REAL hərəkatının rəhbəri
İlqar Məmmədovun qanunsuz həbsdə saxlanılmasına davam edilməsi Azərbaycan
məhkəmə-hüquq sisteminin iflasın eşiyində olduğunun açıq göstəricisidir və Azərbaycanın
beynəlxalq miqyasda dövlət imicinə, mənafeyinə zərbədir.
Dövlət beynəlxalq münasibətlərdə qoşulduğu
Konvensiyalara sadiq qaldıqda, atdığı imzaya hörmət etdikdə başqaları tərəfindən
də sayğı görür. Əgər Dövlətin qurumlarının, hökumətinin atdığı imzaya öz məhkəmə
sisteminin, hakimlərinin hörməti yoxsa, başqalarının həmin imzaya və ya iradəyə
sayğı göstərməsini gözləmək ağılsızlıqdır.
Azərbaycan AŞ İnsan Haqları Konvensiyasını Hökuməti
səviyyəsində imza edib, Parlamenti səviyyəsində isə ratifikasiya edib. Həmin
Konvensiyaya əsasən AİHM qərarları Azərbaycan üçün bağlayıcıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının
məcburi qüvvəsi və icrasını göstərən 46-cı maddəsində bildirilib ki, “Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin
onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə
götürürlər.”
İlqar Məmmədov 2013-cü il
Fevralda qanunsuz həbs edildikdən qısa müddət sonra daxili Məhkəmələrin
hüquqazidd davranışlarından AİHM-ə şikayət göndərildikdə, Avropa İnsan Hüquqları Məhkəməsi həmin şikayətə
prioritet verərək çox qısa müddətdə baxaraq 22 May 2014-cü ildə “həbsin qanunsuz olduğu və
qeyd-şərtsiz azadlığa çıxmasını tələb edən qərarını elan etmişdir. Hökumətin qərarın icrasını ləngitmək
üçün 3 aylıq müddətin sonunu gözləyərək verdiyi şikayətə baxmayaraq, Böyük
Palata şikayəti rədd etmiş və 13 Oktyabr 2014-cü ildə bu qərar hüquqi qüvvəyə minmişdir.
Normal öhdəliklərinə və
daxili və xarici hüquqa hörməti olan istənilən ölkə hökuməti bu halda qərarı 3
ay ərzində icra etməlidir. Lakin təəssüf ki 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq
, İlqar Məmmədovun qanunsuz həbsdə saxlanılmasına israrla davam edirlər. Avropa
Şurası formalaşdığından bugünədək kecən 66 ildə AHİM-in bir qərarının icrasına
görə AŞ Nazirlər Komitəsinin 6 qərarının olmasına baxmayaraq bir ölkənin öz vətəndaşını,
üstəlik də həmin vətəndaşın cinayətkar olmadığını bilməsinə rağmən həbsdə
tutmasının anologu yoxdur. Şəxsi intiriqa istisna olmaqla məntiqi atqumenti də
yoxdur.
Bu yanaşma ölkədə hüququn
işləmədiyinin göstəricisi olmaqla bərabər, şəxsə görə fərqli davranıldığı və
hüquq qarşısında şəxsin bərabərliyi prinsipinin də tanınmadığı anlamına gəlir.
Hökumət İlqar Məmmədovu “həbsdə
saxlayacağam”- deməklə əslində başqa tablonu-ölkə “hüquq sisteminin iflas
etdiyini daha aydın sərgiləyir. Bu prosesdə İlqar Məmmədov öz azadlığını
barmaqlıqlar arxasında “itirərkən”, ölkənin hüquq sisteminə inam daha geniş
miqyasda yox olur və beynəlxalq miqyasda dövlətin imicinə sağalmaz zərbələr
vurulur.
Hiç yorum yok:
Yorum Gönder