In 1996 he graduated from the faculty of law of Istanbul University in Turkey and worked as a lawyer in Istanbul. In 2001 he received Master’s degree from Public Administration Institute for Turkey and the Middle East (PAITME) in Ankara and got a expert address on law and administration. He passed one year special training on the specialty of lawyer at Istanbul Bar Association of Lawyers.
8 Eylül 2016 Perşembe
Referendum aktı ifadə azadlığını və informasiyaya çatımlılığı təhlükəyə atır
Konstitusiyaya əlavə və dəyişiklik üçün 26 sentyabr 2016-cı ildə referendum təyin edilməsi və Referendum aktının səsverməyə çıxarılması bir çox istiqamətdə ciddi müzakirələrin aparılmasını zəruri edir.
Konstitusiya dövlətin vətəndaşla dövlət
hakimiyyəti qurumlarının münasibətini tənzimləyən, fərdlərin hüquqlarının
sərhədlərini və qurumların səlahiyyət çərçivəsini müəyyən edən əsas toplumsal
müqavilədir. Bu sənəd cəmiyyətdə mövcud olan münasibətlərin təməli olduğuna
görə ona ANA YASA da deyilir. Belə demək mümkündürsə, bütün qanunların
ANASI. Odur ki, bu sənədi güncəl siyasi
qayğılarla tez-tez zədələmək, onun ruhuna uyğun olmayan əlavə və dəyişiklik
etmək yolverilməzdir. Xüsusilə də bu sənədə hər hansı dəyişiklik, əlavə
ehtiyacı yaranarsa, bu ancaq cəmiyyətin sifarişi kimi ortaya çıxmalı, cəmiyyət
tərəfindən ciddi müzakirə edilməlidir.
Təklif edilən referendum aktı bir çox
aspektlərdən Konstitusiyanın özünə və Azərbaycanın qoşulduğu, rəsmi şəkildə
ratifikasiya edib, qanunvericiliyinin mənbəyi halına gətirdiyi Konvensiyalarla
ziddiyyət təşkil edir. Məhz bunu nəzərə alaraq, bu yazımla Konstitusiya aktının
ifadə və informasiya azadlığı baxımından yaradacağı problemləri açmaq, toplumun
diqqətinə çatdırmaq istəyirəm.
Referendum aktı ilə Konstitusiyaya 29
müxtəlif dəyişiklik və ya əlavə nəzərdə tutulur. Onların 14-ü birbaşa
Konstitusiyanın III fəslində yer alan əsas insan hüquq və azadlıqlarını hədəf
alıb. Bu fəslin ən təməl özəlliyi onu kənar müdaxilələrdən qoruyan immunitetin
Konstitusiyanın özündə nəzərdə tutulmasıdır. Konstitusiyanın 155-ci maddəsi
referenduma çıxarılacaq dəyişikliklərə dair təklif təşəbbüsünün
məhdudlaşdırılmasını nəzərdə tutur və “Konstitusiyanın III-cü fəslində nəzərdə
tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan
daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz”-deyərək
bu imuniteti yaradır.
Dəyişiklik və əlavələrin nəzərdə tutulduğu
32-ci maddə şəxsi toxunulmazlıq hüququna, 47-ci maddə fikir və söz azadlığına,
49-cu maddə sərbəst toplaşmaq azadlığına, 57-ci maddə müraciət etmək hüququna,
59-cu maddə birləşmək hüququna, habelə
68 və 71-ci maddələr birbaşa yaxud dolayısı ilə ifadə və informasiya
azadlığına toxunur.
32-ci maddəyə əlavə edilməsi nəzərdə tutulan
VI-cı bənd: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər
haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində
aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”-deyərək,
informasiya açıqlığı prinsipi anlayışını alt-üst edir. Məsələ bundadır ki,
qanunla göstərilən məhdudiyyətlər istisna olmaqla informasiyalar açıq
olmalıdır. Açıqlıq təməl prinsipdir. Açıqlığın istisnası qanunla qorunan
mənafeləri göstərən məhdudiyyətlərdir. Qanun məhdudiyyətlərin siyahısını və
sərhəddini müəyyən edə bilər. Bu sərhədlərdən biri də şəxsin özəl həyatına dair
informasiyalardır.
Konstitusiyanın 32-ci maddəsinin 3-cü
bəndində bu aydın göstərilib: “Öz razılığı olmadan kimsənin şəxsi həyatı
haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına
yol verilmir”. Belə olan halda, hər hansı özəl həyat qeydi olmadan “üçüncü
şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız
üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”-
demək və üçüncü şəxslər haqqında harada (elektron formada və ya kağız üzərində)
olmasından asılı olmayaraq məlumat almanı qadağan etmək, bütünlüklə 3-cü
şəxslər haqqında ictimai əhəmiyyət daşıyan informasiyaların da alınmasını
məhdudlaşdırmağa şərait yaradacaq. Ayrıca, buradakı üçüncü “şəxslər” ifadəsi
hüquqda çox geniş anlaşılır və həm fiziki şəxsləri, həm də hüquqi şəxsləri
əhatə edir. Halbuki, 32-ci maddənin adı “şəxsi toxunulmazlıq hüququ”dur və burada
məqsəd şəxslərin (hüquqi və fiziki şəxslər) yox, fərdin (individual şəxsin)
toxunulmazlıq hüququnu təminat altına almaqdır.
Bu bəndin 32-ci maddəyə əlavə edilmə
qayğısının haradan gəldiyini təxmin etmək çətin deyil. Bilindiyi kimi, 12 iyun
2012-ci il tarixli 381-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
ilə Kommersiya sirri haqqında Qanuna və Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında Qanuna məhdudlaşdırıcı norma gətirildi. “Kommersiya
hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı
payları barədə” - məlumatlar kommersiya sirri hesab edildi. Təsisçilər,
iştirakçılar fiziki şəxs olduqda bunların adları fərdi məlumatlardır. Deməli,
konkret bu halda fərdi məlumatları qanun kommersiya sirri kimi əlavə qoruma
altına alıb.
Bəllidir ki, son vaxtlar müasir İKT-dan
istifadə edən beynəlxalq jurnalist şəbəkələri və qrupları dünyanın müxtəlif
ölkələrində xüsusilə siyasətçilərin və idarəetmə səlahiyyəti olan şəxslərin
qanunsuz gəlirlərini, korrupsiya faktlarını aşikar edən sənədələri ortaya
çıxararaq, onların “ictimai nüfuz”unu ciddi zərbə altında qoya bilirlər. Bu
“gizli” sənədlərin əldə olunması ilə müxtəlif qanunsuz biznes şəbəkələrinin,
qara pul axınının ifşa olunması asanlaşır. 32-ci maddəyə belə bir bəndin əlavə
edilməsi yəqin ki, daha sonra bu davranışların ciddi hüquqi, o cümlədən cinayət
məsuliyyəti yaratması ilə nəticələnəcək və ictimai əhəmiyyət daşıyan
informasiyalara çıxışı məhdudlaşdırmanı hədəfləyəcək.
İnformasiya əldə etmək hüququ bir çox təməl
insan hüquq və azadlığı üçün açar rolu oynayan ifadə azadlığı hüququnun
ayrılmaz parçasıdır. Legitim hüquqi əsas olmadan bu azadlığın
məhdudlaşdırılması yolverilməzdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu
maddəsi birbaşa ifadə azadlığını qoruyur və demokratik cəmiyyətlərdə ona hansı
əsaslarda müdaxilə edilə biləcəyinin zəruriliyini və bu müdaxilənin sərhədlərini
göstərir.
3-cü şəxslərin özəl həyatına aid olmayan,
ictimai əhəmiyyət daşıyan məlumatlarına çatımlılığı məhdudlaşdıran istənilən
tənzimləmə Konvensiyaya ziddir.
İnformasiya toplamaq və yaymaq istəyən hər
hansı jurnalist yaxud QHT aktivisti üçün korrupsiyaya bulaşmış siyasətçi və ya məmur
3-cü şəxsdir. Həmin 3-cü şəxsin qanunsuz əməlini üzə çıxarmaq istəyən
araşdırmaçı jurnalist, onun qanunsuz təsisçiliyi, yaxud hansısa terroru
maliyyələşdirmədə şübhəli qurumdakı payını öyrənmək məqsədi ilə elektron bazada
olan və ciddi ictimai əhəmiyyət daşıyan informasiyaları əldə edə bilməlidir. Yerli
qanunvericilik bu informasiyaları legitim əsas olmadan məhdudlaşdırıb. Bəzən
jurnalistlər dolayılı yollarla bu qanunsuz əməlləri aşikarlayan informasiyaları
əldə edərək, bu şəxslərin kirli bağlarını
ortaya çıxara bilər.
İndiki bu tənzimləmə ictimai əhəmiyyət
daşıyan və qanunsuzluqların önlənməsinə xidmət edən bu tip halların da qarşısını
almağa, ictimai informasiyaya çatımlılığı aradan qaldırılmağa xidmət edir.
32-ci maddəyə bunun əlavə edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə
məhdudlaşdırılmaqdır. Konstitusiyanın 155-ci maddəsinə görə bu
mahiyyətdə olan müddəa referenduma çıxarıla bilməz.
32-ci maddəyə əlavə ədilən VII-ci bəndin mahiyyəti də tam aydın ifadə edilməyib
və hansı məqsədlə Konstitusiya maddəsi halına gətirildiyi anlaşılmır. Çünki,
mövcud 32-ci maddənin III-cü bəndində
çox açıq şəkildə “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın
toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir” deyərək,
bütünlüklə şəxsi həyata dair informasiyalara çıxışı və onların toplanıb
yayılmasını məhdudlaşdırıb. Belə olan
halda şəxsi həyatın bir hissəsini yenidən xüsusi vurğulamaq və İKT vasitələrini saymaqla göstərməyin heç bir
konstitusion anlamı yoxdur. Məlumatın toplanması qadağandırsa, bütün vasitələr
qadağandır. Belə anlaşılır ki, bu gün informasiya texnologiyalarının qeyd edilməsi,
bir ildən sonra fərqli bir dəyişiklik ehtiyacı yarada bilər. Məsələn, “məlumatın
saxlandığı otağa girərək” əldə edilməsi kimi bir qadağa təklifi.
Məsələnin bir başqa aspekti də budur ki,
əgər siz Konstitusiyaya yazılırsa ki, “...informasiya texnologiyalarından şəxsi
həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların
açıqlanması üçün istifadə edilə bilməz”, o zaman belə çıxır ki, “şəxsi həyata, o cümlədən əqidəyə, dini və
etnik mənsubiyyətə dair məlumatlar”- informasiya texnologiyaları
istifadə edilməyən vasitələrlə, məsələn yazılı mətbuatda, çap vərəqələrində,
şifahi formada toplantılarda və s. formalarda yayıla bilər.
32-ci maddənin adından da göründüyü kimi
burada məqsəd şəxsi toxunulmazlıq hüququnun sərhəddini və dövlət təminatı
altında olmasını göstərməkdir. Vasitələrin sayılması bu maddənin və ümumiyyətlə
konstitusiyanın mahiyyətindən uzaqlaşmaqdır.
http://freeeconomy.az/blog/referendumifadeazadligi/
22 Ağustos 2016 Pazartesi
"Bələdiyyə" adlı referendum təşəbbüs qrupunun yaradılması və qeydə alınması hüquq pozuntusudur
Avqustun 20-də Mərkəzi Seçki Komissiyası (MSK) bir qrup bələdiyyənin
təşəbbüsü ilə “Bələdiyyə” referendum
üzrə təşviqat qrupunu qeydə aldığına dair informasiya yayıb. Bu məlumat bir hüquq adamı kimi məni şoka
saldı.
Azərbaycan Konstitusiyasında IX fəsil “Bələdiyyə” adlanır və idarəetmənin
yerli əhəmiyyətli funksiyası məhz Konstitusiya ilə bu quruma həvalə edilib.
Konstitusiyanın 144-cü maddəsi ilə bu qurumun səlahiyətlərinin çərçivəsini dəqiq
sayaraq məhdud müəyyən edib. Yəni bu səlahiyyət çərçivəsindən kənara çıxmaq Bələdiyyələr
üçün Konstitusiyanı pozmaqdır.
Ayrıca, Seçki Məcəlləsində seçkiləri idarə edən qurum kimi nəzərdə
tutulan komissiyaların məhz bu bələdiyyələrlə sıx əməkdaşlıq etməsi nəzərdə
tutulub. Yəni bələdiyyələr seçki və referendumların keçirilməsi prosesində
inzibati orqan funksiyası da daşıyır.
Konstitusiyada müəyyən səlahiyyətlər verilən Prezident institutu, Baş
Nazirlik, məhkəmə qurumları kimi bələdiyyələr də konstitusion qurumlardır. Seçki
və referendumlarda bunlar təşəbbüskar
kimi çıxış edə bilməzlər. Bunların səlahiyyət çərçivəsi Konstitusiya ilə məhdudlaşdırılıb.
Konstitusiyada isə 144-cü maddədə səlahiyyətlər 9 bənd üzrə aydın göstərilib. Bu
səlahiyyətlər içərisində referendumda tərəf kimi təşəbbüs göstərmək konkret nəzərdə
tutulmayıb.
“Qanunla qadağan olunmayan hər şey sərbəstdir” - prinsipi vətəndaşların
hüquq və azadlıqların həyata keçirilməsində tətbiq oluna bilər. Lakin konkret səlahiyyət
dairəsi Konstitusiya ilə müəyyən edilən qurumların, Milli Məslisin, Məhkəmələrin,
Bələdiyyələrin səlahiyyəti müəyyən edildiyi sərhədlərlə məhduddur. Bu qurumlara
verilməyən səlahiyyətləri icra etməyə təşəbbüs göstərsələr, başqa sahələrə
qanunsuz müdaxilə etmiş olarlar.
Konstitusiyanın IX fəslindən aydın göründüyü kimi, bələdiyyələr qurum
kimi təşəbbüs göstərə bilməz, prosesdə onlrın tərəf kimi çıxış etməsi qanunla
qadağandır. Bələdiyyə üzvləri də, bələdiyyə vəzifələrində olan şəxslər də bu
qurumda olmalarını üstünlük kimi təqdim edib, referendum üzrə təşəbbüs qrupunun
təsisçisi ola bilməzlər.
Təşəbbüs qrupunun adının “Bələdiyyə” olaraq seçilməsi təşəbbüskarların vətəndaş
olması halında belə yolverilən deyil. MSK bu adı qeydə almamalı idi. Çünki Bələdiyyə
konstitutsion qurumdur. Eyni ilə “Prezident”, “Milli Məclis”, “Ali Məhkəmə”,
Konstitusiya Məhkəməsi”, “Baş Nazir” kimi adlar altında təşəbbüs qrupunun yaradılması
necə mümkünsüzdür və buna təşəbbüs edənlər qeydə alınmırlarsa, “Bələdiyyə” adı
da məhz konstitusion qurum olduğundan həmin addan sui-istifadəyə MSK yol verməməli
idi.
Seçki Məcəlləsinin 61-ci maddəsi
təşəbbüs hüququnu sadəcə vətəndaşlara verir. Lakin bunların da dairəsini məhdudlaşdırır.
Məsələn, Seçki Məcəlləsinin 69.3-cü maddəsində bildirilir ki, bələdiyyə vəzifələrində olan referendum
üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri öz vəzifə mövqelərindən
üstünlük əldə etmək üçün istifadə edə bilməzlər. Təsadüfi deyil ki, 69.5-ci
maddədə açıq şəkildə bildirilir: “...bələdiyyə vəzifələrində olan referendum
üzrə təşviqat qrupları yaradılması təşəbbüsçülərinin yalnız öz vəzifələrini
icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı (referendumqabağı) təşviqat
aparmaq hüququ vardır”.
Sonda onu
da vurğulamaq istərdim ki, Bələdiyyələr Seçki Məcəlləsinə əsasən seçici
siyahılarının formalaşması, habelə komissiyaların harada formalaşmasına görə müəyyən
səlahiyyətlər icra edir. Yəni seçicilərin şəxsi məlumatlarına malikdirlər. Belə
olan halda, təşəbbüs qrupunda yer alan bələdiyyənin, onun vəzifəli şəxslərinin
imza toplaması zamanı əlində tutduğu həmin şəxsi məlumatlardan qanunsuz istifadəsi
necə önlənə bilər?
Bu, özlüyündə
hüquq pozuntusuna birbaşa dəvətnamə vermək deyilmi?
Göründüyü
kimi, MSK Konstitusiyaya zidd olaraq, “Bələdiyyə” adlı təşviqat qrupunu qeydə
alıb. Bu, Referendumun nəticələrinin bəri başdan şübhə altına düşməsi ilə qiymətləndiriləcək.
20 Ağustos 2016 Cumartesi
Fövqəladə vəziyyət elan etmədən, KİV-in fəaliyyətinə qanunlara zidd məhdudiyyət gətirilə bilməz
Tam bir il öncə bu yazı ilə https://www.facebook.com/elesger/posts/10153536409824738 -da hüquq yaratma sistemimizdəki problemlərə diqqət çəkmişəm. Aktuallığı heç dəyişməyib.
Azad medianın nəzərinə!!
Bu gün Nazirlər Kabinetinin "Jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası" adlı 14 avqust tarixli 279 nömrəli qərarı qüvvəyə minib.
Ölkədə hüquq yaratma sistemində ciddi problem hiss olunur. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri ola bilər. Lakin mənə görə bir subyektiv səbəb də hökumət üçün işləyən hüquqşünasların ola bilsin ki, digər kommersiya fəaliyyətlərinə başları qarışdığından hüquq prinsiplərini "unutmasıdır".
Konstitusiyanın 149-cu maddəsinə görə aşağı norma yuxarı normalara zidd ola bilməz. Konstitusiyanın 148-ci maddəsinə əsasən Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar sistemində 6-cı sırada durur. Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanunun 8-ci maddəsi Normayaratma fəaliyyətinin əsas prinsiplərinı sayıb. Norma yaradan tərəf kim olmasından asılı olmayaraq bunlara əməl etməlidir.
- Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü;
- aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu;
- beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü;
- mütənasiblik;
- dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi;
- normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı;
- normativ hüquqi aktların ziddiyyətsizliyi;
- insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət;
- ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.
Nazirlər Kabinetinin bu qərarı əsas hüquq və azadlıqlardan olan məlumat azadlığı hüququnu məhdudlaşdır. Hansı ki bunun təminatı Konstitusiyanın 50-ci, 71-ci maddələrində çox açıq var.
Qaydaları oxuyanda, bu sənədin media qanunvericiliyindən xəbəri olmayan birinin hazırladığı açıq ortaya çıxır. Qaydanı qəbul etməkdə əsas kimi bu səbəb göstərilib: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (bundan sonra - cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri (bundan sonra - KİV) nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir
Məsələnin mahiyyəti bundadır ki, Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası Qanununda hərbi vəziyyət elan edilmədən, KİV-lərə məhdudiyyət gətirilə bilməz. Heç bir norma hərbi vəziyyət elan edilmədən, belə bir məhdudlaşdırmanı mümkün hesab etmir. Bu Konstitusiyanın 71-ci maddəsinə də ziddir. 24 sentyabr 2014-cü il tarixli Prezident Sərəncamında da “2.1. 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (o cümlədən cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;-şəklində bir bənd vardı. Yəni 2014-cü ilin dekabr ayının sonunda bu qanun layihəsi hazır olmalı idi. Amma Parlament Qanunu dəyişmədən, Nazirlər Kabineti məhdudlaşdırıcı normanı tətbiq etməyə başlayıb. Yəni qanunsuz məhdudiyyət tətbiq edib.
Ayrıca “cəbhəboyu zona” ifadəsinin içərisi doldurulmalıdır. Cəbhəboyu dedikdə, təmas xəttinin eni nədir?, neçə metr və ya kilometr bitişik ərazi təmas xətti hesab olunur?, təmas xətti dedikdə dövlətlər arası sərhəddən söhbət gedib-getmədiyi necə aydınladılmalıdır?- sualları cavabını tapmalıdır.
Biz öz ərazimizin daxilində, işğal edilmiş ərazilərin arasındakı xətti bununla rəsmiləşdirmirik mi? O zaman Kəlbəcərə yaxınlarının qəbrini ziyarətə gedib, ermənilər tərəfindən həbs edilənlərə hüquqi problem yaratmayacağıq mı?
Bir digər hüquqi problem, hərbi vəziyyət elan etmədən, təmas xətti ilə, həmin xəttin dıbındə olan kəndlərlə Bakının hüquqi durumunun fərqləndirilməsinin mümkünsüzlüyüdür. Bakıda X saylı hərbi hissənin divarının bitişiyindəki yaşayış evi, məhəlləsi ilə həmin təmas xəttinin dibindəki kəndin ərazisinində informasiya toplamanın hüquqi fərqi nədən olmalıdır?
Konstitusiyanın 111-ci maddəsi deyir ki, “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda,... Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir”.
Konstitusiyanın bu norması “verə bilər” yox “verir” ifadəsindən istifadə edir. Bu əmredici normadır. Bu gün Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunmayıb mı? O zaman Konstitusiyanın 111-ci maddəsi nədən tətbiq edilmir? Buyurub həmin ərazilərdə “hərbi vəziyyət” elan edib, istənilən məhdudiyyəti tətbiq edin. Hüquqi yol budur. Amma bunu tətbiq etmədən, ölkənin içində informasiya alma rejimini fərqləndirmək həm Konstitusiyaya, həm Konvensiyaya həm də KİV haqqında qanuna ziddir.
Ayrıca, akkreditasiya lisenziya demək deyil. Bunu dərk etmək lazımdır. Akreditasiya KİV-ə və jurnalistə üstünlük verir amma informasiya almasını məhdudlaşdırmır. Akreditasiya olmayan jurnalistin də məlumat alma hüququ qorunur. Çünki, Konstitusiya hər kəsə bu hüququ 50-ci maddə ilə verib.
Qaydalarda akkreditasiya olunmaq da bölgədən informasiya almağa yetmir ayrıca 5-gün öncədən Müdafiə Nazirliyinə müraciət olunmalı, icazə verilərsə gedib informasiya toplamaq mümkün görünür. Bu norma KİV-haqqında qanunun 8-ci madddəsinə birbaşa ziddir. Jurnalist məlumatı dərhal mümkün olmadıqda 24 saat içərisində əldə etməlidir. Düşünün ki operativ hadisə baş verib, siz dərhal hadisə yerinə gedə bilməzsiniz, 5 gün gözləməlisiz ki sizə cavab versinlər, "hə" desələr gedə bilərsiniz, "yox" desələr gedə bilməyəcəksiniz. Bu hüquqi rejimin adı nədir? Hara gedirik?
Məsələni hüquqi baxımdan daha ciddi ələ almaq lazımdır. Ölkənin imicini bu qədər zərbə altına qoymaq olmaz.
.
Ölkədə hüquq yaratma sistemində ciddi problem hiss olunur. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri ola bilər. Lakin mənə görə bir subyektiv səbəb də hökumət üçün işləyən hüquqşünasların ola bilsin ki, digər kommersiya fəaliyyətlərinə başları qarışdığından hüquq prinsiplərini "unutmasıdır".
Konstitusiyanın 149-cu maddəsinə görə aşağı norma yuxarı normalara zidd ola bilməz. Konstitusiyanın 148-ci maddəsinə əsasən Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar sistemində 6-cı sırada durur. Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanunun 8-ci maddəsi Normayaratma fəaliyyətinin əsas prinsiplərinı sayıb. Norma yaradan tərəf kim olmasından asılı olmayaraq bunlara əməl etməlidir.
- Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü;
- aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu;
- beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü;
- mütənasiblik;
- dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi;
- normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı;
- normativ hüquqi aktların ziddiyyətsizliyi;
- insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət;
- ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.
Nazirlər Kabinetinin bu qərarı əsas hüquq və azadlıqlardan olan məlumat azadlığı hüququnu məhdudlaşdır. Hansı ki bunun təminatı Konstitusiyanın 50-ci, 71-ci maddələrində çox açıq var.
Qaydaları oxuyanda, bu sənədin media qanunvericiliyindən xəbəri olmayan birinin hazırladığı açıq ortaya çıxır. Qaydanı qəbul etməkdə əsas kimi bu səbəb göstərilib: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (bundan sonra - cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri (bundan sonra - KİV) nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir
Məsələnin mahiyyəti bundadır ki, Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası Qanununda hərbi vəziyyət elan edilmədən, KİV-lərə məhdudiyyət gətirilə bilməz. Heç bir norma hərbi vəziyyət elan edilmədən, belə bir məhdudlaşdırmanı mümkün hesab etmir. Bu Konstitusiyanın 71-ci maddəsinə də ziddir. 24 sentyabr 2014-cü il tarixli Prezident Sərəncamında da “2.1. 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (o cümlədən cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;-şəklində bir bənd vardı. Yəni 2014-cü ilin dekabr ayının sonunda bu qanun layihəsi hazır olmalı idi. Amma Parlament Qanunu dəyişmədən, Nazirlər Kabineti məhdudlaşdırıcı normanı tətbiq etməyə başlayıb. Yəni qanunsuz məhdudiyyət tətbiq edib.
Ayrıca “cəbhəboyu zona” ifadəsinin içərisi doldurulmalıdır. Cəbhəboyu dedikdə, təmas xəttinin eni nədir?, neçə metr və ya kilometr bitişik ərazi təmas xətti hesab olunur?, təmas xətti dedikdə dövlətlər arası sərhəddən söhbət gedib-getmədiyi necə aydınladılmalıdır?- sualları cavabını tapmalıdır.
Biz öz ərazimizin daxilində, işğal edilmiş ərazilərin arasındakı xətti bununla rəsmiləşdirmirik mi? O zaman Kəlbəcərə yaxınlarının qəbrini ziyarətə gedib, ermənilər tərəfindən həbs edilənlərə hüquqi problem yaratmayacağıq mı?
Bir digər hüquqi problem, hərbi vəziyyət elan etmədən, təmas xətti ilə, həmin xəttin dıbındə olan kəndlərlə Bakının hüquqi durumunun fərqləndirilməsinin mümkünsüzlüyüdür. Bakıda X saylı hərbi hissənin divarının bitişiyindəki yaşayış evi, məhəlləsi ilə həmin təmas xəttinin dibindəki kəndin ərazisinində informasiya toplamanın hüquqi fərqi nədən olmalıdır?
Konstitusiyanın 111-ci maddəsi deyir ki, “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda,... Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir”.
Konstitusiyanın bu norması “verə bilər” yox “verir” ifadəsindən istifadə edir. Bu əmredici normadır. Bu gün Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunmayıb mı? O zaman Konstitusiyanın 111-ci maddəsi nədən tətbiq edilmir? Buyurub həmin ərazilərdə “hərbi vəziyyət” elan edib, istənilən məhdudiyyəti tətbiq edin. Hüquqi yol budur. Amma bunu tətbiq etmədən, ölkənin içində informasiya alma rejimini fərqləndirmək həm Konstitusiyaya, həm Konvensiyaya həm də KİV haqqında qanuna ziddir.
Ayrıca, akkreditasiya lisenziya demək deyil. Bunu dərk etmək lazımdır. Akreditasiya KİV-ə və jurnalistə üstünlük verir amma informasiya almasını məhdudlaşdırmır. Akreditasiya olmayan jurnalistin də məlumat alma hüququ qorunur. Çünki, Konstitusiya hər kəsə bu hüququ 50-ci maddə ilə verib.
Qaydalarda akkreditasiya olunmaq da bölgədən informasiya almağa yetmir ayrıca 5-gün öncədən Müdafiə Nazirliyinə müraciət olunmalı, icazə verilərsə gedib informasiya toplamaq mümkün görünür. Bu norma KİV-haqqında qanunun 8-ci madddəsinə birbaşa ziddir. Jurnalist məlumatı dərhal mümkün olmadıqda 24 saat içərisində əldə etməlidir. Düşünün ki operativ hadisə baş verib, siz dərhal hadisə yerinə gedə bilməzsiniz, 5 gün gözləməlisiz ki sizə cavab versinlər, "hə" desələr gedə bilərsiniz, "yox" desələr gedə bilməyəcəksiniz. Bu hüquqi rejimin adı nədir? Hara gedirik?
Məsələni hüquqi baxımdan daha ciddi ələ almaq lazımdır. Ölkənin imicini bu qədər zərbə altına qoymaq olmaz.
.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 avqust tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmişdir 1. Ümumi müddəalar 1.1. “Jurnalistlərin…
AZERBAİJAN-NEWS.AZ
12 Temmuz 2016 Salı
Daxili problemlərimizin beynəlxalq konfransda müzakirəsinin səbəbləri
6-7 İyil 2016-cı il tarixdə ATƏT-in Vyanada yerləşən Media ofisinin təşkilatçılığı ilə 13-cüsü təşkil olunan Cənubi Qafqazda Media Konfransında növbəti dəfə iştirak etdim.
Hər il payızda keçirilən bu Konfrans
bu il ənənələri pozaraq yayda keçirilirdi. Bunun səbəbi yəqin ki, Media
ofisinin rəhbəri Dunya Myatoviçin 4 illik fəaliyyət müddətinin başa çatması və
yaxın həftələrdə bu postu sələfinə təhvil
verməli olduğu ehtimalı idi.
Konfransın gündəliyi hər il olduğundan daha yüngül
tərtib olunmuşdu. Mövzu başlıqlarının aktuallığı diqqət çəksə də müzakirə
istiqamətləri o qədər də aktual olmadı. Xüsusilə Bosniyadan dəvət edilən
ekspertlərin təqdimatı Cənubi Qafqaz ölkələri üçün çox aktual görünmürdü.
Mövzunun müzakirəsi zamanı iştirakçılığın zəif olmasının da səbəbi bu idi. Əslində
ayrı-ayrı ölkələrin media azdlığının ənənəvi müzakirəsi üçün nəzərdə tutulan
oturumun olmamamsı qızğın müzakirələri olmamasına gətirib çıxarırdı. Amma buna
baxmayaraq bir istisna oldu. Elə ilk paneldə məruzəçinin Azərbaycandan dəyərli
jurnalist, Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin olması, onun özünəxas şəkildə
peşəkar bir təqdimat etməsi müzakirələrin qızışmasına ilk təkan oldu. Arif bəy
bəlkə yumşaq, amma kifayət qədər faktlara söykənən və düşündürən bir çıxış
etdi. Bu tip tədbirlərdə belə “diplomatik” çıxışın əsas səbəbi sevmədiyimiz
amma bir mühiti paylaşdığımız Ermənistan təmsilçilərinin də orda olması olur.
Arif bəyin mövzusunun jurnalist təhlükəsizliyi və diffomasiya olması özü-özlüyündə
ciddi müzakirələri tətikləyirdi. Çünki, Azərbaycanda hələ də həbsdə jurnalistlər
və blogerlər var. Xüsusilə Azərbaycan
saatı üçün işləyən tanınmış jurnalist Seymur Həzi, xeber44.com dini saytının
baş redaktoru Araz Quliyev, azadxeber.org saytının baş redaktoru Nicat Əliyev,
blogerlər Abdulla Əbilov, Rəşad Ramazanov, Ömər Məmmədov müxtəlif səbəblərlə həbsə
atılsalar da, onların vəkilləri, ailələri və media ictimaiyyəti bu həbslərin əslində
ifadə azadlığını məhdudlaşdırmaq üçün aparıldığını bildirir. Son 3-4 ayda Tofiq
Yaqublunun, Rauf Mirqədirovun, Xədicə İsmayılın, Pərviz Həşimlinin azadlığa
çıxması vəziyyəti bir qədər yumşaltsa da bu gerçəklərin tamamilə görünməsini
önləməyib.
Ayrıca, ölkədə rəsmilər sistemli şəkildə
diffomasiyaya görə son 6 ildə heç kimin məsuliyyətə cəlb edilmədiyini,
Prezident tərəfindən moratorium elan edildiyini desələr də, əslində bu sahədə də vəziyyət ürəkaçan
deyil. Son illər bu sahədə xeyli məhkəmə
qərarları mövcuddur.
Tanınmış rejissor Eldəniz Quliyevə qarşı DİN rəhbərinin
qaldırılan xüsusi ittiham nəticəsində Məhkəmə Rejissoru məcburi küçə süpürmə cəzasına
məhkum etmiş, eyni cəza Elman Türkoğlunun iddiası ilə hakim önünə çıxarılan Xədicə
İsmayıl üçün də tətbiq edilmişdir. Access bankın keçmiş işçisi Mikayıl Talıbov Facebookda Access Bank haqqında yazdığı
statusuna görə Cinayət Məcələsinin 147.1 (böhtan) maddəsi ilə 9 ay islah işlərinə
və cərimə ödəməyə məhkum edilmiş və iş Ali Məhkəmə səviyyəsinə qədər davam
etdirilmişdir. Hazırda bu tendensiya davam edir və tanınmış telejurnalist,
professor Qulu Məhərrəmliyə qarşı AZTV-nin rəhbəri Alışanovun iddiası Yasamal məhkəməsində
baxılmaqdadır.
Təbii ki, vəziyyət belə ikən bu məsələlərin üzərindən
beynəlxalq tədbir olsa da sükutla keçmək mümkün deyil. Arif bəy də son slaytını
məhz Qulu Məhərrəmlinin karikaturası ilə bitirərək, məsələnin ciddiliyini beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırdı.
Əlbəttə Arif bəyin sadaladığı faktlara, qiymətlndirməyə
Azərbaycan tərəfindən qatılan rəsmi şəxslər və rəsmi şəxslərin mövqeyini dəstəkləyən
qeyri-rəsmi şəxslər birbaşa reaksiya vermədi. Bəlkə də vermək də istəmədi.
Çünki, bu tip müzakirələrdə bəzən geniş hədəf olmamaq üçün susmaq ən doğru “silah”
ola bilir.
Arif bəyin təqdimatından sonra müzakirələrdə Mehman
müəllim də ölkə mediasının iqtisadi azadlığının əlindən alınmasını vurğulayan
çox obyektiv bir qiymətləndirmə etdi. Əsas müzakirə və qarşılıqlı ittihamlar isə
2014-cü ilədək ölkədə jurnalist azadlığı və təhlükəsizliyi sahəsində geniş fəaliyyət
dairəsi olan, 2014-cü ilin avqustunda ofisi bağlanıb, hesabları həbs olunan və
cinayət işinə məruz qalan, 10 aya yaxın müddətdə İsveçrə Səfirliyində sığınacaq
tapan və sonra da ölkə vətəndaşlığından çıxarılaraq İsveçrəyə İsveçrə Xarici
İşlər Nazirinin təyyarəsi ilə göndərilən Emin Hüseynovun çıxışından sonra
başladı. Xüsusilə Eminin Rasim Əliyevin öldürülməsinin səbəbi kimi onun ölkədən
çıxarılmasında oynadığı rolun da ehtimallar arasında olmasını dedikdən sonra, rəsmilər
ona cavab verib, qərəzli olmaqda suçladı.
Əslində bu toplantıda bu günədək heç bir siyasi tərəflərə qatılmayaraq, müstəqil fəaliyyət göstərməyi həfələyən bir hüquqşünas olaraq müəyyən müşahidələrimi paylaşmağı özümə borc bilirəm.
Bu tip tədbirlərə qatılan tərəflərin
geri döndükdən sonra bəlli mövqenin formalaşmasına dəstək olmaları çox zəruridir.
Orda olan hər kəs gördü ki, Azərbaycan tərəfi daha ciddi daxili problemlərini
ümumi müzakirə ortamına çıxardı. Bunun səbəbləri çoxdur:
- Azərbaycanda son illər fərqli mövqeləri olan, hökumətin media siyasətini bəyənən və dəstəkləyən tərəflə bunu bəyənməyən, dəyişməsini istəyən tərəflərin bir masa arxasında hansısa mövzunu müzakirə etməsi imkansız hala gətirilib. Bunu edəcək tərəf əslində hökumət nümayəndələri olmalıdır. Dialoq qapısı bağlı olarsa, hər bir tərəf ən qara rəngi ortaya sərir və harada olmasına əhəmiyyət vermədən, kimin yanında olmasına baxmayaraq problemləri qabarıq önə çıxarır. Təcrübəmdən bilirəm ki, media oyunçusu olmayan, müstəqil hüquqşünas kimi qatıldığım tədbirdə rəsmi toplanan statistikanı sadaladığım və diffomasiyaya görə hələ də məhkəmələrdə qərarlar çıxarıldığını dediyimə görə dərhal mənə hücum edən, arqumentsiz məni suçlayan şəxslərin olmasının şahidiyəm.
- Eminin Rasim Əliyevlə bağlı səsləndirdiyi ehtimallara cavab vermədən çox öncə həmin ehtimalları yaradan səbəblər üzərinə getmək lazım idi. Rasim Əliyevin ölümünə birbaşa səbəb olanlar bu gün cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum ediliblər və cəzaya məruz qalıblar. Lakin istintaqın tam obyektiv aparılmasında olan şübhələr qalır. Cavid Hüseynovun işinin bu işdən ayrılması və maddəsinin dəyişdirilməsi çox da obyektiv yanaşma deyil. Xüsusilə, xəstəxanaya özü gələn, orda olduğu 9 saatda müsahibə verən, ümumi vəziyyəti normal görünən bir şəxsin qəflətən pisləşməsi və daxili qanaxma ilə ölməsi ciddi həkim qüsurunun olma ehtimalını yaradır. Təəssüf ki, istintaq sənədlərində sadəcə Səhiyyə Nazirinin məktubu ilə bu məsələyə son nöqtə qoyulmuş, heç bir müstəqil ekspertiza ehtiyacı görməmişdir .Belə olan halda, arzu edilməsə də hökumətin yanaşmasına şübhələr yaranır.
- Ölkədə səlahiyyət sahibləri bu səlahiyyətlərini xüsusi İmtiyaza çevirərək, alternativ baxışları rədd etməklə problemin həll olacağını düşünür. Nəticədə, müxtəlif beynəlxalq platformalarda daim müzakirə və qınaq obyektinə çevrilməkdən xilas ola bilmir. Bu isə öz növbəsində neqativ ölkə imicinə kapital yığmaqdan başqa heç nəyə yaramır.
- Müstəqil şəkildə medianın problemlərini müzakirə etmək istəyənlərin hər hansı müstəvidə bir araya gəlməsinə ciddi maneələr törədilir. Xüsusilə, barmaqla sayılacaq şəkildə az olan yerlər xüsusi nəzarətə alınır və müstəqil şəxslərin də iştirakı ilə müzakirə ortamı qəsdən önlənir. Məsələn, Sivil Toplum Platforması olaraq 22 iyul mətbuat günü ərəfəsində dəyirmi masa keçirmək üçün BMM-ə müraciətimizə maraqlı cavab almışıq. Iyul ayının sonunadək yerimiz yoxdur. BMM-in iki salonu var və gün ərzində 16 saat toplantı keçirmək imkanı var. Lakin 20 gün ərzində bir saat vaxt ayıra bilmir. Bunun açıqlaması budur: BMM-də 20 gündə 320 saat tədbir olacaq. Maraqlıdır, bu qurum iyul ayında nə qədər vergi ödəyəcək? Yerin hər saatına 100 manat tələb edən BMM, əgər 320 saat tədbir keçirirsə o zaman onun 20 günlük gəliri 32 min manat olacaq. Öz məntiqləri ilə illik gəlirləri yarım milyon manat edən bu qurum, ildə azı 30 min manat vergi verməlidir. Otellərdə də vəziyyət belədir. Müraciətə verilən cavab budur, biz sadəcə mədəni tədbirlərə yer ayırırıq. Sizin tədbirlər ictimai-sosial tədbirlərdir və keçirilməsinə yer ayıra bilmərik. Bunun hüquqi tərəfini bir kənara atıram, ayrıseçkilik tərəfini də bir tərəfə atıram. Burdan çıxan nəticə budur, əgər Azərbaycanlı mütəxəssislər, media əhli öz problemlərini bir masa arxasında, öz ölkəsi hüdudlarında müzakirə edə bilmirsə, bunu ilk fürsətdə kənarda edəcək. Deməli bunu aradan qaldıracaq addım atmırsınızsa, buna hazır olub, tənqidləri dinləməli olacaqsınız.
- Tez-tez erməniləri, gürcüləri nümunə gətirib, öz nümayəndə heyətimizə irad bildirən dostlarıma xüsusi xatırladıram. Ermənistanın müstəqil ekspertləri, alternativ fikirlər bildirən media təmsilçiləri ölkələrində icra etdikləri qrant layihələrini çatdıra bilmirlər. Bir qurumun 7-8 işlək qrantı var və onların icrasına hökumətləri şərait yaradıb. Biz isə ölkədən qovub çıxardığımız, yaşamasına icazə vermədiyimiz və hətta vətəndaşlıqdan çıxardığımız şəxsdən mərhəmət gözləyirik ki, ermənilərin yanında problemlərdən danışmasın, problemləri şişirtməsin. Bu normal gözləntidir mi? Siz bunun baş verməməsi üçün nə etdiniz ki, indi gözləntiniz mövcuddur?
6.
- Regionda və dünyada son illər xeyli tanınan, jurnalist araşdırmaları ilə gündəmdə olan birinin ölkədən çıxışına fiziki məhdudiyyət qoymaqla onun düşüncələrini, özünüifadə imkanlarını indiki zamanda məhdudlaşdırmaq olmaz. Bu sadəcə mümkün deyil. Bunu dərk etmək lazımdır. Xədicə İsmayılın dəvətli olduğu konfransa iştirakına imkan verməyən və çıxışına məhdudiyyət tətbiq edən məhkəmə sistemi və ona göstəriş verən siyasilər dərk etməlidir ki, Xədicə xanım ora getsə bəlkə 10-15 dəqiqəlik bir çıxış edərdi. Bəlkə də etməzdi. Amma getməyinə icazə vermədiyinizə görə yarım saat skype vasitəsi ilə toplantı iştirakçılarına müraciət etdi. Həm fikirlərini dedi, həm də bu format özlüyündə ölkə haqqında çox şey dedi. Bu yanaşmalardan imtina etməyin vaxtı axı çoxdan keçib!
- Mənim bir digər müşahidəm budur ki, ölkənin rəsmi qurumları və qeyri-rəsmi təmsiçliləri sadəcə səfərə getmək üçün bu tip tədbirlərə getməməlidir. Söhbət mediadan, ifadə azadlığından gedirsə, bu sahədə bilgi və təcrübəsi olan, beynəlxalq hüquq prinsiplərini mənimsəyən şəxslərin getməsi və danışması daha yerinə düşər. Peşəkar mühitdə qeyri-peşəkar qatılım və müzakirə kənardan çox primitiv görünür.
Yekunda səmimi şəkildə qeyd etmək istəyirəm ki, mən
çox istərdim ki, biz daxili problemlərimizi bir masa arxasında toplaşaraq
müzakirə edək, onların çözümünə birgə yol axtaraq. Bir-birimizlə yeri gələndə sərt
müzakirələr aparaq, amma bir-birimizi dinləməyi bacaraq, deyilən sözlərin
mahiyyətinə empatiya quraraq baxaq. O zaman hansısa beynəlxalq tədbirdə sevmədiyimiz
qonşularımızın hüzurunda yəqin ki daxili problemlərimiz müzakirə etməzdik.
10 Mayıs 2016 Salı
UNESCO-nun “Dünya Mətbuat azadlığı günü” tədbirindən izlənimlər
“Dünya Mətbuat azadlığı günü” tədbirindən izlənimlər
2-4
May 2016-cı il tarixləri arasında Finlandiyanın paytaxtı Helsinkidə UNESCO-nun
təşkilatçılığı ilə təşkil olunan “Dünya
Mətbuat azadlığı günü” tədbirlərində iştirak imkanı əldə etdim. Hər bir tədbirdə
iştirak etdikdən sonra, mümkün qədər müşahidələrimi paylaşaraq, qalıcı olmasına
çalışıram.
Bu səfər
də mənim üçün çox məhsuldar və yaddaqalan oldu. Xeyli maraqlı ikitərəfli görüşlərim
oldu. Effektiv oturumlarda iştirak edib həm öz təcrübələrimizi paylaşmaq, həm də
müxtəlif təcrübələri yaxından öyrənmək imkanı əldə etdik.
Tədbirlərin
ilk günü Helsinkinin önməli məkanlarından biri olan Finlandiya Hall`da bir neçə
paralel oturumlar, müzakirələr təşkil edilmişdi. Mən
bizim regionu və xüsusilə ölkəmizi də yaxından ilgiləndirən mövzulardan biri
olan “iki ölkə, tək peşə” adlı panelə qatılaraq, orda xüsusilə Ukrayna və
Rusiya jurnalistlərinin Ukraynanın bir hissəsini və Kırımı işğal edib sonra ilhaq
edən, on mindən çox insanın ölümünə, 20 min insanın yaralanmasına, yüzminlərlə
insanın evini, yurdunu tərk etməsinə səbəb olan hərbi münaqişədən sonrakı “dialoq”
mühitini yaxından müşahidə imkanı əldə etdim. Paneli İREX Avropa ilə birlikdə
Rusiya və Ukrayna Jurnalistlər İttifaqı birlikdə təşkil etmişdi.
Doğrudur, panel iki ölkə arasında münasibətlərə
aid kimi görünsə də, bizim də, ermənistandan olan nümayəndələrin də, Belarusdan
gələn jurnalistlərin də iştirakı ilə panel daha geniş yelpazə qazandı və çox
maraqlı müzakirələr alındı. Xüsusilə, paneldə Azərbaycandan olan jurnalist və
keçmiş siyasi məhbus Əvəz Zeynallının, Belarusan olan jurnalist və keçmiş
siyasi məhbus Natalia Rodinanın orda olması Moderatorun diqqətini bu iki ölkədəki
ifadə azadlığına, mətbuat azadlığına və jurnalistlərin problemlərinə də yönəltdi.
Bu istiqamətdə ölkədəki vəziyyətə dair qısa çıxış etmək də mənə düşdü.
Bu tip tədbirlərdə insan üçün ən çətin olan
şey öz ölkəndəki problemlərdən danışmaqdır. Çünki mənəvi olaraq ölkənə olan
sevgi və sayğı, onun mənafeyini uca tutmaq istəyi, habelə insan olaraq dürüst olma və dürüst
qalma prinsipin bir-biri ilə adətən çarpışır. Qızıl ortanı tapmaq heç də asan
olmur. Xüsusilə, indiki İKT-nin inkişaf səviyyəsi, sosial şəbəkə gerçəyi ölkədə
baş verənlərin hər birinin bu sahəyə diqqəti olan hər kəs tərəfindən
bilindiyini göstərir. Mən də çalışdım ki, dürüst olum. Ölkədəki son illər
yaradılan süni problemlərdən, habelə çox dəyər verdiyimiz Xədicə İsmayıl kimi,
Seymur Həzi kimi jurnalistlər başda olmaqla bəzi jurnalist və blogerlərin hələ
də həbsdə olmasından duyduğumuz üzüntünü dilə gətirdim. Amma əsas çağırışım BMT-nin
çətiri altında olan, mədəni, mülki, siyasi, sosial, iqtisadi məsələləri əhatə
edən Konvensiyaya qoşulan, UNESCO-nun tədbirlərində iştirak edən ölkə yönətimlərinə
oldu. Onlara səsləndim ki, jurnalistləri
rahat buraxın, onları sırf jurnalist fəaliyyətinə görə təqib etməyin, həbsə
atmayın, aşağılamayın, həyatlarına təhlükə yaradanlarla mübarizə aparın,
diffamasiyaya görə qorxutmayın.
Növbəti gün 3 may idi-Dünya Media Azadlığı günü.
Min nəfərlik salon demək olar ki dolu idi. Dünyanın əksər ölkələrindən, bütün
qitələrdən insanlar-ekspertlər, hüquqşünaslar, jurnalistlər, siyasıtçilər bura toplaşmışdı. Bədii bir səhnə ilə-baletlə
başlayan açılış, sonra siyasi çıxışlarla davam etdi. UNESCO-nun baş direktoru
İrina Bokova (hansı ki bu günlərdə onun Nyu Yorkda 3 milyonluq daşınmaz aldığı
və bunun korrupsiya nəticəsi ilə olduğu faktı dünya mediasının gündəmindədir),
ardınca Finlandiyanın Baş Naziri Juha Sipilia sonra isə Helsinki Şəhər Meri
Jussi Pajunen çıxış edib, media azadlığından, jurnalist haqlarından, beynəlxalq
qorumalardan bəhs edən çıxışlar etdi. Bir saat davam edən açılış Finlandiya mədəniyyət
nümunəsi olan bir opera səhnəsi ilə yekunlaşdı.
Açılışdan dərhal sonra çox önəmli üç panel
vardı. Mən onlardan ən çox mənim diqqətimi çəkən birində “Qaçqın böhranının İctimai
yayım mediası dəyərlərinə təsiri” panelinə qatıldım. Panelin təşkilatçıları
Media Fərqlilik İnstitutu, Avropa Yayım Birliyi və Finlandiya Yayım Birliyi
idi. İndoneziya Universitetindən Professor Ade Armandonun moderatorluğunda
İrandan, Brazilyadan, Danimarkadan, Ruminyadan, Böyük Britaniyadan və
İrlandiyadan panelistlər son dönəm gedərək artan münaqişələrdən əziyyət çəkən və
yurd-yuvasından dünyanın dörd bir tərəfinə yayılan qaçqınların yaşadıqları
dramı, mediaların xüsusilə spesfik qaydaları olan ictimai mediaların bu artan insanlıq
dramına yanaşmasını müzakirə etdilər. Ümumiyyətlə mayin 3-də və 4-də çox
maraqlı panellər oldu. Hər biri geniş baxış acısı yaradan müzakirələrə səhnə
oldu.
Amma
bu ilki tədbirə mənə görə möhür vuran məqam Azərbaycanlı araşdırmaçı jurnalist Xədicə
İsmayılın “Dünya Mətbuat Azadlığı Mükafatı” 2016 laureatı olması idi. Xədicə
xanımın bu mükafata layiq görülməsi qürur hissi yaradan məqam idi. Lakin Onun günahsız
yerə həbsdə saxlanması, mükafatı almağa gələ bilməməsi üzücü və utancverici məqam
idi. Xüsusilə 80-li yaşlarını haqlamış, yaşlı və xəstə Anasının onun mükafatını
almaq üçün çox əziyyətlə Helsinkiyə gəlməsi, tribunaya çıxıb həyacanla, nisgillə
Xədicənin məktubunu oxuması çox duyğulu anlar yaşatdı. Əslində arzu olunan o
idi ki, Xədicə İsmayıl həbsdən azad edilərək mükafat almağa özü yollanaydı. Beləliklə,
həm ölkədə ifadə azadlığı və mətbuat azadlığının vəziyyətinin yaxşılaşmasına
bir işarə olardı, həm də o yüksək tribunada ölkənin, onun yönətiminin imicinə müsbət
çalar qatardı. Amma olmadı. Ölkənin və onun yönətiminin imicinə zərbə üstünə zərbə
vuran davranışdan vazkeçilmədi. Yanlışa davam edildi. Xədicənin həbsdə saxlanması Xədicənin dəyərinə,
imicinə dəyər qatdıqca, onun həbsdə saxlanmasının tərfdarı olanları dəyərdən
salır, imiclərinə sağalmaz yaralar vurur. Əlbəttə daha çox ölkə itirir. Həm
jurnalist azadlığı indekslərinə görə hər il daha da sonlara doğru sürətlə irəliləyir
həm də çox dəyərli jurnalistlər təcrid edilərək ölkə mediasına verdiyi müsbət
qatqıdan mərhum edilir. Bir an öncə bu yanlış yanaşma tərk edilməli, Xədicə
İsmayıl qeyd-şərtsiz azad edilməli, digər siyasi məhbus siyahısına düşmüş şəxslər
də azadlıqlarına qovuşmalıdır.
B
u səfərdə Avropada yaşayan və işləyən Azərbaycanlı
jurnalistlər və media qurumlarının təmsilçiləri ilə də görüşmək, müzakirələr
aparmaq imkanım oldu. Azadlıq radiosundan Kənan Kazımoğlu, “Meydan Tv”-nin
qurucularından Emin Milli, RATİ-nin qurucularından olan və Avropa oyunları ərəfəsində
ölkə vətəndaşlığından çıxarılaraq İsveçrəyə
göndərilən Emin Hüseynov, Danimarkanın Beynəlxalq Mediaya Dəstək təşkilatının
departament rəhbəri Gülnarə Axundova bu qəbildən şəxslər idi.
Hər
bir səfərdə yol yoldaşları səfəri maraqlı və yaddaqalan edən məqamlardan
biridir. Bu səfərdə Əvəz Zeynallı və Xanımı Məlahət Xanım, Azər Həsrət və Ayaz
Mirzəyev yaxşı yol yoldaşı kimi yaddaqaldılar. Onlara səmimi təşəkkürümü
bildirirəm.
Bir
az da Finlandiyanın paytaxtındakı müşahidələrimi yazmaq istəyirəm. Helsinki
gözlədiyimin əksinə Bakıdan isti oldu. Bakıda getdiyimdə havanın temperaturu 14-15
dərəcə aralığında və soyuq küləkli idi. Amma Helsinkiyə enəndə günəşli və 18 dərəcə
isti vardı. Sonrakı günlər də günəşli və isti oldu. Diqqətimi çəkən məqam sadəcə
temperatur deyildi. Helsinki infrastrukturu yaxşı qurulmuş və insana xidmət
üçün ideal vəziyyətə gətirilmiş bir şəhərdir. Yolları demək olar ki geniş və
boş idi.
Tıxac görmədim. Nə yol polis partulu və də polis rastıma çıxmadı. 5
günlük müddətdə ümumiyyətlə bəzi binalarda olan özəl güvənlik istinsa olmaqla
heç uniformada insan rastıma çıxmadı. Şəhərdə müşahidə kameraları da yox deyiləcək
qədər az idi. 20 km-lik havalimanı yolunda və şəhər içi yollarda radar yox idi.
Amma həyat çox düzənli axıb gedir. İnsanlar onlar üçün ayrılmış velisoped
yollarından, tramvaylardan, elektrikli qatardan gen-bol istifadə edir. Bizim Bakıda görməyə
alışdığımız iri həcmli
cip maşınlar heç qarşıma çıxmadı. Daha çox digər Avropa ölkələrində olduğu kimi
xırda avtomobillərə üstünlük verirlər. Sonda bir müşahidəmi də deyim ki, bizdə
yüksək çinli məmurların gəzdiyi qara rənkli 2015 model Mercedeslər orda taxsi
xidməti göstərir. Biz də hava limanından ilk mindiyimiz taksi məhz belə maşınlardan idi.
Amma bizim tədbirdə iştirak edən Finlandiya Prezidentinin, Baş Nazirinin,
Xarici işlər Nazirinin və Mədəniyyət Nazirinin heç birinin maşını son model
Mercedes və ya BMW deyildi. Daha köhnə
model Audilər idi və onların ətrafında ətdən hörülmüş qoruma divarı yox idi...
Kaydol:
Kayıtlar (Atom)