Azərbaycanda QHT etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Azərbaycanda QHT etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

19 Ağustos 2015 Çarşamba

Birləşmək Azadlığı-QHT qanunvericiliyinin hüquqi analizi

Müəllif: Ələsgər MƏMMƏDLİ

Redaktor: Ələsgər MƏMMƏDLİ 
İngilis dilinə tərcümə edən: Vüsal BEHBUDOV 



Ələsgər MƏMMƏDLİ. “BİRLƏŞMƏK AZADLIĞI, QHT QANUNVERİCİLİYİNİN HÜQUQİ ANALİZİ”,
 Bakı, “Qanun” nəşriyyatı, 2015-ci il, 176 səh

Kitabçada Azərbaycanda Birləşmək azadlığının hüquqi vəziyyəti, qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının analizi, daxili üstün hüquqi sənədlərə və ölkənin tərəfdar olduğu beynəlxalq normalara uyğunluğu araşdırılıb, son illərdə bu sferada yaradılan hüquqi problemlər təhlil edilib. Təhlil nəticəsində qanunvericiliyin ən çox dəyişikliklərə məruz qaldığı son iki ildə daha sıx məhdudlaşdırıcı normalarla gündəmə gəldiyi məlum olur. Təssüf ki, məhdudlaşdırıcı əlavə və dəyişikliklər sadəcə bir QHT qanunu ilə məhdudlaşmır, keçən qısa dövr ərzində Qrant haqqında, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunlara və İnzibati Xətalar Məcəlləsinə də müvafiq məhdudlaşdırıcı əlavə və dəyişikliklər edilib. Dəyişiklik və əlavələrin böyük əksəriyyətinin məntiqi nəticəsi qanunla müəyyən edilmiş birləşmək azadlığının sərhədlərini daraltmaq, tamamilə bu sektorun fəaliyyətini hökumət nəzarəti altında almaq, müstəqil mənbələrdən maliyyələşərək, ictimai sektorda nərarətçı funksiyası həyata keçirən QHT-lərin fəaliyətini minimuma endirmək yaxud tamamilə dayandırmaq olub. Dəyişikliklərin hər birinin xarakterini açmaq üçün onların mahiyyəti, hüquqa uyğunluğu, legitimliyi geniş şəkildə araşdırma mövzusu olub, aşağıdakı analizdə öz əksini tapıb. İctimai təşkilatlarla bağlı baş verən son hadisələr beynəlxalq ictimaiyyətin də diqqətində olduğunu nəzərə alınaraq bu araşdırma ingilis dilinə də tərcümə edilib, bu kitabçada yerləşdirilib. 

ISBN 000000000000 
 © Ələsgər MƏMMƏDLİ, 2015 
© Qanun Nəşriyyatı, 2015 

 QHT qanunvericiliyinin hüquqa uyğunluğunun Analizi

 Xülasə 


17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının qanununa 22, 17 oktyabr 2014-cü il tarixli, № 1082-IVQD-saylı Qanunla 4 olmaqla cəmi 26 fərqli məhdudlaşdırıcı norma əlavə edildi və ya dəyişikliyə məruz qaldı. Qanunun qəbul edildiyi 2000-ci ildən bəri bir təşəbbüsdə ən çox dəyişiklik bu zaman dilimində oldu. Təssüf ki, məhdudlaşdırıcı əlavə və dəyişikliklər bu Qanuna olanlarla yekunlaşmayıb. Keçən qısa dövr ərzində Qrant haqqında, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunlara və İnzibati Xətalar Məcəlləsinə də müvafiq məhdudlaşdırıcı əlavə və dəyişikliklər edilib. Dəyişiklik və əlavələrin böyük əksəriyyətinin məntiqi nəticəsi qanunla müəyyən edilmiş birləşmək azadlığının sərhədlərini daraltmaq, tamamilə bu sektorun fəaliyyətini hökumət nəzarəti altında almaq, müstəqil mənbələrdən maliyyələşərək, ictimai sektorda nərarətçı funksiyası həyata keçirən QHT-lərin fəaliyətini minimuma endirmək yaxud tamamilə dayandırmaq olmuşdur. Dəyişikliklərin hər birinin mahiyyətini açmaq üçün onların mahiyyəti, hüquqa uyğunluğu, legitimliyi geniş şəkildə araşdırma mövzusu olmuş, aşağıdakı analizdə öz əksini tapmışdır. Qanunvericiliyə edilən əlavə və dəyişikliklərin bir hissəsi xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətlərin yeni müstəviyə daşınması ilə bağlıdır. Daha öncə bu Qanun xarici dövlətlərin qeyri- 4 hökumət təşkilatlarının filial və nümayəndəliklərinə şamil edilmir, sadəcə yerli QHT və ictimai birliklərə, fondlara şamil edilirdi. Yeni dəyişikliklər müxtəlif hökumətlərarası Sazişlərlə ölkədə fəaliyyəti hüquqi çərçivəyə salınan və Azərbaycan Respubilkası Humanitar yardım Komissiyası tərəfindən koordinasiya edilən bu qurumlara ciddi nəzarət və məhdudiyyətlər gətirilmiş, bir çox halda daha geniş məhdudiyyətlərə məruz qoyulmuşdur. Bundan belə, təsisçiləri əcnəbilər və ya xarici hüquqi səxslər olan qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Bu dəyişikliklərdən sonra xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində yalnız bir nümayəndəlik və ya filial yaradıla bilər. 2009-cu ildən Azərbaycan Respublikasında xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı həmin təşkilatlara bağlanmış saziş əsasında həyata keçirilirdi. Yeni dəyişikliklə bu Sazişlərin müddətli olması da nəzərdə tutulub. Bu istiqamətdə dəyişikliklərdən biri də Qrant haqqında Qanuna olub. Artıq, qrant alan resipiyentlər yerli donorlardan başqa yalnız o xarici donordan qrant ala bilər ki, onlar Azərbaycan Hökuməti ilə saziş bağlamış və onların filial və ya nümayəndəlikləri ölkədə qeydiyyatdan keçmişdir. Bu norma ianələr üçün də eyni ilə keçərlidir. Donor kimi tanınan qurumların siyahısını isə Nazirlər Kabineti müəyyən edəcəkdir. Ayrıca, Qrant haqqında Qanuna edilən dəyişikliyə əsasən qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul 5 edə bilməz. Ayrıca, qeydiyyata alınmaq sadəcə qrant müqavilələrinə deyil, sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur. Bir digər dəyişikliyə görə, ianə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin bank hesabına köçürmə yolu ilə qəbul edilir və yalnız iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparılması son dəyişikliklərə görə qadağan edilmişdir. Yeni dəyişikliklərdən sonra, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınması üçün qeyrihökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunması şərti gətirilib. Daha öncə sadəcə qrant müqavilələrinin qeydiyyatı nəzərdə tutulurdusa, indi xidməti müqavilələr də qeydiyyata təqdim edilməlidir. Qeydiyyata təqdim edilməyən xidməti müqavilələr üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır. Yeni əlavələrdən biri də qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi adı altında, Ədliyyə Nazirliyinin istənilən vaxt müdaxilə imkanının yaradılmasıdır. Həm də bu prosesə hər hansı etiraz etmək məsuliyyət yaradır. Bu maddə ilə gətirilən bir digər önəmli məhdudiyyət, qeyri-hökumət təşkilatına, habelə xa- 6 rici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi Ədliyyə Nazirliyinin müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Yeni dəyişikliyə əsasən, qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə biləcək. Beləliklə, ləğvetmədən əlavə, fəaliyyətin dayandırılması da qanunvericiliyə daxil edilmişdir. Yeni dəyişikliyə əsasən, qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulması təşkilatın məhkəmə tərəfindən ləğv edilməsi ilə yekunlaşa bilər. Ayrıca, QHT-lərin işində könüllü fəaliyyətə də məhdudiyyət gətirilib. Könüllünü öz işinə cəlb etmək istəyən qurum gərək bunu nizamnaməsində nəzərdə tutsun və könüllü ilə müqavilə bağlasın. Əks təqdirdə, məsuliyyət yaranacaq. Son dəyişikliklərin bir hissəsi də İnzibati Xətalar Məcəlləsindəki cərimələrin yüksəldilməsi ilə bağlıdır. Qanunvericiliyə gətirilən bütün məsuliyyətlərə görə müxtəlif cərimə sanksiyaları nəzərdə tutulur. Məsələn, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə nəzərdə tutulan cərimə çox yüksək-15000 manatadək miqdardadır. Müqaisə üçün 2009-cu ilədək qanunvericilikdə mövcud olan miqdardan bu miqdar 300 dəfə yüksəkdir. O zaman cərimlərin maksi- 7 mum həddi 50 manatla məhdudlaşırdı. Ayrıca, bu miqdarda cərimə ilə bərabər, inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyaların müsadirə olunması da nəzərdə tutulur. Təəssüf ki, qeyri-kommersiya qurumlarının, o cümlədən QHT-lərin və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliklərinin, donorların fəaliyyətinə gətirilən kütləvi məhdudiyyətlər birləşmək azadlığının mahiyyətinə uyğun gəlmir. Birləşmək azadlığı 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində hüquqi təminat altına alınmış, hüquqi və fiziki şəxslərin bu hüquqdan sərbəst faydalana biləcəyi nəzərdə tutulmuşdur. Azərbaycanın 2001-ci ildə ratifikasiya etdiyi Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasının 11-ci maddəsində də birləşmək azadlığı hüququ təminat altına alınmışdır. Bu hüquqdan istifadənin məhdudlaşdırılması Konvensiyanın 11-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş əsaslarla mümkündür. 24 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqları- nın həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanununun 3.6-cı maddəsində də Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində göstərilən eyni əsaslar sadalanmışdır. Birləşmək azadlığı milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq ucun, sağlamlığın və mənəviyyatın qorunması ucun və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ucun qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlərin qoyulması məhdudlaşdırma kimi qəbul edilmir. 8 Son dəyişiklikliklərin mahiyyətinə baxdıqda, istər Konvensiyanın 11-ci maddəsində, istər Konstitusiyanın 58-ci, 71-ci maddələrində, istərsə də bəhsetdiyimiz Konstitusiya Qanununun 3.6-cı maddəsində sayılan əsasların heç biri bu məhdudiyyətlərin gətirilməsini mümkün etmir. Ayrı- ca, Konstitusiyannı 25-ci maddəsi ilə qorunan bərabərlik hüququnun da zədələndiyi aydın şəkildə görünür. Ümumiyyətlə, qrant müqavilələrinin, o cümlədən xidməti müqavilələrin də xüsusi olaraq bir neçə prosedurdan keçib, tərcümə edilib, notaryusda təsdiq olunaraq dövlət qeydiyyatına təqdim edilməsi, həmin qurumdan qeydiyyata alındığına dair bildiriş alınmadan, bank əməliyyatlarının qadağan olunması, yüksək miqdarda inzibati məsuliyyətlərin müəyyən edilməsi, il ərzində iki xəbərdarlığın habelə üzvlərin hüququnun pozulmasının qurumun ləğvinə səbəb olması, ayrıca dövlət məmurlarının fəaliyyətsizliyinə görə heç bir məsuliyyətin olmaması, QHT-nin sadəcə qeydiyyatında deyil, fəaliyyətinin bü- tün mərhələsində dövlət qeydiyyat qurumundan ası- lılığı ciddi şəkildə birləşmək azadlığının pozuntusudur. Bu məhdudiyyətlərin hər biri birləşmək azadlığını məhdudlaşdıran legitim məqsədləri ciddi şəkildə aşmaqda və demokratik cəmiyyətdə zərurilik testinə uyğun gəlməməkdədir. Ümumiyyətlə, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında, Qrant haqqında, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunda, eyni zamanda İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklik və əlavələrin böyük əksəriyyəti birləşmək azadlığını təhlükəyə salan, onun mahiyyətini əsassız olaraq ortadan qaldıran, azadlığı ciddi və əsassız şəkildə məhdudlaşdıran, icra hakimiyyəti orqanlarına sərhədsiz imtiyaz və səlahiyyətlər verən və demokratik cəmiyyətin 9 davamlılığı üçün zərurilik şərti ilə ayaqlaşmayan, birləşmək azadlığını tamamilə icazə sisteminə bağlayan dəyişikliklərdir. Odur ki, bu qanunların yenidən, demokratik ölkə təcrübələrinə uyğun formada tənzimlənməsi zəruri və aktualdır. Ölkədə qeyri-hökumət təşkilatlarının normal fəaliyyətini bərpa etmək üçün dərhal vətəndaş cəmiyyətinin aktiv iştirakı və qatqısı ilə yenidən hüquqi tənzimləmələr nəzərdən keçirilməli, bütün əsassız məhdudiyyətlər ortadan qaldırılmalıdır. 

Azərbaycanda Birləşmək Azadlığının hüquqi vəziyyəti 

Azərbaycan Respublikası Konstitusiyasında Birləşmək Azadlığının Tənzimlənməsi 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsi “Birləşmək hüququ” baş- lığı altında hər kəsin başqaları ilə birləşmək hüququnun olduğunu bildirir. Bununla da istər hüquqi, istərsə də fiziki şəxslərin bu hüquqa sahib olduğu, bu hüquqdan faydalana biləcəyi və bunun bir haqq olaraq Konstitusiya ilə təminat altına alındığı görülür. Maddənin 2-ci bəndində isə: “Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir ”- deyilməklə, birləşmək hüququnun çərçivəsinin geniş tutulduğunu göstərir. Buraya, həm siyasi partiyaların qurulması, fəaliyyəti, həm həmkarlar təşkilatlarının yaradılması və fəaliyyəti, həm də istənilən formada digər birliklərin yaradılmasını və fəaliyyətini daxil etmiş, beləliklə klassik birləşmək hüququnun çərçivəsinə sadiq qalmışdır. Birləşmək hüququ çərçivəsində yaradılan birliklərin sərbəst fəaliyyətinə də Konstitusiya təminat vermiş, bunu xüsusi vurğulamışdır. Konstitusiyanın 58-ci maddəsinin 3-cü bəndində, birləşmək azadlığının könüllülüyünü vurğulamaq üçün, “Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz ”- deyərək, şəxslərin iradələrinin ziddinə təşkilatlara daxil edilməsi və ya üzvlükdə qalması- nın yolverilməz olduğuna işarət etmişdir. Maddənin 4-cü bəndində: “Azərbaycan Respublikası- nın bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət 11 hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır” - deməklə, məqsəd baxımından birləşmək azadlığının sərhədini müəyyən etmişdir. Konstitusiyada birləşmək azadlığını məhdudlaşdırmaya əsas təşkil edən legitim məqsədin sadəcə “qanuni dövlət hakimiyyətini zorla devirmək” ilə məhdud tutulması, ölkənin müstəqilliyini qazandığı 1991-ci ildən Konstitusiyanın qəbul edildiyi 1995-ci il noyabr ayına qədər keçən 4 ildə baş verən iki hakimiyyət çevrilişi və bir çevriliş cəhdinin izlərini aydın göstərməkdədir və mahiyyət etibarı ilə Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyası- nın 11-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan dörd fərqli əsaslardan yalnız birinə qismən uyğun gəlməkdədir. 4-cü bəndin sonunda isə, birliklərin fəaliyyətinə yalnız məhkəmənin qərarı ilə xitam verilə biləcəyi bildirilərək, icra və ya digər qurumlara belə bir səlahiyyətin verilmədiyi göstərilmişdir. Azərbaycanın 2001-ci ildə ratifikasiya etdiyi Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasının 11-ci maddəsi, Birləşmək Azadlığı hüququ təminat altına alınmışdır. Bu maddəyə görə: 1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək ucun həmkarlar ittifaqları yaratmaq və onlara qo- şulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır. 2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq ucun, sağlamlığın və mənəviyyatın qorunması ucun və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ucun qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur. 12 Görüldüyü kimi maddənin birinci hissəsində birləşmək azadlığın nə olduğu təsvir edilməkdə, ikinci hissədə isə, bu azadlığın hansı əsaslarla və hansı şərtlər altında məhdudlaşdırıla biləcəyi açıqlanmaqdadır. Birləşmək Azadlığı hüququnun həyata keçirilməsində ən ciddi problem məhdudiyyətlərə əsas kimi göstərilən hüquqi səbəblərin bəzən azadlıqların önünə keçən formada qorunmağa çalışılması və rəsmi qurumların tətbiq zamanı azadlığı yox, məhdudiyyəti əsas kimi qəbul edərək, azadlığı ortadan qaldırmağa yönəlməsidir. Konvensiyanın 11-ci maddəsi müəyyən edilən azadlı- ğı dövlətlərin məhdudlaşdıra biləcəkləri halları məhdud şəkildə saymaqla ifadə etməkdədir. Ona görə məhdud ki, həmin hallar konkretdir və yozumla genişləndirilə bilməz. Bunu xüsusilə düzgün dərk etmək lazımdır. Çünki, Azərbaycan Konvensiyanı qəbul edən və Avropa İnsan Haqları Məhkəməsi yurdiksiyasını tətbiq etməli olan bir üzv dövlət kimi, istər qanunvericilik fəaliyyətini həyata keçirən qurumlarımızla, istərsə də bu qanunları və beynəlxalq hüquq qaydalarını tətbiq etməli olan icra orqanları ilə bu praktikanı düzgün mənimsəməlidir. Qısacası, Konvensiyaya qoşulan hər bir dövlət kimi Azərbaycan da, birləşmək azadlığı hüququnu məhdudlaşdırarkən burada sayılanlardan başqa səbəblərə əsaslanmamalı və bu səbəbləri genişləndirməməlidir. Çünki bunu milli öhdəlik olaraq üzərinə götürmüşdür. Bu səbəbdən birləşmə azadlığının ancaq Konvensiyanın 11-ci maddəsinin 2-ci hissəsindəki əsaslara söykənən məhdudiyyətlər gətirə bilər. 
Bunlar: 
• milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə; 
• iğtişaşın və cinayətin qarşısını almaq ucun; 
• sağlamlığın və mənəviyyatın qorunması ucun; 
• digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün; - nəzərdə tutulan əsaslardır. Konvensiyanın 11-ci maddəsinin 2-ci hissəsinin son cümləsində: “Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur” – deməklə, hansı kateqoriya peşə fəaliyyəti ilə məşğul olan şəxslər qrupunun birləşmək hüququnun məhdudlaşdırıla biləcəyini üzv ölkələrə göstərmişdir. Bu məhdudiyyətin arxasında dayanan məntiq, silahlı qüvvələrdə, polisdə və inzibati dövlət orqanlarında fəaliyyət göstərən şəxslərin ilk növbədə dövlət qurumlarının fəaliyyətini idarə etdikləri və bu funksiya ilə başqa məqsədlə birləşmələrinin dövlət idarəsinə və mühafizəsinə uyğun gəlməmə ehtimalıdır. Şəxslərin birləşmək hüququnun yuxarıda sayılanlardan başqa bir səbəb ilə məhdudlaşdırılması mümkün deyil. Məsələn, bu çərçivədə, dövlət qurumlarının iş yükü, mənbə yetərsizliyi kimi səbəblər və ya 11-ci maddənin 2-ci hissəsində açıqca göstərilməmiş digər səbəblərlə birləşmək azadlığının məhdudlandırılmasına “qanuni səbəb” donu geyindirilməsi və məhdudiyyət gətirilməsi yolverilməzdir. Çünki, Konvensiyanın 11-ci maddəsi bu cür əlavə səbəblər gətirilməsinə icazə verməməkdə, çox aydın çərçivə müəyyən etməkdədir. 1995-ci il Konstitusiyasının 58-ci maddəsində birləşmək azadlığının məhdudlaşdırılmasına əsas təşkil edə biləcək başqa legitim məqsəd nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasından fərqli olan tərəfi sadəcə azadlığı məhdudlaşdıran əsasların geniş şəkildə sayılmaması ilə yekunlaşmır. Digər bir fərq ondan ibarətdir ki, Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqın- 14 da Konvensiyasının 11-ci maddəsi birləşmək azadlığı ilə sərbəst toplaşmaq azadlığını bir yerdə ifadə edərkən, Azərbaycan Konstitusiyasında bu iki hüquq ayrı-ayrı maddələrdə tənzimlənmişdir. 58-ci maddə birləşmək hüququnu qoruyarkən, 49-cu maddədə sərbəst toplaşmaq azadlığı təminat altına alınmışdır. Konstitusiyanın birləşmək azadlığını tənzimləyən müddəası bu halı ilə qanunlara keçsə və eyni əsaslarda istər bir araya gələrək birləşmək, istərsə də onun fəaliyyətini həyata keçirmək imkanları qanunlarda öz əksini tapsaydı, yəqin ki, heç bir problemdən bəhs edilməzdi. Lakin, 1995-ci il Konstitusiyasının mətnində olmayan, amma sonradan konstitusiya ilə eyni hüquqi qüvvəyə malik hesab edilən Konstitusiya qanunu bu istiqamətdə problem yaradan ilk sənədlərdən biridir. Əslində, Konstitusiyanın 71-ci maddəsində insan hüquq və azadlıqlarının təminatını əksetdirən müddəalarda çox açıq bir ifadə vardır: “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları- nı və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”. Ayrıca, həmin maddədə aydın ifadə edilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu müddəaların varlığı hakimiyyətin hər üç qolunun, xüsusilə də qanunverici qurumun, siyasi düşüncələrinə görə istədiyi formada qanunlar yarada bilməyəcəyini, qanun qəbul edən zaman Konstitusiyanın müəyyən etdiyi çərçivədən daha dar çərçivə müəyyən etmək sərbəstliklərinin olmamasıdır. Lakin, bu qədər açıq müddəaların olmasına baxmayaraq, məhz Konstitusiya Qanununu qəbul edən Qanunverici orqan insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıran müddəaları qəbul edərək, yeni məhdudiyyətlər gətirib. 15 Konstitusiyanın 71-ci maddəsində, sadəcə 58-ci maddədə nəzərdə tutulan birləşmək hüququnun deyil, bütünlüklə Konstitusiyada təsbit edilən insan və vətəndaş hüquqları- nın və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıran ümumi bir əsas gətirilmişdir. Bu əsas, “müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilməsi” halı olaraq müəyyən edilmişdir. Bu əsasın tətbiqi üçün “Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər”- şərti də vurğulanmış, beləliklə, hətta “müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilməsi” halı olsa belə, məhdudlaşdırmalar müvəqqəti xarakterli olmalı və ölkənin beynəlxalq öhdəlikləri diqqətə alınmalıdır. Yəni, Avropa Şurasına üzv olan zaman qəbul edilən öhdəliklər, habelə ratifikasiya edilərək daxili hüququ sənədlərinə çevrilən beynəlxalq hüquq normaları qorunmalıdır. 2002-ci il avqust ayında Konstitusiyaya əlavə və dəyişikliklərin qəbul edilməsini reallaşdırmaq üçün keçirilən referenduma qədər, bu şərtin önündə “yalnız” ifadəsi yer alırdı və bundan anlaşılırdı ki, dinc dövrdə Konstitusiyada təsbit edilən insan hüquq və azadlıqlarının başqa əsas və şərtlərdə məhdudlaşdırılması mümkün deyil. 24 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanunu qəbul edildi və həmin Konstitusiya Qanununda insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair yeni tələblər ortaya qoyuldu. Bu tələblər 1995-ci ildə xalqın referendumla qəbul etdiyi Konstitusiyanın əsas mətnində nəzərdə tutulmamışdır. Konstitusiya Qanununun 3.6-cı maddəsində Azər­baycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 58-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar qanun əsasında: 16 • dövlət təhlükəsizliyi mənafeləri üçün; • sağlamlığın və mənəviyyatın qorunması üçün; • digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün; • cinayətin qarşısının alınması məqsədi ilə; • iğtişaşların qarşısının alınması üçün; • ictimai təhlükəsizliyin qorunması üçün - məhdudlaşdırıla bilər. Konstitusiya Qanununun 3.1-ci maddəsinə əsasən, Birləşmək azadlığı ilə yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Bu müddəa birləşmək azadlığına dair tənzimləmələr aparılarkən, qanunverici orqanın xaricində digər hakimiyyət qollarının qanundan qaynaqlanmayan bir əsas yarada bilməyəcəyini və tətbiq edə bilməyəcəyini təminat altına alır. Konstitusiya Qanununun 3.3-cü maddəsinin digər tələblərindən biri, insan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlərin həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməsinə qoyulan qadağadır. Bu birləşmək azadlığı da daxil olmaqla, bütün hüquq və azadlıqların mahiyyətini qoruyan əsas şərtlərdən biridir. İnsan hüquq və azadlıqlarının təminatlarından biri də 3.4-cü maddədə göstərilmişdir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. İlk baxışdan Konstitusiyada və onunla eyni hüquqi qüvvəsi olan Konstitusiya Qanunundakı tənzimləmələr normal görünür və beynəlxalq tənzimləmələrə uyğun hala gətirilmək üçün milli qanunvericilikdə bu yola müraciət 17 edildiyi söylənə bilər. Lakin, diqqətlə müqayisə edildikdə, müəyyən təzadlar ortaya çıxır və əsas problemlər də tətbiqdə bu “xırda fərqlərdən” qaynaqlandığı məlum olur. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasının 11-ci maddəsinin 1-ci bəndi hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qo- şulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququnun olduğunu bildirir. Həmin maddənin 2-ci bəndində isə birləşmək azadlığını məhdudlaşdıran hüquqi əsaslar göstərilir. Bu əsaslar; milli təhlükəsizlik və ictimai asayiş maraqları, iğtişaşın və cinayətin qarşı- sını almaq, sağlamlığın və mənəviyyatın qorunması və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi olaraq müəyyən edilib. Görüldüyü kimi birləşmək azadlığını məhdudlaşdırmaq üçün nəzərdə tutulan hüquqi əsaslar istər Konvensiyada istərsə də Konstitusiya Qanununda təxminən eyni müəyyən edilib. Bir fərq var, o da Konvensiyada “Milli təhlükəsizlik maraqları” naminə olduğu halda, Konstitusiya Qanununda isə Milli təhlükəsizlik yerinə, “dövlət təhlükəsizliyi mənafeləri” olaraq məhdudlaşdırma əsası müəyyən edilib. Şərtlərdən bir digəri olan “qanunla nəzərdə tutulmuş olma” - istər Konvensiyada istərsə də Konstitusiya Qanununda tələb kimi nəzərdə tutulub. Birləşmək azadlığı hüququnun məhdudlaşdırılması yalnız qanunla mümkündür. Avropa insan hüquq və azadlıqlarının qorunması- na dair Konvensiyanın tənzimləməsi ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanunu arasında aparılan paralel müqayisədə, yuxarıda 18 qeyd etdiyim, görünüşdə “xırda fərqlərdən ”olan, lakin mahiyyət etibarı ilə hüquqların reallaşması üçün önəmli olan “demokratik cəmiyyətdə zəruri olma” şərtinin tələb olunmasıdır. Konvensiyaya görə, birləşmək azadlığı hüququnu məhdudlaşdıran əsasların olması halında belə, “demokratik cəmiyyətdə zəruri olmasa” bunun tətbiqinin legitim olmamasıdır. Məcazi mənada obrazlı desək, bir anbarda hər cür məhsulun olduğu, həmin məhsulların götürülməsinin sərbəst olduğu, lakin həmin məhsuldan götürmək üçün sadəcə anbarın bir açarının – “demokratik cəmiyyətdə zərurilik” olduğudur. Bu açar varsa, məhsuldan götürə bilirsən, yoxsa, mümkün deyil. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanunda bütün hüquq və azadlıqların məhdudlaşdırılması üçün legitim səbəblər Konvensiyada nəzərdə tutulan əsaslara uyğun olsa da, məhdudiyyətlərin tətbiqi zamanı şərt kimi –“demokratik cəmiyyətdə zərurilik” testinin tələb olunmaması ciddi problemlərdən biri kimi xarakterizə edilə bilər. 

 Beynəlxalq sənədlərdə birləşmək azadlığı 

Birləşmiş Millətlər Təşkilatının sənədləri 10 dekabr 1948-ci il tarixli, Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Hüquqları Beynəlmiləl Bəyannaməsinin 20- ci maddəsi birləşmək azadlığını əhatə etmişdir. Buna görə “Hər kəs, dinc yolla toplanma və birləşmək hüququna malikdir. Heç kim, bir birliyə qoşulmağa məcbur edilə bilməz». Maddədə dərnək qurma azadlığı tanınmaqla bərabər, həmin birliklərə qoşulmağa məcbur edilməmək də nəzərdə tutulub. Maddənin davamında, bu hüquqdan istifadəsinə qoyula bilən məhdudiyyətlərin hüquqi əsasları sayılmış- dır. Dövlətin təhlükəsizliyinin qorunması, ictimai asayişin və təhlükəsizliyin qorunması, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə demokratik cəmiyyətdə zəruri olan ölçüdə bu hüquq məhdudlaşdırıla bilər. Lakin bu çərçivənin xaricində başqa məhdudiyyətin qoyulmasının yolverilməz olduğu bildirilir. Bəyannamənin 23-cü maddəsinin 4-cü bəndində həmkarlar ittifaqları yaratma hüququ ayrıca qorunmuşdur: “Hər bir insan öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və belə ittifaqlara girmək hüququna sahibdir». BMT-nin 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar Haqqında Paktının 22-ci maddəsinin 1-ci bəndi: “Hər bir insan öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və belə ittifaqlara girmək hüququ da daxil olmaqla, başqaları ilə birgə assosiasiyalar yaratmaq hüququna malikdir” – müddəasına yer verib. Bu maddədə birləşmək hüququ daha geniş əhatə dairəsinə 20 sahib müəyyən edilib və həmkarlar ittifaqı da daxil olmaqla bütün birləşmək hüququndan istifadə formalarını ehtiva edib. Maddənin 2-ci bəndində bu hüquqa tətbiq edilən məhdudiyyətlərin şərti və hüquqi əsasları göstərilib. Məhdudiyyət qanunda nəzərdə tutulmalıdır və demokratik cəmiyyətdə zəruri olmaq şərti ilə dövlət təhlükəsizliyinin, yaxud ictimai təhlükəsizliyin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün tətbiq edilməlidir. Maddənin 2-ci bəndinin son hissəsində, silahlı qüvvələrin, yaxud polisin tərkibinə daxil olan şəxslərin birləşmək hüququndan istifadə etməsinə qanuni məhdudiyyətlərin tətbiq edilməsi, azadlığın məhdudlaşdırması kimi qəbul edilməyəcəyi vurğulanmışdır. BMT-nin 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilmiş İqtisadi və Sosial və Mədəni Hüquqlar Haqqında Paktının 8-ci maddəsi birləşmək hüququnun sosial yö- nümlü hissəsinə diqqət çəkmiş və həmkarlar ittifaqı qurma hüququnu geniş şəkildə tənzimləmişdir. Hər kəs öz iqtisadi və sosial mənafelərini qorumaq və inkişaf etdirmək məqsədi ilə həmkarlar təşkilatı qurmaq, üzv olmaq və fəaliyyət göstərmək hüququna sahibdir. Bu hüquqdan istifadə edilməsi milli təhlükəsizliyi və ya ictimai asayişi, yaxud, başqalarının hüquq və azadlıqlarını qorumaq üçün demokratik bir cəmiyyətdə zəruri olan və qanuni olaraq nəzərdə tutulan məhdudlaşdırmalardan başqa formada məhdudlaşdırıla bilməz. Bu sənəddə də, silahlı qüvvələr və ya polis mənsublarının və ya Dövlət idarəsində vəzifəli olanların bu haqları istifadə etmələrinə qanunla nəzərdə tutulan məhdudiyyətlərin qoyması mümkün hesab edilir. 18 dekabr 1979-cu il tarixdə BMT-nin qəbul etdiyi Qadınlara Qarşı Hər cür Ayrı-seçkilikliliyin Önlənməsi Konvensiyasının 7-ci maddəsi, Konvensiyaya qoşulan 21 dövlətlərə qadınların ölkənin ictimai və siyasi həyatı ilə əlaqədar qeyri-hökumət təşkilatlarına və birliklərə qatılmasını təmin etmək məsələsində tədbirlər görmək öhdəliyi yükləməkdədir. 20 Noyabr 1989-cu il tarixli BMT Uşaq Hüquqları Konvensiyasının 15-ci maddəsi, uşaqların dinc formada birləşmək azadlığını təminat altına almaqdadır. BMT-nin digər yuxarıda adını çəkdiyimiz sənədlərində olduğu kimi, bu hüquqlardan istifadə edilməsi, ancaq qanunla zəruri hesab edilən və demokratik bir cəmiyyətdə zəruri olan milli təhlükəsizlik, ictimai təhlükəsizlik və asayi- şin təmin olunması məqsədi ilə, ictimai sağlamlığın və mənəviyyatın habelə, başqalarını hüquq və azadlıqlarının qorunması məqsədləri ilə məhdudlaşdırıla bilər. Bundan başqa səbəblə bu hüququn məhdudlaşdırılmasına yol verilmir. 28 İyul 1951-ci il tarixdə BMT-nin qəbul etdiyi Mühacirlərin Hüquqi Statusuna dair Konvensiyanın 15- ci maddəsinə əsasən tərəf dövlətlər, qanuni olaraq ölkələrində yaşayan mühacirlərə, siyasi məqsəd və ya mənfəət güdməyən məqsədlərlə birləşmək və həmkarlar ittifaqında birləşmək hüququnu təminat altına alan, başqa əcnəbilərə tətbiq olunan ən uyğun normaları mühacirlərə də tətbiq edən praktikanı mənimsəməlidirlər.

  Regional Səviyyəli Sənədlərdə Birləşmək azadlığı


 02 may 1948-ci il tarixli Amerika İnsan Hüquqları və Vəzifələri Konvensiyası birləşmək azadlığına 22-ci maddəsində yer vermişdir. Maddəyə əsasən, “Hər kəs, digərləri ilə birlikdə siyasi, iqtisadi, dini, ictimai, mədəni, peºə, həmkarlar ya da baºqa xüsusiyyətdəki qanuni mənafelərini qorumaq və inkişaf etdirmək, tətbiq etmək və qorumaq məqsədi ilə birləşmək hüququna malikdir». Maddənin mahiyyətindən göründüyü kimi, birləşmək azadlığı anlayışı klassik mənasına sadiq qalaraq geniş əhatəli təsvir edilmiş və buraya həm siyasi məqsədli birləşmək azadlı- ğı, həm həmkarlar ittifaqında birləşmək azadlığı həm də digər məqsədli birləşmək azadlığı daxil edilmişdir. 4 Noyabr 1950-ci il tarixdə qəbul edilən, 3 sentyabr 1953-cü ildə qüvvəyə minən və Azərbaycan Respublikası tərəfindən 15 aprel 2002-ci ildə ratifikasiya edilərək ölkəmizdə də hüquqi sənədlər içərisində öz yerini alan İnsan Hüquqlarının və əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 11-ci maddəsinə əsasən, “Hər kəsin dinc toplaşmaq azadlığı və oz maraqlarını müdafiə etmək ucun həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır”. Bu maddədə açıqca siyasi təşkilatlarda birləşmək hüququ göstərilməsə də üzv dövlətlərin təcrübələrində bu anlayı- şa siyasi məqsədlə birləşmək azadlığının daxil olduğu aydın şəkildə görülür. Maddənin 2-ci hissəsində birləşmək azadlığına gətirilən məhdudiyyətlərin əsası və şərtləri göstərilmiş, bunlar qanunla nəzərdə tutulmaqla demokratik cəmiyyətdə zəruri olan şərtlərdə, milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq ucun, sağlamlığın və mənəviyyatın qorunması ucun və ya digər 23 şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ucun nəzərdə tutulmalıdır. 29 İyun 1981-ci il tarixdə qəbul edilən Afrika İnsan və Xalqlarının Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində birləşmək hüququna yer verilib. “Hər bir fərd, hüquqa uyğun olaraq sərbəst formada birləşmək azadlığına sahibdir». 21 Noyabr 1990-cı il tarixli Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Konfransı Yeni Bir Avropa Üçün Paris Şərtində “İnsan Hüquqları, Demokratiya və Hüququn Üstünlüyü” başlığı altındakı hissədə, hər kəsin təşkilatlanma azadlığına sahib olduğunu ifadə etməkdədir. Şərtdə eyni başlıq altında hər kəsin ictimai hüquqlardan faydalanmağa haqqı olduğu da təsdiq edilmişdir. Şərtin “Qeyri-Hökumət Quruluşları” başlığı altındakı hissəsində, hökumətdən kənar quruluşların, dini və digər qrupların və fərdlərin ATƏT hədəflərinə çatmasındakı əhəmiyyətli rolları xatırladılmışdır. 13 Oktyabr 2000-ci ildə qəbul edilən Avropa Birliyi Konstitusion hüquqlara dair Konvensiyanın 12-ci maddəsi hər kəsin birləşmək azadlığına sahib olduğunu təminat altına almış, Avropa Birliyi ölkələr üçün məcburi sənədə çevrilmişdir. 

Avropa İnsan Hüquqları Konvensiyasına Əsasən Birləşmək Azadlığının Məhdudlaşdırılma Meyarları 

Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyası və Konvensiyanı qərarları ilə bir şərh edən Avropa İnsan Haqları Məhkəməsi (AİHM), vətəndaş cəmiyyətin təşkilatlanma azadlığına bağlı məhdudlaşdırmaları araşdıra bilmək üçün ən əhəmiyyətli və ən funksional çərçivəni müəyyən etmişdir. Əvvəlcə Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsi çərçivəsində məsələyə baxdıqda, Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasının qanunlarımızdan üstün hüquqi qüvvəsi olduğu və birbaşa qüvvədə olduğunu görürük. İstər mülki hüquq və istərsə də dövlət hüququ iddiaları baxımından Avropa İnsan Haqları Məhkəməsi qərarları, yerli məhkəmə qərarlarını yenidən nəzərdən keçirilməsi və düzəldilməsi səbəbi ola bilməkdədir. Odur ki, Konvensiyanın üstünlü- yü mübahisəyə gərək olmadan qəbul edilməkdədir. Aşa- ğıda ifadə edildiyi üzrə Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasına uyğun olaraq Avropa İnsan Haqları Məhkəməsi birləşmə azadlığının hansı şərtlərdə və əsaslarda məhdudlaşdırıla biləcəyini dəqiq meyarlarla müəyyən etmişdir. Bu meyarlar, ölkəmizin qanunverici və icraedici qurumları tərəfindən nəzərə alınmalı, istər qanuni çərçivə və istərsə tətbiq bu çərçivədə yenidən formalaşdırılmalıdır. Bu hüququ araşdırarkən Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasının müəyyən etdiyi çərçivədə Avropa İnsan Haqları 25 Məhkəməsi qərarları ilə müəyyən edilən dəqiq əhatəni əsas götürmək zəruridir. Birləşmək Azadlığı Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasının 11. maddəsində təminat altına alınmışdır. Bu maddəyə görə: 1. Hər kəsin dinc toplaşmaq azadlığı və oz maraqlarını müdafiə etmək ucun həmkarlar ittifaqları yaratmaq və onlara qo- şulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır. 2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq ucun, sağlamlığın və mənəviyyatın qorunması ucun və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ucun qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur. Görüldüyü kimi maddənin birinci hissəsində azadlığın nə olduğu təsvir edilməkdə, ikinci hissədə isə, bu azadlı- ğın hansı əsas və şərtlər altında məhdudlaşdırıla biləcəyi açıqlanmaqdadır. Azadlığın həyata keçirilməsində ən ciddi problemlər məhdudiyyətlərə əsas olan durumun bəzən azadlıqların önünə keçəcək şəkildə qorumağa çalışması və rəsmi qurumların tətbiq zamanı azadlığı yox, məhdudiyyəti əsas kimi qəbul edərək azadlığı ortadan qaldırmağa yönəlməsidir. Konvensiyanın 11-ci maddəsi müəyyən edilən azadlı- ğı dövlətlərin məhdudlaşdıra biləcəkləri halları məhdud şəkildə saymaqla ifadə etməkdədir. Ona görə məhdud ki, həmin hallar konkretdir və yozumla genişləndirilə bilməz. Bunu xüsusilə düzgün dərk etmək lazımdır. Çünki, Azərbaycan Konvensiyanı qəbul edən və Avro- 26 pa İnsan Haqları Məhkəməsi yurdiksiyasını tətbiq etməli olan bir üzv dövlət kimi, istər qanunvericilik fəaliyyətini həyata keçirən qurumlarımızla, istərsə də bu qanunları və beynəlxalq hüquq qaydalarını tətbiq etməli olan icra orqanları ilə bu praktikanı düzgün mənimsəməlidir. Qısacası, Konvensiyaya qoşulan hər bir dövlət kimi Azərbaycan da birləşmək azadlığını məhdudlaşdırarkən burada sayı- lanlardan başqa səbəblərə əsaslanmamalı və bu səbəbləri genişləndirməməlidir. Çünki bunu milli öhdəlik olaraq üzərinə götürmüşdür. Bu səbəbdən birləşmə azadlığının ancaq Konvensiyanın 11-ci maddəsinin 2-ci hissəsindəki əsaslara söykənən məhdudiyyətlər gətirə bilər. Bunlar: • milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə; • iğtişaşın və cinayətin qarşısını almaq ucun; • sağlamlığın və mənəviyyatın qorunması ucun; • digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün nəzərdə tutulan əsaslardır. Birləşmək azadlığının yuxarıda sayılanlardan başqa bir səbəb ilə məhdudlaşdırılması mümkün deyil. Məsələn, bu çərçivədə, dövlət qurumlarının iş yükü, mənbə yetərsizliyi kimi səbəblər və ya 11-ci maddənin 2-ci hissəsində açıqca göstərilməmiş digər səbəblərlə birləşmək azadlı- ğının məhdudlaşdırılmasına “qanuni səbəb” gətirilməsi yolverilməzdir. Çünki, Konvensiyanın 11-ci maddəsi bu cür əlavə səbəblər gətirilməsinə icazə verməməkdədir. Avropa İnsan Haqları Məhkəməsi önünə gələn hər hansı məhkəmə işində, əleyhinə müraciət edilən dövlətin Konvensiyanı pozub-pozmadığını müəyyən etmək üçün aşağı- dakı testləri tətbiq etməkdədir: 1) Öncəliklə, məhkəmədə mübahisələndirilən hadisədə 11-ci maddəni tətbiq etmək mümkündürmü? 2) 11-ci maddəyə əsaslanan bir müdaxilə olubmu?  Avropa İnsan Haqları Məhkəməsi önünə gələn işin bu iki testi keçdiyi qənaətinə gələrsə, o zaman, bəhs edilən müdaxilənin: a) Hüquqda nəzərdə tutulmuş bir müdaxilə olub olmadığına; b) Qanuni-legitim bir məqsəd daşıyıb-daşımadığına; c) Demokratik bir cəmiyyətdə zəruri olub olmadığına baxır. Eyni zamanda aşağıdakı testləri də tətbiq edir: - Bunun bir ictimai ehtiyacdan qaynaqlanıb - qaynaqlanmaması; - Nəzərdə tutulan qanuni-legitim məqsədə mütənasib olub-olmadığına baxmaqdadır. 

Müdaxilə 

Konvensiyanın 11-ci maddəsində qoruma altına alınan birləşmək və toplaşmaq azadlığı ancaq həmin maddənin ikinci bəndində nəzərdə tutulan əsaslar və şərtlərdə məhdudlaşdırıla bilər. Birləşmək azadlığına gətirilən hər hansı bir məhdudlaşdırma 2-ci bəndə uyğun olmasa o zaman Konvensiyanın 11-ci maddəsi pozulmuş hesab olunacaq. Ancaq bir məhdudlaşdırmanın 11-ci maddənin 2-ci bəndinə uyğun olub olmadığını müəyyən etmədən öncə, əvvəlcə birləşmək azadlığına yönələn bir müdaxilənin olub olmadı- ğını müəyyən etmək lazımdır. Ümumiyyətlə, müdaxilənin olduğunu müəyyən etmək çətin deyil. Təşkilatın quruluşunu və ya fəaliyyətini məhdudlaşdıran hər hansı bir hərəkət və ya əməliyyat bir müdaxilə olaraq qəbul edilə bilər. Burada insan hüquq və azadlıqlarına bağlı təməl prinsip əsas götürülür. Yəni, azadlıq əsas olandır, məhdudlaşdırma ancaq istisnadır. Azadlığı məhdudlaşdıran hər addım bir müdaxilə təşkil etməkdədir. 

 Qanunla nəzərdə tutulma 

AİHM birləşmək azadlığına yönələn bir müdaxilə müəyyən etdikdən sonra, bu müdaxilənin qanuni bir əsasının olub-olmadığına baxmaqdadır. Qanunla nəzərdə tutulmuş olmaq demək, bəhs edilən müdaxilənin daxili hüquqda bir dayağının olması deməkdir. Ancaq, sadə bir qanuni əsasın varlığının kafi olduğundan danışmaq mümkün deyil. Avropa İnsan Haqları Məhkəməsi stabil bir şəkildə meydana gətirdiyi presidenti ilə müdaxilənin söykəndiyi hüquqi vasitələrin müəyyən xüsusiyyətlərə sahib olması zəruriliyini ifadə etmişdir. Avropa İnsan Haqları Məhkəməsi “Rekvenyi Macarıstana qarşı” işində də ifadə etdiyi kimi, “hüquqən nəzərdə tutulmuş” ifadəsi yalnız alınan tədbirin daxili hüquqda müəyyən bir əsasən olmasını deyil və eyni zamanda bəhs edilən hüquq qaydasının əlaqədar şəxslər üçün əlçatan xarakterdə olması və həmin qaydaya uyğun gəlməməsinin nəticələrinin nəzərdə tutula bilən formallıqda olması zəruridir. Yəni bəhs edilən qanun asanca əldə edilən və anla- şılan olacaq; şəxslər bir normanın mövcudluğundan xəbərdar ola biləcəklər (məsələn dərc edilmiş mətn olması kimi) və zərurət olduqda hər hansı bir hüquqçunun köməyi ilə, bu hüquq izah edən qaydaların nə dediyini tərəddüd etmədən anlaya biləcəklər. Əgər, birləşmək azadlığını məhdudlaşdıran qanunvericilik, bəhs edilən bu xüsusiyyətlərə malik deyilsə, müdaxilə qanunla nəzərdə tutulmamış hesab ediləcək və dolayısilə də, 11-ci maddənin pozulması kimi elan ediləcək.

 Qanuni məqsəd 

Avropa İnsan Haqları Məhkəməsi bir müdaxilənin hüquqən nəzərdə tutulmuş olduğunu müəyyən etdikdən sonra, bu məhdudlaşdırmanın 11-ci maddənin ikinci bəndində ifadə edilən qanuni məqsədlərdən birini daşıyıbdaşımadığını tapmağa çalışacaq. Yuxarıda da qeyd edildiyi kimi 11-ci maddənin ikinci bəndində, məhdudlaşdırmanın söykənə biləcəyi qanuni məqsədlər məhdud şəkildə sayılmışdır. Yəni, bunların genişləndirilməsi, bunlara yenilərinin əlavə olunması mümkün deyildir. Ancaq, bunu da vurğulamaq lazımdır ki, Avropa İnsan Haqları Məhkəməsinin konkret hadisədə bu qanuni məqsədlərdən birinə istinad edildiyini müəyyən etməsi, Məhkəməni avtomatik olaraq, nəzərdə tutulan müdaxilənin 11-ci maddəyə uyğun olduğu nəticəsinə gətirməməkdədir. Əgər müdaxilə bu qanuni məqsədlərdən birinə söykənirsə, o zaman Avropa İnsan Haqları Məhkəməsi «ölçü- lülük», ya da bir başqa ifadə ilə “yerindəlik” –“adekvatlıq” testini tətbiq edəcək, yəni izlənilən qanuni məqsəd ilə qoyulan məhdudlaşdırma arasında bir balans olub olmadığı- na baxacaq. 

Demokratik bir cəmiyyətdə zəruri olma 

Məhkəmə, birləşmək azadlığına yönələn bir müdaxilənin 11-ci maddənin ikinci bəndində ifadə edilən qanuni məqsədlərdən birini daşıdığı nəticəsinə gəldikdən sonra, bu dəfə baş vermiş müdaxilənin, ya da məhdudlaşdırmanın demokratik bir cəmiyyətdə zəruri olub-olmadığını araşdı- racaq. Məhkəmə bu şərti belə ifadə etmişdir: “Bu haqlardan hər hansı birinə yönələn müdaxiləni haqlı edə biləcək  yeganə zərurilik, ancaq demokratik cəmiyyətdə ortaya çıxacaq bir zərurilik ola bilir” “Demokratik cəmiyyətdə zərurilik” ifadəsi iki şərtə işarə etməkdədir. a) Ciddi və zəruri bir ictimai basqı mövcud olmalıdır, və b) Müdaxilə nəzərdə tutulan qanuni məqsədə mütənasib olmalıdır. 

Zərurilik - sosial ictimai basqı

 Məhkəmə presidentinə görə “zəruri” sözü “təcili sosial basqını - sifarişi” (pressing social need) ifadə edir. Başqa bir ifadə ilə, birləşmək azadlığına yönəlmiş müdaxilə 2-ci bənddə müəyyən olunan məqsədlərdən biri və ya bir neçəsi baxımından “ictimai basqı zərurətinə” cavab verəcək; bu ehtiyac səbəbi ilə hökumət qazanacaqdır. Konvensiyaya qoşulan dövlətin zərurilik sərhədini aş- masının qiymətləndirilməsi zamanı əsas meyar, hüquq və azadlığı məhdudlaşdırıcı tədbirin, güdülən məqsədə mütənasib, yəni ölçülü olub-olmamasıdır. Hökumətlərin müdaxilələrinin qiymətləndirilməsində, legitim məqsəd və qanunilik meyarları baxımından aparılacaq test, bir çətinlik yaratmasa da, mütənasibliyinbalanslılığın qiymətləndirilməsində önə çıxan “demokratik cəmiyyətdə zəruri” olma şərtinin incələnməsi daha kompleks qiymətləndirmə aparılmasını zəruri edir. Məhkəmə, demokratik cəmiyyətdə zəruriliyi qiymətləndirərkən, zərurət yaradan ictimai ehtiyac basqısını, bu ehtiyacı sübut edən “uyğun, inandırıcı, kafi səbəbləri”, müdaxilə təşkil edən tədbirin adekvatlılığını, fərdi və ümumi fayda arasındakı balansı və seçim meyarlarını tələb olunan işə tətbiq edərək bir nəticəni əldə etməkdədir. Bütün bu araşdırmadan da aydın görülür ki, birləşmək azadlığına ediləcək hər hansı bir müdaxilənin qanuni hesab edilə bilməsi üçün möhkəm, sağlam dayaqlarının olması lazımdır. Qısacası, birləşmək azadlığına yönələn bir müdaxilə qanunvericiliyin tələbi halında görünsə belə, yuxarıda izah edilən meyarlara uyğun gəlmədiyi zaman, Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasının pozulması kimi qəbul ediləcək. 

Azərbaycanda ictimai təşkilatlarda birləşmək azadlığının qanuni əsasları

 Azərbaycan Respublikası Konstitusiyasında birləşmək hüququ təminat altına alınaraq bu məqsədlə bir neçə qanun qəbul edilibdir. Siyasi təşkilatlarda birləşmək və fəaliyyət göstərmək hüququnu Siyasi partiyalar haqqında Azərbaycan Respublikası Qanunu tənzimləyir. Ən köklü hüquqlardan biri kimi xarakterizə edilən həmkarların yaradılması və həmkarlarda fəaliyyət hüququ Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qeyri-hökumət təşkilatları kimi qurulan və mahiyyət etibarı ilə qeyri-kommersiya və qeyri-hökumət təşkilatı olan dini birliklərin və qurumların fəaliyyəti Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Ayrıca, kommersiya və qeyri kommersiya hüquqi şəxsləri də daxil olmaqla, bütün hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məsələlərinin tənzimlənməsini əhatə edən Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanun qeydiyyat proseduralarını əhatə edir.

 Birləşmək hüququ çərçivəsində qeyri-komersiya təşkilatlarının təsisi, növləri, iştirakçıları, üzvləri, köməkçiləri, filial və nümayəndəlikləri, qeydiyyatı və ləğvi məsələsi 

Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin 2-ci bəndində “Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir” - müddəasını daraldan qanunverici hakimiyyət orqanı, qeyri-hökumət təşkilatlarının əhatəsini xeyli məhdudlaşdıraraq, 13 iyun 2000-ci il tarixində “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir. İlk qəbul edilən zaman, Qanunun 1.2-ci maddəsində “Bu qanunda «qeyri-hökumət təşkilatı» anlayışına ictimai birliklər və fondlar daxildir” - deyərək, bu Qanunun bütün qeyri-hökumət təşkilatlarına şamil edilmədiyini, sadəcə ictimai birliklər və fondlara şamil edildiyini, beləliklə, qanunun əhatəsinin xeyli məhdudlaşdırıldığı müşahidə etməkdəydi. Lakin, 17 dekabr 2013-cü il tarixli dəyişikliklə bu çərçivə genişlədilmiş, ictimai birliklərlə bərabər xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri də bu çərçivəyə yerləşdirmişdir. Amma yenə də qanunun tətbiq dairəsinin məhdud olduğu anlayışı dəyişməməkdədir. Qanunda ilk məhdudiyyətlərdən biri Qanunun 2-ci maddəsində verilən anlayışlarda qarşımıza çıxır. Maddənin 4-cü bəndində “Qeyri-hökumət təşkilatı ... siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz” – hökmünə yer verir. Mahiyyət etibarı ilə demokratik, hüquqi dəyərləri təbliğ məqsədi ilə qurulan bir ictimai birliyin hansısa si- 33 yasi partiyanın gənclərinə əvəzsiz olaraq təlimlər keçməsi, onlara məsələn İKT-dən istifadə qaydalarını öyrədən, ya da yeni mediadan istifadə vərdişlərini öyrədən təlimlər keçməsi nəticə etibarı ilə maddi dəyəri olan yardımdır. Bu maddənin mahiyyətindən belə çıxır ki, QHT-lərin bu kimi fəaliyyətlərlə məşğul olması qadağandır. Lakin, burada qanunvericinin söykəndiyi təməl hüquq və azadlıqları məhdudlaşdırmağa əsas kimi gördüyü hüquqi mənafeyi izah etmək mümkün deyil. Çünki, istər Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində, istərsə, insan hüquq və azadlıqlarını məhdudlaşdırmağa yol verən əsasların göstərildiyi 71-ci maddədə, istərsə 2002-ci ildə qəbul edilən və İnsan hüquq və azadlıqlarını məhdudlaşdırmaq üçün əlavə əsaslar müəyyən edən Konstitusiya Qanununun 3-cü maddəsində, istərsə də Azərbaycanın ratifikasiya etdiyi və milli qanunvericiliyimizin tərkib hissəsi hesab edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 11-ci maddəsinin birləşmək azadlığını məhdudlaşdırmaq üçün müəyyən etdiyi əsaslardan bu məna çıxarmaq mümkün deyil. 2-ci maddənin 4-cü bəndində diqqət çəkən bir digər məqam, QHT-lərin hansı fəaliyyətlə məşğul ola biləcəklərinin sayılmasıdır. “Azərbaycan Respublikasının seç- ki qanunvericiliyinə uyğun olaraq qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, Milli Məclisə seçkiləri və bələdiyyələrə seçkiləri müşahidə edə və exitpoll həyata keçirə bilərlər”. Bu maddənin təsvirindən belə çıxır ki, Azərbaycanın çox önəmli bir Konstitusiya dəyişikliyini reallaşdırmaq məqsədi ilə keçirilən Referendumda qeyrihökumət təşkilatları nə müşahidə apara bilər nə də exitpoll keçirə bilərlər. Çünki, maddədə sadəcə seçkilər sayı- lıb, referendum yox. 34 Əslində birləşmək və fəaliyyət göstərmək azadlığının sərbəst olduğu bildirilərək, bu azadlığa tətbiq ediləcək məhdudiyyətlərin məhdud siyahısı istisnalar olaraq göstərilməli və onu zəruri edən əsasların aydın müəyyənləşdirilməsi şərti ilə və demokratik cəmiyyətdə son çarə kimi tətbiq ediləcəyi dəqiq ifadə edilməlidir. Azadlıq maksimum olmalıdır. QHT-nin nələr edə biləcəyinin qanunda sayılması, digər bütün fəaliyyətlərin qanunda göstərilmədiyi üçün yolverilməz olduğu mənasına gəlir ki, bu da mahiyyət etibarı ilə məntiqli deyil və insan hüquq və azadlıqlarını tənzimləyən üstün hüquq normalarına ziddir. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin ilk cümləsi “Qeyri-hökumət təşkilatının onun təşkilatı-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır” - əmredici müddəasına yer verir. İnsanların birləşmək azadlığını həyata keçirərkən, onların qarşısına əsasını beynəlxalq hüquq normalarından və Konstitusiyadan almayan süni maneənin “qanuni tələb” kimi qoyulması, birləşmək azadlığının varlığı- nı ciddi şəkildə zədələməkdədir. İctimai birliyin adında onun “fəaliyyətinin xarakterini göstərən” sözlərin olmaması nəticə etibarı ilə qanunvericiliyin pozulası kimi qiymətləndirilir və bu səbəbdən Birliyin dövlət qeydiyyatına alınmasından imtina oluna bilər. Deməli, bu ifadənin olmaması birləşmək azadlığını istifadə edən, hər hansı məqsədlə birləşərək fəaliyyət göstərmək istəyən şəxslərin hüququnu məhdudlaşdıran əsas kimi qarşıya çıxacaq. 30 iyn 2009-cu ildə 3.1-ci maddəyə edilən bir digər dəyişikliklə, “Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (on- 35 ların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz”- müddəası gətirilmişdir. Bu müddəanın qanunvericiliyə qoyulması və imperativ-əmredici norma kimi birləşmək azadlığının qarşısını alması yuxarıda bəhs edilən üstün hüquq normalarına birbaşa ziddir. Məsələn, mədəniyyət sahəsində, yaxud ədəbiyyatın təbliği sahəsində Nizami Gəncəvinin irsini araşdıran, yaxud təbliğ etmək istəyən bir QHT-ni qurmaq və onun adında “fəaliyyətinin xarakterini göstərmək” istəyən şəxslərə qanun bu imkanı verməyəcək. Gərək, “onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi”-olsun. Bu isə mümkünsüzdür. Ayrıca, Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının siyahısı hər hansı normativ aktla təsdiq edilməyib ki, QHT təsis etmək istəyən şəxslər, həmin siyahıya baxaraq, kimlər üçün onların varislərinə müraciət etmələrini müəyyən edə bilsin. Öz fəaliyyətində bir dövlət qurumunun fəaliyyətini monitorinq etmək üzərində qurmaq istəyən bir qrup, məsələn, Teleradio Şurasının Lisenziyalarının şəffaflığının Monitorinqi Mərkəzi adlı bir təşkilat qurmaq istəsə, qanun buna yol vermir. Beləliklə, birləşmək azadlığına hüquqi əsas olmadan, Konstitusion əsasa söykənməyən məhdudiyyətlər gətirilir. 2013 və 2014-cü illərdə olan dəyişiklik və əlavələrlə də bu istiqamətdə ciddi məhdudlaşdırıcı müddəalar gətirilib. 17 oktyabr 2014-cü il tarixli, № 1082-IVQD-saylı Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi haqqında Qanunda 4 fərqli məhdudlaşdırıcı maddə əlavə edildi. Bundan 10 ay öncə 17 dekabr 2013-cü il tarixli 849-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununa tam 22 fərqli dəyişiklik və əlavə edildı. Bu Qanunun qəbul 36 edildiyi 2000-ci ildən bəri bir təşəbbüsdə ən çox dəyişiklik gətirən qanundur. Dəyişiklik və əlavələrin böyük əksəriyyətinin məntiqi nəticəsi qanunla müəyyən edilmiş birləşmək azadlığının sərhədlərini daraltmaq, tamamilə bu sektorun fəaliyyətini hökumət nəzarəti altında almaq, müstəqil mənbələrdən maliyyələşərək, ictimai sektorda nərarətçı funksiyası həyata keçirən QHT-lərin fəaliyətini tamamilə dayandırmaq və ya minimuma endirmək olmuş- dur. Dəyişikliklərin hər birinin mahiyyətini açmaq üçün, sıra ilə onların mahiyyətini, hüquqa uyğunluğunu, legitimliyini müzakirə etmək zəruridir. O zaman qanunqoyucunun gerçək məqsədi daha aydın ortaya çıxacaq. Bu qanun qəbul edildiyi ilk gündən məqsədi bütünlüklə qeyri-kommersiya qurumlarının fəaliyyətini tənzimləmək yox, məhdud çərçivəni tənzimləmək olmuşdur. Lakin, 17 dekabr 2013-cü il tarixli dəyişikliklə bu çərçivə qismən genişlədilmiş, ictimai birliklərlə bərabər xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri də bu çərçivəyə yerləşdirmişdir. Beləliklə, daha öncə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətini əlaqələndirən Azərbaycan Respubilkası Humanitar yardım Komissiyası demək olar ki kənara itilmişdir. Ayrıca, Hökumətlərarası Sazişlərlə tənzimlənən münasibətlər, beynəlxalq humanitar təşkilatların fəaliyyəti yerli təşkilatlarla eyni və bir az da aşağı səviyyəyə endirilmişdir. Qanunun 1.4-cü maddəsində olan dəyişikliklə, daha öncə bu maddədə olan “qeyri-hökumət” sözü, “qeyrikommersiya” sözü ilə əvəz olunmuşdur. Beləliklə, “Bu Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına, habelə bu təsisatlara məxsus olan funksiyaların həyata keçirilməsi məqsədi ilə yaradılan qurum- 37 lara və başqa qanunlarla tənzimlənən digər qeyri-kommersiya təşkilatlarına şamil edilmir-deyilərək, qeyri-kommersiya qurumlarının başqa formalarının da olduğunu ima etmişdir. Əslində, Azərbaycan qanunvericiliyində başqa qeyri-kommersiya qurumlarının fəaliyyətini tənzimləyən spesfiq bir qanun mövcud deyil. 2010-cu ildə “Yaradıcı birliklər və şəxslər” haqqında Qanun layihəsi Parlamentin müzakirəsinə birinci oxunuşa çıxarıldı. Lakin sonradan bu qanun layihəsi qəbul edilməyib, asqıda qaldı. Yəni, bu dəyişiklik praktik hüquqi əhəmiyyəti olan bir norma deyil və heç bir tənzimləmə sferası yoxdur. Ancaq bir sıra qeyrikommersiya qurumları var ki, onlar QHT kimi formalaş- mayıblar və sovet dönəmindən qalan peşəkar birliklərdir. Bu birliklərin bir çoxu hətta dövlət büdcəsindən maliyyə almaqda, amma hüquqi aspektdən hansı qanunvericiliyə tabe olduğu qeyri-müəyyən olaraq qalmaqdadır. Yazıçı- lar birliyi, Rəssamlar ittifaqı, kinomotoqrafiya ittifaqə və s. kimi qurumlar bunlardan bəziləridir. Bir digər əlavə, Qanunun 2.2-ci maddəsinə edilən “2.2-1”-ci bənddir. Həmin bənd xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və nümayəndəlikləri anlayışını izah edir və Mülki Məcəlləyə göndəriş edir. Mülki Məcəllədə isə 53.3-cü maddə bunu tənzimləyir. Həmin maddəyə əsasən, “Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.” Mülki Məcəllənin 53- cü maddəsinin 3-cü bəndinə əlavə edilən son dəyişiklik də 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan 38 Respublikasının Qanunu əlavə edilmişdir. Bu normanın özü də ciddi şəkildə mübahisəli normadır və irəlidə izah edəcəyik. Qanunun 2.3-cü bəndinə edilən ikinci cümlə ilə, əvvəl mövcüd olan bir məhdudiyyətin dairəsini sayaraq, genişlətmişdirlər. Öncəki redaksiyada mövcüd olan “ Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradı- la və fəaliyyət göstərə bilər.”- müddəası faktiki olaraq aydın, anlaşılan bir norma idi. Xüsusilə Konstitusiya ilə qadağan olunmayan məqsədlərdə fəaliyyət imkanları açıq idi. Əlavə edilən bu cümlə ilə, “Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasında filial və ya nümayəndəliklərinin yaradılmasına və fəaliyyətinə yol verilmir”- norması ilə qadağanedici amillər uzun-uzadı sayılmış, və birinci cümlədə“...fəaliyyət göstərə bilər”kimi pozitiv ifadə, “...fəaliyyətinə yol verilmir”- kimi neqativ ifadə ilə əvəzlənmişdir. Sayılan məhdudlaşdırıcı amillər əslində “Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmuş” məqsədlər olduğundan onsuz da bu mümkün deyildi. Lakin neqatif ifadə şəkli, qanunvericiliyə edilən dəyişikliklərin ümumi məqsədini və istiqamətini də açıq ortaya qoyur. Bu dəyişikliyin məqsədi, mümkün qədər fəaliyyəti daraltmaq və qadağan etmək olaraq önə çıxmışdır. Qanunun 4-cü maddəsində “Qeyri-hökumət təşkilatları istənilən təşkilati-hüquqi formalarda təsis oluna bilərlər”- ifadəsindəki “istənilən” sözü, redaktə xarakterli kimi görünən “bu Qanunla müəyyən edilmiş təşkilati-hüquqi” 39 sözü ilə əvəzləşdirilmiş, beləliklə, əslində daha öncə seçimi sərbəst olan təşkilati-hüquqi forma, bu qanunun çərçivəsi ilə məhdudlaşdırılmışdır. Beləliklə, istənilən təşkilatı- hüquqi formada təsis etmə imkanı konkret qəlibə salınmışdır. Qanunun 7.1-ci maddəsinə -1 bəndi əlavə edilib. Bu əlavə, “7.1-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər”- birbaşa məhdudlaşdırıcı normadır. Hüquqda məhdudiyyətlərin hər birinin əsaslandığı hüquqi-legitim mənafe olmalı və bu demokratik cəmiyyətdə zərurilik tesdindən keçə bilməlidir. Burada gətirilən məhdudiyyətin legitim əsası yoxdur və əsaslandırılması da mümkün deyil. Ayrıca, anologiya baxımından həmin maddınin 7.1-ci bəndində “Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər.” –müddəası göstərir ki, Azərbaycan mənşəli QHT Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. Belə olan halda, yerli təşkilata bunları etmək hüququ verildiyi halda, nəyə görə xarici QHT-nin filial və nümayəndəliklərinə say məhdudiyyəti gətirilirdiyi hüquqən anlaşılan deyil. Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsi birləşmək azadlığını təminat altına aldığında, hər hansı ayrıseçkilik etmədən “hər kəs” ifadəsindən istifadə etmişdir. Burada vətəndaş olub-olmama yaxud hüquqi şəxsin yerli olub-olmaması fərqləndirilməmişdir. Ayrıca, 58-ci maddənin II- bəndində “Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.”- deyərək, birliklərin də birbirindən fərqləndirilməsini yolverilən hesab etməmişdir. Bu baxımdan, bu dəyişiklik birbaşa Konstitusiyanın 58-ci 40 maddəsinin tələbinə ziddir. Bununla bərabər, Konstitusiyanın 25-ci maddəsinin mahiyyətinə baxdıqda, hüquq qar- şısında hər kəsin bərabərliyi zəruridir. Hər kəs dedikdə, fiziki və hüquqi şəxslərin hüquq bərabərliyi anlaşılır. Bu norma qanunvericilikdə eyni məsələlərdə fərqli hüquqi tənzimləməni mümkün etmir. Qanunun 7.4-cü maddəsinə edilən dəyişikliyin də mahiyyəti məhdudlaşdırmaya yönəlmişdir və əslində legitin hüquqi mənafelərə xidmət etmir. Öncəki tənzimləmədə “Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış təşkilatın əmlakından pay alır və onun adından, təsdiq etdiyi “Əsasnaməyə uyğun fəaliyyət göstərir””- şəklinədə olan ifadə “Əsasnamədə müəyyən edilmiş fəaliyyət predmetinə və vəzifələrinə uyğun, fəaliyyət göstərir”- şəklinə dəyişdirilmişdir. Beləliklə, ümumi olan fəaliyyət sferası çox daraldılmış, Əsasnamənin sadəcə bir bəndində məhdud şəkildə sayılan ifadələrlə məhdudlaşdırılmışdır. Buradakı məqsəd, QHT-lərin dar çərçivədə fəaliyyət göstərməsini, sadəcə sənədlərində aydın şəkildə göstərdikləri fəaliyyət predmetlərinə sadiq qalmalarını təmin etməkdir. Praktikada, qeydiyyatdan keçərkən QHT-lərin nizamnamə və əsasnamələrinə geniş fəaliyyət göstərmək imkanları- nı təmin edən normalar yerinə, sayma üsulu ilə azsaylı fəaliyyət predmeti yazma yolu tutulur. Beləliklə, vətəndaş cəmiyyətinin ehtiyacları istiqamətində geniş fəaliyyət göstərmək yolu bağlanmış olur. Qanuna bunun davamı kimi “7.4-1”-maddə əlavə edilmişdir. Bu əlavə də daha çox nəzarət mexanizması- nı gücləndirməyi hədəfləmişdir. Əlavədə qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı, onun qeydiyyatını aparmış qurumun adı), filial və 41 ya nümayəndəliyin hüquqi ünvanı, idarə edilməsi qaydası, rəhbərinin səlahiyyətləri, ləğv olunması qaydası göstərilməli olduğu bildirilir. Bu maddənin növbəti bəndinə 2009-cu ildə edilən əlavəyə daha bir əlavə edilmiş, beləliklə, Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyrihökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olması- nın zəruriliyi bildirilmiş və səlahiyyət müddətinin dəqiq göstərilməli olduğu əmredilmişdir. Bu norma, birləşmək hüququnun subyektləri arasında ayrı-seçkiliyin tətbiq edildiyinin bariz nümunəsidir. Konstitusiyanın 58-ci maddənin II- bəndində “Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir”- müddəası ilə bu norma ziddiyyət təşkil edir. İstənilən nümayəndəliyin, yaxud qeyri-vətəndaş olan şəxsin təsis etdiyi qurumun rəhbərinin müavininin məcburi qaydada Azərbaycan vətəndaşı olması, həmin qurumların keyfiyyət kriteryasına görə qərar verməsini imkansız edir. Ayrıca, hər kəsin bərabərlik hüququ ilə ziddiyyət təşkil edir. Vətəndaşlığı olmayan, yaxud əcnəbi olan şəxsin müavin olmaq imkanları qanunla məhdudlaşır. Halbuki, bu məhdudlaşdırmanın legitim-hüquqi əsası yoxdur və bu əsas beynəlxalq normalarda, özəlliklə AİHKnın 11-ci maddəsində müəyyən edilən əsasların heç birinə uyğun gəlmir. Səlahiyyət müddətinin göstərilməsinin tələb edilməsi də, mövcud qanunvericiliyin özündəki normalarla ziddiyyət təşkil edir. Belə ki, qeyri-hökumət təşkilatlarının nizamnamələrində onların orqanlarının səlahiyyət müddətlərinə dair normalar mövcuddur. Qeydiyyat aparan dövlət qurumu bu nizamnamənin bir surətini qəbul edir və saxlayır. Beləliklə, qeydiyyatdan keçən qurumların rəhbər orqanlarının və seçilmiş şəxslərinin 42 səlahiyyət müddətinin hansı vaxtla məhdudlaşdırıldığı bilinən reallıqdır. Şəxsin bir vəzifədə olma müddəti müəyyən zamanlarda onun fəaliyyətinin effektivliyinə görə dəyişə bilər. Bacarıqlı, peşəkar biri bir işi yaxşı icra etdiyi zaman daha uzun müddətə həmin işdə saxlana bildiyi halda, uzun müddətli bir müqavilə ilə işə qəbul edilən biri işin öhdəsindən gəlmədiyi üçün daha erkəndən həmin vəzifədən uzaqlaşdırıla bilər. Qanunda belə bir normanın qoyulması, birliklərin sərbəst fəaliyyətinə imkan vermir və bunun Konstitusiyanın 58-ci maddəsi ilə ziddiyyit ətşkil etdiyi ortadadır. 30 iyun 2009-cu ildə Qanuna “9.1-1”-maddə əlavə edilərək, “Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi” ola biləcəyi bildirilmişdir. Bu norma təsisçilərə aid edilirdi və nümayəndəliklərin qanuni təmsilçiləri daimi yaşamasalar da bu vəzifəni icra edə bilirdilər. Xüsusilə, bəzi beynəlxalq qurumlar birdən çox qonşu ölkələrdə bir şəxsi qanuni təmsilçi kimi səlahiyyətləndirir, beləliklə, xərclərə qənaət imkanları olurdu. Məsələn, qafqaz regionunda olan 3 dövlətin bəzən 2-də eyni şəxs qanuni təmsilçi ola bilirdi. Tiflisdə oturan bir şəxs eyni zamanda həm Gürcüstandakı, həm də Azərbaycandakı nümayəndəliyin qanuni təmsilçisi ola bilir, davamlı yaşamadan işini apara bilirdi. Lakin 17 dekabr 2013-cü ildə bu maddəyə əlavə edilən “qanuni təmsilçisi” sözü, təsisçilərlə bərabər, qanuni təmsilçilərin də daimi ya- şama şərtini gətirdi. Bu norma da açıq şəkildə beynəlxalq təşkilatların burdakı fəaliyyətini məhdudlaşdırmağı hədəfləməkdədir. Eyni zamanda legitim-hüquqi mənafe baxımından əsaslandırılması mümkün deyil. 43 17 dekabr 2013-cü ildə qanuna 10.5-ci maddə əlavə edilmişdir. Əlavədə deyilir: “Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər.” Bu maddənin əlavə edilməsinin praktik “zərurəti”, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətindən rəsmilərin “razı qalmadığı” qurumları daxildən münaqişələrə çəkərək, fəaliyyətin dayandırılmasına nail olmaqdır. Hüquqi baxımdan təşkilatın fəaliyyətinə xitam vermək üçün çox ciddi əsaslar olmalı, Konstitusion qurulu- şun dəyişdirilməsini hədəfləyən fəaliyyət yaxud qanunda və Konvensiyanın 11-ci maddəsində göstərilən birləşmək azadlığının istisnalarından biri olmalıdır. Lakin burda gö- rürük ki, bir fərdin hüququnun pozulması, həmin şəxsin hüququnun bərpası və kompensasiyası ilə yekunlaşmır. Birbaşa təşkilatın fəaliyyətinin bir il müddətinə dayandı- rılması ilə nəticələnir. Bir anlığa düşünsək ki, böyük bir QHT-də onlarla şəxs fəaliyyət göstərir, əmək haqqı alır. Bir gün məlum olur ki, həmin şəxsin məsələn əmək hüququ pozulub. qanunvericilik onun hüququnu bərpa edib, kompensasiya ödətdirəcəyinə, bütün digər şəxsləri də işsiz qoyur və təşkilatı bağlayırıq. Bu bir hüquqi tənzimləmə metodu deyil və heç bir legitim hüquqi əsasa söykənmir. Bütünlüklə, təşkilatın fəaliyyətini dayandırmağa hesablanmış, hüquqa zidd məhdudlaşdırıcı normadır. Qeyri-hökumət təşkilatlarının köməkçiləri başlığı- nı daşıyan maddə faktiki olaraq ifadə şəkli baxımından 44 mübahisəlidir. Buradakı tənzimləmə hüquqi şəxslərə yönəlib, lakin sonda fiziki şəxslərin də əhatə edildiyi bildirilir. Ümumiyyətlə cümlə quruluşu tam aydın olmayan bu ifadənin quruluşuna diqqət edin: “Qeyri-hökumət təşkilatlarının köməkçilərinə nizamnamələrinə müvafiq olaraq qeyri-hökumət təşkilatının fəaliyyətində iştirak etməklə, ona müxtəlif kömək və ya xidmətlər göstərməklə qeyri-hökumət təşkilatını dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslər aiddir”. Qanunqoyucunun bu ifadə ilə nə demək istədiyi aydın deyil. Ayrıca, “...nizamnamələrinə müvafiq olaraq qeyri-hökumət təşkilatının fəaliyyətində iştirak etməklə” ifadəsi göründüyü kimi sadəcə nizamnamə ilə fəaliyyət göstərənlərə şamil edilə bilər. Fiziki fəxslər, fərdlər gə könüllü ola bildiyinə görə onların hansı nizamnamələrindən söhbət getdiyi müəyyən deyil və bu normanın düzgün tənzimlənmədiyinin göstəricisidir. Maddənin son cümləsindəki: ”Köməkçilərin mövcudlu- ğu və onların hüquqi statusu qeyri-hökumət təşkilatının təsis sənədləri və “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir”-ifadəsi digər normalarda olduğu kimi yenə fəaliyyətin məhdudlaşdırmasını hədəfləməkdədir. Əslində burdakı ifadə cümlənin sonundakı ifadə ilə yekunlaşsa daha dəqiq və məntiqli olardı. Köməkçilərin mövcudluğu və onların hüquqi statusunun mənbəyini qeyri-hökumət təşkilatının təsis sənədlərində axtarmaq əslində olmayan bir şeyi axtarmağa bənzəyir. Təsis sənədlərində könüllü fəaliyyət haqqında ayrıca normanın olması tələb olunmur və bir çox təşkilatın təsis sənədlərində bu könüllülük sadəcə təsisçilərin iradələrini əksetdirir. Yəni təsisçilər könüllü birləşərək, fəaliyyət göstərməyi hədəfləyirlər. Lakin, 11-ci maddədə söhbət təsisçilərin könüllülüyündən yox, QHT-nın könüllüsü olan, lakin təsisçi olmayıb, kənardan bu işə sonradan cəlb 45 olunandan edir. Belə olan halda, təsis sənədində əlbəttə ki belə bir norma mövcud olmayacaq. Bu isə, QHT-nin könüllüləri cəlb etməyə maneə olan norma kimi ortaya çıxacaq. Cünki, 11-cı maddə sadəcə Könüllü Fəaliyyət Haqqında Azərbaycan Respublikası Qanununa yox, “qeyri-hökumət təşkilatının təsis sənədləri və “Könüllü fəaliyyət haqqında”qanuna birlikdə isnad edir. Əslində, 2009-cu ildə Könüllü Fəaliyyət Haqqında Azərbaycan Respublikası Qanununun qəbulundan sonra bu normanın daha aydın olan son cümləsinin son hissəsi yetərli olmalı idi. 17 dekabr 2013-cü il əlavələrindən biri də, Qanunun 12.3-cü maddəsinə əlavə edilən son cümlədir. Bu norma 2009-cu ilədək qanunda yox idi. Bu normanın 2009- cu ildə qanuna girməsi, sonra 2013-cü ilin sonunda buna bu məzmunda yeni cümlənin əlavə edilməsi özlüyündə birləşmək azadlığına və mövcud qanunvericiliyimizin normalarına, habelə konstitusiyaya ziddir. 2009-cu il dəyişikliyinə qədərki dövrdə, təbii olaraq xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı daha sadə və bəzi texniki sənədləşmələr istisna olmaqla demək olar ki, yerli qurumlarla bərabər formada həyata keçirilməkdə idi. 30 iyun 2009-cu ildə 12.3- maddə qanuna əlavə edilərək, Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatının həmin təşkilatlarla bağlanmış saziş əsasında həyata keçirildiyi qərarlaşdırıldı. Yəni, hüquqi proses, siyasi qərara bağlandı. Siyasi razılıq olmazsa, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin qeydiyyata alınması artıq mümkünsüz oldu. 17 dekabr 2013-cü ildə bu norma bir az da sərtləşdirildi və bu dəfə “siyası icazənin” müddətli olacağı qərarlaşdırıldı. Bu özlüyündə digər bir hüquqi problemin dərinləşməsinə xidmət edir. QHT-lər və  qeydiyyatdan keçmiş nümayəndəliklər qanunauyğun olaraq dövlət qeydiyyatına alındıqdan sonra, onların fəaliyyəti yalnız təsisçilərin öz istəyi ilə ya da məhkəmə qərarı ilə dayandırıla bilər. Yəni, dövlət qeydiyyatı müddətsizdir və ancaq fəaliyyətə xitam verildikdə bu qeydiyyatın ləğv olunması mümkündür. 12.3-cü maddəyə əlavə edilən son cümlədə isə, dövlət qeydiyyatının müddətsiz olma anlayışı faktiki olaraq ortadan qaldırılır və “siyasi icazə” kimi xarakterizə etdiyimiz sazişin müddəti ilə qeydiyyat müddəti məhdudlaşdırılır. Bununla da siyasi mülahizə hüquqi prosesi kölgələyir. 17 dekabr 2013-cü il əlavələrindən biri də 13.1-ci maddəyə edilib. Bu maddədə Qeyri-hökumət təşkilatının nizamnaməsində zəruri olan məqamlar sayılmışdır. Dəyişikliklə bu maddəyə “daimi və ya konkret məqsədlə” təsis edildiyi ifadəsi gətirilərək, təsis zamanı təşkilatın təsis məqsədinin çərçivəsini olduqca daraltmaq zərurəti qoyulub. Beləliklə, ölkədə bütün fəaliyyəti donorların qrant elanları ilə formalaşan təşkilatların, bur çox qrant elanlarından faydalanmaq imkanları minimuma endirilir. Təkilatın təsis sənədində konkret göstərilməyən bir məqsəd üçün bundan sonra qrant almaq təşəbbüsü və fəaliyyət yürütmək təşəbbüsü dəstəklənməyəcəkdir. Hətta buna cəhd edənlərin məqsədlərdən yayınaraq pozuntuya yol verdiyi iddia oluna biləcək. Bu isə öz növbəsində qeydiyyatın ləğv edilməsi və s. kimi növbəti sanksiyalarla QHT-ləri üz-üzə qoyacaq. 

QHT-lərin qeydiyyatı 

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən Qeyri-hökumət təşkilatlarının 47 dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin maddənin 2-ci bəndində; “Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.»- deməklə, Azərbaycanda QHT-lərin hüquqi şəxs statusu qazanması üçün rəsmi dövlət qeydiyyatına alınmasının əsas şərt olduğunu bildirir. Qanunun 7.1-ci maddəsində, “Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər”- deməklə, QHTnin fəaliyyəti üçün qeydiyyatın önəmli amil olduğunu bir daha vurğulayır. 17 aprel 1998-ci il tarixli «Qrant haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə, Donorla münasibətlərində qrant alan resipiyent sayılır və aşağıdakılar resipiyent ola bilərlər:...Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri (həmin resipiyentlər yalnız bu Qanunun 2-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş donorlardan, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) olan donorlardan qrant ala bilərlər). 48 QHT-lərin Azərbaycanda əsas və yeganə fəaliyyəti üçün mənbə hesab olunan qrantların alınması baxımından məsələləri tənzimləyən bu qanun, hüquqi şəxs statusu olmayanların resipiyent olaraq qəbul edilmədiyini göstərir. Bu dövlət qeydiyyatı olmayan heç bir QHT-nin qrant ala bilməyəcəyini göstərir. Vergi məcəlləsi 13.2.2-ci maddədə hüquqi şəxsi - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilat olaraq müəyyən edir, 13.2.13-cü maddədə isə, Vergi ödəyicisi qeydiyyatı üçün “hüquqi şəxsin dövlət qeydiyyatına alınmış adı” -nın olmasını tələb edir. Vergi Məcəlləsinin 106-cı maddəsində nəzərdə tutulan əvəz olmalar və güzəştlər hissəsində, “qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr” -in vergidən azad olduğunu bildirir. Həmin Məcəllənin 13.2.42-ci maddəsində “Qeyri-kommersiya hüquqi şəxsi—Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur” - deyilməkdə və Mülki Məcəllənin 43.5. və 43.6-cı bəndlərinə istiqamətləndirməkdədir. Həmin müddəa, “Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iş- tirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər” - deməkdə və qeyri-kommersiya təşkilatlarının əslində, Qeyri-kommersiya hüquqi şəxsi kimi anlaşılmalı olduğunu aydın şəkildə göstərir. Yuxarıda bəhs edilən bütün müddəalar göstərir ki, şəxslərin birləşmək hüququnu həyata keçirməsi heç də sərbəst formada baş verə bilmir. Bunun üçün birləşmək hüququndan istifadə edən şəxslərin bu təşəbbüsü rəsmi 49 dövlət qurumları tərəfindən tanınmalı, dövlət reyestrində qeydiyyata alınmalı və onlara şəhadətnamə verilməlidir. Yalnız bundan sonra həmin təşəbbüslə yaradılan QHT, hüquqi şəxs statusu qazanacaq və hüquqi şəxslərə tanı- nan hüquqlardan və bəzən də imtiyazlardan istifadə edə biləcək. QHT-lərin qeydiyyatı bu baxımdan çox önəmli bir proseduradır və bu proseduranın tamamilə beynəlxalq hüquq prinsiplərinə, habelə, Azərbaycan Konstitusiyasına uyğun aparılmalı, qeydiyyat önləyici bir prosedura çevrilməməlidir. Birləşmək hüququnun həyata keçirilməsi və fəaliyyətin başlaması üçün qeydiyyat heç də hər yerdə tələb olunmur. Məsələn, İtaliyada, Portuqaliyada, Danimarkada, Finlandiyada, Belçikada, Yunanıstanda, Lüksemburqda yerli qanunvericilikdə birləşmək hüququndan istifadə etmək üçün dövlət qurumlarının icazəsi tələb olunmur. Bu prosedura Azərbaycanda, 2001-ci ildə Avropa Şurasına üzv olarkən Kütləvi İnformasiya Vasitələri haqqında Qanuna edilən dəyişiklikdən sonra, qəzet və jurnalların təsis olunması üçün tələb olunur. Qəzet və jurnal təsis etmək istəyənlər xəbərdarlıq məktubu ilə Ədliyyə Nazirliyinə müraciət etməkdə, rəsmi xəbərdarlıq edildikdən 1 həftə sonra qəzet və jurnallar fəaliyyətə başlaya bilməkdədir. QHTlərin təsis olunması bu proseduradan fərqli olaraq, daha ağır bir prosedura, xüsusi icazə sisteminə tabe tutulub. Qanunun 16-cı maddəsində Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı məsələsi tənzimlənməkdədir. Bu müddəa ilə birləşmək azadlığının həyata keçirilməsinin ciddi icazə sisteminə bağlandığını görürük. Yuxarıda, demokratik ölkə təcrübələrindən görürük ki, zəmanəmizdə demək olar ki, heç bir ölkədə ictimai birliklər qurmaq icazə sisteminə tabe tutulmayıb və dövlət qeydiyyatı şərti yoxdur. Azərbaycan qanunvericiliyində isə QHT- 50 lərin fəaliyyəti qeyd edildiyi kimi həm bu qanunun 16-cı maddəsində, həm də Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunda ciddi formallıqlara tabe tutulub. Üstəlik, tələb olunan proseduraların çoxlu- ğunun yanında, qeydiyyat üçün çox uzun bir müddətin tələb olunması digər ciddi bir problemdir. Kommersiya hüquqi şəxslərinin qeydiyyatı üçün maksimum 3 iş günü tələb edildiyi halda, ictimai əsaslarda fəaliyyət göstərən, könüllü birliklərin - QHT-lərin qeydiyyatı üçün bir qayda olaraq 40 gün, əlavə araşdırma zəruri olduqda daha 30 gün bu müddət artırıla bilir. Bundan sonra müəyyən edilən çatışmazlıqların aradan qaldırılması üçün təsisçilərə 20 gün vaxt verilir və onlar müəyyən edilən çatışmazlığı aradan qaldırdıqdan sonra 10 gün müddətində həmin təşkilat dövlət qeydiyyatına alınır. QHT-lərin qeydiyyatı üçün qanunda müəyyən olunan bütün müddətlərdə Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 4.5-ci maddəsinin tələbinə əsasən “bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən yalnız iş günləri nəzərə alınır”. 100 iş günü ən azı 20 həftəlik müddət deməkdir, bu da ümumi təqvim gününə çevrildikdə, 140 təqvim gününə bərabər olur. Deməli, Ədliyyə Nazirliyi heç bir prosedur hüquq pozuntusuna yol vermədən, qeydə almaq istədiyi bir QHT-ni bütün müddətlərə əməl edərək qeydə aldığı təqdirdə, bu müddət təxminən 5 aya yaxın vaxtı əhatə edir. Praktikada bu müddətlər dəfələrlə aşılır, çox sayda müraciətlər aylarla, hətta illərlə yubadılır, qeydiyyata alma həyata keçirilmir. Araşdırmalar östərir ki, dövlət qeydiyyatına alınmaq istənən QHT-lərin qeydiyyatı ortalama olaraq təsisdən 8-10 ay sonra reallaşır. Qeydiyyatından imtina olunan təşkilatlar üçün bu müddət illərlə davam edir. Təsadüfi deyil ki, bu səbəbdən Azərbaycan əleyhinə Avropa Məhkəməsində xeyli qərar 51 çıxarılıb. Evsiz Bakılılara yardım ictimai Birliyinin qeydiyyatı da təxminən 4 illik müddətin sonunda həyata ke- çirildiyi üçün Avropa Məhkəməsinə şikayət edilmiş və birləşmək hüququna müdaxilə olduğu qəbul edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 11 yanvar 2007- ci il tarixli Ramazanova və digərləri Azərbaycana qarşı Qərarında (Şikayət № 44363/02) “60. Məhkəmə hesab edir ki, ərizəçilər birliyin təsisçiləri olduqlarına görə birliyə uzun müddət hüquqi şəxs statusu əldə etməsinə imkan verilməməsi ilə nəticələnən dövlət qeydiyyatının gecikdirilməsi hakimiyyət orqanları tərəfindən ərizəçilərin birləşmək azadlığı hüququnun həyata keçirilməsinə müdaxiləni təşkil edirdi”. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan əleyhinə birləşmək hüququna müdaxiləyə dair verdiyi digər qərarlarında da bu məqam xüsusi olaraq vurğulanmışdır. 18 oktyabr 2007-ci il tarixli (Şikayət № 4407/04) Nəsibova Azərbaycana qarşı Qərarda, İ. Əliyev və digərləri Azərbaycana qarşı Qərarda bu məqamların təkrarlandığını görürük. Qeyri-müəyyən və hüquqi baxımdan anlaşılmayan bir məqam isə, milyonlarla dollar vəsaitləri idarə edən kommersiya hüquqi şəxslərinin fəaliyyətə başlaması üçün cəmi 3 gün tək pəncərə sistemi tələb olunduğu halda, maliyyə baxımından ciddi məsuliyyəti olmayan, mənfəət güdməyən və cəmi bir neçə nəfərin könüllü olaraq birləşib, bir məqsədi həyata keçirmələri üçün bundan 50 dəfə çox zaman tələb olunur. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatından imtinasına dair qanunvericilikdə müəyyən olunan əsaslar birləşmək azadlığının məhdudlaşdırılması üçün nəzərdə tutulan əsaslara uyğun olmalıdır. Lakin, Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Qanunun 11.3.2-1- ci maddəsində nəzərdə tutulan imtina əsaslarından biri 52 “Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulmasıdır”. 12 fevral 2010-cu il tarixində qanuna əlavə edilən bu müddəada nəzərdə tutulan imtina əsası Konstitusiyanın nə 58 və 71-ci maddələrində, nə 2002-ci ildə qəbul edilən Konstitusiya Qanununun 3-cü maddəsində, nə də Avropa Konvensiyasının 11-ci maddəsində müəyyən olunan məhdudlaşdırmağa əsas təşkil edən hüquqi səbəblərdən heç birinə uyğun deyil. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestiri haqqında Qanunun 11.3.3.–cü maddəsində nəzərdə tutulan dövlət qeydiyyatından imtina səbəblərindən “qeyrihökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə” - müddəası, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 3.1- ci maddəsinin təkrarıdır. Yuxarıda bu müddəanın da birləşmək azadlığına gətirilən əsassız məhdudiyyətlərdən olduğunu qeyd etdik. Qanunda nəzərdə tutulan və hüquqi baxımdan insan hüquqları və azadlıqlarına müdaxilə hesab edilən tənzimləmələr xeyli çoxdur. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 2.4-cü bəndində nəzərdə tutulan “Xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı exit-polla əlaqədar tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər” - müddəası, həmin Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan “Təsisçilərinin 53 əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar” - müddəası hər kəsə tanınan hüquqdan istifadə zamanı ayrı-seçkilik kimi anlaşıla bilir. Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 11-ci maddəsində, habelə, Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində birləşmək azadlığı hüququnun hər kəsə tanı- nan bir hüquq olduğu bildirilib. “Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir” - müddəasına nəzər yetirdikdə bunu bir daha aydın görürük. Maddədə “Hər kəs” - ifadəsinə yer verilərək vətəndaşlıq ayrı-seçkiliyinin olmasının qarşısı alınıb. “Hər kəs” - ifadəsi bütün insanları ehtiva edən anlayışdır. Buna baxmayaraq, təsisçiləri əcnəbilər və xarici hüquqi şəxslər olanlara başqa, fərqləndirici normanın tətbiq edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbi olan bərabərlik hüququnun pozulmasıdır. Konstitusiyanın 25-ci maddəsinə əsasən “Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. 2009-cu ildə Konstitusiyaya edilən son düzəlişlərdən sonra 25-ci maddəyə 5-ci bənd əlavə edilmiş, ”Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir” - deməklə, eyni 54 tənzimləmədə fərqli tələblərin qoyulmasının Azərbaycan Respublikası Konstitusiyasına zidd olacağına qərar vermişdir. Buna baxmayaraq, 30 iyun 2009-cu ildə Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə 12.3-cü bənd əlavə etmiş, “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı həmin təşkilatlara bağ- lanmış saziş əsasında həyata keçirilir”- deyərək, xarici qeyrihökumət təşkilatlarının filial və nümayəndəliklərinin qeydiyyatını qanunla hər kəsə şamil olunmalı olan normalardan fərqli normalara tabe tutmuşdur. Bu tənzimləmələrdə qanunvericinin məntiqini və məqsədini anlamaq mümkün deyil. Xarici hüquqi şəxslərə hər kəsə sərbəst olan fəaliyyətlə məşğul olmağa məhdudiyyət gətirilməsi, hər kəsdən tələb olunan formallıqlardan fərqli formallığın tələb olunmasındakı legitim məqsəd, yaxud vətəndaşlıq ayrı-seçkiliyi gətirilməsinin hüquqi səbəbi aydın deyil və Konstitusiyanın 25-ci maddəsinin 3-cü və 5-ci bəndlərinin tələblərinə ziddir. Konstitusiyanın 58-ci maddəsində nəzərdə tutulan birləşmək azadlığını tənzimləyən Maddənin son cümləsində “Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir” - deyilməklə, yerli və beynəlxalq təşkilat ayrı-seçkiliyinin qanunla müəyyən edilməsinin Konstitusiyaya zidd olduğu açıq şəkildə gö- rülür. Təəssüf ki, son zamanlar qanunvericiliyin ümumi ahənginə zidd olan, əsas insan hüquq və azadlıqlarının mahiyyətini zədələyən normalar müxtəlif instansiyalarda qəbul edilməyə davam etdirilir. Belə sənədlərdən biri də, 16 mart 2011-ci il tarixdə qəbul edilən “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiy- 55 yatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarıdır. Bu Qərarla “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları” təsdiq edilərək qüvvəyə minib. Bu Qaydalarda “Danışıqların başlanması üçün ümumi tələblər” - başlığı altında mücərrəd şərtlər irəli sürülüb və hüquqi baxımdan bunların əsaslandırılması mümkün deyil. Qaydaların 2.2-ci bəndində “Müraciətdə təşkilat barədə məlumat və onun Azərbaycan Respublikasında fəaliyyətinin məqsədləri göstərilməli, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi əsaslandırılmalıdır” - ifadəsinə yer verilib. Bu ifadədə “təşkilat barədə məlumat və onun Azərbaycan Respublikasında fəaliyyətinin məqsədləri” anlaşılan olsa da, “bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi əsaslandırılmalıdır” - şəklində qeyri müəyyən və hüquq məntiqi ilə izahı mümkün olmayan tələbin qoyulması, ciddi şəkildə manipulyasiyaya, mülahizələrə yol verən tələbdir. Xarici bir qeyri-hökumət təşkilatının Azərbaycanda fəaliyyəti üçün qeydiyyata alınması zəruri olduğundan, həmin təşkilat Saziş bağlamalıdır. Saziş üçün həmin təşkilatın buradakı fəaliyyətinin “Azərbaycan cəmiyyətinə töhfəsi əsaslandırılmalıdır”. Məqsədi demokratikləşməyə dəstək olan və ölkədə buna tövhə qatmaq istəyən bir təşkilatın müraciətinə, demokratik fəaliyyətdən narahat olan bir hökumət nümayəndəsi belə bir təşkilatın buradakı fəaliyyətindən narahat olduğundan, qeydiyyata almamaq üçün “qanuni səbəb” yarada bilər. Sazişin bağlanması üçün ümumi tələblərə təşkilatın əməl etmədiyini, yəni, “Azərbaycan cəmiyyətinə töhfəsi əsaslandıra bilmədiyini” - irəli 56 sürərək, Saziş üçün danışıqların başlaması yolunu bağlaya bilər. Bu cavab qanuna uyğun olacaq, lakin hüquqa, legitim ictimai mənafelərə və ən əsası əsas insan hüquq və azadlığından olan birləşmək azadlığı hüququnun əsassız, hüquqa zidd məhdudlaşdırılmasına səbəb olacaq. Qaydaların 2.5-ci və 2.6-cı bəndlərində birləşmək azadlığına daha bir legitim olmayan müdaxilə imkanı verilib. “2.5. Tələb olunan sənədlər təqdim olunduqda, filial və ya nümayəndəliyin dövlət qeydiyyatı ilə bağlı sazişin bağlanması- na dair münasibət bildirilməsi üçün aidiyyəti qurumlara sorğu göndərilir. 2.6. Toplanmış rəylərin nəticələri müsbət olduğu halda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən danı- şıqlara başlanılır”. Bu müddəadan aydın görünür ki, toplanmış rəylərin nəticəsinə görə qərar veriləcək. Yəni, rəylərin hüquqi səbəb yaradacağı nəzərdə tutulub. Rəyləri verməsi nəzərdə tutulan “aidiyyəti qurumlar” - anlayışı da geniş şəkildə anlaşı- lan, qeyri-müəyyən bir anlayışdır. Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan “Danışıqlar prosesində təşkilatın Azərbaycan Respublikasının ərazisində gələcək fəaliyyətinin şərtləri” - 5 başlıqda sayılmış, bunlardan ikisi xüsusilə mübahisələndirilə bilən şərtlərdir: “3.2.2. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq; 3.2.4. siyasi və dini təbliğatla məşğul olmamaq”; Bir təşkilatın hüquqi qeydiyyatı üçün “milli-mənəvi dəyərlərə hörmət” - şərtinin qoyulması bir hüquqi səbəb deyildir və geniş mülahizə imkanı verən tələbdir. “Siyasi və dini təbliğatla məşğul olmamaq” - şərtinə gəldikdə, burada da mübahisəli məqamlar çoxdur. Məsələn, demokratiya bir siyasi rejim formasıdır. Öz fəaliyyətinin əsas məqsədi demokratiyanın təbliği olan, idarəetmədə demokratik vərdişlərin  mənimsənilməsini təbliğ edən bir xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qeydiyyatı bu başlıq altında “arzuolunmaz” fəaliyyət hesab edilə bilər və qeydiyyatından imtina üçün “qanuni” əsas ola bilər. Bu Qaydalara əməl etməyi qəbul edərək qeydə alınan istənilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri bu Qaydaların 3.2-ci bəndində göstərilən şərtləri pozduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır. Yəni, məhkəmə qaydasında Onun fəaliyyətinə xitam verilməsi mümkündür. 

2013 və 2014-cü illərdə olan dəyişiklik və əlavələrdən sonrakı durum 

Yuxarıda qeydiyyat üçün icazə sistemini gətirən 16- cı maddənin məhdudlaşdırıcı baxışından bəhs edərkən, həmin normaların 17 dekabr 2013-cü il tarixdə yeni əlavələrlə daha da məhdudlaşdırıcı şəkilə gətirildiyini gö- rürük. Əvvəllər cəmi 2 bənddən ibarət olan Qanunun 16-cı maddəsinə daha iki bənd-16.3 və 16.4 əlavə edildi. Əlavə edilən 16.3-cü maddədə: “Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir”: - deyərək, təsis prosesindən keçmiş və fəaliyyət göstərən təşkilatların da yenidən təsis sənədlərinin yoxlanılacağı, uyğunsuzluq aşkar edilərsə bunu düzəldiləcəyi yer aldı. Əslində, ilk baxışda bu ümumi bir norma kimi görünsə də, praktikada daha öncə özəlliklə qeydiyyata alınmiş və fəaliyyət göstərən nümayəndəliklərin fəaliyyətinə problemlərin ya- 58 radılması mümkün görünür. Əvvəllər bu qurumların qeydiyyatı üçün təsis sənədlərində Saziş şərti yox idi. Həmin qurumlara birbaşa yenidən qeydiyyatdan keçməlisiniz demək də hüquqi baxımdan yanlış olur. Çünki, Normativ Hüquqi aktlar haqqında Konstitusiya Qanununun tələbinə görə qanun lehə olmadıqda geriyə şamil edilə bilməz. Lakin bu norma ilə, dolaylı olaraq yeni hüquqi stuatiya yaradılır. Artıq təsis sənədlərində hər hansı çatışmazlığın müəyyən edilməsi və qarşı tərəfə bildirilməsi ilə 30 günlük müddətdə onun ortadan qaldırılması tələb edilir. Beləliklə, əslində birbaşa olmasa da, mövcud təsis sənədlərinə uy- ğunluq tələbi ilə daha öncə mövcud olmayan normaların yenidən hər kəsə şamil olunmasının yolu açılmış olur. Bu norma qüvvəyə mindikdən sonra, praktikada bir çox beynəlxalq təşkilatın nümayəndəliklərinə özəlliklə başqa məqsədlə müraciətlər olduqda belə, (məsələn qanuni təmsilçinin səlahiyyətinin tanınması, yaxud ünvanın dəyişikliyinin qeydə alınması kimi) bu çatışmazlıqların aradan qaldırılması məqsədi ilə 30 günlük xəbərdarlıqlar göndərilir. Qanunun 16-cı maddəsinə əlavə edilən 16.4-cü maddədə isə “Qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı mü- vafiq icra hakimiyyəti orqanına müraciət edilə biləcəyi”- nəzərdə tutulur. Bununla da daha öncə mövcud olmayan fəaliyyətin müvəqqəti dayandırılması qanunvericiliyə daxil edilmişdir. Bu norma ilə, Ədliyyə Nazirliyinə bu funksiyanı icra etmək səlahiyyəti də ötürüldü. Praktikada, fəaliyyəti insan hüquq və azadlıqlarının vəziyyətini monitorinq edib, hesabatlar hazırlayan beynəlxalq təşkilatların filial və ya nümayəndəliyinin ölkədəki mövcudluğunun davamı sazişdən asılı olduğundan, bu fəaliyyətdən 59 razı olmayan hökumət saziş bağlamaqdan imtina etdiyində ən yaxşı halda beynəlxalq təşkilatların filial və ya nümayəndəliyi fəaliyyətin müvəqqəti dayandırılması üçün Ədliyyə Nazirliyinə müraciət etməkdən başqa yolu qalmayacaq. Bu da mövcud qanuna görə fəaliyyətin dayandırılmasına basqı şəklində yox, qanuni imkanlardan faydalanma kimi xarakterizə ediləcək. 17 dekabr 2013-cü il tarixdə QHT-lərin qeydiyyatına aid olan bir maddəyə də dəyişiklik edildi. Maraqlısı budur ki, dəyişikliyə məruz qalan bu norma 10 iyun 2005-ci ildə yerli və beynəlxalq tələblərdən sonra qanunvericiliyə daxil edilmişdir. Xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinə ilk müraciətlərdən sonra, qanunvericiliyin yaxşılaşdırılması cəhdlərindən biri də qeydiyyatdan imtina hallarının məhz bu qanunda açıq-aşikar və konkret göstərilməsinin zəruriliyi idi. Həmin normada deyilirdi: “Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız həmin ad altında digər qeyri-hökumət təşkilatı mövcud olduqda və ya dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər Azərbaycan Respublikası Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına zidd olduqda və ya sənədlərdə yanlış məlumatlar olduqda imtina edilə bilər”. Təssüf ki, bu norma 17 dekabr 2013-cü il tarixdə bütünlüklə bu Qanundan çıxarıldı və ora bu məzminda: “17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər”- şəklində bir mətn əlavə edildi. İlk baxışdan burda ciddi bir hüquqi mübahisə yaradacaq məqamın olmadı- ğını düşünmək mümkün olsa da, əslində ciddi hüquqi problemlər var. Öncəliklə, QHT və nümayəndəliklərin qeydiyyatından imtina hallarının məhz bu qanunda açıqaşikar və konkret göstərilməsinin zəruriliyi kənara atıldı. 60 İkincisi, qeydiyyatdan imtinada intinad edilən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu özü də son dövrlər ciddi dəyişikliklərə məruz qaldı. Həmin dəyişikliklər daha çox məhdudlaşdırıcı xarakterdədirlər. Belə ki, məhz həmin Qanunda imtinanı tənzimləyən 11-ci maddənin müxtəlif bəndlərinə 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə iki, 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bir və 17 dekabr 2013-cü il tarixli 848- IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bir olmaqla dörd fərqli dəyişiklik və əlavə edilmişdir. Qeyd etdiyimiz kimi, bu əlavə dəyişikliklərin hər birinin mahiyyəti məhdudlaşdırıcı xarakterlidir. Üçüncüsü, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsində imtina halları Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının qanununun mətnindən çıxarılan 17-ci maddəsinə nisbətdə çox geniş sayılmışdır. Məsələn, ümumi şəkildə qeydiyyata təqdim edilən sənədlərin Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olması imtina üçün əsas olduğu göstərildiyi halda, burda: - ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; - hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; - Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 61 - firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar 20 gün müddət ərzində aradan qaldırılmadıqda; Görüldüyü kimi burada sayılan imtina üçün əsaslar çox genişdır və bir çoxunun da konkterliyi yoxdur. Belə səbəblər əslində məmurlara geniş mülahizə səlahiyyəti verir və imtina etmək üçün faktiki olaraq həmişə səbəb tapmaq mümkündür. Təsadüfi deyil ki, 2002-ci ildən sonra yaradılan lakin müxtəlif süründürməçi səbəblərdən qeydiyyata alınmayan QHT-lər kütləvi şəkildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə başladı- lar. 2007-ci il 01 fevral tarixində Ramazanov və digərləri Azərbaycana qarşı, 18 Oktyabr 2007-ci ildə Şeyda Nəsibli Azərbaycana qarşı, 2008-də İsmayılov Azərbaycana qarşı və digər işlərdə Avropa Məhkəməsi Azərbaycan əleyhinə birləşmək hüququnun pozulmasını tanımağa başladı. Hələ bir çox işin kommunikasıya mərhələsində xüsusilə 2005-ci ildə bəzi kosmetik xarakterli də olsa dəyişikliklər oldu və qeydiyyatını gözləyən xeyli təşkilat Avropa Məhkəməsi dalğasını azaltmaq məqsədi ilə dövlət qeydiyyatına alındı. Lakin 2009-cu ildən proses yenidən geriyə işləməyə başladı və qeydiyyat problemi ilk problemlərdən biri kimi Azərbaycanda birləşmək azadlığını təhdid edən amil olaraq qalır. Qeyri-rəsmi olaraq yüzlərlə təşkilatın bu prosesdən keçə bilmədiyi müxtəlif araşdırmalarda aydın şəkildə görünür. Hətta artıq təşkilat qurmağın müm-  künsüzlüyü, insanların ümidsizliyi ilə nəticələnmişdir. Praktikada, birləşmək istəyərək QHT təsis edənlərdən fəaliyyət sahələrinə görə əlaqəli Nazirlik və Komitələrdən dəstək məktubu istənməsi, bu məktub olmadan qeydiyyatın aparılmaması birləşmək azadlığına vurulan ən böyük zərbələrdəndir. Son bir ildə qanunvericiliyin sərtləşdirilməsi ilə paralel olaraq, QHT sektoruna qarşı qaldırılan cinayət işləri, həbslər, bank hesablarının dondurulması, ofislərin möhürlənməsi, bu sektorda işləyən şəxslərin öklədən çıxışlarının məhdudlaşdırılması artıq bu birləşmək niyyətinə düşmənin belə necə təhlükəli oldu- ğu qənaətini yaradır və müstəqil fikirli şəxsləri QHT təsis etmək niyyətlərindən çəkindirir. 

QHT-nin fəaliyyətinə xitam verilməsi

 17 dekabr 2013-cü il tarixdə Qanuna əlavə edilən maddələrdən biri də “19.7-ci” maddə olmuşdur. Daha öncələr bu qanun xarici dövlətin qeyri-hökumət təşkilatlarının nümayəndəlik və filiallarına şamil edilmirdi. Lakin, bu tarixdən sonra yuxarıda qeyd etdiyimiz kimi, qanunun tətbiq dairəsi genişləndirildi. Bu baxımdan yeni məzmunda “Xarici dövlətin qeyri-hökumət təşkilatları digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilatihüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir”- şəklində maddə əlavə edildi. Əslində təsisçinin birləşməsi, yaxud bölünməsi ya da təşkilatı-hüquqi formasını dəyişməsi halında, yeni yaranan qurum nümayəndəliyinin mövcudlu- ğunu və fəaliyyətini davam etdirmək istəyirsə, bu zaman dəyişiklikləri göstərən sənədləri verməklə, dövlət qeydiyyatında müvafiq qeydlər, dəyişikliklər aparılması mümkün olmalı idi. Belə olan halda, dərhal nümayəndəliyin 63 ləğv edilməsi çox radikal yanaşmadır və ləğvetmə ilə bərabər xeyli başqa problemlərin yaranmasına da vəsilə olur. Məsələn, nümayəndəlikdə müqavilə əsasında işləyən insanlar, nümayəndəliyin hüquq subyekti kimi digər qurumlar qarşısında götürdükləri öhdəliklərin icrası faktiki olaraq nəzərə alınmadan, dərhal ləğv edilməsi tənzimləmə xarakterli hesab edilə bilməz. Hüquq yaradan, norma qoyan şəxslər problemlərin həllinə çalışmalı, münasibətlərin tənzimlənməsini öncəlikli olaraq görməlidirlər. Radikal metodlarla problemlərin həllinə yanaşmaq yeni problemlərin yaranmasına səbəb olur. Qanunun 20-ci maddəsinə edilən dəyişiklik və əlavə olunan yeni cümlə: “Qeyri-hökumət təşkilatı ləğv edildikdə həmin qurum tərəfindən əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar və bu məlumatları təsdiq edən sənədlər hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir”- daha çox texniki tənzimləmə xarakterlidir. Odur ki, bunun üzərində geniş durmaq zərurəti görmürəm. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 31.4-ci maddəsində nəzərdə tutulan QHT-nin fəaliyyətinə məhkəmə qaydasında xitam verilməsinə dair “Qeyrihökumət təşkilatına bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı məhkəmənin qərarı ilə ləğv edilə bilər” müddəası da birləşmək azadlığı anlayışına ziddir. Belə ki, “pozuntuların aradan qaldırılması haqqında göstərişin” verilməsinin yetərli olması və bu pozuntunun aradan qaldırılmasından asılı olmayaraq bunun təşkilatın ləğvi səbəbi kimi göstərilməsi ciddi hüquq po- 64 zuntusudur və azadlıqları məhdudlaşdırma baxımından legitim məqsəd daşımamaqdadır. 30 iyun 2009-cu il tarixdə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununa 31.2-1 maddə əlavə edilərək, Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya yanlış məlumatların verilməsinə görə qeyri-hökumət təşkilatına xəbərdarlıq ediləcəyi bildirilmiş, 31.4-cü maddədə isə Qeyri-hökumət təşkilatına bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı məhkəmənin qərarı ilə ləğv edilə biləcəyi müəyyən edilmişdir. Bu maddənin ən diqqət çəkən tərəfi, QHT-yə ediləcək xəbərdarlıqların sayı- nın sürətlə çoxaldılması və QHT-lər üçün ciddi təhlükəyə çevrilməsidir. Xəbərdarlıq edilən hallardan biri, Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyrihökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Xəbərdarlıq edilən hallardan digər biri, Qeyri-hökumət təşkilatının hüquqi ünvanının dəyişdiyində Ədliyyə Nazirliyinə bu barədə 7 gün ərzində yazılı məlumat verilməlidir. Hüquqi ünvanın dəyişməsinə dair bu müddət ərzində xəbər verməyən QHT, xəbərdarlığa məruz qalır. Xəbərdarlıq edilən bir digər hal, QHT-nin aldığı qrant haqqında müvafiq qaydada Ədliyyə Nazirliyinə müqavilənin notarial təsdiqli surətinin 30 gün ərzində verilməməsi xəbərdarlığa səbəb olmaqla bərabər, İnzibati Xətalar Məcəlləsinin 223-1-ci maddəsində Qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün təqdim edilməməsi səbəbindən 1000 manatdan 2500 manata qədər cərimə ilə cəzalandırılır. Yuxarıda xəbərdarlıq edilməsi nəzərdə tutulan halların hər hansı birinin il ərzində iki dəfə baş verməsi, birləşmək azadlığı hüququnu məhdudlaşdıran, yaxud bütünlüklə ortadan qaldıran hal olması, birləşmək azadlığını məhdudlaşdıran legitim məqsədləri ciddi şəkildə aşmaqda, bu sanksiya demokratik cəmiyyətdə zərurilik testinə uyğun gəlməməkdədir. Ümumiyyətlə, istər Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunda, istərsə də Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunda birləşmək azadlığını təhlükəyə salan, onun mahiyyətini əsassız olaraq ortadan qaldıran, azadlığı ciddi və əsassız şəkildə məhdudlaşdıran, icra hakimiyyəti orqanlarına sərhədsiz imtiyaz və səlahiyyətlər verən və demokratik cəmiyyətin davamlılığı üçün zərurilik şərti ilə ayaqlaşmayan, birləşmək azadlı- ğını tamamilə icazə sisteminə bağlayan tənzimləmələrə yer verilməsi, bu qanunları yenidən, demokratik ölkə təcrübələrinə uyğun formada tənzimlənməni zəruri edir.

 Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti 

17 dekabr 2013-cü il tarixdə Qanunun 22-ci maddəsinə “Qeyri-hökumət təşkilatı peşəkar dini fəaliyyətlə məşğul ola bilməz”-məzmununda 4-cü bənd əlavə edildi. Bu normanın qanuna əlavə edilməsindəki məntiq aydın deyil. Qanunun 2.3 və 2.4-cü maddəsində QHT-lərin hansı məqsədlə yaradılmayacağı və fəaliyyət məhdudiyyətləri göstərilib. Ayrıca, dini fəaliyyət qanunla qadağan olunan 66 fəaliyyət deyil. Konstitusiyaya əsasən hər kəsin vicdan azadlığı təminat altına alınıb. Eyni zamanda, Konstitusiyanın 48-ci maddəsinin II bəndinə əsasən: “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır“. “Dini fəaliyyətlə məşğul olmaq”- ifadəsini açmağa çalışsaq, bura dini etiqadı, ibadəti və əqidəsini ifadə etmə və yaymanı daxil edə bilərik. Konstutisuyada sərbəst olan bir haqqı, azadlığı Qanunda məhdidlaşdırmaq, hüquq prinsipinə uyğun deyil və Konstitusiyanın 71-ci maddəsinin tələbərinin də nəzərə alınmamasıdır. Həmin maddə, qanunqoyucunun iradəsini məhdudlaşdırır və hətta hakimiyyətin bütün qollarının Konstitusiyada müəyyən olunan hüquq və azadlıqlara daha çox məhdudiyyətlərin gətirilməsinə imkan vermir. Bu aspektdən yanaşdıqda, Qanuna əlavə edilən 22.4-cü maddə Konstitusiyanın 48-ci maddəsi ilə ziddiyyət təşkil edir. 15 fevral 2013-cü ildə Qanuna bütöv bir yeni maddə- 24-1-ci maddə əlavə edildi. Maddə İanə və qrantlar başlı- ğını daşıyır. Lakin, maddə bütünlüklə ianələrə həsr edilib. Qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətlərin “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndıyı vurğulanır. Bu maddənin Qanuna girişi 15 fevral 2013-cü il olsa da çox sürətlə bu maddəyə yeni əlavələr edildi. Öncə 17 dekabr 2013-cü il tarixli Qanunla əvvəlcə maddədə yer almayan “xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri”- sözləri əlavə edildi. Beləliklə, Azərbaycanda iri qrant layihələrini həyata keçirən, böyük vəsaitlərin idarə olunması təcrübəsi olan xarici təşkilatların filial və nümayəndəlikləri də yerli QHT-lərə yaradılan qrant 67 və ianələrin qeydiyyatı problemləri ilə üz-üzə buraxıldılar. Daha sonra 17 oktyabr 2014-cü il tarixli 1082-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddəyə yeni bir norma: “Azərbaycan Respublikasının vətəndaşı, yaxud Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi)”- da əlavə edildi. Beləliklə, sadəcə bu kateqoiya qurumlardan iaənə alına biləcəyi müəyyənləşdirildi. Ayrıca sadəcə Sazişlə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlik və filialının verdiyi və ya aldığı yardımların, ianələrin bura daxil edilməsi, digər formada yardımların, ianələrin verilməsinin və qəbul edilməsinin mümkün olmadığını göstərir. Ayrıca, bu norma gətirilən zaman 17 Aprel 1998-ci il, № 483-IQ saylı Qrant Haqqında Azərbaycan Respublikası Qanununa da paralel olaraq eyni mahiyyətdə əlavə və dəyişikliklər edildi. 17 Dekabr 2013-cü il tarixli, 852- IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Qrant haqqında Qanunun giriş maddəsi bu formada dəyişdirildi. “Bu Qanun Azərbaycan Respublikasında qrantların (o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların) verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyir”. İanələrlə bağlı məhdudlaşdırıcı müddəalar yuxarıda qeyd etdiyimiz 24- 1-ci maddədə gətirilmiş, geri qalan bütün digər yardımların isə bu qanunla tənzimlənəcəyi bildirilmişdir. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda mövcud olan “qrant“ anlayışı da 15 fevral 2013-cü il tarixli 560-IVQD nömrəli Azərbaycan Respublikasının Qa- 68 nunu ilə ciddi təftişə məruz qalmış: ”“Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz”- şəklində məhdudlaşdırıcı müddəalar əlavə edilmişdir. Bununla məhdudlaşdırmaların gətirilməsi dayanmadı, 28 oktyabr 2014-cü il tarixli 1095-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun anlayışlar hissəsinə 1-1 maddə əlavə edildi. Əlavədə: “Sub-qrant - qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin (qərarın) icrası məqsədi ilə ayrıca qrant müqaviləsinə (qərarına) əsasən verilən vəsaitdir”- deyərək, subqrantların təsviri genişləndirilərək verildi. Paralel olaraq 17 oktyabr 2014-cü il tarixli 1081-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Qrant Haqqında Qanunun 2-ci maddəsinə geniş əlavə edildi. Əlavədə göstərilir ki, “Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının 69 Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər. Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. 5-1. Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” 14 Noyabr 2014-cü il tarixli, № 346 saylı, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014- cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində “... donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin”. Lakin 14 yanvar 2015-ci ildə bu müddət başa çatsa da yeni tənzimləmə müəyyən edilməyib. Faktiki olaraq, xarici mənbədən qrantların alınması dayandırılıb. Bu məhdudlaşdırıcı normaların qəbul edilməsi ilə, daha öncələr ölkədə nümayəndəliyi və ya filialı olmayan, lakin Azərbaycandakı qurumlara qrant və ianə verən xarici donor qurumlar mövcud idi. Ayrıca, diplomatik korpus üzvləri olan müxtəlif səfirliklər də yerli QHT-lərə müəyyən miqdarda qrant və ya ianə verirdilər. Bu dəyişikliklərlə sadəcə hökumətin müəyyən etdiyi siyahıya daxil edilən qurumlar qrant münasibətlərndə donur kimi tanınacaqlar. Qrant haqqında Qanunun 3-cü maddəsinə də 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Azərbaycan Respubli- 70 kasının Qanunu ilə dəyişiklik olunmuş, Qanunda nəzərdə tutulan resipiyent anlayışı da məhdudlaşdırılmışdır. Yeni tənzimləməyə əsasən, “Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri (həmin resipiyentlər yalnız bu Qanunun 2-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş donorlardan, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) olan donorlardan qrant ala bilərlər. Beləliklə, qeyr-kommersiya qurumları, onların filial və nümayəndəlikləri Azərbaycanda saziş bağlayaraq fəaliyyət gstərməyən xarici mənbələrdən qrant alması qadağan edilir. Bu norma əslində Nazirlər Kabinetinin müəyyən edəcəyi siyahının da mahiyyətini bəri başdan açır. Bu siyahının çox məhdud bir siyahı olacağını təxmin etmək çətin deyil. Ümumiyyətlə, Qrant haqqında Qanuna əlavə edilən son digər dəyişikliklər də tamamilə məhdudlaşdırıcı mahiyyətdədir. 17 dekabr 2013cü il tarixli dəyişikliklə Qrant Haqqında Qanunun 4-cü maddəsinə əlavələr edildi. Həmin əlavənin mahiyyəti ondan ibarətdir ki, qrantlar qrant alan tərəfindən qeydiyyata təqdim edilməli və qeydiyyata alınmalıdır. Ayrıca, qeydiyyata alınmaq sadəcə qrant müqavilələrinə deyil, sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur. Bu tarixdən etibarən, qeydə alınmayan qrant 71 verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparı- la bilməz. Maraqlı məsələlərdən biri budur ki, Qanunun 4-2-ci maddəsinə əsasən qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydasının müvafiq icra hakimiyyəti orqanı olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Bu şərt, 14 Noyabr 2014-cü il tarixli, № 346 saylı,“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapıb. Son bir ildə ən problematik məsələlərdən biri, Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli,  № 240 saylı Fərmanı ilə 2014-cü il noyabrın 1-dən ləğv edilməsi qərarlaşdırıldı. Həmin Fərmanın son bəndində nəzərdə tuutlurdu ki, 2014-cü ilin 1 noyabr tarixindən etibarən Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək yeni qaydalar qüvvəyə minəcək. Lakin 1 Noyabr 2014-cü ildə hər hansı Qayda müəyyən edilmədən, əvvəlki Qaydalar öz qüvvəsini dayandırdı. 14 Noyabr 2014-cü tarixli, 14 noyabr 2014-cü il, № 346-saylı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 240 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə başqa bir Prezident Fərmanı imzalandı. Həmin Fərmanda isə “2014-cü ilin 1 noyabr tarixindən etibarən Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək yeni qaydalar qüvvəyə minmənisini”- nəzərdə tutan 3-cü bənd ləğv edildi. Beləliklə, əvvəlki qaydaların hüquqi qüvvəsi bitdi, yeni qaydaların isə nə zamana hazır olub, qüvvəyə minəcəyinə dair hər hansı norma müəyyən 72 edilmədi. Yəni, bilərəkdən “hüquqi boşluq” yaradıldı. Qanunda qeydə alınmayan qrantlar üzrə əməliyyatın aparılması qadağan edildiyindən və buna görə yüksək miqdarda inzibatə cərimələr müəyyən edildiyindən yeni stuatsiyada bütün qrantların verilməsi və icrası qadağan edilmiş oldu. Bu normanın hüquqa uyğunluğunu müzakirə etmək belə artıqdır. Çünki, həm hüquqi, həm də faktiki olaraq QHTlərin, beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin fəaliyyəti dayandırılıb. Bu Avropa İnsan hüquqları Konvensiyasının 11-ci, Azərbaycan Respublikası Konstitusiyasının 58-ci, 71-ci maddələrinə zidddir və legitim-hüquqi mənafelərə xidmət göstərmir. Burdakı məhdudiyyətin söykənəcəyi ağılabatan hüquqi mənafe yoxdur. 17 dekabr 2013-cü il tarixdə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununa 24-1.ci-maddəsinə əlavə edilən 4–cü bənddə göstərilir ki, İanə edilən pul vəsaitləri qeyrihökumət təşkilatının, habelə xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin bank hesabına köçürmə yolu ilə qəbul edilir və yalnız iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər. Beləliklə, kommersiya hüquqi şəxsləri ilə qeyri-kommersiya hüquqi şəxsləri arasında bir ayrıseçkilik yaradı- lıb. Kommersiya hüquqi şəxsi üçün və ya digər QHT və nümayəndəlik olmayan qeyri-kommersiya qurumlarına bu məhdudiyyət tətbiq edilmədiyi halda, qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin nağd ianə qəbul etmək imkanları məhdudlaşdırıb. Bu norma yuxarıda geniş şəkildə iah edilən Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulan bərabərlik hüququnun pozulmasıdır. Ayrıca, ölkədə maliyyə sistemındə qanunvericiliyə görə hesablaşmalar nağd və köçürmə yolu ilə mümkün olmasına, 73 nağd ödənişlərdə bir məhdudiyyət tətbiq edilmədiyinə baxmayaraq, qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə bu imkanın verilməməsi hüquq qarşısında ayrıseçkiliyin tətbiq edilməsidir. Başlıca gəlir mənbəyi qrant, bağışlar və ianələr olan bu qurumların bü- tün gəlirlərinin məqsədə yönəldiyi hüquqi məcburiyyət olduğu bilindiyi halda, onlara belə süni problemlərin yaradılması hüquq tənzimləmə adı altında fəalyyət sferalarının daraldılması legitim hüquqi mənafə hesab edilə bilməz. QHT-lərin şəffaflığından narahatçılıqla da bunları izah etmək mümkün deyil. Çünki, bu qurumlar digər kommersiya hüquqi şəxslərindən daha çox hesabatlıdırlar. Mövcud qanunvericiliyin tələbinə əsasən bu qurumlar hər rübdə bir dəfə və ildə bir dəfə olmaqla 5 dəfə, əgər tək sadələşdirilmiş yox, ƏDV və mənfəət vergisi üzrə də ödəyicidirlərsə, o zaman il ərzində 10 dəfə Vergilər üzrə, 5 dəfə DSMF üzrə, 1 dəfə maliyyə, hər ünvan dəyişikliyi, toplantı keçirmə, qrant alma, qrantda müddət dəyişməsi, məqsəd dəyişməsi, qrant üzrə xidmət göstərilməsi durumlarında isə Ədliyyə Nazirliyinə hesabatlar, sənədlər təqdim edir. Beləliklə, bəzən bir il ərzində 20-dən çox hesabat təqdim edir. 17 dekabr 2013-cü il tarixdə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 24-1-ci maddəsinə əlavə edilən 5-ci bənd, 10 ay keçməmiş, yəni daha doğru-dürüst tətbiq imkanı tapmamış 17 oktyabr 2014-cü il tarixli 1082-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bir daha dəyişikliyə məruz qaldı. İlkin mətndə bildirilirdi ki, Qeyrihökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə 74 məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilir. Sonrakı dəyişiklikdən sonra mahiyyət tamamilə dəyişdirildi. Son versiyada deyilir ki: “Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.” Əlləvki redaksiyada illik maliyyə hesabatına salınma yetərli idi isə, son versiyada bu maddənin mahiyyəti də digər əlavələrdə olduğu kimi məhdudlaşdırıcı xarakterə çevrildi. Burada ən ciddi problemlərdən biri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etməli olduğu ianənin məbləği və digər məlumatların yer alacağı qaydanın hansı müddət ərzində hazırlanmasına dair heç bir şərtin olmamasıdır. 14 noyabr 2014-cü il tarixli, № 345 saylı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında da bu qaydaların mövcud olmadığı zaman dilimində faktiki olaraq dayandırılan fəaliyyətin aqibəti qeyri-müəyyən qalıb. Çünki, bu maddənin son cümləsi “Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz”-deyərək, qeyri-müəyyən müddətdə formalaşacaq qaydaların yoxluğunda əməliyyatlara da icazə vermir. Beləliklə, praktiki və hüquqi olaraq bu istiqamətdəki bütün fəaliyyətlər dayandırılıb. Bu birləşmək azadlığı- nı təmədən yox edən anlayışdır və fəaliyyətin tammailə məhdudlaşdırılmasıdır. 75 2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli Azərbaycan Respublikasının Qanununu ilə “24-2”-ci maddə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununa əlavə edilib. Maddə “Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi”- adlanır. Bilindiyi kimi Qanunda QHT-lərin məhdud şəkildə kommersiya fəaliyyəti ilə məşğul olmaları mümkündür. Bu Qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar şəklində nəzərdə tutulub. Daha öncə qanunvericiliyə ard-arda salınan ciddi nəzarət sistemi ilə QHT-lərin aldığı qrant, ianə, yardım və digər bağışlarının qeydiyyata alınması məcburiyyəti gətirilmişdisə, bu yeni maddə ilə: “Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur”- deyərək, xidməti müqavilələrin də qeydiyyatının məcburiliyi gətirildi. Həmin maddənin 2-ci bəndində isə “Müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.”-deyərək inzibati məsuliyyət yarandığını bildirir. Beləliklə, digər bütün subyektlərdən, fiziki və hüquqi şəxslərdən fərqli olaraq QHT-lərin bağladıqları xidməti müqavilələrin qeydiyyata alınması bu qurumların ciddi şəkildə hüquqi diskrimnasiyaya məruz qaldıqlarını göstərir. Praktiki olaraq bu dəyişiklik ilə QHT-lərin hər bir addımı dövlət qurumunda qeydiyyat şərti ilə mümkün olur. Bu normanın gətirilməsi, praktikada qrant qeydiyyatı zamanı yaranan hüquqi və praktiki problemlərin xidməti müqavilələrin qeydiyyatında da yaşanacağını 76 göstərir. Xarici mənbələrdən alınan Qrant müqavilələri qeydiyyata təqdim edilsə də praktikada son bir ildir heç bir müqavilə qeydiyyata alınmayaraq, həmin qrant üzrə bank əməliyyatları qadağan edilib. 14 noyabr 2014-cü il tarixli, № 345 saylı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.2.2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılır ki, 2 ay müddətində Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24- 2.1-ci maddəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin qeydə alınması qaydasını müəyyən etsin; 14 Yanvar 2015-ci ildə nəzərdə tutulan 2 aylıq müddət bitsə də heç bir tənzimləmə yoxdur və nə vaxt olacağı məlum deyil. Bununla da biz Qrantların qeydiyyata alınmasında yaranan hüquqi problemin xidməti müqavilələrin qeydiyyatında da anoloji olaraq davam edəcəyini iddia etmək mümkündür. Ümumiyyətlə, xidməti müqavilələrin də qrantlar kimi xüsusi olaraq bir neçə prosedurdan keçərək, tərcümə edilərək, notaryusda təsdiq olunaraq dövlət qeydiyyatına təqdim edilməsi, həmin qurumdan qeydiyyata alındığına dair bildiriş alınmadan, bank əməliyyatlarının qadağan olunması, yüksək miqdarda inzibatə məsuliyyətlərin müəyyən edilməsi, ayrıca dövlət məmurlarının fəaliyyətsizliyinə görə heç bir məsuliyyətin olmaması, QHT-nin sadəcə qeydiyyatında deyil, fəaliyyətinin bütün mərhələsində dövlət qeydiyyat qurumundan asılılığı ciddi şəkildə birləşmək azadlığının 77 pozuntusudur və yuxarıda isnad etdiyimiz beynəlxalq sənədlərə, Konvensiyanın 11-ci maddəsinə, Konstitusiyanın 58-ci, 25-ci, 71-ci maddələrinə açıq-aşkar zidd tənzimlənmədir. 17 dekabr 2013-cü il tarixdə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununa əlavə edilən 26.4-cü maddənin mahiyyəti də digər əlavələr kimi hüquqi baxımdan mübahisəlidir. Əlavədə deyilir ki: “İctimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilmir.” İlk baxışdan normal yanaş- ma kimi görünsə də, əslində müahisəli məqam var. Bəzən bütün prosedurlar planlaşdırılan vaxtda baş tutmaya bilir. Hətta, bəzən seçkili dövlət qurumlarına da vaxtında yeni seçki keçirilmədiyi olur. Məsələn hazırda parlamentdə bir neçə deputat yeri uzun müddətdir ki boş- dur və seçki keçirilmir. Belə olan halda, son seçilmiş heyət, yaxud şəxslər yeni seçkilərin keçirilməsi və sələflərin seçilməsinədək həmin funksiyanı icra edir. Ayrıca, qurumların nizamnamələrində bu boşluğu doldura bilən müddəalar da olur. Müxtəlif obyektiv səbəblərdən İctimai birliklərin illik toplantıları nizamnaməsində göstərilən müddətdə baş tutmayıbsa, onun rəsmi və səlahiyyətli orqanlarının, şəxsinin səlahiyyətsiz elan edilməsi və qurumun fəaliyyətinin iflic edilməsi hüquqi tənzimləməni təmin etəməkdən çox, hüquqi problem yaratmağa xidmət edir. İctimai birliklərin zamanında qanuna uyğun şəkildə formalaşmış icra orqanlarının nizamnamədə göstərilən vaxtda hər hansı bir obyektiv səbəbdən toplanmaması və yenidən formalaşması təşkilatın fəaliyyətini iflic etməməlidir. Burada yeni icra orqanlarının formalaşması üçün müəyyən əlavə müddət tanına bilərdi. Bu forma- 78 da sərt tənzimləmələrin gətirilməsi, daha çox könüllülük əsasında birləşərək fəaliyyət göstərən ictimai qurumların funksionallığına ciddi problem yaradır. 17 dekabr 2013-cü il tarixdə yeni məzmunda tərtib olunan Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinin məqsədi Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərin fəaliyyətində şəffaflığın təmin etməsini hədəflədiyi görüntüsü yaradır. Lakin mddənin sonuncu cümləsindəki “müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər”- şəklindəki əmredici normanın mahiyyəti açıq deyil. Çünki, tədbirlərin mahiyyəti məlum deyil. 17 dekabr 2013-cü il tarixdə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununa əlavə edilən 30-1-ci maddənin mahiyyəti başdan-sona mübahisəlidir eyni zamanda QHT və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətini nəzarət aldı- na almaq və məhdudlaşdırmaq xarakterlidir. Maddənin adında onun məqsədi: “Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi”- kimi təqdim edilsə də gerçək məqsəd bu qurumların fəaliyyətinə problemlər yaratmaqdır. Maddənin içərisində bunu görmək mümkündür. Belə ki, 1-ci bənddə Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi  qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 1 fevral 2014-cü il tarixli, № 97 saylı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2013- cü il 17 dekabr tarixli 849-IVQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bu qurum Azərbaycan Respublikasının Ədliyyə Nazirliyidir. Bu maddə ilə hədəfə götürülmüş QHT-lərin fəaliyyətini yoxlamaq üçün Ədliyyə Nazirliyinə nazirliyin və digər qurumların nümayəndələrini cəlb etmə imkanı vermişdir. Praktikada SMDT-nin fəaliyyətinə xitam verilərkən, QHT-liderlərinə qarşı açılan cinayət işlərində bu formada “cəlb edilən mütəxəssislər” əslində peşəkar kimi davranmamış, qanunvericiliyin tələblərini doğru şərh etməmiş, nəticədə QHT-lərin və onların liderlərinin cəzalanmalarına “qanuni yardım” etmişdirlər. Ayrıca, bu maddədə yoxlama prosesinə maneələr yaratmanın inzibati pozuntu kimi məsuliyyət yaradacağı da maddədə bildirilib. Göründüyü kimi məqsəd ictimai birliklərin və digər qurumların fəaliyyətinə məhdudiyyətlər yaratmaqdır. 

Qeyri-Hökumət Təşkilatlarının məsuliyyəti 

17 dekabr 2013-cü il tarixdə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsi tamamilə yeni redaksiyada təqdim edilmişdir. Bu maddə 30 iyun 2009- cu il tarixli 842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əslində sərtləşdirilmiş, maddəyə daha öncə mövcud olmayan iki fərqli cəza əlavə edilmişdi. Birincisi, Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya yanlış məlumatların verilməsinə görə qeyri-hökumət təşkilatına 80 xəbərdarlıq edildiyi qərarlaşdırılmış, ikincisində isə Qeyrihökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verildiyi bildirilmişdi. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Yeni redaksiyada isə eyni müddəalar qalmaqla bərabər, ilk fərq, sadəcə Qeyri-hökumət təşkilatı yox, həm də xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin məsuliyyətə cəlb olunacağını görürük. Ikincisi, bu qurumların yol verdikləri pozuntuları 30 gün ərzində aradan qaldırmazlarsa onların fəaliyyəti məhkəmə qərarı ilə bir ilədək müddətə dayandı- rıla biləcək. Ayrıca, dayandırılmaya əsaslar gen-bol şəkildə sayılıbdır. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törətmək və pozuntuya görə inzibati məsuliyyətə cəlb edildikdən sonra qurum tərəfindən həmin pozuntuların aradan qaldırılılmaması halına Ədliyyə Nazirliyinin tələbi ilə, qeyri-hökumət təşkilatının icra orqanı tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasının müəyyən edilməsi halında üzvlərin tələbi ilə onun fəaliyyətinin məhkəmə tərəfindən bir il dayandırılması gətirib çıxaracaq. Doğrudur, 31.7-ci maddədə fəaliyyətin dayandırılmasına səbəb olmuş pozuntuların aradan qaldırılması halında Ədliyyə Nazirliyinin və hüququ pozulmuş şəxsin müraciəti ilə vaxtından əvvəl bərpa oluna biləcəyi göstərilib. Lakin, bütünlüklə, maddənin mahiyyətində cəzalandırma, məhdudlaşdırma, dayandırma kimi ancaq məhdudlaşdırıcı normalar önə çıxarılmışdır. 81 Bu maddə ilə gətirilən digər önəmli məhdudiyyət, Qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyrihökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi Ədliyyə Nazirliyinin müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Bu norma da digər normalar kimi müddəası da birləşmək azadlığı anlayışına ziddir. Belə ki, “pozuntuların aradan qaldırılması haqqında göstərişin” verilməsinin yetərli olması və bu pozuntunun aradan qaldırılmasından asılı olmayaraq bunun təşkilatın ləğvi səbəbi kimi göstərilməsi ciddi hüquq pozuntusudur və azadlıqları məhdudlaşdırma baxımından legitim məqsəd daşımamaqdadır. Bu maddənin ən diqqət çəkən tərəfi, QHT-yə ediləcək xəbərdarlıqların sayının sürətlə çoxaldılması və QHT-lər üçün ciddi təhlükəyə çevrilməsidir. Xəbərdarlıq edilən hallardan biri, Qeyrihökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Xəbərdarlıq edilən hallardan digər biri, Qeyri-hökumət təşkilatının hüquqi ünvanının dəyişdiyində Ədliyyə Nazirliyinə bu barədə 7 gün ərzində yazılı məlumat verilməlidir. Hüquqi ünvanın dəyişməsinə dair bu müddət ərzində xəbər verməyən QHT, xəbərdarlığa məruz qalır. Xəbərdarlıq edilən bir digər hal, QHT-nin aldığı qrant haqqında müvafiq qaydada Ədliyyə Nazirliyinə müqavilənin notarial təsdiqli surətinin 30 gün ərzində 82 verilməməsi xəbərdarlığa səbəb olmaqla bərabər, İnzibati Xətalar Məcəlləsinin 223-1-ci maddəsində Qrant verən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, yaxud Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar və ya qrant alan Azərbaycan Respublikasının resipiyentləritərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 min manatadək miqdarda, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək miqdarda, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək miqdarda cərimə ilə cəzalandırılır. Problematik məsələlərdən biri budur ki, bu norma 2008-ci ilin 12 dekabr tarixinədək 20 manatdan 50 manatadək nəzərdə tutulmuşdu. 18 dekabr 2008- ci il tarixli 740-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə İnzibati Xətalar Məcəlləsindəki bu cərimənin miqdarı 50 dəfə artırıldı və 1000 manatdan 2500 manatadək qaldırıldı. 15 fevral 2013-cü il tarixli 563-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə cərimənin miqdarı və əhatə etdiyi kateqoriya bir az da genişləndi və vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatədək cərmələnməsi qərarlaşdırıldı. 6 il öncəsinədək maksimum cərimə miqdarı 50 manatdan 7500 manatadək, yəni 150 dəfə ağırlaşdırıldı. Eyni miqdarda cərimə Dini qurumlar tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələr və qərarlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə də tətbiq edilir.- 83 Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə nəzərdə tutulan cərimə daha da yüksəkdir. 5 fevral 2013-cü il tarixli 563-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə əlavə edilən bu yeni norma ilə “inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 8000 min manatdan 15000 manatadək miqdarda cərimə edilir. 7 dekabr 2013-cü il tarixli 850-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə 223-1.4 maddə əlavə edilmiş, “Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri, yaxud banklar tərəfindən “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə” –də vəzifəli şəxslərin 1500 yüz manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslərin 5000 manatdan 8000 manatadək miqdarda cərimə edilməsi qərarlaşdırılmışdır. Yuxarıda xəbərdarlıq edilməsi nəzərdə tutulan halların hər hansı birinin il ərzində iki dəfə baş verməsi, birləşmək azadlığı hüququnu məhdudlaşdıran, yaxud bütünlüklə ortadan qaldıran hal olması, birləşmək azadlığını məhdudlaşdıran legitim məqsədləri ciddi şəkildə aşmaqda, bu sanksiya demokratik cəmiyyətdə zərurilik testinə uy- ğun gəlməməkdədir. Ayrıca, cərimələrin ölkədəki maliyyə- iqtisadi artıma paralel olmadan, 150-dəfələrlə artırılma- 84 sındakı məqsəd də aydın şəkildə tənzimləmə xarakterli olmayıb, məhdudlaşdırıcı xarakterlidir. Hər hansı inzibati pozuntuya yol verən qurumun bu pozuntuya görə yüksək miqdarda cərimələnməsindən sonra, bu hərəkətin eyni zamanda bağlanmaya da əsas təşkil etməsi, bir hərəkətə görə bir cəza mexanizmini aşaraq, həm cərimələnmək, həm də iki dəfə cərimələndiyi halda paralel ləğv edilmək təhlükəsi ilə qarşı-qarşıya qalmaq heç bir halda birləşmək azadlığı anlayışı ilə uzlaşmır. Ümumiyyətlə, 31-ci maddənin ruhunda fundamental azadlıqlardan olan birləşmək azadlığının özünü zədələmədən, digər legitim mənafelər üçün tətbiq oluna biləcək məhdudiyyətlərin heç bir elementi yoxdur. Sadəcə, inzibati reqlamentdən doğan pozuntulardan söhbət getsə də, nəticədə fundamental azadlığın özünü ortadan qaldıran dayandırma, ləğvetmə kimi ağır sanksiyalara yer verilmişdir. Bu baxımdan, maddənin mənimsədiyi tənzimləmə həm beleynəlxalq hüquq normalarına, həm də Azərbaycan Respublikası Konstitusiyasına zidddır. 17 dekabr 2013-cü il tarixli 850-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu İnzibati Xətalar Məcəlləsinə 4 yeni maddə -340-2-ci, 340-3-cü, 340-4-cü və 340-5-ci maddələr əlavə edilib. Dəyişikliklərdən biri olan 340-2-ci maddə qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulması- dır. Maddəyə əsasən, “Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən: - qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər hansı fəaliyyətin həyata keçirilməsi; 85 - ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmaması; - sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin təşkilatın məqsədlərinə yönəldilməməsi; - könüllü fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmaması; - nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə zidd fəaliyyət göstərməsinə görə: - vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək miqdarda, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək miqdarda cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə bir digər əlavə 340-3-cü maddədir. Maddəyə əsasən, Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və qanunvericiliyə uyğunluğunun öyrənilməsinə maneələrin törədilməsi inzibati məsuliyyət yaradır. Maddəyə əsasən: - Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunlu- ğunun öyrənilməsinə maneələrin yaradılmasına; - sorğulara cavab verilməməsinə; - tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə; - yanlış məlumatların verilməsinə görə - vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək miqdarda, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək miqdarda cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə edilən bir digər əlavə ilə Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri- 86 hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların vaxtında aradan qaldırılmamasını cəzalandırır. Qeyri-hökumət təşkilatları, xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların vaxtında aradan qaldırılmamasına görə -vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək miqdarda, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək miqdarda cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə əlavə edilən bir digər əlavə ilə Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydalarının pozulması cəzalandırma səbəblərindən bir digəridir. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatı- na alınmadan fəaliyyət göstərməsinə görə - fiziki şəxslər 1000 manatdan 2500 manatadək miqdarda, vəzifəli şəxslər 2500 manatdan 3000 manatadək miqdarda, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək miqdarda cərimə edilir. Bu tənzimləmə ilə İnzibati Xətalar Məcəlləsinə əlavə edilən bu maddələrin hər birində inzibati cəzalara əsas təşkil edən bütün məsələlər əslində tamamilə süni yaradılan problemlərdir. Cərimələrin miqdarının astronomik olması isə bu baxımdan məqsədin birləşmək azadlığına zərbə vurmaqdır. Eyni məsələdə fərqli tənzimləmənin olması, eyni vəzifələrin icrası zamanı fərqi məsuliyyətin müəyyən edilməsi 2009-cu ildə Konstitusiyaya edilən son düzəlişlərdən sonra 25-ci maddəyə əlavə edilmiş 5-ci bəndə 87 xüsusilə ziddir. Konstitusiyaya əsasən ”Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”. İnzibati Xətalar Məcəlləsinin 240- 3-cü maddəsində qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin Ədliyyə Nazirliyinin sorğuların cavab verməməsinə görə 3000 manatadək cərimələnməsi nəzərdə tutulduğu halda, İnzibati Xətlar məcəlləsinin 181-3.3-cü maddəsinə əsasən, Ədliyyə Nazirliyi tərifindən qeyri-hökumət təşkilatlarının, xarici qeyrihökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin, o cümlədən vətəndaşların yazılı informasiya sorğusunu qəbul etməkdən imtinaya görə maksimum 300 manat cərimələnməsi nəzərdə tutulur. Eyni məsələdə fərq 10 dəfədir. Bu çox aydın şəkildə göstərir ki, qanunlar hüquqa və ədalətin təmin olunmasına xidmət etmir. 

 Təkliflər 

Konstitusiyanın 58-ci maddəsinin mahiyyətinə uyğun olaraq, birləşmək hüququnun qanuni tənzimləməsini müəyyən edən qanunvericilik- Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunu, Qrant Haqqında Azərbaycan Respublikası Qanunu, İnzibati Xətalar Məcəlləsinnin müvafiq normaları, Azərbaycan Respublikası Prezidentinin bu sahə üzrə Fərmanları, Nazirlər Kabinetinin bu sahə üzrə qərarları yuzarıda qeyd edilən hüquqi problremlər də nəzərə alınaraq monitorinq edilməli, yenidən işlənməlidir. Konstitusiyanın 58-ci maddəsində birləşmək azadlığı daha geniş şəkildə qorunur və birləşmək azadlığının həyata keçirilməsi üçün hər hansı məhdudlaşdırıcı qanuni prosedurların zəruriliyi nəzərdə tutulmur. Konstitusiya ilə nəzərdə tutulmayan bir prosedurun Qanunda nəzərdə tutlması və üstəlik bu prosedurlarda çoxlu məhdudlaşdırıcı normaların olması Konstitusiyanın mahiyyətinə-ruhuna ziddir. Qanunla birləşmək azadlığın tənzimlənməsi müəyyən proseduralara tabe tutula bilər, lakin, bu proseduralarda azadlığı məhdudlaşdıran normalar yox, onun reallaşmasını asanlaşdıran və tənzimləyən normalar olmalıdır. 
1. QHT və fondların, ictimai birliklərin, qeyri-kommersiya qurumlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktları demokratik dəyərlərə hörmət göstərən ictimaiyyətin iştirakı ilə (QHT sektorunun, siyasi partiyaların, media nümayəndələrinin və müstəqil ekspertlərin aktiv iştirakı və konsensusu ilə) yenidən işlənməli, mövcud qanunlarda olan, eyni zamanda sonradan daxil edilən azadlıqları məhdudlaşdıran 89 və daraldan, habelə onun həyata keçirilməsini çox qəliz proseduralara bağlayan normalarından imtina edilməli, azadlıqları sadəcə Azərbaycanın qoşulduğu beynəlxalq hüquq normaları, Avropa İnsan Hüquqları Məhkəməsinin prisedent hüququ və beynəlxalq təşkilatların o cümlədən Venetsiya Komissiyasının rəyləri nəzərə alınmaqla tənzimləyən qanunvericilik halına gətirilməlidir.

2. Konstitusiyada birləşmək azadlığının əvvəlcədən müvafiq dövlət orqanından icazə alınaraq həyata keçirilməsini nəzərdə tutan norma olmadığından, birləşmək azadlığıni reallaşdırmaq istəyən və QHT quran şəxslərin, habelə xarici qeyri-kommersiya qurumlarının filial və nümayəndəliklərinin qeydiyyat proseduraları sadələşdirilməli, qeyri-kommersiya qurumlarının qeydiyyatının mətbu orqanlarda olduğu kimi bildiriş sisteminə keçirilməsi təmin edilməlidir. İstənilən hüquqi və fiziki şəxslər və ya şəxslər qrupu öncədən icazə almadan birləşə bilməli və buna dair bir bildirişi müvafiq dövlət orqanına verərək, müəyyən vaxtdan sonra (ən çoxu bir həftə) sərbəst fəaliyyətə başlaya bilməlidir. Müvafiq dövlət orqanı 1 həftə ərzində eyni adda hüquqi şəxsin qeydiyyatda olması halı istisna olmaqla, həmin təşkilatı rəsmi dövlət qeydiyyatına götürməli və təsisçilərə şəhadətnamənin surətini təqdim etməlidir. Bütün hallarda, təşkilat 1 həftə sonra hüquqi fəaliyyətə başlaya bilməlidir.

 3. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunda QHT-lərə dair normalar tamamilə yenilənməli, dövlət qeydiyyatı bildiriş sisteminə görə sadələşdirilməş formada həyata keçirilməli, le- 90 gitim hüquqi məqsədə söykənməyən normalar ləğv edilməlidir.

 4. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu ilə bərabər, QHT və Fondlar üçün Nümunəvi Nizamnamə təsdiq edilməli, bu Nizamnamədə istər birliyin, istərsə də fondun vahid idarəetmə forması müəyyən edilməli, bütün QHT-lər bu formaya uy- ğun idarəetmə sistemi mənimsəməlidir. Beləliklə, Nizamnamələrin Qanunvericiliyə uyğunsuzluğuna dair bir iddianın ortaya çıxmasının qarşısı alınacaq. Ayrıca, bu Nümunəvi Nizamnamədə QHT-lərin Konstitusiyada və Avropa İnsan Hüquq və Azadlıqlarına dair Konvensiyada birləşmək azadlığının məhdudlaşdırılmasını tələb edən legitim əsaslar göstərilərək, QHT-lərin fəaliyyətinin çərçivəsi müəyyən edilməli, beləliklə, bu çərçivə hər kəs üçün öncədən müəyyən etdiyi və qəbul etdiyi fəaliyyət çərçivəsi olmalıdır. Nümunəvi Nizamnamədə QHTlərin hüquqa uyğun fəaliyyət istiqamətlərini seçmək sərbəstliyi təmin edilməlidir. Beləliklə, QHT-lərin hüquqa uyğun fəaliyyəti təmin ediləcək.

 5. Qeyri kommersiya qurumlarının, xarici qeyri kommersiya qurumlarının filial və nümayəndəliklərinin fəaliyyətinə mane olan bütün normalar aradan qaldıırılmalı, qrant və ianələrin qeydiyyat sistemi ləğv edilməli, alınan qrant və ianələr haqqında məlumat sadəcə illik maliyyə hesabatında təqdim edilməli, qrant və ianələrə dair banklarda əməliyyat heç bir ön şərtə bağlı olmadan tam sərbəst olmalı, qrant və ianə ödənişlərində qanunla yol verilən hər iki 91 ödəniş sistemi, nağd və köçürmə sistemi mümkün olmalıdır. Donorların sərbəst fəaliyyətinə mane olan bütün normalar qanunvericilikdən çıxarılmalıdır. Azərbaycanda fəaliyyət göstərən xarici QHTlərin filial və nümayəndəliklərinin Azərbaycandakı hər hansı fəaliyyətinə məhdudiyyət qoyulmamalı, qanunvericilikdə bu tip ayrıseçkiliklərə yer verilməməlidir. 

 6. QHT-lərin fəaliyyətinə xitam verilməsi yalnız məhkəmə qaydasında olmalı: 
• xitam verilməyə əsas təşkil edəcək səbəb konstitusiyada göstərilməli, qanunda kifayət qədər aydın, dəqiq və ətraflı nəzərdə tutulmalı, qadağanları öncədən aydın görməyə imkan verməli və şərhində mülahizə sərbəstliyi verən qeyri-müəyyən ifadə və normalardan ibarət olmamalıdır; 
• xitam verilməyə əsas təşkil edəcək hüquqi səbəblərin məqsədi və nəticəsi yalnız, Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının Həyata Keçirilməsinin Tənzimlənməsi haqqında Konstitusiya Qanununun 3.5-ci və 3.6-cı maddələrində, habelə Avropa İnsan Huquqlarının və Əsas Azadlıqların Mudafiəsi Haqqında Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində sadalanmış legitim ictimai mənafelərdən birinin və ya bir neçəsinin, yəni milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş və təhlükəsizlik, iğtişaşların və cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin huquq və azadlэqlarэnэn mudafiəsi ucun olamlэdэr; 
• Xitam verilmə o zaman baş verməlidir ki, bu demokratik cəmiyyətin varlığı üçün zəruri olan ən 92 mühüm dəyərlərin qorunmasına yönəlib və demokratik cəmiyyətdə son zərurət kimi tətbiq edilir. Yəni, legitim ictimai mənafeləri qorumaq üçün birləşmək azadlığını daha az məhdudlaşdıracaq başqa ağlabatan və səmərəli vasitələr tükənib; 
• Birləşmək azadlığına son verərək QHT-nin fəaliyyətinə xitam vermə, yaxud digər cərimə sanksiyaları tətbiq etmə birləşmək azadlığına mütənasib olmalıdır, yəni legitim ictimai mənafeni qorumaqdan əldə olunan fayda məhdudlaşdırmanın (tətbiq ediləcək sanksiyalar nəzərə alınmaqla) birləşmək azadlığına vuracağı zərərdən daha üstün olmalıdır. 

7. QHT-lərin fəaliyyətinə xitam verilməsinə əsas təşkil edən süni səbəblər Qanundan çıxarılmalıdır. QHTnin yazılı xəbərdarlıq alması, yaxud inzibati qaydada cəzalandırılması təkbaşına onun ləğvinə əsas təşkil etməməlidir. İnzibati cərimələrin miqdarı 2008-ci ilədək olan limitlərə geri çəkilməli, heç bir kommersiya məqsədi olmayan qeyri-kommersiya qurumlarının astronomik cərimələri İnzibati Xətalar Məcəlləsindən çıxarılmalıdır. 

8. QHT-lərin fəaliyyət imkanları qanunda legitim əsas olamadan məhdudlaşdırılmamalıdır. QHT-lərin hansı fəaliyyətlərlə məşğul ola biləcəyinin göstərilməsi də dolayılı olaraq məhdudlaşdırmaya xidmət edir. Bu metodun seçilməsi yolverilməzdir. 

9. Qanunda QHT-lərin adına dair normaların olması, eyni adların mövcudluğu halı istisna olmaqla müəyyən adların seçilməsinin yolverilməzliyinin bildirilməsi, məqsədi ilə adın uyğunluğunun tələb 93 edilməsi, dolaylı olaraq azadlığı məhdudlaşdıran və legitim əsaslardan birinə söykənməyən səbəblərdəndir. Qanunda belə məhdudiyyətlərin olması yolverilən deyil. 

10. QHT-lərin fəaliyyətini tənzimləyən birbaşa və əlaqəli normativ hüquqi aktlar yenidən nəzərdən keçirilməli, onları müddəaları QHT-lərin fəaliyyətini əngəlləyici olmamalı, tənzimləyici olmalıdır; 

11. Qanunvericilikdə xarici hüquq şəxslərin nümayəndəlik və filiallarının qeydiyyatı üçün tələb olunan əngəlləyici proseduralar sadələşdirilməli, xüsusilə saziş bağlama tələbi ləğv edilməli, Azərbaycan QHT-ləri ilə onların hüquqlarnın eyniliyi təmin edilməlidir. Yerli QHT-lər üçün tələb olunan proseduradan əlavə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatı üçün öz ölkəsində hüquqi baxımdan fəaliyyət göstərdiyini təsdiq edən sənədin təsdiqlənmiş surəti və təşkilatın nümayəndəlik və ya filial açmasına dair qərarını təqdim etmək yetərli olmalıdır. “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı Sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında 16 mart 2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 43 saylı qərarı ləğv edilməli, bu mərhələdə hökumətin müdaxilə imkanları aradan qaldırılmalıdır. 

12. QHT-lərin azadlıqlarına məhdudiyyət gətirən, onun qanuni fəaliyyətinə süni maneələr yaradan 94 hərəkətlər kim tərəfindən edilməsindən asılı olmayaraq, inzibati və cinayət məsuliyyəti yaratmalı- dır. Müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilməli, QHT-lərin fəaliyyətinə mane olan, onun hüquqları- nı qanunsuz məhdudlaşdıran, qanunsuz hərəkət və hərəkətsizliklərə yol verən rəsmi şəxslər və qurumlar inzibati məsuliyyət daşımalı, əgər bu hərəkətlər qəsdən və zor tətbiq edilərək baş verərsə cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.