazi bütövlüyünü şübhə altına alan açıqlamalarla gündəmə gəlib. Yerli və beynəlxalq qanunvericiliyə əsasən məsləyindən asılı olmayaraq, hər kəs bu pozuntuya görə məsuliyyət daşıya bilər.
İfadə azadlığı mütləq azadlıq deyil və müəyyən legitim mənafelər baxımından məhdudlaşdırıla bilər. Bu legitim mənafelərdən biri də “ərazi bütövlüyü” anlayışıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci hissəsi ifadə azadlığını qoruyur, 2-ci hissəsi isə ifadə azadlığının konkret  hansı hallarda qanunla legitim mənafelər üçün məhdudlaşdırıla biləcəyini göstərir. Bu mənafelərdən biri də “Milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş”- çərçivəsidir.  
Mən Lapşının Azərbaycana iadəsini hüquqi baxımdan mübahisəli məsələ kimi görmürəm. Çünki o bir neçə dəfə Azərbaycanın rəsmi ərazisinə Azərbaycan tərəfinə xəbər vermədən və razılıq almadan daxil olub, Azərbaycanın ərazi bütövlüyünü davranış və deyimləri ilə şübhə altına alıb, bir sözlə qanunvericiliyə görə suç işləyib.  Suç işləyən bunu bilərəkdən, qsədən işədiyinə görə məsuliyyətini dərk etməli və daşımalıdır.
 Yəqin ki, bu qərarın qəbul olunmasında siyasi münasibətlərin də rolu olub. Amma bu rol, qanunun işləməsi lehinə oynanan roldur.
Bu proses Azərbaycanın ərazilərində qondarma “dövlət” qurduğunu düşünən tərəfə də, bu saxta rejimlə əməkdaşlıq edən tərəflərə də, fərdlərə də bir xəbərdarlıqdır.
Sadəcə təəssüf ediləcək məqamlar da var. Məsələn Rusiyanın rəsmi TV kanalları, onların jurnalistləri tez-tez İcazəsiz olaraq Azərbaycan ərazisinə belə səfərlər edir, həmin saxta rejimi də bəh-bəhlə təqdim edir. Lakin, həmin jurnalistlərə, TV kanallarına qarşı nəyinki cinayət işi açılır, hətta həmin kanallar Milli Televiziya və Radiosu Şurası tərəfindən kabel televiziyalarına retranslyasiya ediləcək nümunəvi efir kimi təqdim edilir. Dövləti dövlət yapan onun sistemli olmasında, hüququn aliliyinin, qanunların üstünlüyünün qorunmasında, hər kəsə bərabər davranmasındadır.  Bunu hər bir məmur qulağında sırğa etməlidir.  

    

22 Ocak 2017 Pazar

MƏLUMAT SIZDIRAN MƏMURLARIN TƏQİB EDİLMƏSİNƏ YAŞIL İŞIQ?

2016-cı il informasiya əldə etməh hüququna daha iki məhdudiyyət qoyulub.

İnformasiya əldə etmək hüququ, ifadə azadlığını təmin etmək üçün vacib vasitələrdən biridir. Bundan faydalanan tərəflər, yetərli məlumata sahib olduqlarında bu hüquqdan daha effektiv istifadə edirlər. Məlumatlı olmağın yolu isə informasiyaya yetərli çıxış imkanlarının mövcudluğu ilə sıx bağlıdır.
İnformasiya əldə etmək hüququnu təmin etmək üçün dövlətin üzərinə bəzi pozitiv öhdəliklər düşür. Beynəlxalq miqyasda bunların çərçivəsini müəyyən edən prinsiplərə informasiya azadlığı prinsipləri də deyilir. İfadə azadlığını qoruyan və müdafiə edən qurumlar əsasən bu prinsipləri doqquz başlıqda toplayır:
  1. İnformasiyanın maksimum açıqlığı prinsipi; Bu prinsipə görə, informasiya azadlığı haqqında qanunvericiliyin əsasında məlumatın maksimum açıxlığı prinsipi durmalıdır. İnformasiya sahiblərindəki məlumatlar ictimai əhəmiyyət daşıdığından cəmiyyətə açıq olmalıdır.
  2. İnformasiyanı dərc etmək öhdəliyi; Buna əsasən dövlət orqanaları mühüm məlumatları dərc etməldir. Burada dərc etmək deyəndə söhbət, mövcud İKT resurslarının inkişaf prosesini də nəzərə alaraq onların ən geniş auditoriyada yayılması mənasından gedir. Məsələn, dərc etmək çap mediasında, elektron mediada, online mediada və online resurslarda ola bilər.
  3. Açıq hökumətin dəstəklənməsi; Burada dövlət orqanları açıq höküməti aktiv şəkildə dəstəkləməli, ictimai maarifləndirmə aparmalı və rəsmi gizlilik sindromuna qarşı effektiv mübarizə olmalıdı.
  4. İstisnaların məhdud siyahısı; İnformasiya üzərində məhdudiyyət tətbiq edilərkən bu məhdudiyyət çox az və dar çərçivədə olamlıdır. Ayrıca, məhdudiyyətlər tətbiq edilərkən informasiya üç hissəli yoxlamadan keçməli, reallaşdırılan məhdudiyyət qanunda göstərilən qanuni məqsədə aid olmalıdı. Məlumatın açıqlanması nəticəsində isə həmin məqsədə mühüm ziyan vurma təhlükəsi yaranmalı, informasiyanın açılması nəticəsində bu məqsədə vurulan ziyanın dərəcəsi həmin informasiyaya olan ictimai maraqdan yüksək olmalıdır.
  5. İnformasiyaya çıxışı asanlaşdıran qaydaların tətbiqi; İnformasiya almaq üçün verilən sorğulara çevik və ədalətli baxılmalı və hər hansı imtina cavabının müstəqil qurum tərəfindən yenidən baxılması mümkün olmalıdır.
  6. Ödənişsiz olması; Bu prinsipin əsası ictimai əhəmiyyət daşıyan informasiyaların ödənişsiz verilməsinin zəruriliyidir. İstisna hallarda informasiya vermə xidmətinə görə müəyyən edilən ödəniş həddindən çox məbləğdə olmamamlı, bu metodla insanların məlumat almasına mane olmamalıdı.
  7. Açıq toplantıların keçirilməsi; Dövlət orqanlarının yığıncaqları ictimayyət üçün açıq olmalıdır
  8. İnformasiyanın açıqlığının üstünlüyü; İnformasiyanın maksimal dərəcədə açıqlığı prinsipinə zidd qanunlar dəyişdirilməli və ya ləğv edilməlidir. Baxmayaraq ki, bütün qanunlar bərabərdir, burdakı yanaşma informasiya əldə etmək üçün hüquqdur və digər hüquqları qorumaqda zəruri açardır.
  9. “Xəbərçilərin” qorunması; Sonunci prinsipə görə, hüquq pozuntuları barədə informasiyanı qurum daxilindən yayan şəxslərin, qanuni müdafiəsi olmalı, bu şəxsləri qanunvericilik xüsusi qoruma altına almalıdır.
Bu prinsiplər baxımından Azərbaycan qanunvericiliyinə nəzər saldıqda bir çox çatışmazlıqların mövcud olduğunu görürük. Qanunvericilikdə müəyyən prinsiplər sayılsa da bir çoxları nəzərə alınmayıb. Xüsusilə, açıq hökumətin dəstəklənməsi, açıq toplantıların keçirilməsi və məhdudiyyətlərin siyahısı prinsiplərinin üzərindən sükutla keçilib.
Bir başqa problemli məsələ, qanunda sayılan prinsipin praktik olaraq hərəkətə çevrilməməsidir. Məsələn, xəbərçilərin qorunması prinsipi qanunda öz əksini tapmışdır. “İnformasiya əldə etmək haqqında” qanunun 6.1.11-ci bəndində “ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması” – prinsipi göstərilib. Hətta qanun qəbul edildikdən sonra İnzibati Xətalar Məcəlləsinə 181-3-cü maddə əlavə edilmişdi və həmin maddənin 5-ci bəndində göstərilirdi ki, ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunması inzibati məsuliyyət yaradır.

Ancaq bildiyimiz kimi, 1 mart 2016-cı il tarixində yeni redaksiyada İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsi qüvvəyə minib. Bu informasiya əldə etmək hüququnun pozuntularına görə inzibati məsuliyyəti nəzərdə tutsa da həmin maddədə əvvəlki əhatə daraldılıb və iki məsələ çıxarılıb. Bunlardan biri informasiya sahibinin informasiyanı əldə etməni təşkil etməməyə görə müəyyən olunan məsuliyyət, digəri isə xəbərçilərin qorunması prinsipinin təminatı olan informasiya sahiblərinin ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasının qarşısının alınmasıdır.
Beləliklə, dövlət qurumlarının, vəzifəli şəxslərin, informasiya sahiblərinin informasiya əldə olunmasını təşkil etməməsi, habelə ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları baradə informasiya sızdıran “xəbərçilər”in təqib olunması faktları üçün artıq cəza nəzərdə tutulmur. Bununla da informasiya sahiblərinin daha az şəffaf olması və daha sərt davranması bir növ təşviq edilir.


http://opengovaz.org/blog/m-lumat-s-zd-ran-m-murlar-n-t-qib-edilm-sin-ya-l-i-q/ 

21 Ocak 2017 Cumartesi

Sivil Toplum Platformasının Qrantların qeydiyyatına dair Nazirlər Kabinetinin qərarı barədə mövqe sənədi

Son günlər Nazirlər Kabinetinin (NK) 4 saylı, 11 yanvar tarixli “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydaları”na dəyişikliklər edilməsi barədə Qərarına istinad edilərək belə bir ictimai rəy yaradılmağa çalışılır ki, QHT-lərin qrant almasının və onu qeydiyyatdan keçirməsinin qarşısındakı sədlər götürülüb və artıq bu istiqamətdə problemlər aradan qaldırılır.
Bu yanaşma kökündən yanlışdır və cəmiyyəti çaşdırmağa yönəlik addımdır. Belə ki, bəhs edilən Qərar 2013-cü ilin dekabr ayında və 2014-cü ildə müxtəlif vaxtlarda “Qrant haqqında Qanun”a 4 dəfə müdaxilə edilərək gətirilən 18 müxtəlif məhdudlaşdırıcı normanı dəyişmir.
Azərbaycan Konstitusiyasının 147-ci maddəsinə əsasən NK-nin qərarları Qanunlardan və Fərmanlardan aşağı hüquqi qüvvəyə malikdir və qanunların icrasına dair tənzimləmə xarakterlidir. Qərarlar qanunlarda olan məhdudlaşdırıcı normaları dəyişmək və ya başqa formada yüngülləşdirmək gücündə deyil.
Xüsusilə, 2013-cü ilin dekabrından başlayan və QHT-lərin normal fəaliyyət göstərməsini, istənilən mənbədən qrant və ya ianə kimi vəsaitlər cəlb etməsini məhdudlaşdıran heç bir norma son qərarla ortadan qalxmır. Yenə də:
1. Qrant və ianələrin qeydiyyatını nəzərdə tutan normalar qüvvədə qalır;
2. Qrant müqavilələrinin və əlavə müqavilələrin surətinin yox, əslinin bir nüsxəsini təqdim etmə şərti olduğu kimi qalır;
3. Qrant Müqaviləsindən əlavə qrant layihəsinin (bu bəzən yüz səhifədən çox ola bilir)imzalı əslinin bir nüsxəsini təqdim etmək şərti qüvvədə qalır; 
 4. qrant və ianələrin qeydiyyatı zamanı qeydiyyata alınmağa dair bildiriş verilməsi şərti qüvvədə qalır;
5. Qrant və ianələrə dair banklarda əməliyyat aparmaq üçün tələb olunan bildirişin təqdim edilməsi qüvvədə qalır;
6. 200 manatdan çox ianənin və qrantın yalnız köçürmə yolu ilə qəbul edilməsinə dair tələb qüvvədə qalır;
7. Qrant içərisində ayrıca sub-qrant nəzərdə tutulubsa, sub-qrantın ayrıca qeydiyyata alınması şərti qüvvədə qalır;
8. Donorların ölkədə rezident olmaq (Nümayəndəliyini qeydiyyata aldırmaq) şərti qüvvədə qalır;
9. Donorların ölkədə qeydiyyatdan keçmək üçün hökumətlə Saziş bağlamaq şərti qüvvədə qalır;
10. Nizamnamələrində başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan donorların yalnız donor kimi qeydiyyatdan keçməsi mümkünlüyü qanunda qalır;
11. Donorların qrant vermək hüququnu əldə etmək üçün ayrıca qeydiyyatdan keçmək şərti qüvvədə qalır;
12. Donorun hər bir qrant elanı üçün ayrıca qeydiyyatdan keçmək şərti qüvvədə qalır;
13. Donorların qrant vermələri üçün Maliyyə Nazirliyindən hər bir qrant elanı üçün məqsədəmüvafiqliyə dair rəyin tələbi yerində qalır;
14. Qrant müqavilələrinin qrant alan tərəfindən qeydiyyata verilməsi şərti qanunda qalır;
15. sub-qrantlar və qrant müqavilələri (qərarlar) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarında təkrar qeydiyyatdan keçirilmə şərti qanunda qalır;
16. Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatların qadağan olmasına və buna görə müəyyən olunan hüquqi məsuliyyət qüvvədə qalır;
17. QHT-lər tərəfindən xarici mənbədən alınan vəsaitlərlə xidmət göstərilməsi zamanı xidmət müqavilələrinin qeydiyyatdan keçirilməsinə dair tələb qanunda qalır;
18. “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası” haqqına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il taixli, № 216-saylı Qərarı yenə də qüvvədə qalır;
19. “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 oktyabr 2015-ci il tarixli, № 339 saylı Qərarı qüvvədə qalır;
20. “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2015-ci il taixli, № 336 saylı Qərarı qüvvədə qalır;
21. “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21oktyabr tarixli 337 nömrəli qərarı qüvvədə qalır;
22. Qrant verilməsi və alınmasına dair donorlar, respiyentlər üçün nəzərdə tutulan ağır (15000) manatadək inzibati cərimə sanksiyaları İnzibati Xətalar Məcəlləsində olduğu kimi qalır.
Qanunlarda bu qədər məhdudlaşdırıcı normalara toxunmadan bir qaydanın müddəaları ilə imitasiya edib mövcud mühiti düzəltmək olmaz. Bu qaydaların özü belə qanunda olan məhdudlaşdırıcı normalardan da artıq məhdudlaşdırıcı xarakterdə idi və legitim hüquqi məqsəd daşımırdı. İndi qaydalara edilən dəyişikliklər də ciddi problemlərdən xəbər verir. 
 Məsələn, Qaydaya əlavə edilən 1.10 bənddə göstərilir: “Qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər”.
Son “xidmət müqaviləsi kimi qeydiyyata alına bilər” ifadəsi qeydiyyata alan orqana ünvanlanan mesajdır. Yəni qeydiyyat orqanı müəyyən etsə ki, qrant müqaviləsində “iş görmə” və ya “xidmət” var, o zaman özü onun təyinatını qrant kimi yox, xidmət kimi dəyişəcək. Beləliklə, dərhal bu vəsaitdən sadələşdirilmiş vergi və nəzərdə tutulan işlərin görülməsi üçün ƏDV tutulacaq. Beləliklə, qrantın ciddi bir hissəsi məqsədlərə yox, büdcəyə yönələcək. Üstəlik, bütün bunlar qeydiyyat orqanının mülahizəsi reallaşa biləcək.
Digər bir dəyişiklikdə bildirilir: “Qaydaya 6 nömrəli əlavə - "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildirişin forması" ləğv edilsin”. 
Bu bənd elə təqdim edilir ki, guya artıq bildiriş ləğv edilir, halbuki bildiriş deyil, 6 nömrəli forma ləğv edilir. Amma bildirişi təqdimetmə şərti qanunda qalır. İndi praktikada müraciət edən tərəfə deyiləcək ki, biz bildiriş verməliyik, lakin bildirişin forması Nazirlər Kabinetinin qərarı ilə ləğv olub, yeni forma olmadığı üçün gözləmək məcburiyyətindəsiniz. Bu daha öncə də baş vemişdi. 2014-cü ilin iyul ayında Qrant qeydiyyatı qaydası ləğv edildi və 2015-ci ilin iyun ayınadək yeni qayda olmadı. Ədliyyə Nazirliyi bu müddətdə qaydalar ləğv olunduğundan və yenisi qəbul olunmadığından heç bir qrant müqaviləsini qeydiyyata almadı.
Qaydalarda müsbət hal kimi təqdim olunan dəyişikliklərdən biri də guya müddətlərə dair dəyişiklikdir. Halbuki bu dəyişikliklər qrantın icraya başlaması müddətini gecikdirməyə xidmət edir. Qeydiyyat olmadan fəaliyyətə icazə verilmədiyindən, müqavilələr hökmən qeydiyyata alınmalıdır. Uzadılan müddətlər bu baxımdan sonda bildirişin daha gec verilməsinə, beləliklə, icraya gec başlamasına səbəb olacaq. Məsələn, Ədliyyə Nazirliyinə müraciət edildikdən sonra Qaydaların 4.1-ci bəndinə əsasən 15 gün müddətində, əlavə araşdırma lazımdırsa, daha 15 gün uzadılaraq son qərar qəbul edilməlidir. İndiki dəyişikliklə Ədliyyə Nazirliyi Maliyyə Nazirliyinə məqsədəmüvafiqlik üçün sənədləri göndərdiyi gündən etibarən müddət axımı dayanacaq və Maliyyənin cavabı geri gəldikdən sonra bu müddət davam edəcək. Beləliklə, maksimum 30 günlük müddətə Maliyyə Nazirliyində keçən vaxt da əlavə ediləcək və müddət ola bilsin ki, 2 ayadək uzansın.
Bütün bu sadalananlar göstərir ki, bəhs edilən qərara olan düzəlişlər hüquqi və praktik mühiti dəyişmək gücündə deyil. Odur ki, qanunvericilikdəki məhdudiyyətlər aradan qaldırılmadan, QHT-lərin, vətəndaş cəmiyyətinin normal fəaliyyətinə hüquqi və praktik zəmin yaradılmadan problemlər aradan qalxmayacaq.
Biz STP olaraq, hökuməti QHT-lərlə bağlı qanunvericilikdə ciddi islahatlar aparmağa və yaradılmış məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.

15 Aralık 2016 Perşembe

Internet və şəxsin özəl həyatı

Ələsgər Məmmədli

Qeyd: Bu yazı 2016-cı il referendumundan öncə yazılıb

Internet və şəxsin özəl həyatı

Şəx­sin cə­miy­yət­də­ki ad-sa­nı­nı, hör­mə­ti­ni və şəx­siy­yə­ti­ni qo­ru­yan və in­ki­şaf et­di­rən də­yər­lə­rin ha­mı­sı şəx­sin özəl hə­ya­tı­nı təş­kil edən də­yər­lər ola­raq qə­bul edi­lir və qo­ru­nur. Şəx­sin özəl hə­ya­tı­nın qo­run­ma­sı­nın məq­sə­di onun fər­di in­ki­şa­fı­na im­kan ya­rat­maq, şəx­sin özü və ya­xın­la­rı ilə yal­nız qa­la bi­lə­cə­yi, baş­qa in­san­lar və döv­lət tə­rə­fin­dən ra­hat­sız edil­mə­yə­cə­yi özəl bir dün­ya, bir hə­yat sa­hə­si, bir mux­ta­riy­yət ya­rat­maq­dır.
İnsan­lar öz­lə­ri­nə aid olay və ya bil­gi­lə­rin baş­qa in­san­lar tə­rə­fin­dən du­yul­ma­sı­nı, bi­lin­mə­si­ni, öy­rə­nil­mə­si­ni is­tə­mir­lər. Onla­rın özəl hə­yat­la­rı­nı qo­ru­ma haq­qı var. İnsan­lar sa­də­cə ai­lə­lə­ri, ya­xın­la­rı, dost­la­rı ilə öz­lə­ri­nin seç­di­yi mə­kan için­də ya­şa­maq is­tə­yir, hə­yat­la­rı­nın baş­qa­la­rı tə­rə­fin­dən bi­lin­mə­si­ni is­tə­mir­lər. Hər kəs dü­şün­cə­lə­ri­nin, söy­lə­dik­lə­ri­nin, hə­rə­kət­lə­ri­nin ha­mı­sı­nın özəl və giz­li sa­hə­də qal­ma­sı­nı ar­zu edər. Öz hə­ya­tı­na mü­da­xi­lə edil­mə­si­ni is­tə­mə­yən­lə­rin baş­qa in­san­la­rın özəl hə­yat­la­rı­na da hör­mət et­mək bor­cu ya­ra­nır. Özəl hə­yat za­ma­na, mə­ka­na hət­ta şəxs­dən-şəx­sə də­yiş­di­yin­dən konk­ret hal­lar­da özəl hə­ya­tın qo­ru­nan da­i­rə­si­ni mü­əy­yən et­mək asan de­yil.
Kons­ti­tu­si­ya­nın 32-ci mad­də­si­nə gö­rə hər kə­sin şəx­si və ai­lə hə­ya­tı­nın sir­ri­ni qo­ru­maq hü­qu­qu var. Qa­nun­da gös­tə­ri­lən hal­lar­dan baş­qa şəx­si hə­ya­ta qa­rış­maq qa­da­ğan­dır. Qa­nun­ve­ri­ci­lik han­sı mə­lu­mat­la­rın şəx­si hə­yat mə­lu­mat­la­rı, bun­lar­dan han­sı­nın giz­li sax­la­nı­lan mə­lu­mat­lar ol­du­ğu­nu bir­ba­şa gös­tər­mə­yib.
İnsa­nın şəx­si hə­ya­tı­nın üç baş­lı­ca sa­hə­dən for­ma­laş­dı­ğı qə­bul edi­lir.

Şəx­sin ümu­mi hə­yat sa­hə­si: 

ümu­mi hə­yat sa­hə­si baş­qa­la­rı tə­rə­fin­dən bi­lin­mə­si müm­kün olan, cə­miy­yə­tə açıq bil­gi­lə­ri əha­tə edir. Bu­na mi­sal ola­raq, şəx­sin ki­no­ya, te­at­ra, id­man ya­rış­la­rı­na bax­ma­ğa get­mə­si, bağ­da gə­zin­ti­yə çıx­ma­sı, ba­za­ra get­mə­si və s. şəx­sin ümu­mi hə­yat sa­hə­si­nə aid olay­lar­dır. Ümu­mi hə­yat şəx­sin so­si­al hə­ya­tı, yə­ni, baş­qa in­san­lar­la ün­siy­yət qur­ma­sı­nı tə­min edən «xa­ri­ci hə­yat» sa­hə­si­dir. Di­gər iki sa­hə­dən fərq­li ola­raq şəx­sin ümu­mi hə­yat sa­hə­si ba­rə­də mə­lu­mat­la­rın giz­li­li­yi hü­quq­la qo­run­mur.

Şəx­sin özəl hə­yat sa­hə­si:

şəx­sin özəl əla­qə­lə­ri, ai­lə­si, ta­nış­la­rı, ya­xın­la­rı və s. bu ki­mi şəxs­lər­lə pay­laş­dı­ğı bil­gi­lər şəx­sin özəl hə­yat sa­hə­si­dir. Hər kəs özəl hə­ya­ta aid bil­gi­lə­ri giz­li sax­la­maq is­tə­yir. Şəx­sin özəl hə­yat sa­hə­si giz­li hə­yat sa­hə­si­nə nis­bə­tən da­ha açıq­ ola bilər. La­kin bu məh­dud açıq­lıq­dır, hər kəs tə­rə­fin­dən bi­lin­mə de­mək de­yil. Be­lə bil­gi­lər bəl­li say­da və ya bəl­li meyr­la­ra uy­ğun in­san­lar­la (mə­sə­lən, hə­kim, və­kil və s.) bö­lüş­dü­rü­lə bi­lər. Bu sa­hə­yə gi­rən bil­gi­lə­ri üçün­cü şəxs­lər bil­dik­də özəl hə­yat po­zul­muş olur. Özəl hə­yat şəx­sin pe­şə hə­ya­tı, ai­lə hə­ya­tı, yə­ni qa­pı­sı­nı bağ­la­yıb ya­şa­dı­ğı «da­xi­li hə­ya­tı»dır. Mə­sə­lən, şəx­sin ki­min­lə ni­şan­lan­dı­ğı, ya­xud dost­luq et­di­yi onun özü­nü və bəl­li şəxs­lə­ri ma­raq­lan­dı­ran mə­sə­lə­dir, onun özəl hə­yat sa­hə­si­nə aid­dir.

Şəx­sin giz­li hə­yat sa­hə­si:

 giz­li hə­yat sa­hə­si şəx­sin baş­qa­la­rı tə­rə­fin­dən bi­lin­mə­si­ni, öy­rə­nil­mə­si­ni is­tə­mə­di­yi dav­ra­nış və ha­di­sə­lər­dən for­ma­la­şan sa­hə­dir. Şəxs giz­li hə­yat sa­hə­si­nə gi­rən bil­gi­lə­ri ən ya­xın adam­la­rı­na (ana, ata, ər, ar­vad, qar­daş, ba­cı, sir­daş) söy­lə­yə, ya­xud bun­la­rı heç kim­lə bö­lüş­mə­yə bi­lər. Be­lə bil­gi­lə­rə şəx­sin giz­li duy­ğu və fi­kir­lə­ri, ümid­lə­ri, qor­xu­la­rı, ar­zu­la­rı, hə­yat ha­di­sə­lə­ri, in­tim hə­ya­tı, giz­li sax­la­dı­ğı dü­şün­cə­lə­ri, di­ni inan­cı, ai­lə mü­na­si­bət­lə­ri ki­mi da­xi­li alə­mi­nə aid mə­lu­mat­lar­la ya­na­şı, şəx­sin ya­zış­ma­la­rı (eşq mək­tu­bu, elekt­ron söh­bə­ti, te­leq­raf, xa­ti­rə dəf­tə­ri və s.) ki­mi xa­ri­ci mü­hit­lə əla­qə­li mə­lu­mat və ha­di­sə­lər də da­xil­dir.
Giz­li hə­yat to­xu­nul­maz ol­maq­la ya­na­şı şəx­si hə­ya­tın özə­yi­ni təş­kil et­di­yin­dən hər cür mü­da­xi­lə­lər­dən qo­ru­nur. Bu sa­hə­yə aid mə­lu­mat­lar hər kə­sə, o cüm­lə­dən də jur­na­list­lə­rə qa­pa­lı­dır. Şəx­sin giz­li hə­yat sa­hə­si həm döv­lət hü­qu­qu, həm də özəl hü­quq­la qo­ru­nur.
Bir ha­di­sə­nin, dav­ra­nı­şın ya­xud mə­lu­ma­tın giz­li hə­yat sa­hə­si­nə aid ol­ma­sı üçün onun hər kəs tə­rə­fin­dən iz­lə­nə bi­lən ol­ma­ma­sı ye­tər­li de­yil. Mə­lu­mat sa­hi­bi­nin bu ha­di­sə, dav­ra­nış, ya­xud mə­lu­ma­tı giz­li sax­la­maq ira­də­si də ol­ma­lı­dır. Şəxs be­lə ira­də­si­ni açıq ifa­də et­mək­lə ya­na­şı, dav­ra­nış­la­rı ilə də hiss et­di­rə bi­lər. Şəx­sin giz­li hə­ya­tı ilə əla­qə­li mə­lu­mat­la­rı məh­dud sa­yda in­san­la bö­lüş­mə­si, onun bu mə­lu­mat­la­rı giz­li sax­la­maq ira­də­si­nin ol­ma­ma­sı ki­mi dü­şü­nül­mə­mə­li­dir. Şəxs inan­dı­ğı və eti­bar et­di­yi şəx­sə öz sir­ri­ni açar­sa, bu şəxs­lər ara­sın­da hü­qu­qi öh­də­lik ol­ma­sa da giz­li­lik qo­run­ma­lı­dır. Bə­zən bu qo­ru­ma qa­nun­la da tən­zim­lə­nir. Və­kil, no­ta­ri­us, hə­kim on­la­ra mü­ra­ci­ət edən­lə­rin sir­lə­ri­ni qa­nun­la qo­ru­ma­ğa borc­lu­dur. Qa­nun­da gös­tə­ril­mə­yən elə pe­şə­lər var ki, bu pe­şə sa­hib­lə­ri də müş­tə­ri­lə­ri­nin sir­lə­ri­ni qo­ru­ma­lı­dır. Meh­man­xa­na­da, sa­na­to­ri­ya­da, qo­naq evin­də iş­lə­yən şəxs­lər on­la­ra mə­lum olan şəx­si sir­lə­ri qo­ru­ma­lı­dır.

Şəx­sin özəl hə­ya­tı­na aid olan mə­lu­mat­lar han­sı hal­lar­da küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də ya­yı­la bi­lər? 

Şəx­sin özəl hə­yat sa­hə­si ilə giz­li hə­yat sa­hə­si­nin sər­həd­lə­ri­ni bir-bi­rin­dən ayır­maq hə­mi­şə asan ol­mur. Şəx­sin so­si­al sta­tu­su­na gö­rə bu sər­həd­lər də­yi­şə bi­lər. Bu ba­xım­dan sə­nət­çi, si­ya­sət­çi, id­man­çı, ali və­zi­fə­li şəxs­lər, iş adam­la­rı ki­mi ic­ti­ma­i rəy­də ta­nı­nan şəxs­lər­lə bu ka­te­qo­ri­ya­ya gir­mə­yən şəxs­lər ara­sın­da fərq qo­yul­ma­lı­dır. İcti­ma­iy­yə­tin ta­nı­dı­ğı şəxs­lə­rin ümu­mi hə­yat sa­hə­si xey­li ge­niş, özəl və giz­li hə­yat sa­hə­si isə baş­qa­la­rın­dan fərq­li ola­raq da­ha dar­dır. Hət­ta bə­zən özəl hə­yat sa­hə­si giz­li hə­yat sa­hə­si ilə üst-üs­tə dü­şür. İcti­ma­i rəy­də ta­nın­ma­yan şəxs­lər­də isə bu və­ziy­yət ək­si­nə­dir. Odur ki, ic­ti­ma­i rəy­də ta­nı­nan şəxs­lə­rin özəl hə­ya­tı, so­si­al hə­ya­tı, sağ­lıq və­ziy­yə­ti haq­qın­da­kı mə­lu­mat­lar küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də da­ha ge­niş işıq­lan­dı­rı­la bi­lər. La­kin bu şəx­sin ic­ti­ma­i rəy­də ta­nı­nan ol­ma­sı onun özəl hə­ya­tı­na hər za­man mü­da­xi­lə olu­na bi­lə­cə­yi ki­mi qə­bul edil­mə­mə­li­dir. Şəxsi Jur­na­list bu və­ziy­yət­də bir da­xi­li öl­çü­dən is­ti­fa­də et­mə­li­dir. Bu öl­çü «ic­ti­ma­i fay­da» öl­çü­sü­dür. Jur­na­list şəx­sin özəl hə­ya­tı­na mü­da­xi­lə edən mə­lu­ma­tı yay­maq is­tə­yir­sə hə­min məlu­ma­tın ic­ti­ma­i fay­da­sı­nın da­ha yük­sək ol­du­ğu qə­na­ə­ti­nə gəl­mə­li­dir. Əgər belə bir fayda yoxdursa o zaman özəl həyata müdaxilə edilmiş olur və buna görə qanunla müəyyən edilmiş məsuliyyət yaranır.­

Konstitusiyanın 32-ci  maddəsi


Şəxsin özəl həyatının qorunmasının hüquqi zəmininə gəldikdə, Konstitusiyanın 32-ci  maddəsinin müddəaları üzərində durulmalıdır. Konstitusiyada nəzərdə tutulan bu müddəanın tənzimlənməsində ciddi problem var. Belə ki, bu Konstitusiyanin qəbulundan 21 il keçməsinə baxmayaraq hələ də şəxsi həyat sirrinin qorunması, şəxslərin özəl həyatı haqqında məlumatın toplanılması, saxlanılması, istifadəsi haqqında demokratik ölkələrdə mövcud olan normaları özündə əksetdirən qanun qəbul edilməmiş, bu münasibətləri tənzimləyən normalar başqa qanunlarda da sistemli şəkildə öz əksini tapmamışdır. Bununla da insanların özəl həyatına qanunsuz  müdaxilələrin olmasına şərait yaranır, faktiki olaraq şəxsi həyata dair məlumatlar insanların öz razılıqları olmadan müxtəlif dövlət qurumları yaxud məmurları tərəfindən  toplanır, saxlanır, istifadə edilir.
Konstitusiyanın 32-ci maddəsi Şəxsi toxunulmazlıq hüququ başlığı altında hər kəsin şəxsi toxunulmazlıq hüququ olduğunu göstərir. Eyni zamanda Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyatına müdaxilə etmək qadağandır. Konstitusiyanın 32-ci maddəsinin 3-cü bəndində öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmədiyi qeyd edilir. Konstitusiyaya görə hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
18 mart 2009-cu il tarixdə Referendumla Konstitusiyaya əlavələr edildiyi zaman 32-ci maddəyə də əlavə edilmişdir. Əlavəyə əsasən, 32-ci maddənin üçüncü hissəsi genişləndirilmiş, “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz” – müddəası gətirilmişdir.
 Bu dəyişiklik təklif edilmədən öncə də Konstitusiyanın 32-ci maddəsi şəxsi həyata müdaxiləyə yol vermirdi. Belə ki, 32-ci maddəyə nəzər saldıqda bunu aydın görmək mümkündür.
Konstitusiyanın 32-ci maddəsinin III bəndi çox açıq bir ifadə ilə Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir –deməklə, şəxsi həyata müdaxilənin yolverilməzliyini bildirib.
Bu bəndə “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz."- şəklində bir müddəanın əlavə edilməsi şəxsi həyatdan kənara çıxdığı kimi anlaşılmaqda və şəxsin bütünlüklə həyatını əhatə etməkdədir. Çünki, III bəndin mətnində aydın şəkildə “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına...”- deməklə şəxsi həyat haqqında məlumatın toplanmasının (nə ilə olmasının fərqi yoxdu  - bu video ilə də ola bilər, diktafon yaxud digər vasitələrlə də) yolverilməz olduğunu bildirib. Yenidən buraya bir cümlə əlavə edilir və oraya “şəxsi həyat” qeydi qoyulmadan “heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.” – deyilirsə, buradan elə anlaşılır ki, təkrar şəxsi həyat haqqında məlumat toplanması deyil, ümumiyyətlə şəxsin razılığı olmadan onun barəsində şəxsi həyata aidiyyatı olmayan yerlərdə də (məsələn iş yerində, ictimai funksiyasını icra etdiyi zaman və s.) informasiyaların toplanması, yaxud çəkilişə məruz qalması, səsinin qeydə alınması yolverilməzdir. Praktikada bu formada dərketmənin nəticəsində tez-tez yol hərəkətini tənzimləyən, ictimai asayışı qoruyan, kütləvi tədbirlərdə rol alan, jurnalistin peşə fəaliyyətinə mane olan qanunvericiliyin normalarını pozarkən çəkilən polislər, çox zaman bu maddəyə sığınaraq zorakılıq edir, onların hüquqa zidd əməllərini qeydə alanlara qarşı zorakılıq edirlər.
 Lakin bu belə anlaşılmamalıdır. Azərbaycanın Avropa Şurasına üzvlüyü reallaşandan sonra 15 aprel 2002-ci ildən etibarən Azərbaycan ölkə olaraq Avropa İnsan Hüquqları Məhkəməsi yuridiksiyası altındadır.  Odur ki, Avropa Məhkəməsinin qərarları işığında bu məsələnin qiymətləndirilməsi daha doğru nəticə verəcək. Avropa Məhkəməsi təcrübəsində özəl həyata müdaxilə zamanı “söz və ifadə azadlığı” ilə “özəl həyatın gizliliyi” prinsiplərinin yarışdığı görülür. Bu zaman istifadə edilən əsas vasitə müdaxilənin “demokratik cəmiyyətdə nə qədər zəruri” olmasıdır.  Əgər özəl həyatına müdaxilə edilən şəxsin ictimai rəydə tanınan və diqqət mərkəzində olan biri olduğuna qənaət gətirilərsə, o şəxsin özəl həyatına müdaxilə müəyyən ölçülərdə yolverilən ola bilər.
Konstitusiyanın 32-ci maddəsində “Onun xəbəri olmadan” –ifadəsi eyni zamanda gizli çəkilişi də tamamilə məhdudlaşdıra bilər ki, bunun da belə anlaşılması doğru deyil. Hər şeydən əvvəl, çox vaxt ictimai rəy üçün çox önəmli olaylar hədəfdə olan subyektin xəbəri olmadan əldə edilir. Məsələn, Milli Ordunun bir hərbi hissəsində əsgərlərə qarşı baş verən zorakılıq faktı gizli yolla əldə edilmiş və internet üzərindən yayılmışdır. Bu yayılmadan sonra həmin şəxslər məsuliyyətə cəlb edilmiş və cəzalandırılmışdır. Odur ki, faktın gizli yolla əldə edilərək yayılması bir hərbi hissədə baş verən hüquq pozuntusunun qarşısının alınmasına və bu zorakılığa yol verənlərin hüquqən cəzalandırılmasına şərait yaratmış, övladları əsgəri xidmətdə olan on minlərlə valideyni də rahatlatmışdır.
Birmənalı olaraq, çəkilən şəxsin xəbəri olmadan çəkilişin aparılmasının yolverilməzliyini düşünməmiz sadəlövhlük olar. Çünki, bəzən rəsmi səlahiyyət daşıyan şəxslərin qanunsuz hərəkətləri, davranışları, danışıqları qanuni yollarla açıq çəkilə, yazıla  bilmir, yaxud bu davranışlar gizli ortamda (məsələn rüşvət tələb etmə, yaxud tabeliyində olan şəxsə qarşı yolverilməz hərəkətlər etmək və s.) baş verir. Əsasən belə hadisələr gizli yolla, onun xəbəri olmadan  gizli vasitələrlə qeydə alınır, müəyyən edilir.
Bir digər hal, yol hərəkəti qaydalarını kobudcasına pozan, sürət həddini aşan, qadağan olunmuş yerlərdə maşını saxlayan şəxslərin icazəsi olmadan onların şəkilləri, videosu çəkilir. Bu norma bütün hallarda, hətta hüquq pozuntuları zamanı şəxsin icasəzini tələb etsəydi, o zaman hüquqazidd əməllərlə mübarizə aparmaq mümkün olmazdı. 
Qanunvericiliyin bu məsələyə dair müddəaları şəxsin çox dar olan və qorunan gizli həyatına, intim həyatına, ailəsi ilə paylaşdığı ortama aid edilə bilər. Şəxsin hər hansı hüquq pozuntusuna yol verməsi və bunun gizli yolla qeydə alınması və sonra da yayılmasını heç bir hal məhdudlaşdırmır və məhdudlaşdıra bilməz. Bu gün hər bir sürücünün müxtəlif yollarda, yol ayrıclarında davranışları kameralar vasitəsi ilə onların xəbəri olmadan qeydə alınır və hətta teleproqramlarda onların ev ünvanları, adları ifadə edilməklə göstərilir. Bu o zaman baş verir ki, həmin sürücü qanunla müəyyən edilmiş yol hərəkəti qaydalarını pozur.
Xüsusilə vəzifəli şəxslərin, ictimai rəydə diqqət mərkəzində olan insanların (siyasətçilər, artistlər, müğənnilər, idmançılar, din xadimləri və digər cəmiyyət tərəfindən tanınan şəxslər) özəl həyatlarının daha az qorunmalı olduğu bir aksiomadır.   
Bu gün qüvvədə olan Kütləvi informasiyalar haqqında Azərbaycan Respublikasının Qanununun 10-1-ci maddəsi də gizli çəkilişi qadağan etmir, gizli yolla əldə olunan video lentin istifadəsini bəzi hallar istisna olmaqla məhdudlaşdırır. Buradan da aydın şəkildə görünür ki, şəxsin gizli yolla əldə etdiyi lent yazılarının məhkəmə mübahisələndirilməsi mümkündür. Yəni, məhkəmənin  qarşısına çıxarılan lent yazıları gizli yolla əldə edilməlidir ki, məhkəmə həmin yazılarda özəl həyata müdaxilə edilib-edilmədiyinə qərar verə bilsin.
Konstitusiyanın 32-ci maddəsinin müddəalarının dar anlaşılması KİV-ə qarşı istifadə oluna və medianın ictimai nəzarət funksiyasının məhdudlaşdırılmasına şərait yarada bilər. Demokratik ölkələrdə qəbul edilmiş təcrübəyə əsasən, məşhur insanların (ictimai fiqurların) - siyasətçilərin, iş adamlarının, şou-biznes nümayəndələrinin və s. özəl həyatı ictimaiyyət üçün maraq doğurur. Onların özəl həyatlarının bəlli bir hissəsi digər adi insanlara nisbətən daha çox müdaxilə edilən ola bilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında çoxsaylı belə kazuslar var.  Bizim nə  məhkəmə təcrübəsində nə də qanunvericilikdə, belə bir təcrübə yaradılmayıb. İctimai fiqur anlayışı faktiki olaraq rəsmi sənədlərdə və məhkəmə qərarlarında qəbul edilmədiyindən gələcəkdə bu istiqamətdə problemlər yarana bilər. İddia edilə bilər ki, referendumla son dəyişiklik qəbul edildikdən sonra, Konstitusiyanın hüquqi qüvvəsi  Azərbaycanın iştirakçısı olduğun beynəlxalq müqavilələrdən üstün olduğundan, şəklinin çəkilməsini istəməyən və yaxud səsinin qeydə alınmasını istəməyən istənilən şəxs ictimai əhəmiyyət daşımasından asılı olmayaraq bu fəaliyyətə qarşı çıxacaq. Bu zaman demokratik cəmiyyətdə zərurilik testi aparmadan mediaya və jurnalistlərə qarşı hüquqi iddialar artacaq. Məhkəmələr isə Konstitusiyanın üstün normasına əsaslanaraq media azadlığını məhdudlaşdıran istiqamətdə qərarlar verə biləcək. Əslində belə ehtimal az olsa da var, lakin bunun geniş şəkildə tətbiqini düşünmək doğru olmaz. Ölkə Avropa məkanına inteqrasiya etməkdə olan gənc Respublika kimi pozitiv təcrübələrə üstünlük verməlidir və verəcəyinin gözlənilməsi təbiidir. Ayrıca, Avropa İnsan Hüquq və Azadlıqlarının qorunmasını təminat altına alan Konvensiyanın müddəaları bütün Avropa Şurasına üzv olan dövlətlər üçün bağlayıcıdır. Konstitusiyanın Konvensiyaya zidd müddəasının olması halında belə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Konvensiyanın tətbiq ediləcəyi şübhəsizdir.
İnternet üzərindən yayılan bütün informasiyalar, formasından və təqdimatından asılı olmayaraq bu prinsiplərlə qiymətləndirilməlidir.     
   Əslində Konstitusiya kimi baza sənədə belə düzəlişlər etməyə heç bir zərurət yox idi. Belə ki, mövcud Konstitusiya və qanunvericilik bu məsələləri tənzimləyir. Xüsusən, bu məsələlər 2002-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununda Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın müddəalarına uyğunlaşdırılıb.   

İnternetdə fərdi informasiyaların istifadəsi


2005-ci ildə qəbul edilən İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun  38-ci maddəsi Fərdi məlumatlar adı altında şəxsin özəl informasiyalarının kateqoriyasının sərhədlərini müəyyən etməyə çalışmışdır. Qanuna görə fərdi məlumatların əldə edilməsi məhdudlaşdırıla bilər və bu zaman onun məhdudiyyətinin əsası “xidməti istifadə üçün” ola biləcək. Yəni bu məlumatları əlində bulunduran rəsmi qurumlar və ya rəsmi şəxslər onun yayılmasının qarşısını almalı olacaq və sadəcə bu məlumatlar şəxsin özünə və ancaq müəyyən əsaslarla verilə biləcək.
Qanuna əsasən fərdi məlumatlar iki yerə ayrılıb. Bunlar şəxsin özünə aid olan bilgilər və şəxsin ailə həyatına aid olan bilgilərdir. Şəxsin özünə aid aşağıdakı bilgilər fərdi informasiya kimi müəyyən edilib və qoruma altına alınıb. Bunlar yayılma vasitəsindən asılı olmayaraq bütün vasitələrdə və hallarda məhdudlaşdırılan bilgilərdir. İnternet Kütləvi İnformasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun tələbinə əsasən Kütləvi İnformasiya vasitəsi hesab edildiyi üçün burada formasından asılı olmayaraq bu kimi şəxslərin özəl həyatına dair bilgilərin yayılması yolverilməz hesab edilir və yayılması halında Qanunlara nəzərdə tutulan qaydada məsuliyyət yaranır.
  •  Şəxsin özünə aid bilgilər dedikdə ilkin olaraq, şəxsin siyasi, dini və başqa bu kimi qurumlarda rəsmi üzvlüklə bağlı bilgilər istisna olmaqla şəxsin siyasi baxışları, dini inancı və dünyagörüşü ilə bağlı bilgilər nəzərdə tutulur. Şəxsin siyasi, dini və başqa bu kimi qurumlarda rəsmi üzvlüklə bağlı bilgilər dedikdə qanunlarla birləşmək hüququndan istifadə edərək şəxsin hər hansı siyasi partiyanın qurucusu və ya üzvü olması, yaxud hər hansı dini qurumun-ictimai birliyin, icmanın yaradıcısı və ya üzvü olmağa dair bilgiləri ictimai açıq bilgilər olduğundan onların gizlədilməsi yolverilməzdir. Belə bilgilər çox zaman rəsmi reyestr bilgiləri kimi hətta açıqlanması məcburi bilgilər sırasında göstərilir və açıqlanmadığı zaman rəsmi dövlət qurumu üçün məsuliyyət yaranır. Üzvlüyə dair bilgilər istisna olmaqla, istənilən şəxsin inanclarına dair informasiyalar şəxsi informasiyalardır və onların yayılması, habelə internetdə sərgilənməsi yolverilməz hesab edilir.
  • Şəxsin özünə aid bilgilər dedikdə ikinci olaraq şəxsin etnik və irqi mənşəyi ilə bağlı bilgilər nəzərdə tutulur. Bu bilgilər fərdi informasiya kimi rəsmi qurumlar tərəfindən mühafizə edilən bilgilərdir və onların alınması, yaxud yayılması şəxsin öz razılığı olmadan mümkün deyil. İnternet ortamından istifadə edildiyində bu məqamlara xüsusi diqqət edilməlidir. Təsadüfi deyil ki, sovet dönəmindən fərqli olaraq indi insanların milli mənsubiyyətinə dair informasiyalara rəsmi sənədlərdə, pasport və şəxsiyyət vəsiqələrində yer verilmir və bu informasiyalar dövlət qurumları tərəfindən mühafizə edilir.  Şəxsin özü açıqladığı hallar istisna olmaqla, bu bilgilər açıqlana bilməz və açıqlandığı halda şəxsin hüquqlarının pozulması halı baş verir. Belə olduqda hüququ pozulan şəxsin pozulan hüquqlarını bərpa etmək haqqı yaranır və qanunlarla müəyyən edilən məsuliyyət tətbiq edilir.
  • Şəxsin özünə aid bilgilər dedikdə üçüncü olaraq şəxslərin sağlıq durumu ilə bağlı bilgilər nəzərdə tutulur. Sağlıq durumu anlayışı geniş anlayışdır. Bunu daha açıq ifadə etdikdə, şəxsin xəstəliyinin diaqnozu, müalicə metodu, müalicə olunduğu səhiyyə ocağı, şəxsi həkimi və bu kimi bilgilər anlaşılır. Lakin burada bir istisnanı qeyd etmək zəruridir. Dövlət Sirri haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələbinə əsasən “ölkə­nin və­zi­fə­li şəxs­lə­ri­nin səh­hə­ti haq­qın­da” informasiyalar heç bir halda məxfiləşdirilə bilməz. Bu tənzimləmə tamamilə məntiqə uyğundur. Və­tən­daş­lar tə­rə­fin­dən se­çi­lən və on­la­rın adın­dan ha­ki­miy­yə­ti ida­rə edən şəxs­lə­rin səh­hə­ti, əl­bət­tə, və­tən­daş­la­rın diq­qət mər­kə­zin­də ol­ma­lı­dır. O şəxs­lə­rə eti­bar edil­miş, döv­lət ida­rə­si on­la­ra əma­nət edil­miş­dir. İnsan­lar bil­mə­li­dir ki, döv­lə­ti ida­rə edən və on­la­rı təm­sil edən bu ali və­zi­fə­li şəxs­lər fi­zi­ki və əq­li cə­hət­dən ta­ma­mi­lə sağ­lam­dır, döv­lə­ti doğ­ru ida­rə edir. Odur ki, bu mə­lu­mat­lar heç bir hal­da döv­lət sir­ri ki­mi məx­fi­ləş­di­ri­lə bil­məz və bu informasiyaların yayılmasına məhdudiyyət gətirilə bilməz.
  • Şəxsin özünə aid bilgilər dedikdə dördüncü olaraq cinayət və başqa hüquq pozuntuları ilə bağlı icraatda toplanmış şəxsi və ailə həyati ilə bağlı bilgilərə çatım insan mənəviyyatının və ya ailə və şəxsi həyatın qorunması məqsədi ilə və ya yetkinlik yaşına çatmayanların, zərərçəkənin, və ya şahidin maraqları, cinayət prosesi iştirakçılarının qorunması və ya ədalət mühakiməsinin gerçəkləşdirilməsi maraqları üçün məhdudlaşdırıla bilər. Ədalət mühakiməsinin gerçəkləşdirilməsi məqsədi ilə qoyulan məhdudluq bu işlər üzrə açıq məhkəmə baxışına qədər və ya məhkəmə qərarı çıxarılana qədər qüvvədə olur. Burada hüquq mühafizə orqanları tərəfində toplanan bilgilərin məhkəmə prosesinə qədər və məhkəmə prosesi zamanı şəxsin ailə həyatını və özəl həyatını, insan mənəviyyatını  zədələyəcək bilgiləri əhatə etməsi halında qorunması gərəkliliyi qeyd edilmişdir. İnternet məkanında da insan həyatının bu qırmızı xətti nəzərə alınmalı və müdaxilələrdən qorunmalıdır.   
  • Şəxsin özünə aid bilgilərin bir digəri şəxsin fiziki və psixi iztirabları haqqında bilgilərdir. Şəxsin fiziki bütünlüyündə olan və aşkar görünməyən qüsurlar, çatışmamızlıqlar, habelə onun yaşadığı duyğular, iztirablar, psixi vəziyyəti digər şəxslərin müdaxilə etməsinə yol verilməyən məqamlardır. İnternet ortamında şəxslərə dair informasiyalar yrləşdirildiyi zaman bu yönlərə xüsusi diqqət yetirilməlidir.
  •  Şəxsin vergi ödəmələri ilə borclar barədə bilgilər istisna olmaqla, şəxsdən vergi alınması ilə bağlı toplanmış bilgilər fərdi bilgilər hesab edilir və bu bilgiləri toplayan rəsmi dövlət qurumları ilə rəsmi qurumlarda fəaliyyət göstərən şəxslər onları yaymamaqla mükəlləfdirlər.Şəxsin özəllikləri, qabiliyyətləri və ya xarakterinin başqa əlamətləri barədə bilgilər də fərdi bilgilərdir və şəxslərin özlərinin razılığı olmadan bu bilgilərin yayılması yolverilməz hesab edilir və yayıldığı zaman məsuliyyət yaranır. Buraya şəxsin qorxuları, cəmiyyət tərəfindən bilinməsini istəmədiyi vərdişləri, xarakterik xüsusiyyətləri daxildir. 
  • Şəxsin özünə aid bilgilərin bir digəri sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barədə bilgiləri əhatə edir. Şəxsin sosial yardıma ehtiyac hiss etməsi və buna görə rəsmi qurumlara xüsusi olaraq müraciət etməsi faktı, habelə bu müraciətin dəyərləndirilərək həmin şəxsə yardım edilməsi faktı tamamilə şəxsin fərdi bilgiləri hesab edilir. Belə bilgilər şəxsin mənəvi bütünlüyünə aid bilgilər sayılır və şəxs tərəfindən yayılmadığı halda qorumalıdır və onun icazəsi olmadan yayıla bilməz. Bu kimi  informasiyalar heç bir kütləvi informasiya vasitəsinə verilməməlidir. Bunu yayan rəsmi qurumlar və onların təmsilçiləri məsuliyyət daşıyırlar.  
  • Şəxsin ailə həyatına dair bilgilərə isə birinci növbədə şəxsin intim həyatına dair bilgilər daxildir.  Şəxsin intim həyatının bütün məqamları qoruma altındadır. Əlbəttdə burada intim həyat dedikdə, şəxsin qanunlar və cəmiyyət tərəfindən qəbul edilən ümumi əxlaq qaydalarına  uyğun olaraq yaşadığı intim həyatı anlaşılmalıdır. Əgər şəxs cəmiyyətin diqqət mərkəzində olan, ictimai fiqur kimi tanınan birisidirsə, onun qeyri-qanuni münasibətləri və bu çərçivədə yaşadığı intim həyatının qorunması düşünülə bilməz. Hüquqa zidd münasibətlər, nikahsız cinsi əlaqələr, tərs ilişkilər hüquq pozuntusu olduğu üçün, hüquq pozuntularına dair bilgilər məhdudlaşdırıla bilməz.  
  • Şəxsin ailə həyatına aid bilgilər dedikdə bir digər hal, ailə həyatının ayrı-ayrı halları haqqında bilgilərdir. Buraya ailə içi münasibətlər, ər-arvad, ata, ana-uşaq münasibətləri və digər bu kimi hallar daxildir. 
  • Övladlığa götürmə ilə bağlı bilgilər, vətəndaşlıq vəziyyəti aktlarındakı qeydlərlə bağlı bilgilər də şəxsin özünə aid bilgilər sırasındadır. Bu bilgilərin yayılması yaxud alınması şəxsin özünün  razılığı olmadan mümkün deyil. Övladlığa götürən ailə övlad götürdüyü şəxsi ailə tərkibinə qəbul edərək onun doğma övladı kimi ailəyə qaynayıb-qarışmasını və böyüdüyündə ögeylik hiss etməməsini istəyir. Hətta gələcəkdə həmin şəxsin mənəvi-psixoloji sağlamlığının qorunması da bu prosesdə ciddi rol oynayır. Bunun üçün də bu faktın gizlililyi xüsusi önəm daşıyır. Fərdin nikaha daxil olması, kiminlə nikahda olması, yaxud boşanmasına dair informasiyalar da fərdin özünə aid informasiyalar kimi qorunması zəruri informasiyalardır. Bu kimi bilgilər şəxsin özünə verilməsi halı istisna olmaqla digər üçüncü şəxslərə verilə bilməz.  Verildiyi halda məsuliyyət yaranır. Rəsmi qurumda fəaliyyət göstərən şəxslər özəl həyat bilgilərinə çatımı onları aldığı andan məhdudlaşdırmalıdır.

Yuxarıda qeyd etdiyimiz məqamlarla yanaşı müəyyən məqamların diqqətdən yayınmaması gərəkdir. Azərbaycan Avropa Şurası üzvü olaraq Avropada İnsan Hüquq və Azadlıqlarının qorunmasına Dair Konvensiyanı Milli Məclisdə ratifikasiya etmişdir və 2002-ci ildə bu sənəd ölkədə rəsmi olaraq qüvvədədir. Milli hüquq sistemi baxımından bu sənəd qanunlarımızdan üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan hüquqi aktların ierarxiyası baxımından  Konstitusiyadan və Konstitusiya Qanunlarından sonra beynəlxalq sənədlər  üstün hüquqi qüvvəyə malikdirlər və Qanunlar bu sənədlərə zidd olarsa bu sənədlərdəki üstün norma tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi yuridiksiyası da 15 aprel 2002-ci il tarixdən etibarən ölkədə tətbiq edilməkdədir. Bunu nəzərə alaraq, Avropa təcrübəsinə də qısaca toxunmaqda fayda ver. Avropa İnsan hüquqları məhkəməsi qərarlarında şəxsin özəl həyatı ilə ifadə azadlığı, habelə məlumat azadlığı və media azadlığı kəsişdiyi zaman tətbiq edilən prosedura və ya prisident hər bir halın ayrıca qiymətləndirilməsini zəruri edir. Bu zaman ictimai əhəmiyyət olub olmaması və özəl həyatına müdaxilə edildiyi iddia edilən şəxsin cəmiyyətdəki yeri, yəni onun ictimai fiqur olub-olmaması nəzərə alınmalıdır. Gəlinən ümumi nəticəyə əsasən, İcti­ma­i fi­qur­lar şəx­siy­yə­ti və fə­a­liy­yə­ti ictimai ma­raq da­i­rə­sin­də olan şəxs­lər­dir. Döv­lə­tin ali və­zi­fə­li şəxs­lə­ri (öl­kə Pre­zi­den­ti, Baş na­zir, na­zir­lər, Mil­li Məc­li­sin səd­ri, yüksək məhkəmə hakimləri), Mil­li Məc­li­sin üzv­lə­ri, ha­kim­lər, pre­zi­dent apa­ra­tı­nın mə­sul iş­çi­lə­ri, Na­zir­lər Ka­bi­ne­ti­nin mə­sul iş­çi­lə­ri, iri döv­lət ida­rə və mü­əs­si­sə­lə­ri­nin rəh­bər iş­çi­lə­ri, yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı­nın rəh­bər­lə­ri, si­ya­si xa­dim­lər, ictimai xa­dim­lər (mə­də­niy­yət, in­cə­sə­nət, id­man, din xa­dim­lə­ri və s. ) ictimai ma­raq da­i­rə­sin­də olan şəxs­lər sa­yı­lır­lar. Bu şəxslərin özəl həyatları digər insanlara nisbətən daha az qorunmalıdır.
Kons­ti­tu­si­ya­nın 32-ci mad­də­si­nə əsa­sən hər kə­sin şəx­si və ai­lə hə­ya­tı sir­ri­ni sax­la­maq hü­qu­qu var­dır. Qa­nun­la nə­zər­də tu­tu­lan hal­lar­dan baş­qa, şəx­si hə­ya­ta mü­da­xi­lə et­mək qa­da­ğan­dır. İctima­i fi­qu­run fə­a­liy­yə­ti, hə­yat tər­zi cə­miy­yət üçün mü­hüm ma­raq daşıyır və da­i­m diq­qət mər­kə­zin­də olur. Şəxs ictimai fi­qur olar­kən öz ictimai və özəl hə­ya­tı­na cə­miy­yə­tin ma­raq gös­tərəcəyi­ni bi­lir və bu­nu sa­kit­lik­lə qə­bul et­di­yi­ni cə­miy­yət eh­ti­mal edir. Şəxs ictimai fi­qur ol­duq­da he­sab et­mək olar ki, on­lar şəx­si hə­yat sir­ri­nə olan hü­quq­la­rı­nın mü­əy­yən his­sə­sin­dən əl çəkmiş­lər. İc­ti­ma­i fi­qu­run şəx­si hə­ya­tı ilə bağ­lı top­la­nmış və yay­ılmış bilgilərin şəx­si hə­ya­ta mü­da­xi­lə olub-olmaması hə­min bilgilərin  ya­yıl­ma­sı­nın ictimai ma­ra­ğa xid­mət edib-et­mə­mə­si priz­ma­sın­dan qiy­mət­lən­di­ril­mə­li­dir. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanunun 35.4-cü maddəsinə görə bilgiyə çatım o halda məhdudlaşdırıla bilər ki, onun yayılmasından dəyə biləcək ziyan, həmin bilginin açıqlığına olan ictimai marağı üstələsin.
Əgər ictimai fi­qur şəx­si və ictimai hə­ya­tı ilə uz­laş­ma­yan fə­a­liy­yət gös­tə­rir­sə, məsələn, jur­na­listlər ictimai fiqu­run şəx­si hə­ya­tı ilə bağ­lı bilgiləri, özəl­lik­lə top­lu­mun hə­ya­tı­na mən­fi tə­sir gös­tə­rən hal­lar (kor­rup­si­ya, qa­nun po­zun­tu­la­rı, ci­na­yət əməl­lə­ri və s. ), ictimai ma­raq do­ğu­ran sa­ir hal­lar­la əla­qə­dar ola­raq və bu­nun üçün gə­rək­li olan də­rə­cə­də top­la­ma­ğa və yay­ma­ğa haq­lı­dırlar.

 Digər tərəfdən, Konstitusiyaya 2009-cu ildə  edilən düzəlişlər hüquq və azadlıqlar sahəsində vəziyyəti  məhdudlaşdıracaq xarakterdədir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi hansı əsaslarla ifadə azadlığının məhdudlaşdırılacağını göstərib. Lakin hansı vasitələrdən istifadə etməyin qadağan olduğu göstərilmir, “video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.”- kimi geniş anlaşıla biləcək norma gətirilmir. Bu dəyişikliklə biz məhdudlaşdırmanın əsaslarından əlavə, vasitələrə də məhdudiyyət gətiririk ki, bu da toplanacaq informasiyanın şəxsi həyata aid olub-olmamasının məhkəmə çəkişməsinə aparılması yolunu belə əvvəlcədən bağlayır.    Konstitusiyanın  155-ci maddəsinə əsasən, “insan və vətəndaşın hüquq və azadlıqlarının Azərbaycanın iştirakçısı olduğun beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan çox məhdudlaşdırılmasına yol verilmir”. Konstitusiyaya edilən düzəlişlər isə Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın ifadə azadlığını tənzimləyən  10-cu maddəsinin çərçivəsindən bu baxımdan kənara çıxır.
Bundan başqa, 18 mart tarixində Konstitusiyanın 50-ci maddəsinə ”hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququ”na təminat verilməsi barədə əlavə edildi. Burada ilk baxışdan hər şeyin normal olduğu qənaəti yarana bilər. Lakin, diqqətlə yanaşdıqda,  ”hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatıın” “yalan” olması tələb olunmur. Bu isə, hətta qüvvədə olan KİV haqqında Qanunun 44 və 45-ci maddələrində geniş şəkildə nəzərdə tutulan təkziblə bağlı maddənin müddəalarına da ziddiyyət təşkil edir. Orada təkzib olunan məlumatın “yalan məlumat” olması lazımdır. Elə məlumatlar ola bilər ki, həqiqət olsun, lakin yayılarsa şəxsin mənafelərinə ziyan vursun. Konstitusiyanın 50-ci maddəsinə  edilən əlavənin mahiyyətinə nəzər saldıqda, həqiqət olan lakin, şəxsin mənafeyinə ziyan vura bilən informasiya da təkzib edilməli oluna bilər. Çünki, “yalan” olması tələb olunmur. Məsələn, ABŞ Prezidenti Clintonun Monika Levinskiy ilə olan münasibəti yalan deyildi, lakin prezidentin mənafeyinə ciddi zərər vururdu. Təklif olunan əlavəyə görə belə olan halda məlumat təkzib edilməlidir!
Yaxud bir başqa misal, bir şəxs körpəlikdən bir uşağı övladlığa götürüb, sonradan KİV-də həmin uşağın övladlığa götürüldüyünü sübut edən sənədlərə yer verilir. Şəxsin mənafeyinə ciddi ziyan vurulur. Bu halda doğru olan sənədlərin təkzib edilməsi mənasızdır. Bu halda şəxsə dəyən mənəvi ziyandan danışmaq olar və bu tələb edilməlidir.
Odur ki, Konstitusiya kimi Əsas Qanuna (Ana yasaya) belə məsələlər qoyulmamalı, prinsipial tənzimləmələrlə kifayətlənilməli idi. Ayrıntılar Qanunla və demokratik cəmiyyətdə legitim məqsədə xidmət edəcək çərçivədə ola bilər. 

Konstitusiyanın 71-ci maddəsində bütün hüquq və azadlıqlara toxunan ümumi bir müddəa var.
Qanunverici, icraedici və məhkəmə orqanlarının Anayasada təsbit edilmiş  və insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq borcu olduğu, heç kəsin bunları məhdudlaşdıra bilməyəcəyi bildirilmiş,  insan hüquq və azadlıqlarının müharibə, hərbi və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edildiyində məhdudlaşdırıla biləcəyinə imkan tanınmışdır. Üstəlik bu zaman da məhdudlaşdırmanın həddi və müddəti ölkənin tərəftar çıxdığı beynəlxalq öhdəliklər nəzərə alınaraq müəyyənləşdirilməli, məhdudlaşdırma qismən və müvəqqəti olmalıdır.

Təəssüf ki, Milli Məclis tərəfindən iki dəfə (2002-ci il may və dekabr aylarında) qəbul edilən və 2002-ci il  dekabrın 24-də qüvvəyə minən «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu» Konstitusiyada nəzərdə tutulan insan hüquq və azadlıqlarını məhdudlaşdırılmaqdadır.  Belə ki, Bu qanunun 3-cü maddəsi «Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər» başlığı altında anayasada olmayan məhdudlaşdırmaları qanunla anayasaya əlavə edib və 3.5-ci maddədə   “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin III hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədilə məhdudlaşdırıla bilər”-deməklə məhdudlaşdırmaların genişləndirilməsi üçün  konstitusiyada olmayan yeni əsas yaratmışdır. Həmin qanunun 3.6-cı maddəsində konstitusiyanın 32-ci maddəsində təsbit edilmiş şəxsi toxunulmazlıq hüququnun söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə” , həmçinin “iğtişaşların qarşısının alınması üçün;”, ”ictimai qaydanın təmin edilməsi üçün” , “ölkənin iqtisadi rifahı mənafeləri üçün məhdudlaşdırıla biləcəyi göstərilmişdir. Görüldüyü kimi məhdudiyyətlərin siyahısı çox genişləndirilmiş və demokratik cəmiyyət üçün heç də bütün hallarda zəruri olmayan “əsaslar” sadalanmışdır.  Bununla da Konstitusiyanın başqa bir müddəası da pozulmuşdur. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndi  «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz»-deməkdə və bundan sonra hakimiyyətin bütün qollarını, o cümlədən qanunverici orqanı da saymaqdadır. Konstitusiyanın bu maddəsinə görə bu anayasaya məüdudlaşdırmaqla bağlı bir müddəa ancaq və ancaq xalqın ümumi iradəsinin yansımasıyla-referendumla mümkündür.
Lakin,, məhdudiyyətlərin siyahısını genişləndirən qanun Referendumla yox, Milli Məclis - Qanunverici orqan tərəfindən qəbul edilib.
Konstitusiyada bütün hüquq və azadlıqlar o cümlədən 32-ci maddədə təsbit edilən Şəxsi toxunulmazlıq hüququnun Məhkəmə vasitəsi ilə qorunmasına təminat verən maddə vardır. Ümumiyyətlə Konstitusiyanın 71-ci maddəsi[1] bütünlükdə hüquq və azadlıqların təminatına həsr olunub. Həmin maddənin  VII-ci bəndində “ İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir” –deməklə məhkəmə vasitəsi ilə müdafiənin olduğu göstərilib. Bununla yanaşı, Konstitusiyanın 130-cu maddəsinin  V-ci bəndində  “Hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə”- şikayət verə biləcəyi hüququ tanınmış, 8 yanvar 2004-cü ildə qüvvəyə minən "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsi ilə bu hüququn real tətbiqi üçün şərait yaradılmışdır. Lakin bu qanun qüvvəyə minəndən sonra pozulan insan hüquq və azadlıqlarının bərpası məqsədi ilə bir çox hallarda olunan müraciətlərin müzakirəsi belə aparılmadan şikayətlər rədd edilmişdir. Səbəb isə birbaşa Konstitusiya məhkəməsinə müraciət etməmişdən əvvəl, digər məhkəmələrə müraciət şərtinin gətirilməsidir. Baxmayaraq ki, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 34.5-ci maddəsində Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayətin bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilərəcəyi göstərilibdir. Qeyd edildiyi kimi iki ilə yaxın bir vaxt keçməsimə baxmayaraq bu hüquqi müdafiənin təsirli bir vasitə olduğunu göstərən tətbiqlə insanlar qarşılaşmayib. Bu isə, ölkədə bir nömrəli problem olan qanunların işləməməsi faktını bir daha ortaya qoymaqdadır. 






[1] Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı
I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.
IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.
V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.
VIII. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.