In 1996 he graduated from the faculty of law of Istanbul University in Turkey and worked as a lawyer in Istanbul. In 2001 he received Master’s degree from Public Administration Institute for Turkey and the Middle East (PAITME) in Ankara and got a expert address on law and administration. He passed one year special training on the specialty of lawyer at Istanbul Bar Association of Lawyers.
ictimai TV etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
ictimai TV etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
29 Kasım 2021 Pazartesi
7 Ekim 2015 Çarşamba
İctimai Yayımın illik gəlirləri 371 milyon 884 min 680 manat təşkil edirmi?
Bir dəqiqə= 3540 manat!!
Bu gün İctimai televiziya və radio Yayımları ŞİRKƏTİ Parlament seçkilərində pullu təşviqatın qiymətini açıqlayıb. Bir dəqiqəsi 3540 manata (ƏDV daxil olmaqla) prime-time qiymətidir. Ən aşağı qiymət isə saat 11:50-də olan qiymətdir; dəqiqəsi 1416 manat.
Bu yazını yazmaya da bilərdim. Amma bəzi azsaylı
insan dairəsi bilir ki, bu ölkədə normal ictimai yayımın formalaşması üçün kənardan
ən çox cəhd edənlərdən biri olmuşam. Heç vaxt qərəzlə məsələyə yanaşmamışam. Həmişə
çalışmışam ki, stəkanın dolu tərəfini göstərib, doluya tamamlamağa yardım edim.
Odur ki, bu yazını tarixə düşən bir not kimi yazıram. Bilirəm ki, mənim bu
fikirlərim heç nəyi dəyişməyəcək. Dəyirman bildiyini edəcək. Amma, vicdan
sahibi olanlar əminəm ki düşünəcək...düşünəcək.. və düşünəcək...
İctimai Teleradionun yaranmasındakı məqsədi gərək
onu idarə edənlər (Baş Direktor və onun direktorlar Şurası) və nəzarət edənlər
(Yayım Şurası) tam dərk etsinlər. Bunu dərk etmədən, ictimai yayım yaratmaq və
yaşatmaq olmaz.
Hazırda İctimai yayım ağır böhran keçirir. Bu gün Sentyabr
ayının prime-time vaxtının seçkilər öncəsi monitorinqini əldə etmişəm. Burda qiymətləndirməyəcəyəm,
o ayrı mövzudur. Amma bir kəlmə ilə vahimdir.
Keçirəm əsas mərama; nədən siyasi təşviqatın ödənişli vaxtının qiyməti astronomikdir? Bu qiyməti kim, hansı kriteriyaya görə müəyyən edib? İctimai Yayımın istədiyi qiyməti müəyyən etmək hüququ varmı, bu legitim sayıla bilərmi? Qiymət yaratmaq üçün hansı kriteriyalar nəzərə alına bilərdi?
İlk olaraq gərək İctimai yayımı tənzimləyən Qanunda
göstərilən məqsədə baxaq.
“İctimai
televiziya və radio yayımının məqsədi
Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin,
habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər
sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir
azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış
informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət
standartlarına uyğun şəkildə yayımlamaqdır.”-
Siz məqsədlər arasında “yaxşı pul qazanmaq”, “kommersiya
ilə məşğul olmaq”, “efiri satmaq” bəndlərinə haqlı olaraq rastlayamazsınız.
Çünki, ictimai yayımın belə bir məqsədi yoxdur və ola da bilməz.
Həmin Qanunun 3-cü maddəsində 9 yayım prinsipi
sayılıb.
3.0.1. müstəqillik;
3.0.2.
informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü;
3.0.3.
plüralizm və dözümlülük;
3.0.4.
açıq siyasi maraqlardan uzaqlaşma;
3.0.5.
ümumi maraqların uzlaşdırılması və təmin edilməsi;
3.0.6.
milli özünüdərkin inkişaf etdirilməsi;
3.0.7.
universallıq;
3.0.8. rəngarənglik;
3.0.9.
başqalarından fərqlənmə.
Bu 9 prinsipin hər hansı birində “gəlir əldə etmək”, “mənfəət
güdmək”- kimi prinsiplər yoxdur. Amma əvəzində həsrət qaldığımız “plüralızm”, “informasiyanın tərəfsizliyi”, “başqalarından fərqlənmə”...
prinsipləri var.
Minimum əmək haqqı 105 manat olan ölkədə; vətəndaşının
43200 dəqiqəsinə 397 manat (1 dəq=0,009 qəpik) aylıq orta əmək haqı ödənən ölkədə;
6 illik lisenziyanı 1000 manata əldə edən televiziyalar 1 dəqiqəlik efirə 3540 manat
tələb etməsi normaldırmı? Xüsusilə, Qanunun 5-ci maddəsinə görə (maddə 5. İctimai yayım fəaliyyətinə dövlət tərəfindən müddətsiz və ödənişsiz lisenziya verilir və tezlik ayrılır)- bir qəpik lisenziya və tezlik üçün xərci çıxmadan əbədi bu haqqa
sahib olan yayımçı belə davranmalıdırmı?
Bəlkə kimsə durub deyə bilər ki, 6-cı maddədə “reklam fəaliyyəti ilə məşğul olmaq”-bir hüquq kimi yayımçıya verilib, bunda nə var ki! Bəli, bu hüquq verilib. Amma birincisi, bunun
olması normal deyil. İctimai yayımın maliyyə təminatı qanun gərəyi dövlət tərəfindən
təmin edilib. İkincisi, reklam əmtəə və xidmətin tanıdılmasıdır. Parlamentə
seçilmək istəyən şəxs nə özünü əmtəə kimi satmağı, nə də gəlir gərirəcək xidmət
təklif etməyi hədəfləmir. Namizəd sadəcə özünü, gələcək platformasını, siyasi
baxışlarını, görmək istədiyi ölkəni seçicisinə
anlatmaq istəyir. Bunun adı ictimaiyyətin bilgiləndirilməsi və doğru seçim etməsinə
köməkdir. Bu prosesdə məhz İctimai yayıma ciddi yük düşür. Necə ki pulsuz efir
vaxtı bu məqsədlə ayrılır, cüzi ödənişli efir vaxtı da müəyyən edilərək,
marjinal düşüncələrin cəmiyyətə çatmasında və zamanında siyasi məqamlara
yolunun bağlanmasında ictimai yayım vasitə olmalıdır. İctimai yayım öz efirini
müxtəlif baxışlı siyasilərin gizlətmək istədikləri tərəflərini cəmiyyətə
çatdırmaqda ciddi rol almalıdır. Namizəd özünü, düşüncələrini gizlətmək istəsə
belə, məhz jurnalistlər bunu açığa çıxarmaqda vasitəçi olurlar. Demokratik
dünya təcrübəsini görmək yetərlidir.
İndi keçək əsas suala, İctimai yayımın efir qiyməti nədir, necə müəyyən edilə bilər?
Bu suala cavab axtaran istənilən
şəxs iki yoldan istifadə edə bilər. Birinci yol, İctimai Yayımın efirinə
qoyulan dövlət qiyməti. Bəli, döğru eşidirsiz, məhz dövlət illik bir dəyər müəyyən
edərək, onun xərclərini əhatə edir. “Azərbaycan
Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.7.2.3.
bəndindən görürük ki 2015-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinə
verilən mərkəzləşdirilmiş xərclər adı altında maliyyə yardımının miqradı 16 milyon 552 min 800 mant olub. Yəni 24 saat
yayımlanan bir televiziya və 24 saat yayımlanan bir radionun bir il ərzində
efirdə olduğu saniyələrin miqdarı 63 milyon 115 min 200 saniyədir. Deməli hər
saniyəyə dövlət 26,2 qəpik pul ödəyir. Əgər bu meyar əsas götürülsə, ən yüksək
qiymət bir dəqiqə üçün 15 manat 74 qəpiyi keçməməlidir. Amma, unutmaq olmaz ki,
bu dəqiqələrin dəyərini onsuz da dövlət ödəyir. Deməli, burda televiziyanın məqsədi
gəlir qazanmaq yox, xərcləri kompensasiya etmək olmalıdır. Belə olan halda, həmin
müddətin mayadəyəri çıxarılaraq, qiymət müəyyən edilməsi də doğru addım olar.
Mayadəyəri dövlət tam kompensasiya etdiyindən, teleradio siyasi çıxışlar üçün dəqiqəsi 1 manat müəyyən edilsə belə, bu
mənfəətli olacaq.
İkinci
yol, illik reklam gəlirlərinin qanunvericiliyə görə reklam vaxtına bölünməsi ilə
alınan rəqəm ola bilər. Bir il ərzində televiziya maksimum 104 min 904 dəqiqə
reklam üçün vaxt ayıra bilər. Televiziya illik reklam gəlirlərini bu vaxta bölərək,
dəqiqənin qiymətini müəyyən edə bilər. Təəssüf ki, İctimai yayımın rəsmi səhifəsində
keçən il ərzində teleradionun reklam gəlirlərinə dair heç bir məlumata
raslamadım. Odur ki, Teleradioya bir informasiya sorğusu göndərdim. Ümid edirəm
ki, 7 iş günü ərzində bu rəqəmi də mənə açıqlamış olacaqlar. Amma bu rəqəm
olmasa da indi açıqlanan qiyməti reklam vaxtına vurmaqla müəyyən ehtimal əldə
etmək olar. Əgər İctimai Yayımın rəhbərliyi belə bir qiyməti havadan
qoymadıqlarını, hansısa maliyyə əməliyyatlarına görə hesabladıqlarını deyirlərsə,
deməli illik 104 min 904 dəqiqəlik reklam vaxtını dəqiqəsi 1416-3540 manatdan
satmaqla ildə 148 milyon 544 min 064 mantla - 371 milyon 884 min 680 manat arası
reklam gəliri əldə edirlər. Bu gəlirdən imtina etməmək üçün yenə bu qiyməti
qoyublar.
Kaydol:
Kayıtlar (Atom)