3 günlük hərbi əməliyyatlarda hərbi texniki və mülki obyektlərdən əlavə xeyli canlı itkimiz olduğu məlum olur.
Əməliyyatlar bitib, şəhidlərin gəlməsi bitmədiyinə görə cəmiyyətin müxtəlif təbəqələrində qızğınlığın olması, sorğulamaların başlaması normaldır. Əlbəttə rəsmilərin təzadlı açıqlamaları, yersiz susqunluqları, informasiya siyasətlərinin demək olar ki olmamaları ciddi sorğulanmalıdır. Ayrıca, əməliyyatlarda itkilərin minimuma endirilməsi yollarının bir daha nəzərdən keçirilməsi, buraxılan səhvlərdən dərs alınması çox zəruridir.
Lakin unutmamalıyıq, düşmən 23 ildir işğal etdiyi yerlərdə ciddi möhkəmlənmiş, rusların səxavəti ilə müasir silahlarla silahlanmış, ərazilər ciddi şəkildə minalanmış, istehkamlar, səngərlər, tələlər hazırlanmışdı. Bu zaman səngərlərdən çıxıb, düşmənin üzərinə atıldığımız zaman itkilərin olması təbiidir. Bizim yermizdə qalmadığımız, irəli hərəkət etdiyimiz bu gün artıq mübahisə doğrumur. Təmas xəttinini iki önəmli hissəsində əhəmiyyətli yüksəklik almışıq.
Bu gün şəhidlərin xatirəsinə hörmətsizlik göstərərək, "iki təpəyə bu qədər itki dəyərdi mi"-sualını ünvanlayanlara səəslənirəm.
Hər il avtomobil yollarında min nəfərədək insan həyatı itirilir, minlərlə insan xəsarət alır, bir çoxu əmək qabiliyyətini əbədilik itirir. Yüz şəhidin qanınının axıdılması nəticəsində hətta iki təpənin alınması nəticə etibarı ilə böyük uğurdur.
Bu statusa İki şəkil əlavə edirəm .


Bəli, dəyər!
Hörmətli Ələsgər Məmmədli. Orada bir Talış "yarımada"sı buraxmısınız. Bu mümkün olmayan bir şey. O kənd 3 tərəfdən Azərbaycanın əhatəsində qala bilməzdi axı? Məncə Murov tərəfdən cənuba irəliləmə baş verməyib. Heç baş verə də bilməzdi. Oralar hündür dağlardır mənbiləni və tanklarla o dağları keçmək olmazdı. Bu işi yalnız piyada qoşunları edə bilərdi... Bir sözlə Murovdan cənuba doğru hər hansı əməliyyatın baş verdiyinə inanmıram.
YanıtlaSilHörmətli İpekci, yorumunuza görə təşəkkür edirəm. Sadəcə bir məqamı sizə çatdırmaq istəyirəm, bu yarmadanı mən buraxmamışam, tərəflərin rəsmi məlumatlarına görə http://caucasus.liveuamap.com/en/2016/8-april-residents-visit-cemetery-of-jojugmarjanli-village resursunda formalaşan xəritədir. Mən də ondan istifadə etmişəm. Ayrıca, bu resusrsa 2 apreldən bu günədək bütün əməliyyatlar, video görüntülər, şəkillər, sübutlar paylaşılıb. Hətta bizim Talış kəndinə girdiyimiz və sonra oranı tərk etdiyimiz də anı-anına burda qeyd edilirdi və mən onların screenshortunu saxlayıram. Əməliyyat murovdan olmayıb, Tərtər və Göranboy istiqamətindən olub. Amma daha dəqiqini ordakı hərbçilər bilir. Mən sadəcə bu resursun xəritəsini bizim rəsmi məlumatlarla birlikdə yaydım. Yeni bir şey kəşf etməməişəm. Təşəkkürlər.
YanıtlaSil