azərbaycanda media azadlığı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
azərbaycanda media azadlığı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

17 Eylül 2023 Pazar

MEDİA REYESTRİNƏ QEYDIYYATDAN İMTİNAYA QARŞI HÜQUQİ YOL


Bu Bələdçi 08 Fevral 2022-ci ildə qüvvəyə minən Media haqqında Azərbaycan Respublikası Qanununun yeni tələblərindən olan media subyektlərinin və jurnalistlərin Media Reyestrində qeydiyyatdan keçmə şərtinə görə hazırlanmışdır. 

Praktika göstərir ki, bu Qanunun qüvvəyə minməsindən öncə fəaliyyət göstərən bütün media subyektləri Reyestrdə qeydiyyata alınmır. Bir çox mövcud media subyektlərinə rədd cavabı verilir, yaxud müxtəlif səbəblərdən qeydiyyat reallaşmır. Halbuki, hüququn təməl prinsiplərindən biri  “vəziyyəti ağırlaşdıran” normaların geriyə tətbiqinin mümkünsüzlüyüdür. 

Bələdçi Media Reyestrinin mahiyyətini, onun bölmələrini, media subyektlərinin fərqlərinə görə Media Reyestrində qeydiyyat üçün hansı sənədlərin zəruriliyini, media subyektlərinin təsisçilərinin, rəhbərlərinin hansı fərdi kriteriyalar daşımalı olduğunu, Meia Reyestrində qeydiyyatda olan media subyektlərinin hansı hallarda reyestrdən çıxarıla biləcəyini, xarici jurnalistlərin və azad jurnalistlərin akreditasiya və fəaliyyətinin çərçivəsini, Media Reyestrində qeydiyyatından imtina olunan media subyektlərinin və jurnalistlərin hansı hüquqi addımları ata biləcəyi izah edilmişdir. 

Ayrıca, konkret məhkəmə çəkişmələri müşahidə edilərək nümunəvi məhkəmə iddiası və Media Qanunun konstitusiyaya uyğunluğuna dair Konstitusiya Məhkəməsinə fərdi şikayət nümunəsi də bəldçiyə əlavəedilmişdir. 

Ümid edirik bu bələdçi gündəlik cəmiyyətin bilgilənməsi və mariflənməsini özünə peşə seçən hər kəsə faydalı olacaq.

 

Ələsgər Məmmədli



1. MEDİA SUBYEKTLƏRİNİN REYESTRİ

1.1. Media Reyestri: 

Azərbaycanda ilk dəfədir media subyektlərinin reyistrinin məcburi qaydada aparılması qanunvericiliklə nəzərdətutulur. Media haqqında Qanunun 8-ci fəsli Media Reyestrini tənzimləyir. Media Reyestrinin yaradılmasında məqsəd, Azərbaycanda media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi göstərilsə də, funksional baxımdan bu məqsədi aşan xeyli genişsəlahiyyətlərin sayıldığı müşahidə edilir. 

Media Reyesteri dövlət büdcəsi vəsaiti hesabına maliyyələşən elektron informasiya ehtiyatıdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli Fərmanına[1] əsasən MEDİA Agentliyi tərəfindən həyata keçirilir. MEDİA Agentliyi Media Reyestrinin aparılması qaydalarını və Media Reyestri şəhadətnaməsinin formasını təsdiq edir.
Media Reyestrinin 5 f
ərqli bölməsi var.[2]

Bunlar: 

*audiovizual media subyektləri; 

*çap mediası subyektləri; 

*onlayn media subyektləri; 

*informasiya agentlikləri; 

*jurnalistlər. 

Çap mediası, onlayn media subyektləri, informasiya agentlikləri və jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün MEDİA Agentliyinə müraciət edir.
Auidiovizual media subyektlərinin Media Reyestrinə daxil edilməsi özlərinin təşəbbüsü ilə yox, lisenziya verən Audiovizual Şuranın təşəbbüsü ilə reallaşır. Şura audiovizual media subyektlərinə lisenziya verdiyi, dayandırdığı, bərpa etdiyi və ya ləğv etdiyi tarixdə3 iş günü müddətində məlumatları MEDİA Agentliyinəverməlidir. MEDİA Agentliyi öz növbəsində Media Reyestrinə məlumatları daxil etməlidir. Bu tələb həm teleradio yayımçılarına, həm də platforma yayımçıları və operatorlarına, habelə sifarişli yayım xidməti göstərən yayımçılara verilən lisenziyalar üçün keçərlidir. 

 

 


 

1.2. MEDİA REYESTRİ ÜÇÜN SƏNƏDLƏR VƏ TƏLƏBLƏR 

1.2.1.  Media Reyestri üçün sənədlər

Media Reyestrinə müraciət edən media subyektləri və jurnalistlər aşağıdakı məlumatları Media Reyestrinədaxil etmək üçün MEDİA Agentliyinə təqdim etməlidir:[3]

1.        media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), hüquqi vəfaktiki ünvanı;

2.        fiziki şəxs olan media subyekti, hüquqi şəxs olan media subyektinin təsisçisi (iştirakçısı), habeləmedia subyektinin təsisçisi olan quqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslər haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatlar; 

3.        media subyektinin EN-i;

4.        media subyektinin idarəetmə orqanının rəhbərinin adı, soyadı, atasının adıyaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;

5.        məsul redaktorun adı, soyadı, atasının adıyaşadığı yerşəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixiəlaqə məlumatları

6.        media subyektində işləyən jurnalistlərin siyahısı (adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları)

7.        Çap mediası subyektinin dövriliyi və birdəfəlik tirajıməzmunu haqqında məlumat; 

8.        Onlayn media subyektinin domen adının sahibi haqqında məlumat; 

9.        media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) ərazi kateqoriyası

10.     Audiovizual media subyektlərinin və (və ya) onların redaksiyasının (redaksiyalarının) janrı, yayım üsulu və nö

11.     Audiovizual media subyektlərinin lisenziyası haqqında məlumatlar; 

12.     İnformasiya agentliklərinin digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar; 

13.     Jurnalistin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi vəverilmə tarixi, əlaqə məlumatları

14.     jurnalistə verilmiş (o cümlədən olduğu halda əvvəllər verilmişjurnalist vəsiqəsi haqqında məlumat; 

15.     jurnalistin əmək və ya mülki hüquq müqaviləsiəmək fəaliyyəti haqqında ümumi məlumat; 

16.     fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin EN-i;

17.     media subyektinin idarəetmə orqanının rəhbərininjurnalistin ali təhsili haqqında məlumat; 

18.     təsisçi (iştirakçı) fiziki şəxs olduqda, onun (onların), media subyektinin idarəetməorqanının rəhbərinin və jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat.

Bu tələb olunan məlumatları lisenziya alaraq fəaliyyət göstərən audiovizual media subyektləri də Audiovizual Şuraya lisenziya alarkən təqdim etməlidirlər. Onların məlumatlarını Media Reyestrinə daxil etmək üçün MEDİA Agentliyinə Şura lisenziya verdikdən 3 iş günü ərzində özü təqdim edir. Media Reyestrinə daxil edilmiş məlumatlar ictimaiyyət üçün açıq deyil.[4] Yalnız, Media subyektlərinin və jurnalistlərin siyahısı açıq informasiya hesab edilir. 

 

1.2.2. Media Reyestrinə daxil edilmək üçün tələblə

Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir: 

1.        Təsisçi fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; 

2.        Təsisçi quqi şəxs olduqdaonun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə(hüquqi şəxslərə) məxsus olmalıdır; 

3.        Media subyekti fiziki şəxs olduqdaAzərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıağır və ya xüsusilə ağır cinayətlərə, ictimai mənəviyyat əleyhinəcinayətlərə görə əvvəllər məhkum edilməyən, məhkumluğödənilməyən və ya götürülməyən,habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərdən olmamalıdır;(Bu şərtlər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa vədolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir.) 

4.        Media Reyestrinə müraciət edən media subyektlərindən yalnız çap mediasının təsisçisi (iştirakçısı) arasında siyasi partiyalara və dini qurumlara icazə verilir. 

5.        Media Reyestrinə daxil olan media subyektinin təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxslərionların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir

6.        Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Ağır və ya xüsusilə ağır cinayətlərəictimai mənəviyyat əleyhinə cinayətlərə görə əvvəllər məhkum edilməyən, məhkumluğödənilməyənvə ya götürülməyən, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərdən olmamalıdır

7.        Media Reyestrinə müraciət edən media subyektləri xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 (iyirmi beş) faizədək olan hissəsinə sponsorluq edə bilərlərDigər media subyektləri xarici mənbədən maliyyə ala bilməz. 

8.        Fəaliyyəti davamlı olmalıdır. (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);

9.        Fəaliyyəti zamanı abunəlik və ya müqavilə əsasında digər media subyektinin informasiyasıya vəproqramlarına istinad olunmalı, abunəlik və ya müqavilə olmadıqda isə hər bir informasiyanın yalnız 1/3 (üçdəbirindən) çox olmayan hissəsinə istinad edərək istifadə etməlidir.

10.     quqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatda alınmış olması zəruridir

11.     fiziki şəxs olduqda, fərdi sahibkar kimi vergi uçotunda olması zəruridir;

12.     Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni vəya oxşar olmaması zəruridir; 

1.3. Media Reyestrindən çıxarılma 

Qanunvericiliyə əsasəMEDİA Agentliyi aşağıdakı hallarda Media Reyestrinə daxil edilmiş subyektləri Reyestrdən çıxarır:

1.        media subyektinin ərizəsi olduqda;

2.        quqi şəxs olan media subyektləğv edildikdə

3.        məhkəmənin qərarı ilə media subyektinin fəaliyyətinə xitam verildikdə

4.        fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş vəya itkin düşmüş elan edildikdə

5.        Azərbaycan Respublikasında daimi yaşayayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, ağır vəya xüsusilə ağır cinayətlərə, ictimai mənəviyyat əleyhinə cinayətlərə görə əvvəllər məhkum edilməyən, məhkumluğödənilməyən və ya götürülməyən, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərdən olmamaq tələblərinə cavab vermədiyi aşkar edildikdə

6.        Çap mediası subyekti tərəfindən fəaliyyətində yaranmış fasilə gündəlik qəzetdirsə il ərzində 12 nömrədən, günaşrı qəzetdirsə il ərzində 9 nömrədənhəftəlik qəzetdirsə il ərzində 6 nömrədən çox olmamaq tələbini pozarsa

7.        Onlayn media subyekti (redaksiyaları) tərəfindəhər ay 20 güngündəlik azı 20 matreal hazırlayıb yaymaq tələbini və fəaliyyəti zamanı abunəlik və ya müqavilə əsasında digər media subyektinin informasiyasıya və proqramlarına istinad etmək tələbi, abunəlik və ya müqavilə olmadıqda isə hər bir informasiyanın yalnız 1/3 (üçdəbirindən) çox olmayan hissəsinə istinad etməklə yaymaq tələblərini pozarsa; 

8.        Media Reyestrinə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdədəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü ərzində bu məlumatlar vafiq təsdiqedici sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə

9.        Audiovizual media subyektinin lisenziyası ləğv edildikdə

Media subyekti Media Reyestrindən çıxarıldıqda MEDİA Agentliyi öz veb-saytında bu barədə məlumat yerləşdirir. Audiovizual Şura lisenziyanı ləğv edərsə onun təqdim etdiyi məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Media Reyestrindən çıxarılır. 

 


 

2. JURNALİSTLƏRİN REYESTRİ

2.1 Media Reyestrinə daxil olunması üçün müraciət edən jurnalistlərə dair tələblə

Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər aşağıdakı tələblərə cavab verməlidir: 

1.        ali təhsili olmalı

2.        fəaliyyət qabiliyyətli olmalı

3.        ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməyəolmalı; 

4.        məhkumluğödənilən və ya götürüləolmalı; 

5.        media subyekti ilə əmək müqaviləsi olmalı; (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərinazı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır); 

6.        işlədiyi media subyekti Media Reyestrinə daxil edilmış olmalı; 

7.        işlədiyi media subyektinin davamlı fəaliyyət göstərməli; (raciət tarixinə qədər fəaliyyət göstərməmişmedia subyektləri istisna olmaqla); 

8.        fəaliyyəti zamanı abunəlik və ya müqavilə əsasında digər media subyektinin informasiyasıya vəproqramlarına istinad olunmasıabunəlik və ya müqavilə olmadıqda isə hər bir informasiyanın yalnız 1/3 (üçdəbirindən) çox olmayan hissəsinə istinad etməklə yayılmalı

9.        işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə gündəlik qəzetdirsə il ərzində 12 nömrədən, günaşrı qəzetdirsə il ərzində 9 nömrədən, həftəlik qəzetdirsə il ərzində 6 nömrədən çox olmamalı; 

10.     İşlədiyi onlayn media subyekti (redaksiyaları) tərəfindən isə hər ay 20 gün, gündəlik azı 20 matreal hazırlayıb yayılmalı

11.     jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmasıelmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az olmayan müddətdə fəaliyyət göstərməli

12.     jurnalist kimi fəaliyyət göstərdiyi müddəərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməli; 

13.     fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmalı; 

Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər və ya jurnalistlər yuxarıda sayılan tələblərin hər hansı birinə cavab vermədikdə, MEDİA Agentliyi tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir.[5] Bu şərt Media haqqında Qanunun 74,3 maddəsinin tələbidir.

2.2. Jurnalistlərin Media Reyestrindən çıxarılması 

Media Reyestrinə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Media Reyestrindən çıxarılır[6]:

1.      jurnalistin ərizəsi olduqda

2.     Media Reyestrinə daxil edilmək üçün müraciət edəjurnalistlərə dair tələblərə cavab vermədikdə; (yuxarıdakı 10,11,12- ci tələblərə bax!)

3.     ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə

4.     öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə

5.     yayımladığı informasiyanın Media haqqında Qanunun 14-cü maddəsində mediada dərc olunan və(və ya) yayımlanan informasiyaya dair tələblərə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə

6.     işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Media Reyestrindən çıxarıldıqda

7.     fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda

Jurnalist Media Reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsi MEDİA Agentliyi tərəfindən ləğv edilir və bu barədə qurumun veb-saytında məlumat yerləşdirilir. 

3. MEDİA REYESTRİNƏ MÜRACİƏT EDƏN MEDİA SUBYEKTLƏRİNİN HÜQUQLARI

 

3.1. Media subyektlərinin, Jurnalistlərin hüquqları 

3.1.1. Fəaliyyətin təminatı 

Konstitusiyaya əsasən Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası, habeləbu məqsədlə dövlət qurumlarının, yaxud vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır

Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
Bununula yanas
̧ı media azadlığının məhdudlaşdırılması da mümkündür. Media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada media azadlığı məhdudlaşdırıla bilər. 

Jurnalistləöz fəaliyyətlərini icra edərkən onların müstəqilliyinə müdaxilə yolverilməzdir. Onlar peşəfaəliyyətlərinin xarakterinə uyğun oalraq öz mənafelərini təmsil edən təşkilatlarda birləşmə hüququna malikdirlər. Jurnalistlər peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiəetmək hüquqlarına malikdirlər və bu hüquqlar qanunvericiliklə qoruma altındadır. Onların peşəkar fəaliyyətinəqanunsuz müdaxilə yolverilməzdir. 

Jurnalistlərin təməl hüquqlarından biri məlumat azadlığıdır və bu Konstitusiyanın 50-ci maddəsi ilə qoruma altındadır. Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdətutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi, şərh verilməsi ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. 

 

3.2. Jurnalistlərin məlumat almaq hüququ[7]

Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət qurumlarının, bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz. 

Dövlət orqanları (qurumları), bələdiyyələr, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, vəzifəli şəxsləöz fəaliyyətləri haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə yaxud başqa formalarda verirlər. 

İnformasiya əldə edilməsi barədə yazılı sorğuya İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Bir qayda olaraq bu 7 (yeddi) iş günündən gec olmamalıdır. Lakin, 7 (yeddi) iş günü müddətində həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir. 

Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir. Şikayət bir qayda olaraq yuxarı inzibati orqana, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) və ya birbaşa məhkəməyə verilə bilər. 

 

3.2.1. Sərbəst jurnalistlər (freelance journalist) 

Media haqqında Qanun jurnalist anlayışını məhdudlaşdırıb və yalnız əmək müqaviləsi ilə media subyektindəvə ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti Bu anlayışı bir az açsaq, yeni qanunvericiliyə əsasənjurnalist kimdir?  
• H
ər hansı media subyekti ilə əmək müqaviləsi ilə işləyən şəxs; yaxud,
• F
ərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçən,VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan şəxs.

Jurnalist əmək müqaviləsi ilə yaxud fərdi (VÖEN-lə) fəaliyyət göstərdiyi zaman bunu gəlir əldə etmək məqsədi ilə etməlidir. Deməli, jurnalistin könüllü, ictimai əsaslarla fəaliyyəti zamanı onu mövcud qanun jurnalist hesab etməyəcək. Bu baxımdan qanunvericilikdə jurnalistlərə xüsusi tanınan hüquqlar, imtiyazlar, qorumalar bu anlayışla müəyyən olunan çərçivədə fəaliyyət göstərən jurnalistlərə aid olacaq.          
S
ərbəst fəaliyyət göstərən və VÖEN-lə vergi ödəyicisi kimi əsas fəaliyyət növünü bu sahədə müəyyən edən hər bir sərbəst jurnalist də bu çərçivədə həm hüquqlardan, həm qoruma mexanizmlərindən faydalana biləcək, imtiyazlardan istifadə etmək üçün jurnalist reyestrindən keçə biləcək.                               
G
əlir əldə etmək məsqədi olmayan, əmək müqaviləsi ilə hər hansı media subyekti ilə işləməyən yaxud fərdi vergi qeydiyyatından (VÖEN) keçməyən lakin davamlı olmasa da informasiya toplamaq, hazırlamaq, redaktəvə istehsal etmək, ötürmək işləri ilə məşğul olanların heç bir hüququ olmayacaqmı?      
Bu sual qars
̧ısında qanunvericiliyin ümumi çərçivəsinə baxmaq lazımdır. Həölkə Konstitusiyası, həm dəölkənin ratifikasiya etdiyi beynəlxalq sənədlər jurnalistin gəlir əldə etmək məqsədi şərtini tələb etmədiyinə görə jurnalistlərə tanınan hüquqlar gəlir əldə etmək məqsədi olmayan və davamlı olmadan bu sahədə fəaliyyət göstərən şəxslərə, habelə fərdi VÖEN-lə fəaliyyət göstərib, lakin media reyestrində qeydiyyatda olmayanlara da şamil olur.

Sərbəst jurnalistlər yalnız Media haqqında Qanunun 71-ci maddəsində jurnalist vəsiqəsi alan jurnalistlərətanınan imtiyazlardan yararlana bilməyəcək habelə jurnalist reystrindən keçmək, akreditasiya olunmaq üçün müraiət edə bilməyəcək. 

Jurnalistin jurnalist hesab edilməsi üçün gəlir əldə etmə məqsədinin olması, bir qurumla hökmən müqaviləbağlama şərtləri ilə gətirilən məhdudlaşdırma legitim məqsəd daşımadığına görə, usuluna uyğun qaydada ratifikasiya edilən beynəlxalq hüquq normaları qanunlardan üstün hesab edildiyini nəzərə aldıqda[8], sərbəst fəaliyyət göstərən jurnalistlər qanunun bu normasının hüquqiliyini məhkəmə qaydasında mübahisələndirəbilərlər. 

 

3.2.2. Xarici media qurumları və jurnalistlə

Xarici media nümayəndələrinin (jurnalist və operatorların) Azərbaycan Respublikasının ərazisində fəaliyyəti Media haqqında Qanunun 11-ci maddəsinə əsasən həm daxili qanunvericilik həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.           
Daxili qanunvericiliyin 
əsasını təşkil edən AR Konstitusiyasının 50-ci maddəsi hər kəsin informasiya azadlığını təminat altına alıb. Yəni hər kəs məlumatı ala və yaya bilər. Konstitusiya bu baxımdan yerli-xarici ayrımına getməyib. Nə ölkədə daimi yaşamaq, nə də vətəndaşlıq bağı ilə bağlı olmaq jurnalist fəaliyyətinəmane olmamamlıdır. 

Eyni yanaşma Azərbaycanın ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsindəvurğulanır: Hər kəöz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.[9]

Azərbaycan Respublikasının da ratifikasiya etdiyi BMT Mülki və siyasi Hüquqlara dair Paktın 19-cu maddəsində də eyni üslub keçərlidir. 19-cu maddənin 2-ci bəndində vurğulanır ki: Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var. Bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya vəideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığı daxildir.”[10]    
H
ər iki sənəd Konstitusiyanın 151-ci maddəsinə əsasən qanunlardan üstün hüquqi qüvvəyə malikdir. 

Daxili qanunvericilikdə xarici media nümayəndələrinin ölkədə fəaliyyət göstərməsi üçün hökmən akreditasiya edilməli olduğuna dair imperativ norma yoxdur. Lakin, Media haqqında Qanunun 11.3-cü maddəsindəgöstərilib ki, xarici jurnalistlərin Azərbaycan Respublikasında akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Qanunun tətbiqinə dair Fərmanda bu qurumun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi olduğu müəyyən edilib. 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyası 01 Avqust 2022-ci ildə Q/04-22 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”nı təsdiq edib[11]           
Qaydaları
n 1-ci bəndinə nəzər saldıqda, Qanunun 11.3-cü maddəsinin tələbinin genişləndirildiyi və faktiki imperativ norma halına gətirildiyi diqqət çəkir. Qanunda olmayan Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən”- ifadəsi Qaydalara salınıb və beləlikləxarici media nümayəndələrinin Azərbaycanda fəaliyyətin yalnız akreditasiya olduqda mümkünlüyü göstərilib. 

        1.Bu Qaydalar Media haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən hazırlanmış vəAzərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici media nümayəndləri olan jurnalist və operatorların (bundan sonra – xarici media nümayəndələri) akkreditasiyası qaydalarını müəyyən edir.” 

Qaydalarda xarici jurnalistlərin ölkədə informasiya toplaması və yayması fəaliyyətinin akreditasiya şərtinəbağlanması yuxarıda isnad edilən Konstitusiyanın və digər beynəlxalq sənədlərin tələbləri ilə ziddiyət təşkil etdiyi şübhəsizdir. 

 

6.2.3. Xarici media nümayəndələrinin akkreditasiyası 

Xarici media nümayəndələrinin akkreditasiyası üçün tələb olunan sənədlər Xarici İşlər Nazirliyinə poçt, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları, XİN-in internet saytındakı elektron xidmət vasitəsilə (https://www.mfa.gov.az/az/category/e-akkreditasiya) və ya şəxsən təqdim ediləbilər. 

Xarici media nümayəndələrinin akkreditasiyası[12] barədə müraciətə 30 (otuz) gün ərzində baxılır vəbaxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici media nümayəndələrinə akkreditasiya kartı verilir. Kart şəxsə yalnız özünün istifadəsi üçün verilir, başqalarına verilmə və başqasının istifadəsi qadağandır. 

Xarici media nümayəndələrinin akkreditasiyası üçün aşağıdakı sənədlər tələb olunur: 

        xarici media nümayəndəsinin təmsil etdiyi xarici media subyektinin nümayəndəliyinin rəhbərinin və ya onu əvəz edən şəxsin Xarici İşlər Nazirliyinə müraciət məktubu;

        xarici media nümayəndəsi tərəfindən doldurulmuş ərizə-anketi (Əlavə)

        iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil;

        xarici media nümayəndəsinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici media nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşıdırsa onun şəxsiyyət vəsiqəsinin) surəti;

        xidməti vəsiqənin (jurnalist vəsiqəsinin) surəti

tərcümeyi-hal.
Bu sayılan sənədləri təqdim etməyənlərin, saxta və ya yanlış məlumat təqdim edənlərin, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olan və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olan habeləAzərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edilən şəxslərin akreditasiyasından imtina edilir.       
Akkreditasiya kartını itirdikd
ə kart sahibi dərhal XİN-in Mətbuat xidməti idarəsinə məlumat verməlidir. İtən kartın yerinə Akkreditasiya kartının dublikatı verilir. Dubilkatın verilməsi üçün ərizəyə itirildiyinə dair ərizə və 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil əlavə edilməlidir. Bu müraciətə 3 iş günü ərzində baxılır.

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır. 

Media haqqında Qanun imkan verir ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmişdövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyulsun.[13]

4. MEDİA REYESTRİNƏ QEYDİYYATDAN İMTİNA - MƏHKƏMƏYƏ MÜRACİƏT

Media haqqında Qanuna əsasən Media Reyestrinin istifadəyə verildiyi tarixə qədər artıq fəaliyyət göstərən media subyektləri 6 ay ərzində Media Reyestrinə müraciət etməlidirlər. Yeni yaranacaq media subyektlərinin isə fəaliyyətə başlamazdan 1 həftə əvvəl Media Reyestrinə müraciət etmələri tələb olunur. 2022-ci ilin Sentyabrında bu 6 aylıq müddətin başladığı rəsmi şəkildə elan edilib. 

 Media Reyestrinə müraciət edən media subyektlərinin heç də hamısı dərhal qeydiyyata alınmır. Müraciətdən sonra əsasən qeydiyyatından imtina olunan media subyektlərinə imtina cavabı olan məktub göndərilir. İmtina səbəblərini Media Agentliyi əsasən ümumi ifadələrlə əsaslandırmadan, yaxud əsaslandırdıqda da sadəcəMeida haqqında Qanundan və ya Qanunun tətbiqinə dair 2022-ci il fevral tarixli Prezidentin Fərmanından müəyyən maddələri göstərməklə yekunlaşdırır. 

2023-cü il yanvarın 12-də Media İnkişaf Agentliyinin rəhbərinin tək və hələ ki son açıqlamasına görə[1] cəmi 200-dək media qurumu reyestrə qeydiyyat üçün müraciət etmiş, onlardan 160-i qeydiyyata alınmışdır. Ayrıca 180 jurnalistin də qeydiyyata alındığı həmin informasiyada bildirilib.

Qanunvericiliyin tələbinə əsasən reyestr açıq olmalıdır. Lakin https://reyestr.media.gov.az/ bu resursda statistika yerləşdirilmədiyindən bu günədək neçə media qurumunun dəqiq qeydiyyata alındığı və neçəsinin qeydiyyatından imtina edildiyini müəyyən etmək mümkün deyil. Qeyri-rəsmi məlumatlara əsasən 20-dən çox məhkəmə mübahisəsi qaldırılıb və davam edir. Lakim məhkəməyə müraciət etməyən, habelə Media Reyestrinə qeydiyyat üçün müraciət etməyən resurslar da mövcuddur. İctimai Qaydada yayılan məlumatlardan və qaldırılan Məhkəmə işlərindən məlum olur ki, daha çox rədd cavabı alan media subyektlrəri daha az nəzarətdə olan yaxud müstəqil olan media subyektləridir. 

 Media İnkişaf Agentliyininqeydiyyatdan imtina edərkən nə qədər tutarlı hüquqi dəlillərinin olduğu, imtina cavabının nə qədəəsasladırıldığını hər bir cavab üzrə konkret analiz etmək mümkün ola bilər. Təəssüf ki, bu rəsmi cavablar və ya bu cavabların sistemləşdirilmiş statistikası qurum tərəfindən təqdim edilmir. Reyestrəqeydiyyatından imtina olunan bəzi media qurumlarına verilən cavablar əsasən bir neçə səbəblə əlaqələndirilir. Əsaslardan biri Media haqqında Qanunun 74.1.2-ci və Qanunun tətbiqinə dair Prezidentin imzaladığı Fərmanın 6.5.2-ci yarımbəndi kimi göstərilib. Bu müddəalara əsasən, media subyekti kimi Media Reyestrinədaxil edilmək üçün müraciət edənlərin fəaliyyəti davamlı olmalıdır. Çap mediasının dövrülüyünə görə gündəlik qəzetlər üçün həftədə 5 sayı və il ərzində 12-dən çox nömrəsinin çap olunmaması,   Həftədə 3 dəfə çıxanların ardıcıl nəşr olunması və il ərzində 9-dan çox nömrəsinin çap olunmamması, həftəlik qəzetlərdə isə həftədə 1 nəşr olmaqla, il ərzində 6 nömrədən çox nəşr olunmaması tələbləri olduğu kimi, onlayn medianın da dövrülüyünə dair gündə 20 orjinal xəbər, ayda minimum 400 orjinal xəbər tələbi mövcuddur.

İmtinalarda irəli sürülən tələblərdən digər biri jurnalist standartlarına, media standartlarına dair tələblərə uyğun olmamamqdır. Burada başqa mənbələrə hörmət, jurnalist etik çərçivəsinə sadiqlik və s. Tələblər daxildir. 

Jurnalistlərə verilən imtina cavabları isə əsasəəmək stajınin yetərli olmamması, Reyestrdə qeydiyaytda olan bir media qurumu ilə əmək müqaviləsinin yaxud əməkdaşlıq müqaviləsinin yoxluğu və s. səbəblər ola bilir.   

Media qurumları və jurnalistlər imtina cavabı aldıqlarında onların imtinaya səbəb olan çatışmazlıqları aradan qaldıraraq, təkrar müraciət etmələri mümkün olduğu kimi, birbaşa bu imtina qərarından və ya təkrar imtina qərarından inzibati qaydada məhkəmədə məhkəmə  iddiası qaldıra bilərlər. 

Media haqqında Qanunun və onunla bağlı sonradan qəbul olunan tənzimləyici digər aktların media fəaliyyətinin azadlığı və sərbəstliyi baxımından hüquqi mühiti həddindən çox məhdudlaşdırdığı, beynəlxalq standartlara uyğun olmayan çoxsaylı məhdudiyyətlərlə müşayət olunduğu, gətirilən məhdudiyyətlərin demokratik cəmiyyətdə zərurilik testinə uyğmadığını nəzərə aldıqda Reyestrdən imtinaya dair istəniləəsasla verilən qərarların legitimliyi məhkəmə qaydasında mübahisələndirildikdə beynəlxalq hüququn üstünlüyü prinsipi baxımından xüsusilə  Azərbaycan Respublikası Konstitusiyasının mənimsədiyi sistem baxımından media subyektlərinin daha üstün hüquqi qoruma altında olduqlarını görə bilərik. Yəni, qərarların obyektiv məhkəmə mühakiməsi aparılarsa birmənalı bu məhdudiyyətlərin legitim məhdudiyyətlər olmadığı təsdiqini tapar. 

Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsi Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq aktların hüquqi qüvvəsini qanunlardan üstün hesab edir. Avropa İnsan Hüquqları Konvensiyası bu baxımdan media azadlığının beynəlxalq standartını müəyyən edən və xüsusilə Avropa İnsan Hüquqlrı Məhkəməsi təcrübəsi iləçoxyönlü məhkəmə təcrübəsi ilə oturuşmuş bir sistemin formalaşdırılmasını təmin edən bazadır. Bu Konvensiya Azərbaycanda birbaşa hüquqi qüvvədər və bu gün Media Reyestrini yaradan və orada qeydiyyata dair çoxsaylı məhdudlaşdırıcı normaları içərisində mühafizə edən Media haqqında Qanun bu Konvensiyaya ziddir. Konvensiyanın 10-cu maddəsində ifadə azadlığına gətirilə biləcək məhdudiyyətlərin çərçivəsi çox aydındır və bundan artıq əsaslarla məhdudiyyətlər, çərçivələr, maneələr, icazələr gətirilə bilməz. 

Bu səbəbdən istənilən Reyestrə qeydiyyatdan imtina qərarının məhkəmə perespektivi var. Əlbəttə, Azərbaycan Məhkəmə sisteminin problemlərinin mövcudluğu bəllidir və Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı Avropa Konvensiyasının 10-cu maddəsində qoruma altına alınan ifadə azadlığı, media azadlığı, informasiya azadlığına dair mübahisələrdə Azərbaycan əleyhinə verilən qərarlarda yerli məhkəmələrin mühakimələri zamanı ciddi nöqsanların olduğunu, qərarlarnda ifadə azadlığının qorunmasındakı yetərsizliyini aydın müşahidə edilir. 

Bu səbədən yerli inzibati məhkəmələrdə Reyestrdən imtinaya dair qərarların mübahisələndirilməsi zəruidir. Bu zaman Avropa Məhkəməsi perespektivini nəzərə alaraq, ilkin iddia ərizəsinin tərtibindən, mühakimənin sonunadək istəniləəsaslandırmada beynəlxalq hüquqi standartların xatırladılması, xüsusi qaldırılması vətələb olunması önəmlidir. 

Bütün bunları nəzərə alaraq, aşağıda yerli məhkəmə çəkişmələrindəki iddaların və mübahisələrin mahiyyətinəuyğun olaraq, nümunəvi məhkəmə iddia ərizəsi forması bu Bələdçiyə əlavə edilir. Bu format bir şablondur lakin dəyişməz deyil. Hər bir işin xarakterinə görə bu formatı yeni əlavələr, dəyişikliklər edilə bilər. İstənilən məhkəmə işinin xarakterinə görə fərdi davranmaq zəruridir. Yəni hər bir olay, hər bir iş öz xüsusiyyətlərinə görətamamilə yenidən nəzərdən keçirilərək hazırlanmalıdır. 

Şablon forma bu baxımdan həm media subyektlərinə, həm jurnalistlərə həm də onların işlərini təqib edən, hüquqi yardım edən gigər şəxslərə əlavə yardımçı vasitə rolu olynamaq üçün nəzərdə tutulub. 


 

İddia Ərizəsi nümunəsi[2]

Bakı İnzibati Məhkəməsinə

 

İddiaçı: "XX" REDAKSİYASI”

Məhdud Məsuliyyətli Cəmiyyəti

(ünvan: Bakı ş, Yasamar r, Mətbuat prospekti 529-cu məhəlləAzərbaycan” Nəşriyyatı —

Telefon: (050) _______, (012) ________

 

Cavabdeh: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

nvan : Zahid Xəlilov küç., 36

Telefon : 012 526 16 16)

 

İddia ərizəsi

 

(iddiaçının və onun sahibi olduğu onlayn media redaksiyasının

Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə)

İşin halları

1. İddiaçı “"XX" REDAKSİYASI” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra: İddiaçı) media qurumudur, 21.01.2014-cü il tarixdə təsis edilib. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan media fəaliyyət növləri ilə məşğul ola bilər. İddiaçı həmçinin www..............az” onlayn media redaksiyasının təsisçisidir.

2. İddiaçı __________________ il tarixdə  2021-ci il 30 dekabr tarixli Media haqqında“ Azərbaycan Respublikası Qanununa (bundan sonra Qanun”) və Azərbaycan Respublikası Prezidentinin Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli Fərmanına (bundan sonra Fərman”) əsaslanaraq-Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə (bundan sonra “Cavabdeh”) müraciət edib. Həözünün, həm də sahibi olduğu "www..........az" onlayn media redaksiyasının Media Reyestrinə (https://reyestr.media.gov.az/) daxil edilməsini xahiş edib.

3. Cavabdeh ___________________ il tarixdə iddiaçının müraciəti üzrə qərar qəbul edib, həmin qərarla iddiaçının reyestdə qeydiyyatından imtina olunub (Qoşma 1 – Medianın İnkişafı Agentliyinin bu qurumun rəhbəri tərəfindən imzalanmış imtina qərarının surəti). Cavabdeh müraciətin rədd edilməsini iddiaçının və onun sahibi olduğu "www...............az"” onlayn media redaksiyasının fəaliyyətinin davamlı olmaması iləəsaslandırıb. Cavabdeh, Qanunun 74.1.2-ci maddəsinə və Fərmanın 6.5.2-ci yarımbəndinə istinad edib[3]. Qərarda həmçinin qeyd edilib ki, imtina qərarı verilmiş müraciətlər üzrə Media Reyestrinə daxil edilmək üçün yenidən müraciət edilə bilər.

4. İddiaçı imtina haqqında qərarı aldıqdan sonra sahibi olduğu "www.............az" onlayn media resursunun Media haqqında“ Azərbaycan Respublikası Qanununa tələblərinə uyğunluğunu, xüsusilə, fəaliyyətin davamlılığı kriteriyalarına əməl edib-etmədiyini bir daha araşdırmış, hər hansı çatışmazılıq müəyyən etməmişdir. İddiaçı bunun ardınca, _________________ tarixdə Media Reyestrinə daxil edilməsi üçün yenidən cavabdehə müraciət edib.

5. Cavabdeh yenidən iddiaçının Media Reyestrinə daxil edilməsindən imtina edib. Cavabdehin  ______________________ tarixli müvafiq imtina qərarında iddiaçının Media haqqında qanunun 74.1.3-cü, 74.1-ci, 13.1-ci, 13.2-ci[4] maddələrinə cavab vermədiyi bildirilib.

6. Aşağıdakı səbəblərə görə, cavabdehin imtina qərarını qeyri-hüquqi və əsassız sayır, hesab edirik ki, Məhkəmə cavabdehin üzərinə iddiaçının və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinədaxil edilməsi öhdəliyi qoyan, eləcə də iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi vəMülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququnun pozuntusunu tanıyan qərar qəbul etməlidir.

 

II.Hüquq məsələləri

7. Cavabdeh iddiaçının Media Reyestrinə daxil edilməsindən imtina ilə bağlı iki dəfə qərar qəbul edib.

8. Cavabdeh 05 dekabr 2022-ci il tarixli imtina qərarında Media haqqında“ Azərbaycan Respublikası Qanununun aşağıdakı müddəalarına istinad edib, iddia edib ki, iddiaçının fəaliyyəti davamlı deyil:

   74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);

   60.5. Onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.

9. Cavabdeh ___________________tarixli imtina qərarında iddiaçının digər mediaların materiallarından qanuna uyğun istifadə etməməsinə istinad edib:

   13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

   13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.

10. İddiaçının Media Reyestrinə daxil edilməsindən imtina edilməsi hər iki halda əsassızdır.

Çünki, birincisi, ümumilikdə Media haqqında qanunun məzmunu qeyri-müəyyəndir, həm də qanun əməl edilməsi praktiki cəhətdən mümkün olmayan tələbləri özündə əhatə edir. İkincisi, cavabdeh imtina ilə bağlı hər iki qərarını lazımi səviyyədə əsaslandırmayıb.

 

İmtina qərarlarının qanunun tələbləri baxımından əsassız olması ilə bağlı

11. İmtina qərarı üçün qanunun əsas göstərilən maddəsinin dili aydın deyil. Belə ki, imtina üçün Qanunun 74.1.2-ci və Fərmanın 6.5.2-ci yarımbəndi əsas kimi göstərilib. Həmin müddəaların məzmunu eynidir. Bu müddəalara əsasən, media subyekti kimi Media Reyestrinə daxil edilmək üçün müraciət edənlərin fəaliyyəti davamlı olmalıdır. İddiaçı yalnız onlayn jurnalistika ilə məşğul olduğundan, onun fəaliyyətinin davamlı olub-olmadığını müəyyən edən müvafiq müddəa Qanunun 60.5-ci maddəsidir. Həmin maddəyə əsasən, onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiyalar istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.

12. Birincisi, qanunun dilindən media subyektinin üzərinə düşəöhdəliyin həcminin, ümumiyyətlə, hansı məntiqə əsaslandığı aydın deyil. Onlayn media subyektinin üzərinə aylıən azı 400 kütləvi informasiya dərc edilməsi öhdəliyinin (20 iş gününün hər birində 20 kütləvi informasiya yaymaq) qoyulmasının hansı zəruri ehtiyacdan irəli gəlməsi və hansı legitim məqsədi güdməsi qeyri-müəyyəndir.

13. Əlavə olaraq, nəyə görə məhz 20 gün ərzində gündəlik azı 20 informasiya dərc edilməsi tələbinin irəli sürülməsinin məntiqi, anlamı bəlli deyil. Məsələn, tələb edilən 400 informasiyanın gündəlik 40 informasiya paylaşmaqla 10 günə bölünməsi, yaxud 16 informasiya paylaşmaqla 25 günə bölünməsi mümkün ikən, hansı səbəbdən məhz 20 günlük və ən azı gündəlik 20 informasiya tələbinin qoyulmasının səbəbləri aydın deyil. Medianın işi ictimai əhəmiyyətli olan hadisələrə dair aktual gördüyü məlumtları auditoriyasına tədim etməkdir. Bu hadisənin önəminə, sıxlığına görə hər gün fərqli ola bilər. Elə gün ola bilər ki, xəbər dəyəri olan informasiya 20-dən çox olsun, elə gün ola bilər ki, redaksiyanın xəbər dəyəri olduğunu müəyyən etdiyi xəbər sayı 20-dən az olsun. Bu  tələbin konkret rəqəmlə göstərilməsi redaksiyanın müstəqilliyinə və muxtarlığına müdaxilədir. 

14. Azərbaycan Respublikasının üzv olduğu Avropa Şurasına (AŞ) daxil olan ölkələrin qanunvericiliyinin Avropa Şurasının hüquqi standartlarına, Avropa İnsan Haqları Konvensiyasına uyğunluğunu yoxlayan quq vasitəsi ilə Demokratiya üzrə Avropa Komissiyası” (Venesiya Komissiyası) Media haqqında” Azərbaycan Respublikası Qanununu araşdırıb və  18 iyun 2022-ci il tarixdə Komissiyanın rəyi elan edilibHəmin rəydə dəqanunun qeyd edilən müddəalarının Avropa Şurası standartlarına uyğun gəlmədiyi göstərilib.

Komissiyanın rəyində bildirilir: “yeni xəbər və araşdırma materialı hazırlamaq üçün tələb edilən vaxt nəzərə alınarsa, davamlı fəaliyyətlə bağlı irəli sürülən azı 20 gün və gündəlik azı 20 kütləvi informasiya tələbi olduqca aşırı və lazımsız tələbdir”  (Media haqqında” Qanunla bağl Venesiya Komissiyasının 131-ci Plenar Sessiyasında qəbul edilmiş Rəyi, 17-18 iyun, 2022-ci il, qeyd (footnote) 72). Komissiya Avropa Şurasına üzv olan bir dövlətdə medianı tənzimləyən qanununun davamlı fəaliyyətlə bağlı tələbinin ləğv edilməli olduğunu ifadə edir (Yenə rəydəparaqraf 52).

15. Bundan əlavə, onlayn media subyektinin reyestrə daxil edilməsi üçün irəli sürülən tələblər dövlətin ifadəazadlığı ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərlə və Avropa İnsan Hüquqları Məhkəməsinin (Avropa Məhkəməsi” və ya AİHM”) presedenti, eləcə də BMT İnsan Hüquqları Komitəsinin təcrübəsi ilə bir araya sığmır.

16. Informationsverein Lentia və digərləri Avstriya qarşı işdə AİHM bildirib ki, onillikləərzində əldə edilmiş texniki inkişafı nəzərə aldıqda, dövlət orqanları tərəfindən yayım tezliklərinə və kanallara tətbiq edilən məhdudiyyətləri əsaslandırmaq mümkün deyil (paraqraf 39). Belə bir vəziyyətdə dövlətin lisenziyalaşdırma fəaliyyəti yeni məna və məqsəd qazanıb: ictimaiyyətin məlumat almaq hüququnun təmin edilməsi üçün informasiya azadlığını və plüralizmini təmin etmək (Observer və Guardian Böyük Britaniyaya qarşı iş). Dövlət bu cür plüralizmin qarantı kimi çıxış etməlidir (Informationsverein Lentia və digərləri Avstriya qarşı iş, paraqraf 38).

17. Bu yanaşma onlayn media subyektlərinin reyestrə daxil edilməsi məsələsinə də aid edilə bilər. Sosial şəbəkələrin və bloggerliyin bu qədər geniş yayıldığı və populyarlığının artdığı dövrdə onlayn media subyektinin reyestrə daxil edilməsi üçün tələb edilən formalizmə hansısa formada haqq qazandırmaq qeyri-mümkündür. Avropa Məhkəməsi dəfələrlə bildirib ki, dövlətin lisenziyalaşdırma sistemi yalnız texniki məqsədlər üçün istifadə edilməlidir və Konvensiyanın ifadə azadlığını tənzimləyən 10-cu maddəsinin 2-ci bəndinin tələblərinəzidd olmamalıdır. (Groppera Radio AG və digərləri İsveçrəyə qarşı iş, paraqraf 61).

18. Onlayn media subyektinin reyestrə daxil edilməsindən imtina edilməsi iddiaçının Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsində nəzərdə tutulmuş hüququn pozması İnsan Hüquqları Komitəsinin yanaşması ilə də təsdiq olunur. Komitə dövlətlərin diqqətini ənənəvi çap mediası ilə onlayn media arasında olan fərqlərə çəkib (Vyetnamla bağlı yekun müşahidələr (CCPR/CO/75/VNM), paraqraf 18, eləcə dəLesoto ilə bağlə yekun müşahidələr (CCPR/CO/79/Add.106), paraqraf 23). Komitə bildirib ki, qeydiyyatla bağlı ümumi dövlət sistemləri 19-cu maddənin 3-cü bəndi ilə bir araya sığmır. Yalnız lazım olduğu hallarda məhdud akkreditasiya tələblərinin tətbiqinə icazə verilir (İnsan Hüquqları Komitəsinin 34 -li Ümumi Rəyi, 12 sentyabr 2011-ci il, paraqraf 44). Tətbiq olunduğu hallarda qeydiyyat və lisenziyalaşdırma ilə bağlı tələblər aydın (Küveytlə bağlı yekun müşahidələr (CCPR/CO/69/KWT), şəffaf (Qırğızıstanla bağlı yekun müşahidələr (CCPR/CO/69/KGZ) olmalı, ayrı-seçkiliyə məruz qoymadan və Pakta uyğun formada tətbiq olunmalıdır (Ukrayna ilə bağlı yekun müşahidələr (CCPR/CO/73/UKR).

19. Avropa Şurası Nazirlər Komitəsi media plüralizmi və media məzmununun müxtəlifliyi ilə bağlı CM Rec (2007)/2 saylı Tövsiyəsində üzv dövlətlərə çap mediasından rəqəmsal mediaya keçid etmək üçün dəstək verməyi məsləhət görüb (paraqraf 6.2). Bununla yanaşı, media plüralizminin təmin edilməsi üçün qərarların qəbul edilməsi zamanı elmi araşdırmanın əhəmiyyətinə də diqqət çəkilib. Hazırkı işdə isə tövsiyələrin ziddinəolaraq, onlayn media subyektinin fəaliyyətinə süni maneələr yaradan qanun layihəsinin hazırlanması zamanı hansısa elmi araşdırma aparılmayıb (və buna istinad edilməyib), eləcə də çap mediasından rəqəmsal mediaya keçidlə bağlı tövsiyyələrə əhəmiyyət verilməyib.

20. Cavabdehin iddiaçı haqda çıxardığı ikinci imtina qərarı da ümumiyyətlə anlaşılmazdır.

Həmin qərarda istinad edilən maddələrdə digər mediaların materiallarından istifadədən bəhs edilir. İddiaçı yaydığı kütləvi informasiyalarda bəzi hallarda digər mediaların materillarına istinad edib, ancaq həmin materialların olduğu kimi yaymayıb, bütün hallarda onun üzərində işlənilib, inkişaf etdirilib. Ayrıca, hər hansı digər media qurumu onun matreallarının tərəfimizdən qanunsuz istifadəsinə, müəllif hüquqularına hörmətsizliyə dair nə bir təkzib, nə də məhkəmə iddiası qaldırmayıb, belə bir iddia irəli sürməyib. Buna baxmayaraq, cavabdeh Fakt olmadan bu qənaətini qərarında əksetdirib.

İmtina ilə bağlı qərarların əsaslandırılmaması

21. Cavabdeh iddiaçın müraciətləri üzrə imtina qərarları qəbul edərkən, hər hansı əsaslandırma tətbiq etməyib, sadəcə, ümumi şəkildə Qanuna və Fərmana müraciət etməklə kifayətlənib. Cavabdeh həmin müddəaların nəyə görə hazırkı konkret işə tətbiq edilməli olmasını əsaslandırmayıb.

22. Qanunun iddiaçıya münasibətdə tətbiq edilmiş müddəaları heç bir halda keçərli sayıla bilıməzdi. Çünki, iddiaçı bütün əvvəlki illərdə olduğu kimi 2022-ci ildə də onlayn media resursuna sayca Media haqqında qanunda nəzərdə tutulduğundan dəfələrlə çox kütləvi informasiya daxil edib. Iddiaçının 2022-ci ilin sentyabr, oktyabr, noyabr aylarında sahibi olduğu

onlayn media resursuna daxil etdiyi kütləvi informasiyaların say göstəricisi aşağıdakı kimidir:

__________ ci il , _______ ayında …… kütləvi informasiya (onlardan …… öz materialıdır);

__________ ci il , _______ ayında ……..kütləvi informasiya (onlardan …… öz materialıdır);

__________ ci il , _______ ayında ……..kütləvi informasiya (onlardan …… öz materialıdır);

23. Göründüyü kimi, iddiaçı sahibi olduğu onlayn media resursuna qanunun tələblərinə uyğun sayda kütləvi informasiya daxil edib. Həmin kütləvi informasiyalar redaksiyanın özünün yaratdığı kütləvi informasiyalar olub. Bu baxımdan, kütləvi informasiyalar redaksiyanın özü tərəfindən yaradıldığından cavabdehin ikinci imtina qərarındakı əsaslandırmalar ümumiyyətlə aktuallığını itirmiş olur. 

24. Buna baxmayaraq, cavabdeh iddaçının fəaliyyətini geniş şəkildə təhlil etdiyini, onun aylıq yaydığı kütləvi informasiya sayının, doğrudan da, qanunun tələblərinə uyğun olub-olmadığını göstərmək üçün fəaliyyətini həyata keçirdiyi resursu ətraflı şəkildə nəzərdən keçirdiyini,  fəaliyyətində hansı çatışmazlıqlar olduğunu, reyestrə düşə bilmək üçün bu çatışmazlıqları hansı formada aradan qaldırmalı olduğunu izah etməyib. Qanunun dilinin aydın olmaması və reyestrin idarə edilməsi səlahiyyətinin bütövlükdə cavabdehə verilməsi nəzərə alındıqda, bu məsələdə cavabdehin üzərinə daha çox yük düşürdü; o, ən azı yuxarıda sadalanan mərhələləri keçməli və bunu öz qərarında göstərməli idi.

25. Beynəlxalq standartlara əsasən, qeydiyyat tələblərinin tətbiq edildiyi proses özbaşınalığın qarşısının alınması üçün lazımi təminatlarla müşayiət edilməlidir (AİHM, Glas Nadezhda və Elenkov Bolqarıstana qarşı iş). Avropa Məhkəməsi işi araşdırarkən qanunun qeyri- müəyyənliyinin səlahiyyətli orqana həddindən artıq diskresion səlahiyyət verməsini də nəzərə alır (Meltex Ltd. Və Mesrop Movsesyann Ermənistana qarşı, paraqraf 65).

26. Beləliklə, iddiaçının media subyekti kimi ifadə azadlığının xüsusiyyətləri və cavabdehə qanunla verilən geniş səlahiyyətlərin işığında, o, imtina qərarını xüsusi həssaslıqla əsaslandırmalı idi. Hazırkı işdə cavabdeh buna əməl etməyib və iddiaçının ifadə azadlığı hüququnu pozub.

 

Cavabdehin müstəqilliyi məsələsi

27. Cavabdehin müstəqil fəaliyyət göstərən qurum olmaması həm də ümumilikdə rədd cavabının hüquqiliyi iləbağlı əlavə suallar doğurur. Belə ki, media sahəsində tənzimləyici orqanların fəaliyyəti ilə bağlı vahid Avropa standartı mövcud olmasa da, üstünlük təşkil edən yanaşma budur ki, mediaya nəzarət edən qurum müstəqil vəqərəzsiz olmalıdır; bu, xüsusilə, həmin orqanın üzvlərinin təyin olunmasında özünü göstərməlidir (Venesiya Komissiyasının Albaniyanın Audiovizual Servislə bağlı” Qanuna dəyişikliklərlə əlaqədar layihəsinə verdiyi Rəy, paraqraf 37).

28. Konkret olaraq bu işdə cavabdeh dövlət tərəfindən yaradılmış publik hüquqi şəxsdir. Dövlət tərəfindən maliyyələşir və Nizamnaməsinə əsasən, fəaliyyəti haqqında Prezidentə hesabat verilir. Müşahidə Şurasının üzvləri və İcraçı Direktor da Ölkə Prezidenti tərəfindən təyin edilir.

29.  Belə şərtlər altında fəaliyyət göstərən qurumun siyasi təzyiqlərdən kənar və qərəzsiz fəaliyyət göstərmək şansı yoxdur. Bu cür ictimai təşkilatların müstəqil olmaması, siyasi təsirlərə məruz qalması və qərəzsizliyi iləbağlı şübhələr plüralizmin tələblərinin pozulmasına gətirib çıxarır  (Manole və digərləri Moldovaya qarşı iş). 

 

İddiaçıya münasibətdə tətbiq edilməsinin Ölkə Konstitusiyasına zidd olması

30. Media haqqında” Azərbaycan Respublikası qanunu 2021-ci il 30 dekabr tarixdə Azərbaycan Milli Məclisi tərəfindən qəbul edilib. Qanun 8 fevral 2022-ci il tarixdə qüvvəyə minib.

31. Azərbaycan Konstitusiyasının 149-cu maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə(bərabər mənafelərə bərabər münasibətəəsaslanmalıdır. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmin maddənin 7-ci bəndində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

32. İddiaçı 21.01.2014-cı il tarixdə təsis edilib. İddiaçının təsisçisi olduğu "www............az " onlayn media resursu 2012-ci ildən fəaliyyət göstərib və ötən müddəərizəndə müntəzəm fəaliyyət göstərərək, auditoriya toplayıb.

33. Media haqqında” Azərbaycan Respublikası qanununun reyestrlə bağlı tələbləri aydın görünür ki, iddiaçının durumunu çətinləşdirən, ona əlavə qayğılar yaradan məzmunda idi. Reyestrdə qeydiyyatdan keçməmək isəiddiaçı üçün xeyli ciddi problemlər yaradır – onun rəsmi qurumlarda akreditasiyadan keçmək imkanı əlindən alınır, digər jurnalist hüquqlarından məhrum olur. 

34. Yeni qəbul edilmiş və qüvvəyə minmiş “Media haqqında” qanunun tələbləri qəti olaraq, iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən məzmunda deyil. Ona görə də yeni qəbul edilmiş qanunun ağır çətinliklər yaradan müddəalarının illərdir ki, fəaliyyət göstərən iddiaçıya tətbiq edilməsi, Konstitusyanın yuxarıda qeyd edilən müddəalarına ziddir. Əslində cavabdeh qanun qəbul edilənə qədər müntəzəm fəaliyyət göstərmiş, reyestrdə qeydiyyatdan keçmək istəyən bütün mediaları avtomatik olaraq, Media Reyestrində qeydiyyatdan keçirməli idi.

35. Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasında media azaddır. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Media haqqında Qanunun 4-cü maddəsində media sahəsində dövlətin əsas vəzifələri arasında media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək, media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq da göstərilib. Həmin Qanunun 5.2-ci maddəsində göstərilib ki, Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Halbuki, bu qanunun qəbulu ilə yeni dövlət qurumu yaradılıb vədövlət tərəfindən maliyyələşir. Bu qurum məhz media və jurnalistlika fəaliyyətinə öz funksiyası iləməhdudiyyətlər tətbiq edir. Ayrıca, bu Qanunun qəbulundan illər öncə azad fəaliyyət göstərən media subyektinin fəaliyyəti Media reyestrindən keçmədiyinə görə dayandırılma ilə yekunlaşacaq. Bu çox aydın şəkildə Konstitusiyada qeyd edilən media azadlığının təmin edilməməsi və Qanunda xüsusi ilə vurğulanan dövlətin media sahəsindəki vəzifələrinin icra edilməməsidir.  

 

Digər məsələlər

36. İddiaçının Media Reyestrinə daxil edilməsindən imtina edilməsi onun media sahəsində gələcək fəaliyyətinəciddi maneələr yaradır. İddiaçı, o cümlədən, media, redaksiya olaraq, bir sıra imkanlardan məhrum edilmiş olur.

37. Əvvəla, reyestrə daxil olmadan fəaliyyət göstərən media redaksiyalarının bir sıra sanksiyalarla – inzibati vəbəzi hallarda hətta cinayət (Venesiya Komissiyasının qeyd etdiyi kimi, reyestrə düşmədən fəaliyyət göstərən media subyektlərinin qanunsuz sahibkarlıq ittihamı ilə üzləşmək riski var) məsuliyyəti ilə üzləşmə risqi var.

38. Media haqqında qanun media sahəsində bir sıra imkanları yalnız Media Reyestrində qeydiyyatdan keçmiş subyektlərə təqdim edir. Belə ki, Qanunun 76-cı maddəsinə əsasən, media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi, media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdəiştirak,  maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə, sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma kimi güzəşt və imtiyazlar yalnız Media Reyestrinə daxil edilmiş şəxslər üçün  nəzərdə tutulub.

39. Media haqqında qanuna görə, media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər. Beləliklə, reyestrə daxil edilməyən medialar akreditasiya imkanlarından da məhrum olurlar. Bütün bunların işığında reyestrdə qeydiyyatdan keçməyən mediaların jurnalist qaynaqlarının qorunması, jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması, informasiya əldə etmə, hazırlama, yayma hüququ sahəsində də ciddi problemlərlə qarşılaşacağını ehtimal etmək olar.    

40. Bütün qeyd edilənlər yaradılmış sistemin – Media Reyestrinin yalnız media subyektlərinin formal olaraq qeydə alınması üçün nəzərdə tutulmuş mexanizm yox, dövlət tərəfindən yaradılan və ona tabe olan qurum vasitəsilə medianı nəzarətdə saxlamağa hesablandığını göstərir.

41. Hazırkı işdə də iddiaçının reyestrə salınmasından imtina edilməsi qeyri-hüquqi olmaqla heç bir legitim məqsəd güdmür, demokratik cəmiyyətdə zəruri deyil, hansısa təcili sosial ehtiyaca əsaslanmır və iddiaçının Azərbaycan Konstitusiyası və Avropa Konvensiyası ilə təminat altına alınan ifadə azadlığı hüququnu pozur.

 

Prosedural məsələlər

42. İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

43. Cavabdeh tərəfindən müraciətin rədd edilməsi barədə verilmiş qərarda həmin qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə şikayət verilməsinin mümkün olması göstərilib. Sonuncu imtina qərarı ______________il tarixdə verilib, bununla da müddəötürülməyib.

Yuxarıda göstərilənləri və İnzibati Prosessual Məcəllənin 45.1-ci, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsini rəhbər tutaraq, məhkəmədən

 

Xahiş edirik:

1. İddiaçının və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun;

2. İddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusu tanınsın.

 

Qoşma:

1. iddia ərizəsinin surəti – 02 nüsxə;

2. direktorun iddiaçını təmsil etmə səlahiyyətini göstərən nizamnamə çıxarışı – 01 nüsxə;

3. cavabdehin müraciətin rədd edilməsi barədə qərarlar – 02 nüsxə.

 

Ad, Soyad ________________ _________

"XX" REDAKSİYASI” MMC-nin təsisçisi

Tarix:


 

5. KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT

Azərbaycanda məhkəmə intansiyası 3 pilləlidir. Yerli məhkəmələr, Apelyasiya məhkəmələri və Ali Məhkəmə. Bu baxımdanKonstitusiya məhkəməsi məhkəmə mübahisələrinə baxılmada bir üst pillə deyil. Lakin Azərbaycan Respublikasının Konstitusiyası hər kəsə onun hüquq və azadlıqlarını pozan qanunvericilik aktlarından Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ verir. Konstitusiyanın 130-cu maddəsi bildirir ki;

    ... V. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

Konstitusiyanın 130-cu maddəsinin III hissəsində Konstitusiya Məhkəməsinin həll etdiyi məsələləri müəyyən edərkən, 1”) Azərbaycan Respublikası qanunlarının, ... Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu”-nun da bu çərçivədə olduğunu göstərib. 

Konstitusiyanın həmin maddəsinin 9-cu hissəsində isə;

    ... IX. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir…”-deyir. 

“Konstitusiya Məhkəməsi haqqında” Qanun Konstitusiya Məhkəməsinə şikayət etmənin prosesual və maddi əsaslarını müəyyən edib. 

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsində Konstitusiya Məhkəməsində icraatın başlanması üçün səbəblər arasında;

    31.0.1. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin III hissəsində və 130-cu maddəsinin III-VII hissələrində nəzərdə tutulmuş məsələlərə dair bu qanunun 32-35-ci maddələrinin tələblərinə cavab verən sorğu, müraciət və şikayətlər;- in göndərilə biləcəyi hüquqi təminat altına alınıb.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi hansı əsaslarla şikayətin veriləcəyini hüquqi təminat altına alır;

    ... 34.1. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər…

    ... 34.5. Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər...

Bu baxımdan Media Haqqında Qanunun Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunan hüquq sisteminə habelə Konstitusiyada qoruma altına alınan məlumat azadlığına, söz ifadə azadlığına, media azadlığına Konstitusiyada göstəriləndən artıq məhdudiyyətlər, çərçivələr, qadağalar, vəzifələr gətirdiyinə görəonun tətbiqinin cəmiyyətdə azad media mühitinə ciddi yaralar vuracağına görə təxirəsalınmaz tədbirlər çərçivəsində Konstitusiya Məhkəməsinin baxışına çıxaılması mümkündür. 

Bu səbəbdən Konstitusiya məhkəməsinə təqdim olunan şikayət nümunəsi aşağıda Bələdçiyə əlavə edilmişdir. 


 

Konstitusiya Məhkəməsinə Şikayət -nümunə[5]

 

AZƏRBAYCAN RESPUBLİKASININ 

KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ

Şikayətçi:

www…………...az” 

Online media subyekti tərəfində

ŞİKAYƏT

(Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci və 130-cu maddələrinə, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası qanunun 31 və 34-cü maddələrinə uyğun olaraq)

Bu şikayət 08 fevral 2022-ci ilidən tətbiq edilməsinə başlanılan “Media haqqında” Azərbaycan Respublikası Qanununun məzmununun Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması, mahiyyəti üzrə qərar verilənə qədər media subyektlərinə ağır və bərpaedilməz zərər vurulmasının qarşısının alınması məqsədi ilə “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinin dayandırılmasına dair ara qərar qəbul edilməsi, “Media haqqında” Azərbaycan Respublikası Qanununun onu qəbul etmiş Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təkmilləşdirilməsinin tövsiyə edilməsinədair qərar verilməsi ilə bağlıdır.

ŞİKAYƏTİN MÜNDƏRİCATI

  1. İŞİN HALLARI

  Şikayətçi haqqında;

  “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə bağlı;

  “Media haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi tənzimləmələrlə bağlı;

  “Media haqqında” Azərbaycan Respublikası Qanunula bağlı Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların rəyləri;

  “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı;

  1. KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT HÜQUQUMUZUN ƏSASLARI

  Azərbaycan Respublikası Konstitusiyası

  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunu, 

  1. ŞİKAYƏTİN HÜQUQİ ƏSASLARI 
  2. MƏHKƏMƏDƏN XAHİŞİMİZ

 

  1. İŞİN HALLARI

 

Şikayətçi haqqında

"www.aaaaaaa.az " Online Media Subyekti ____________ ______ tərəfindən __________-cı ildən təsis edilmişdir və bu tarixdən aktiv fəaliyyət göstərir.

 

“Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə bağlı

Azərbaycan Respublikasının Milli Məclisi 10 dekabr 2021-ci il tarixdə “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifinin mətnini özünün internet saytı vasitəsilə ictimaiyyətə açıqlayıb. Qanun layihəsinin mətninin açıqlanmasından 4 gün sonra, 14 dekabr 2021-ci il tarixdə qanun layihəsi Milli Məclisin plenar iclasında 1-ci oxunuşda qəbul edilib. Azərbaycan Respublikasının Milli Məclisi 30 dekabr 2021-ci il tarixdə “Media haqqında” Azərbaycan Respublikası Qanununu sonuncu oxunuşda qəbul edib və mizalaması üçün Azərbaycan Respublikasının Prezidentinə göndərilib. 

8 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanını qəbul edərək qanunu imzalayıb və Qanun rəsmi şəkildə yayılaraq qüvvəyə minib. 

“Media haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə media, jurnalistika sahəsini tənzimləyəəsas qanunlar – “Kütləvi İnformasiya Vasitələri haqqında” və “Teleradio yayımı haqqında” Azərbaycan Respublikası qanunları ləğv edilib. 

 

“Media haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi tənzimləmələrlə bağlı 

Hazırda “Media haqqında” Azərbaycan Respublikası Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi vəiqtisadi əsaslarını, kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edən və dövlətin media üzərində nəzarətini həyata keçirən əsas qanundur. Qüvvəyəmindikdən sonra bütünlüklə Qanun, xüsusilə də onun aşağıda haqqında bəhs edəcəyimiz müddəaları bizim gündəlik fəaliyyətimizi neqativ təsirləndirir, sərbəst şəkildə informasiya toplama, hazırlama və yaymağımıza ciddi, keçilməz, bərpa olunmaz əngəllər yaradır. 

Qanun bu günədək beynəlxalq miqyasda unversal anlayışlarıa spesfik baxış və çərçivə gətirməkdə, yeni anlayışlar yaratmaqdadır. 

“Jurnalist” anlayışı - Qanun jurnalist anlayışını müəyyən edir. Qanunun 1-ci maddəsinə görə, “jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldəetmək məqsədilə yerinə yetirən şəxs”-dir. 

Media və jurnalistlərin vahid reyestrinin yaradılması – Qanunun 73-cü maddəsinə görə, Dövlət tərəfindən Media Reyestri yaradılır. Qanuna görə, reyestrin yaradılmasının məqsədi Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsidir. Qanunun 74-cü maddəsi Media Reyestrinə daxil edilmək üçün tələblər müəyyən edib. Bu tələblər medialara və fərdi jurnalistlərə münasibətdəfərqlənir. Medialara münasibətdə tələblər  media subyektlərinin xarakterinə görə də fərqləndirilir. Onlayn media subyektləri üçün tələblər bunlardır: 

  media subyektlərinə dair tələblərə cavab verməlidir; (Bu tələblər:media subyektinin idarəetmə orqanının rəhbərinin adı, soyadı, atasının adıyaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmətarixi, əlaqə məlumatları; məsul redaktorun adı, soyadı, atasının adıyaşadığı yerşəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixiəlaqə məlumatlarımedia subyektində işləyən jurnalistlərinsiyahısı (adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları); Onlayn media subyektinin domen adının sahibi haqqında məlumat; media subyektinin idarəetmə orqanının rəhbərininjurnalistin ali təhsili haqqında məlumat;)

  fəaliyyəti davamlı olmalıdır (hər ay azı 400 özəl məzmun yaymalıdır); 

  fəaliyyəti bu Qanunun 13.1-ci (Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər) və 13.2-ci (Abunəlik və ya müqaviləolmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər) maddələrinin tələblərinə uyğun olmalıdır; 

  hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmalıdır; 

  fiziki şəxs olduqda, fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır; 

  Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olmamalıdır.

Jurnalistlərin fərdi qaydada Media Reyestrinə daxil edilməsi üçün qanun bu şərtləri müəyyən edib:

  ali təhsili olmalıdır; 

  fəaliyyət qabiliyyətli olmalıdır; 

  ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdır; 

  məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır; 

  media subyekti ilə əmək müqaviləsi olmalıdır (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır); işlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır; 

  işlədiyi media subyekti davamlı fəaliyyət göstərməlidir (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);

  fəaliyyəti zamanı abunəlik və ya müqavilə əsasında digər media subyektinin informasiyasıya vəproqramlarına istinad olunmasıabunəlik və ya müqavilə olmadıqda isə hər bir informasiyanın yalnız 1/3 (üçdəbirindən) çox olmayan hissəsinə istinad etməklə yayılmalı

  işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə gündəlik qəzetdirsə il ərzində 12 nömrədən, günaşrı qəzetdirsə il ərzində 9 nömrədən, həftəlik qəzetdirsə il ərzində 6 nömrədən çox olmamalı;

  İşlədiyi onlayn media subyekti (redaksiyaları) tərəfindən isə hər ay 20 gün, gündəlik azı 20 matreal hazırlayıb yayılmalı;

  jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrindəjurnalistika sahəsində 3 (üç) ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir; 

  jurnalist kimi fəaliyyət göstərdiyi müddəərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir; 

   jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmasıelmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az olmayan müddətdə fəaliyyət göstərməli

   jurnalist kimi fəaliyyət göstərdiyi müddəərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməli; 

Sadalan tələblərə cavab verməyən media və jurnalistlərin Media Reyestrinə daxil edilməsindən imtina olunur.

Qanunun 73-74-cü maddələrində Media Reyestrinin yaradılması ilə bağlı nəzərdə tutulan tənzimləmələr jurnalistin statusuna, jurnalistlərin məlumat əldə etmə imkanlarına bilavasitə təsir göstərir. 

Qanunun 70-ci maddəsi jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsini nəzərdə tutur. Həmin maddəyəgörə, yalnız “Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi verilir. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”. 

Qanunun 71 və 72-ci maddələri akkreditasiya məsələlərini tənzimləyir. Qanunun 71-ci maddəsinə görə, “71.1. Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları vardır: ... 71.1.2. dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;” Qanunun  72-ci maddəsinə görəyalnız Qanunun 1-ci maddəsi ilə müəyyən edilən jurnalist anlayışına cavab verənlər dövlət orqanlarında, müəssisə və təşkilatlarında, qeyri-hökumət təşkilatlarında akkreditasiyadan keçə, məlumat toplaya bilərlər: “72.1. Media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər. 72.2. Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən və Media Reyestrinə daxil edilmiş jurnalistlər dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçə bilərlər”.

Qanun medianın yaydığı məzmunla bağlı tələblər müəyyən edib. Qanunun 14-cü maddəsinə görə, həmin tələblər bunlardır: 

  konstitusiya quruluşunun zorla dəyişdirilməsinəərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələkeçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;

  dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;

  dövlət dili normalarına riayət edilməlidir;

  irqi, dini, məə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;

  terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir; 

  əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir; 

  şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir; 

  şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir; 

  böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir; 

  sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır; 

  faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir; 

  parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir; 

  pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir; 

  qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə(yayımlanmasına) yol verilməməlidir

Qanun media və jurnalistlərə gizli audio və videoların, fotoların yayılmasını qadağan edir. Qanunun 21-ci maddəsinə görə“Gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yalnız aşağıdakı hallarda yol verilir: 21.1.1. barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin (şəxslərin) Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə; 21.1.2. məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.

 

Qanun media subyektləri üçün tələblər müəyyən edib. Qanunun 26-cı maddəsinə görəmedia təsisçisi fiziki şəxsdirsə, mütləq Azərbaycanda daimi yaşamalı, Azərbaycan vətəndaşı olmalı, təsisçi hüquqi şəxsdirsə, nizamnamə kapitalının 75 faizi Azərbaycan vətəndaşına və ya Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxsə məxsus olmalıdır. Həmin maddəyə görə, aşağıda qeyd edilənlər media təsisçisi ola bilməzlər: ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər; məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər. Bunlardan başqa: Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər. Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir. Qanuna görəmedianın rəhbəri mütləq ali təhsilli olmalıdır.

Qanun çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin dayandırılmasının, onların fəaliyyətinə xitam verilməsinin əsaslarını müəyyən edir. Qanunun 78-ci maddəsində göstərilir ki, “bu Qanun qüvvəyəminənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri ... Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində ... müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir”. Qanunun 65-ci maddəsində isə göstərilir: “65.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: ... 65.4.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda;...”

“Media haqqında” Azərbaycan Respublikası Qanunula bağlı Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların rəyləri

Azərbaycan Respublikasının üzv olduğu Avropa Şurasına (AŞ) daxil olan ölkələrin qanunvericiliyinin AŞ-nın standartlarına, Avropa İnsan Haqları Konvensiyasına uyğunluğunu yoxlayan “Hüquq vasitəsi iləDemokratiya üzrə Avropa Komissiyası” (Venesiya Komissiyası) “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsini araşdırıb və  18 iyun 2022-ci il tarixdə Komissiyanın rəyi elan edilib.Komissiya rəyində qanunun Avropa Şurası standartlarına cavab vermədiyi qənaətinə gəlib: “Belə qənaətəgəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə vəmedia azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. 

Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır: 

  Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin

  Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin;

  Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır; 

  akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır; 

  məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinəuyğunlaşdırmaq; 

  jurnalist mənbələrinin qorunması ilə bağlı müddəaları dəyişdirmək; 

  platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək; 

  çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır;...” (Qoşma – Venesiya Komissiyasının rəyi).

Avropa Şurasının Nazirlər Komitəsi də “Media haqqında” Azərbaycan Respublikası Qanununun AŞ standartlarına uyğunluğunu müakirə edib. Qurum 2022-ci ilin dekabr ayında qəbul etdiyi qətnaməsindəAzərbaycan hökumətini “Media haqqında” Azərbaycan Respublikası Qanununu ləğv etməyə, AŞ standartlarına cavab verən yeni qanun qəbul etməyə çağırıb (Qoşma – AŞ NK-nın 8 dekabr 2022-ci il tarixli Qətnaməsi).

“Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı

Azərbaycan Respublikasının Prezidenti 8 fevral 2022-ci il tarixdə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb. Həmin Fərmana əsasən, “Media haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda bəhs edilən maddələrinin tətbiqi üzrə səlahiyyətlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə həvaləedilib. 

Azərbaycan Prezidenti 26 sentyabr 2022-ci il tarixdə “Media Reyestrinin aparılması qaydaları”nı təsdiq edib. Həmin vaxtdan etibarən, Medianın İnkişafı Agentliyi Media Reyestrinin formalaşdırlmasına başlayıb. Hansı media subyektlərinin, jurnalistlərin Media Reyestrinə daxil edilməsi ilə bağlı dəqiq statistik məlumatlar ictimaiyyətə açıq deyil. Medianın İnkişafı Agentliyinin rəsmilərinin mediaya sonuncu (2022-ci ilin sonu) açıqlamasına görə, “indiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isəbaxılmaqdadır”. 2023-cü ilin avqust ayınadək  əlavə statistik informasiya təqdim edilməyib və qurumun rəsmi internet səhifəsinə yerləşdirilməyib.

Media Reyestrinin formalaşdırlması ilə bağlı Qanunun nəzərdə tutduğu tənzimləmələr, istər “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindəəvvəl təsis edilib, fəaliyyət göstərənlər olsun, istərsədə qanunun qəbul edilməsindən sonra təsis edilən medialar olsun, bütün medialara eyni prinsipləəsasında tətbiq edilir.

Qanunun qeyd edilən maddələrinin tətbiqi media, jurnalist olaraq bizim hüquq və azadlıqlarımızı pozur, bu pozuntular bizə ağır və bərpaedilməz zərər vurmaqdadır. Qanun Media Reyestri-nin yaradılmasının məqsədi kimi “Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi”-ni göstərsədə faktiki olaraq, vahid reyestrin yaradılması jurnalistika fəaliyyətinin lisenziyalaşdırlması məzmunu daşıyır. Qanunun 72.2-ci maddəsi reyestrə daxil edilməyən mediaların, onların jurnalistlərinin dövlət orqanlarında, müəssisə və təşkilatlarda, qeyri-hökumət təşkilatlarında akkreditasiya olunmaq, məlumat toplamaq hüququnu böyük ölçüdə əlindən alır. Qanunun tətbiqi nəticəsində biz akreditasiya imkanından, dövlət orqanlarında, müəssisə və təşkilatlarda, qeyri-hökumət təşkilatlarında bu yolla məlumat toplamaq imkanlarından məhrum olmuşuq, çünki, həmin qurumlar reyestrə daxil edilmədiyimizi əsas gətirərək, akreditasiyadan imtian edirlər.  

Qanunun tətbiqi nəticəsində hətta ictimai yerlərdə jurnalist fəaliyyətini həyata keçirməyimizə inzibati maneçilik halları yaradılır. Küçələrdə sorğu aparan, müsahibə alan zaman polis əməkdaşları bunun qanunsuz olduğunu, vahid jurnalist vəsiqəsi olmayanların jurnalist fəaliyyəti ilə məşğul ola bilməyəcəyini bildirirlər, çəkiliş aparmağımıza praktik imkan vermirlər.   

Qanunun tətbiqinin media, jurnalist olaraq bizim hüquq və azadlıqlarımızı pozmasının, bu pozuntuların bizim fəaliyyətimizə ağır və bərpaedilməz zərərlər vurmasının çərçivəsi bununla yekunlaşmır.  

Qanunun 14-cü maddəsi medianın yaydığı məzmunla bağlı, 21-ci maddəsi məzmunun toplanılması ilə bağlı tələblər müəyyən edib. Qanunun 14-cü maddəsinə görə, mediada yayılan məzmunda “ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir, dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir, dövlət dili normalarına riayət edilməlidir, irqi, dini, məə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir, terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə vəya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir, əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir; şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir...”. Qanunun 21-ci maddəsi isə media vəjurnalistlərə gizli audio və videoların, fotoların yayılmasını qadağan edir. Qeyd edilən maddələrdə nəzərdətutulan tənzimləmələr nəticələri öncədən görülə bilən deyil, olduqca yayğındır, sərtdir, media və jurnalistlərəqarşı sui-istifadələrə geniş imkanlar yaradır. Belə yayğın müddəalar bizə istər-istəməz “çəkindirici təsir” göstərir, bizi ictimai önəm daşıyan mövzularda yazmaqdan kənar dayanmağa məcbur edir.

Qanunun tətbiqi nəticəsində hüquq və azadlıqlarımızın məruz qaldığı pozuntuların, məhdudiyyətlərin digər məhkəmələr vasitəsi ilə qarşısının alınması da mümkün deyil, çünki, media və jurnalistlərlə bağlı işlər üzrə milli məhkəmə təcrübəsi buna imkan vermir. Belə ki, Cinayət Məcəlləsinin jurnalistlərin təhlükəsiz peşə fəaliyyətini qoruyan 163-cü maddəsi (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) son 10 ildə bir dəfə də olsun tətbiq edilməyib. Halbuki, peşə fəaliyyətini yerinə yetirən jurnalistlər təkcə 2017-19-cu illərdə 200 dəfədən çox belə insidentlərə məruz qalıblar. Avropa İnsan Haqları Məhkəməsi jurnalist hüquqları ilə əlaqəli Azərbaycana qarşı qəbul etdiyi 10-dan artıq qərarında ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb. Həmin qərarların hamısında yerli məhkəmələrin jurnalistlərin işləri üzrə qəbul etdiyi qərarların, hökmlərin, qətnamələrin jurnalistlərin əleyhinə olduğu müəyyən edilib. 

Aşağıda göstərilənlərə əsasən, hesab edirik ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsindən sonra məruz qaldığımız məhdudiyyətlər bizim Azərbaycan Respublikası Konstitusiyası ilə təminat altına alınan hüquqlarımızı ziddir və bu ziddiyətin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən aradan qaldırılması zəruridir. 

 

  1. KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT HÜQUQUMUZUN ƏSASLARI

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi digər məhkəmə instansiyaları ilə birlikdə Azərbaycanda məhkəmə hakimiyyətini həyata keçirir. 

Konstitusiya, Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

... II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

Azərbaycan Respublikasının Konstitusiyası hər kəsə onun hüquq və azadlıqlarını pozan qanunvericilik aktlarından Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ verir.

Konstitusiya, Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

... V. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq vəazadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

Konstitusiyanın 130-cu maddəsinin III hissəsi Konstitusiya Məhkəməsinin həll etdiyi məsələləri müəyyən edir:

1) Azərbaycan Respublikası qanunlarının, ... Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;

Konstitusiyanın həmin maddəsinin 9-cu hissəsində həmçinin, göstərilir:

... IX. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir...

“Konstitusiya Məhkəməsi haqqında” Qanun Konstitusiya Məhkəməsinə şikayət etmənin prosesual və maddi əsaslarını müəyyən edib. 

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunu, 

Maddə 31. Konstitusiya Məhkəməsində icraatın başlanması üçün səbəblər

31.0. Konstitusiya Məhkəməsində icraatın başlanması üçün səbəblər aşağıdakılardır:

31.0.1. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin III hissəsində və 130-cu maddəsinin III-VII hissələrində nəzərdə tutulmuş məsələlərə dair bu qanunun 32-35-ci maddələrinin tələblərinə cavab verən sorğu, müraciət və şikayətlər;

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunu, Maddə 34. Şikayətlər

... 34.1. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər...

... 34.5. Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər...

 

  1. ŞİKAYƏTİN HÜQUQİ ƏSASLARI 

Konstitusiya Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik sənəddir.

Konstitusiya, Maddə 147. Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi

I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyəmalikdir.

II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

 

Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin fikir və söz azadlığını təminat altına alır.

Konstitusiya, Maddə 47. Fikir və söz azadlığı

I. Hər kəsin fikir və söz azadlığı vardır.

II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

III. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata vətəbliğata yol verilmir.

 

Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin məlumat azadlığını hüququnu təsbit edir.

 

Konstitusiya, Maddə 50. Məlumat azadlığı

I. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Konstitusiya ifadə azadlığına, məlumat azadlığı hüququna digər hüquqlardan daha üstün yer verir, həmin hüquqlara məhdudiyyətlərin tətbiqinə birbaşa qadağa qoyur. Konstitusiyaya görə, bəzi hüquqlara məhdudiyyətlər istisna deyil, ancaq söz və ifadə, məlumat azadlığı hüquqlarını təsbit edən maddələrə(Konstitusiyanın III fəsli) digərləri ilə yanaşı hər hansı dəyişiklik təşəbbüsləri istisna edilir. 

Konstitusiya, Maddə 155. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması

Bu Konstitusiyanın ... III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan qanunlar mütləq Konstitusiyaya uyğun olmalıdır. 

Konstitusiya, Maddə 149. Normativ hüquqi aktlar

... III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

Göründüyü kimi Konstitusiyanın 47-ci və 50-ci maddələri media, jurnalistlərin öz peşə fəaliyyətlərini maneəsiz həyata keçirmələri - məlumatları maneəsiz axtarması, əldə etməsi, ötürməsi, hazırlaması və yayması üçün təməl hüquqi əsasları müəyyən edib. Kütləvi informasiyaların toplanması, hazırlanması, yayılması azadlığı Konstitusiya ilə təminat altına alınır, media, jurnalistlərə hər hansı senzura, o cümlədən, dövlət senzurası qadağan edilir. Ancaq “Media haqqında” Azərbaycan Respublikası Qanununun xüsusilə yuxarıda bəhs etdiyimiz maddələri Konstitusiyada nəzərdə tutulanlardan fərqli olaraq, geniş məhdudiyyətlər müəyyən edir, jurnalistika fəaliyyəti ilə məşğul olmağı faktiki olaraq, lisenziyaya bərabər tutulacaq tənzimləmələrə tabe etdirir.

 

Beynəlxalq sənədlərə uyğunsuzluq

 

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ aktlar ölkə Konstitusiyasına, həm dəAzərbaycan Respublikasının tərəf olduğu beynəlxalq müqavilələrə uyğun olmalıdır. “Media haqqında” Azərbaycan Respublikası Qanunu, xüsusilə, onun yuxarıda bəhs etdiyimiz maddələri həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə uyğunsuzluq təşkil edir. Bu, həm də Konstitusiyanın pozuntusudur. Belə ki, Konstitusiyaya görə, onunla birlikdə referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktları təşkil edir. Konstitusiyaya görə, beynəlxalq müqavilələr də Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxildir.

Konstitusiya, Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar

... II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, həm də qanunlarla müqayisədə üstün hüquqi qüvvəyə malikdir. 

Konstitusiya, Maddə 151. Beynəlxalq aktların hüquqi qüvvəsi

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrin başında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (Bəyannamə), habelə, Avropa İnsan Hüquqları Konvensiyası (Konvensiya) gəlir. Hər iki beynəlxalq sənəd Azərbaycan Respublikasının Konstitusiyasında olduğu kimi ifadə azadlığı hüququna ən yüksək səviyyədə təminat verir.   

BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində göstərilir:

“Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir”.

Avropa İnsan Hüquqları Konvensiyasının  10-cu maddəsi də eyni məzmunludur, eyni zamanda ifadə azadlığı hüququna müdaxilələrin aydın əsaslarını müəyyən edir:  

AİHK, Maddə 10 Fikri ifadə etmək azadlığı 

1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya vəkinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 

2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdətutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

 

“Media haqqında” Azərbaycan Respublikası Qanunula müəyyən edilmiş “jurnalist” anlayışına Bəyannamə və Konvensiyanın işığında baxış 

“Media haqqında” Azərbaycan Respublikası Qanunu dəqiq “jurnalist” anlayışı müəyyən edir. Bu anlayış əsasən 3 dəqiq əlaməti ifadə edir: yalnız (1) hansısa media ilə əmək müqaviləsi olan və ya mülki müqavilə iləfəaliyyət göstərən; (2) əsas fəaliyyət növü informasiya toplayıb-yaymaq olan; (3) bu fəaliyyəti gəlir əldə etmək üçün yerinə yetirən şəxslər jurnalist hesab edilir. Sərbəst şəkildə jurnalistika fəaliyyəti ilə məşğul olmağa imkan yeri qoymayan bu anlayış Azərbaycan Konstitusiyasının və Azərbaycanın tərəfdar çıxdığı müqavilələrin işığında olduqca məhdudlaşdırıcıdır. Son 10-15 ildə jurnalistika anlayışı çox ciddi dəyişikliklərə məruz qalıb, hazırda nələrin “jurnalistika fəaliyyəti”ni təşkil etməsi mövzusunda hər kəsi ortaq məxrəcə gətirə biləcək anlayış olmasa da Bəyannamə və Konvensiya ilə bağlı presedent hüquq “jurnalistika fəaliyyəti”nə yekun olmayan anlayışlar veriblər və hər zaman jurnalistlərin sərbəst fəaliyyət göstərə bilməsinin, vətəndaş jurnalistikasının önəmini vurğulayıblar. Əsas odur ki, funksional “jurnalistika”nın anlayışı aydındır və bu anlayış “müəyyən meyarlara cavab verməsi şərti ilə yeni mediadan istifadə edərək toplumla açıq şəkildə ünsiyyət quran fərdlər”i əhatə edir. 

BMT İnsan Haqları Komitəsi özünün 34 saylı Ümumi Şərhində “jurnalistika”ya belə tərif verir: “Jurnalistika, bloq yazarları, çap, internet və başqa platformada fərdi yayınçılıqla məşğul olan başqaları da daxil olmaqla çox çeşidli aktorlar tərəfindən paylaşılan bir fəaliyyətdir”. 

Avropa Şurası Nazirlər Komitəsi də “jurnalist” terminini BMT kimi geniş anlamda təsvir edir. Komitənin R (2000)7 saylı qərarında vurğulayıb ki, “...“jurnalist” anlayışı, informasiyaların toplanması və hər hansı kütləvi kommunikasiya vasitəsilə topluma ötürülməsi ilə müntəzəm və peşəkar şəkildə məşğul olan hər hansı fiziki vəya hüquqi şəxs deməkdir”. Komitə həmin sənəddə həmçinin, dövlətlərə xitabən qeyd edir ki: “Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq, insanların informasiya əldə etmək və yaymaq haqlarını qoruma altına almaq üçün media ekosisteminə xidmət və ya məhsul təqdim edən bütün aktorlar baxımından qanunvericiliklə bağlı ehtiyaclar gözdən keçirilməli və 10-cu maddədən doğan haqlarla bağlı neqativ təsirə malik ola biləcək müdaxilələrə qarşı uyğun təminatlar bütün aktorları əhatə edən şəkildəgenişləndirilməlidir”.

 

Magyar Helsinki Bizottság Macarıstana qarşı işində Avropa Məhkəməsinin Böyük Palatası qeyd edir ki, “İctimaiyyətin xəbərlərə çıxış imkanlarının genişləndirilməsində və məlumatların yayılmasının asanlaşdırılmasında internetin oynadığı mühüm rolu nəzərə alaraq, bloqçuların və populyar sosial media istifadəçilərinin funksiyası da 10-cu maddənin təmin etdiyi mühafizə baxımından “ictimai nəzarətçi” funksiyasına uyğun gəlir. Çünki, ictimai müzakirələr üçün forumların yaradılması mətbuatın funksiyalarına daxildir. Bu funksiyanın həyata keçirilməsi təkcə media və ya peşəkar jurnalistlərlə məhdudlaşmır”.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun “jurnalist” anlayışı kontekstində müəyyən etdiyi tənzimləmələr, göründüyü kimi Bəyannamə və Konvensiyanın müəyyən etdiyi yuxarıda vurğulanan standartlarına uyğun gəlmir.

Media Reyestri-nin yaradılması ilə bağlı tənzimləmələrə Bəyannamə və Konvensiyanın işığında baxış 

Qanun Media Reyestrinin yaradılmasını nəzərdə tutur. Qanunda Reyestr mexanizminin yaradılmasının məqsədi kimi “Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi” göstərilsə də əslində məhz bu məqsədə yönəlik belə bir mexanizm onsuz da mövcuddur. Jurnalistlər fərdi qaydada, medialar isə hüquqi şəxs olaraq, müvafiq olaraq vergi qeydiyyatından keçiblər və onlar haqqında məlumatlar dövlət qurumlarında onsuz da  mövcuddur. Bu reallığın işığında qanunda ifadə edilmiş məqsəd olduqca yayğındır, media və ifadə azadlığını məhdudlaşdırmağa, jurnalistika fəaliyyətinin əhatə dairəsini çərçivələməyə yönəlib. Həm reyestrə daxil edilmək üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər, həm reyestrə daxil edilmiş media və jurnalistlər üçün qanunvericilikdə nəzərdə tutulan imtiyazlar, həm də 5 aydan artıqdır ki, davam edən Reyestrin yaradılması prosesinin məzmunu göstərir ki, məqsəd yalnız qanunda göstərildiyi kimi “Azərbaycanda fəaliyyət göstərən media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi” deyil. Reyestrin yaradılmasını həyata keçirən tənzimləyici dövlət orqanının rəsmi açıqlamalarına görə, fəaliyyət göstərən mediaların reyestrə daxil olmaları üçün mart ayının sonuna qədər vaxtları var. Həmin vaxta qədər reyestrə daxil olmaq üçün müraciət etməyən mediaların fəaliyyətinin qanuni olub-olmamasına qiymət verilməsi üçün məhkəmələrdə iddia qaldırılacaq (Qoşma – Agentliyin açıqlaması). Qeyd edilənlərin işığında aydın görünür ki, media və jurnalistlərin reyestrə daxil edilməsi, onların qanuni jurnalist fəaliyyəti ilə məşğul ola bilməsinin başlıca şərti olacaq. Qanunda da göstərildiyi kimi, yalnız reyestrdə oilan media və jurnalistlər akreditasiya imkanı qazanacaqlar. Belə yanaşma müxtəlif normativ aktlarda jurnalist haqlarına dəlalət edən imtiyaz, üstünlüklərin də məhz reyestrdə olan media və jurnalistlərə münasibətdə keçərli olacağını ifadə edir. Məsələn, Azərbaycanın cinayət qanunvericiliyi jurnalistin peşə fəaliyyətinə mane olmağa görə məsuliyyət müəyyən edir. Bundan başqa qanunvericilik jurnalistlərə öz qaynaqlarını açıqlamamaq haqqı verir. Qanunvericilik həmçinin, jurnalistlərin adi vətəndaşlarla müqayisidə ictimai məzmunlu rəsmi informasiyalara daha tez və rahat çatım haqlarını tanıyır. Reyestrdə olmayan media və jurnalistlərin bu haqlardan yararlanması məhdudlaşdırılacaq. Qeyd etdiyimiz məzmunda tənzimləmə lisenziyalaşmaya bərabər tənzimləmədir və aydın şəkildə BMT və Avropa Şurasının standartları ilə qətiyyən bir araya sığmır.

 

BMT standartları media və jurnalistlər üçün hər hansı lisenziyalaşmanı, qeydiyyatı istisna edir. BMT İnsan Haqları Komitəsinin 34 saylı Ümumi Şərhində göstərilir: “Jurnalistika, bloq yazarları, çap, internet və başqa platformada fərdi yayınçılıqla məşğul olan başqaları da daxil olmaqla çox çeşidli aktorlar tərəfindən paylaşılan bir fəaliyyətdir və jurnalistlərin qeydiyyatının aparılması və ya lisenziyalaşdırılması BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə uyğun deyildir. Məhdud akkreditasiya qaydalarına yalnız jurnalistlərin müəyyən yerlərə və ya tədbirlərə məhdud sayda buraxılması gərəkli olduqda icazə verilə bilər. Belə qaydalar jurnalistikanın çox çeşidli aktorlar tərəfindən həyata keçirilən fəaliyyət sahəsi olması nəzərəalınmaqla, obyektiv meyarlara əsaslanaraq, ayrı-seçkiliyə yol verilmədən, Bəyannamənin 19-cu maddəsi vədigər müddəalarına uyğun şəkildə tətbiq edilməlidir”.

Reyestr mexanizmi Avropa Konvensiyasının tətbiqi təcrübəsinə də uyğun deyil. Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsi istisna hallarda yalnız yayım mediasına münasibətdə qeydiyyat və ya lisenziyalaşdırmaya mexanizminin tətbiqini legitim hesab edir. AİHM-in Informationsverein Lentia vədigərləri Avstriya qarşı işdə bildirib ki: “...onillikləərzində əldə edilmiş texniki inkişafı nəzərə aldıqda, dövlət orqanları tərəfindən yayım tezliklərinə və kanallara tətbiq edilən məhdudiyyətləri əsaslandırmaq mümkün deyil. Belə bir vəziyyətdə dövlətin lisenziyalaşdırma fəaliyyəti yeni məna və məqsəd qazanıb: ictimaiyyətin məlumat almaq hüququnun təmin edilməsi üçün informasiya azadlığını və plüralizmini təmin etmək. Dövlət bu cür plüralizmin qarantı kimi çıxış etməlidir”. Məhkəmənin bu yanaşması onlayn media subyektlərinin reyestrə daxil edilməsi məsələsinə də aid edilməlidir. Sosial şəbəkələrin və bloggerliyin bu qədər geniş yayıldığı vəpopulyarlığının artdığı dövrdə onlayn media subyektinin reyestrə daxil edilməsi üçün tələb edilən formalizməhansısa formada haqq qazandırmaq qeyri-mümkündür. Avropa Məhkəməsi dəfələrlə bildirib ki, “...dövlətin lisenziyalaşdırma sistemi yalnız texniki məqsədlər üçün istifadə edilməlidir və Konvensiyanın ifadə azadlığını tənzimləyən 10-cu maddəsinin 2-ci bəndinin tələblərinə zidd olmamalıdır”.

Digər tərəfdən, Avropa Şurası Nazirlər Komitəsi “Media plüralizmi və media məzmununun müxtəlifliyi ilə bağlı CM Rec (2007)/2 saylı Tövsiyəsində üzv dövlətlərə çap mediasından rəqəmsal mediaya keçid etmək üçün dəstək verməyi məsləhət görüb. Bununla yanaşı, media plüralizminin təmin edilməsi üçün qərarların qəbul edilməsi zamanı elmi araşdırmanın əhəmiyyətinə də diqqət çəkilib. “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, tətbiqi prosesində isə bu tövsiyələrin ziddinə olaraq, hansısa elmi araşdırma aparılmayıb, buna istinad edilməyib, eləcə də çap mediasından rəqəmsal mediaya keçidlə bağlı tövsiyyələrəəhəmiyyət verilməyib.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun məzmunun tənzimlənməsi ilə bağlı müddəalarına beynəlxalq müqavilələrin işığında baxış

Azərbaycan qanunvericiliyi məzmuna onsuz da geniş məhdudiyyətlər imkanı verir. Azərbaycanın cinayət qanunvericiliyi böhtan və təhqirə görə, cinayət cəzaları nəzərdə tutur. Məzmuna inzibati məsuliyyətin tətbiq edilməsi üçün imkanlar daha genişdir. Məsələn, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu yayılması qadağan edilən informasiyaların geniş spektrini müəyyən edib: 

  terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; 

  zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinəərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; 

  dövlət sirri təşkil edən məlumatlar; 

  odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelətərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; 

  qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; 

  intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; 

  “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar; 

  təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; 

  insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; 

  Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyalar.

Yuxarıda qeyd edilənlərlə bilrikdə, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin məzmuna yönəlik tələbləri Avropa Konvensiyasının standartlarına uyğun gəlmir. Konvensiyasının 10-cu maddəsində göstərilir ki: “Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyindəqalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir”. Bu mətndən göründüyü kimi, ifadəazadlığı hər cür ifadələri qoruyur və məzmun baxımından heç bir məhdudiyyət nəzərdə tutulmur. İfadə azadlığı baxımından məzmunun qiymətli olub – olmaması, cəmiyyət üçün faydalı olub-olmaması vacib deyil. Beləqiymətləndirmə subyektivdir, həmin qiymətləndirmələəsasında ifadə azadlığı hüququnun çərçivəsini müəyyənləşdirmək, bu hüququn özbaşına məhdudlaşdırılmasına imkanlar aça bilər. İfadə azadlığı-na başqalarının faydasız, önəmli olmayan saydıqları məzmunları ifadə etmək və yaymaq azadlığı da daxildir. Bununla yanaşı, hər bir hüquqda olduğu kimi, ifadə azadlığı hüququnun da çərçivəsi var, bu çərçivənin işığında bəzi məzmunlar ifadə azadlığı çərçivəsində, bəziləri isə həmin çərçivədən kənar hesab edilə bilər. Yalnız hər hansı məzmunun ifadə azadlığı hüququ çərçivəsinə daxil olub-olmadığını müəyyənləşdirdikdən sonra həmin məzmunun məhdudlaşdırıla bilən olub-olmadığını dəyərləndirmək olar. Məhz bu səbəbdən Avropa Məhkəməsi mətbuata yönəlik ön məhdudiyyətləri yolverilməz, Konvensiyanın 10-cu maddəsinə zidd sayır. Medianın yaydığı məzmuna yönəlik qanunda yuxarıda sadalanan şərtlər media üçün qabaqcadan məhdudiyyətlərin tətbiqi mahiyyətindədir. Halbuki, “...mətbuata qarşı qabaqcadan məhdudiyyətlərin özü 10-cu maddə ilə bir araya sığmır” (Gawęda Polşaya qarşı, AİHM qərarı). Doğrudur, nifrəti yayan, qızışdıran, təşviq edən və ya buna haqq qazandıran məzmunlar demokratik cəmiyyətlərdə məhdudiyyətlərə məruz qala bilər, ancaq beləməhdudiyyətlər hökuməti tənqid edən media və jurnalistləri susdurmaq üçün vasitə rolu oynamamalıdır .

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müəyyən etdiyi şərtlərin həm dəAvropa Məhkəməsinin 3 mərhələli yoxlama nəzəriyyəsinin işığında incələnməsi faydalıdır. İfadə azadlığına məhdudiyyətlər qanunda nəzərdə tutulmalıdır. Qanunda nəzərdə tutulmanın özü ayrılıqda kifayət deyil, bunun özü də bir neçə kriteriayaya cavab verməlidir. 

Vətəndaşların davranışlarını düzənləməsi üçün kifayət qədər açıq tənzimləmə təqdim etməyən norma, qanun olaraq qəbul edilə bilməz. Vətəndaşlar konkret bir hərəkətin doğuracağı nəticələri ağlabatan həddəqabaqcadan görə bilməlidirlər. Məhdudiyyət nəzərdə tutan qanun həm də aydın olmalıdır, özbaşına tətbiqəimkan verməyən bir şəkildə yazılmalıdır.

Məzmuna müdaxilələr həm də qanuni məqsəd daşımalıdır. Məhdud sayda olan və genişləndirilməsinə icazəverilməyən qanuni məqsədlər Konvensiyanın 10-cu maddəsinin 2-ci hissəsində göstərilib: “Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu vəhüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdəzəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.

 Nəhayət, məzmuna müdaxiləni həm də təxirəsalınmaz sosial təlabat zəruri etməlidir (Pentikäinen Finlandiyaya qarşı, AİHM-in qərarı). İstər qanundakı “faktlar obyektiv təqdim edilməlidir”, istər “əxlaqdankənar leksik məzmunlu söz və ifadələrdən istifadəyə yol verilməməlidir” şərti, istərsə də hər hansı digərinin mətni o qədər ümumi, mücərrəd və yayğındır ki, onları bu kriteriyaların işığında incələmək də asan deyil. Qanundakı 16 şərtin, eləcə də əlaqəli digər qanunlarda nəzərdə tutulan şərtlərin hər hansı biri bu testdən keçə bilən, “hüquqi müəyyənlik” prinsipinə cavab verən deyil və beləliklə, Avropa Konvensiyasının 10-cu maddəsinəuyğun gəlmir.

 

Qanunun 14-cü maddəsinin müəyyən etdiyi şərtlər media və jurnalistlərə çox ciddi çəkindirici təsir göstərmək, onları özünü senzuraya zorlamaq gücündə olmaqla yanaşı, həm də özbaşına tətbiqə geniş imkanlar açır. 

 

  1. MƏHKƏMƏDƏN XAHİŞİMİZ

Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 125-ci, 130-cu maddələrinə, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 31-ci, 34-cü maddələrinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən xahiş edirəm:

 

  1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun onu qəbul edən orqan tərəfindən təkmilləşdirilməsi tövsiyə edilsin;
  2. Təkmilləşdirilənə qədər “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinin dayandırlması onu tətbiq edən orqanlara tövsiyə edilsin;

 

Hörmətlə,

Ad, Soyad ________________________

www……………..az” nin təsisçisi

Tarix: 



[2] İddia Ərizəsi real keysdən uyğunlaşdırılmışdır.

[3] Bu isnadlar konkret müraciətə imtina cavabında göstərilən maddələrə və yarımbəndlərə uyğun dəyişə bilər.

[4] qeyd: bu rəsmi qurumun imtina cavabına görə dəyişə bilər. 

[5] Konstitusiya Məhkəməsinə şikayət  nümunəsi arqument.az saytının şikayəti əsasənda uyğunlaşdırılıb. Lakin şikayətçinin fəaliyyət xarakterinə görə müəyyən uyğunlaşdırmalar aparıla bilər. 

 



[1] “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 08 fevral 2022-ci il. https://e-qanun.az/framework/49244  

[2] Media Haqqında AR Qanunu, maddə 73.3, https://e-qanun.az/framework/49124  

[3] Media Haqqında AR Qanunu, maddə 73.7, https://e-qanun.az/framework/49124

[4] Media Haqqında AR Qanunu, Maddə 73.9, https://e-qanun.az/framework/49124  

[5] Media Haqqında AR Qanunu, Maddə 74.3, https://e-qanun.az/framework/49124

[6] Media Haqqında AR Qanunu, Maddə 75.1, https://e-qanun.az/framework/49124  

[7] Media Haqqında AR Qanunu, Maddə 17, https://e-qanun.az/framework/49124  

[8] AR Konstitusiyası, maddə 151; https://e-qanun.az/framework/897

[13] Media haqqında Qanun, maddə 11.4, https://e-qanun.az/framework/49124