In 1996 he graduated from the faculty of law of Istanbul University in Turkey and worked as a lawyer in Istanbul. In 2001 he received Master’s degree from Public Administration Institute for Turkey and the Middle East (PAITME) in Ankara and got a expert address on law and administration. He passed one year special training on the specialty of lawyer at Istanbul Bar Association of Lawyers.
7 Nisan 2016 Perşembe
Ələsgər Məmmədli ifadə azadlığı barədə Amerikanın Səsinə müsahibə verir
5 Nisan 2016 Salı
ATƏT-in Minsk qrupu bu problemi çözə bilər mi?
Yaxud Təmas xəttindəki son atışmalardan sonraya bir baxış
Qarşılıqlı
atəşkəsdən sonra sosial şəbəkədə və mediamızda bir ümid yaranıb ki, bu qısamüddətli
hərəkətlilik və iki yerdə ermənilərin təmas xəttindəki ilk sipərinin aşılması
böyük qələbədir və erməniləri Qarabağın dağlıq hissəsi, Laçın və Kəlbəcər istisna olmaqla digər rayonlardan çıxarmağa
yetəcək. Hətta bəzi yorumlarda bu fikrə rast gəlirəm ki, guya Rusiya da gizlində
bunu istəyirmiş, ATƏT-in Mİnsk qrupunun həmsədrləri də buna erməniləri məcbur
edəcək.
Bu fikrə
qatılıram ki, 22 ildən sonra ilk dəfə cəbhə xəttində mövqe üstünlüyü qazandıq.
Bu tabloda həyatını verən bütün qəhrəman şəhidlərə Allah rəhmət eləsin və
mübarizədə yuxusuz gecələr keçirən digər əsgərlərimizə Allah qüvvət versin!
Lakin yuxarıdakı digər yorumların heç heç
birinə qatılmıram. Çünki, ATƏT-in həmsədrləri ermənilərə nəyisə məcbur etmək
istəsələr geridə qalan 22 ildə edərdilər. Yəni, Minsk qrupunun 22 ildə etdikləri
önümüzdəki ay və illərdə edəcəklərinin də təminatıdır... Bir sözlə xüsusilə Rusiyanın arxa baxçası
sayılan Qafqazda digər iki həmsədr ölkə Rusiyanın açıq dəstəkləmədiyi çözümü tərəflərə
məcbur etməz. Hələ bu məcbur edəcəkləri tərəf Ermənistandırsa heç etməz. Rusiyanın tutumunu isə müzakirə etmək sadəlöhvlükdən
başqa bir şey deyil. Bu gün torpağa tapşırdığımız 16 şəhidi, dünən, daha öncəki
günlər, aylar illər ərzində bu münaqişədə həyatını itirən 30 mindən çox şəhidimizi
məhz bu həmsədr ölkə Rusiyanın silahları həyatlarından edib. Üstəlik bu
silahları ermənilər qazancları ilə almayıblar, onlara hər dəfə kütləvi şəkildə
bağışlanıb. Bzim pulumuzu alıb, bizə silah satdıqları halda, ermənilərə
bağışlayıblar.
Yəqin ki,
yaxın günlərdə ATƏT-in təşəbbüsü ilə tərəfləri danışıq masasına gətirəcəklər. Fərqli
Avropa ölkələrində bir araya gəlib, yenə sonu görünməyən danışıq proseslərinin
davam etdiyi hekayələrini eşidəcəyik. ATƏT hər dəfə “sülh danışıqlarından başqa
münaqişənin çözümü yoxdur”-açıqlamasını verəcək və irəliyə doğru bir addımın
atıldığını bildirəcək. Biz də cəmiyyət olaraq nəticəyə gedən addımların sayını
bilmədən “irəliyə atılmış” hər addımı saymaqla Qarabağa uzaqdan baxmağa davam edəcəyik.
Amma bu
dediklərimin olmaması üçün çox ciddi bir xətt müəyyən olunmalıdır. Azərbaycan
bündan öncə bir prinsiplə masaya otururdu: “Münaqişə ərazi bütövlüyü prinsipi çərçivəsində
həllini tapmalıdır”. İndi bu prinsipin yanına bir digər prinsip əlavə
olunmalıdır: “Münaqişə ərazi bütövlüyü
prinsipi çərçivəsində və konkret bir ay müddət ərzində öz həllini tapmalıdır, əks
halda sorumluluq ATƏT-in Minsk qrupundadır”.
Əgər son rəsmi
açıqlamalar yalan deyilsə belə bir şərti irəli sürməyimizi indiki mövqeyimiz tələb edir. Unutmayaq, 22
ildən sonra xalqda da bu prosesin yekunlaşa biləcəyinə və orduya böyük İNAM
var. Bunu boşuna xərcləmək xəyanət olar!
1 Nisan 2016 Cuma
Sivil Toplum Platformasının mövqe sənədi
(Milli Məclis tərəfindən
“Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının
Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında”
Konstitusiya Qanunu qəbul etmə təşəbbüsünün qeyri legitimliyi haqqında)
Rəsmi məlumatlara əsasən Martın
17-də Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin növbəti iclasında “Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının
Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında”
Konstitusiya Qanunu layihəsi müzakirə edilib.
Azərbaycan Insan hüquq və
azadlıqlarının müdafiəsi üzrə iki dövlətlərarası qurumun yurdiksiyasını rəsmi qəbul
edib. Bu Avropa Insan Hüquqları Məhkəməsi və BMT-nin Insan Hüquqları Komitəsidir.
Bu layihənin Milli Məclisin müzakirəsinə çıxarılması təşəbbüsü göstərir ki, son
vaxtlar Azərbaycan məhkəmə sisteminin ədalətsizliyini təsdiq edən çoxsaylı AİHM
qərarlarının ard-arda gəlməsi ölkə rəsmilərinin “tələsik” həll yolu axtarmasına
səbəb olub. Bu addım gözü daim şimalda olan bəzi yönəticilərin Rusiyanın mənfi təcrübəsini ölkəyə gətirməklə məsələyə çözüm
tapacağı arzusu ilə üst-üstə düşür. Lakin unudulur ki, Rusiyanın dövlət
quruluşu, Rusiya Federasiyasının Konstitusiyası Azərbaycandakı dövlət
quruluşundan və Azərbaycan Konstitusiyasından ciddi şəkildə fərqlənir.
Azərbaycan Konstitusiyasında insan
hüquq və azadlıqlarının tənzimlənməsi konstitusiyon qoruma altındadır. Konstitusiyanın 71-ci maddəsinin VI
bəndinə əsasən “Azərbaycan Respublikası
ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir”. Konstitutsiyanın 12-ci maddəsində dövlətin ali məqsədi
göstərilir və qeyd edilir ki, “Bu Konstitusiyada
sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir”.
Konstitusiyanın 158-ci maddəsində isə “Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla
əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz”-müddəasina
yer verilir. Beləliklə, birinci bölmədə yerləşən 12-ci maddəyə Milli Məclis tərəfindən
Konstitusiya Qanunu formatında əlavə təklif edilə bilməz. Dəyişikliyə gəldikdə,
Milli Məclisin dəyişiklik etməsi də mümkün deyil, çünki, 152-ci maddədə
bildirilir ki: “Konstitusiyanın mətnində
dəyişikliklər yalnız referendumla qəbul edilə bilər”.
Ayrıca,
beynəlxalq aktların hüquqi qüvvəsini müəyyən edən 151-ci maddədə açıq şəkildə
göstərilir ki, “Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə
(Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar
istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq
edilir.”
Avropa İnsan
hüquqları Məhkəməsi İnsan hüquqları və əsas azadlıqlarının Müdafiəsi haqqında
Avropa konvensiyasında, BMT insan hüquqları Komitəsi və digər kvaziməhkəmə
orqanları isə İnsan hüquqları Deklarasiyası və Mülki və siyasi hüquqlar
haqqında Beynəlxalq paktda və digər BMT sənədlərində təsbit edilmiş
hüquqlarının pozuntusu ilə bağlı işlərə baxır.
Nəzərə almaq
lazımdır ki, insan hüquqları sahəsində beynəlxalq sənədlər bu sahədə minimal
standartları müəyyən edir. Beynəlxalq məhkəmə institutları da məhz belə minimal
standartların təmin olunmasına nəzarəti həyata keçirir.
Azərbaycan
Respublikasının Konstitusiyası beynəlxalq sənədləri bir başa implementasiya
etməklə yanaşı, özünün mətnində daha geniş hüquq spektiri və standartları
müəyyən edir.
Bundan əlavə
Azərbaycan 2002-ci ildə “Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya
qanunu qəbul etməklə Beynəlxalq müqavilələrdə təsbit edilən hüquq və
azadlıqların məzmununu eyni mətn ilə bir daha Azərbaycan qanunvericiliyinə
inkorparosiya etmişdir.
Belə olan halda
beynəlxalq müqavilələrin Azərbaycan Konstitusiyasına uyğunsuzluğundan danışmaq
yersizdir.
Avropa İnsan Hüquqları Konvensiyası 25 dekabr 2001-ci ildə Milli
Məclis tərəfindən ratifikasiya edilərək, milli hüquqa daxil edilib və
Konstitusiyanın 12-ci və 151-ci maddələrinə əsasən referendumla qəbul edilən
aktlardan sonrakı yeri tutub. Yəni, Milli Məclis tərəfindən bu günədək qəbul
edilən, habelə, gələcəkdə qəbul edilməsi nəzərdə tutulan konstitusiya qanunları
və digər qanunların qüvvəsi Konvensiyanın qüvvəsindən aşağıda durur. Milli Məclis tərəfindən AİHM-nın
qərarlarının ölkədə icrasının mümkünlüyünü mübahisələndirən istənilən akt,
ölkənin tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyası ilə ziddiyyət
təşkil edəcək. Avropa İnsan Hüquqları Konvensiyanın 46-cı maddəsində Azərbaycan
tərəfinin açıq öhdəliyi var. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının məcburi
qüvvəsi və icrasını göstərən bu maddədə bildirilib ki, “Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları
işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.”
Bununla bağlı
Platforma hökümətə Hüquq vasitəsi ilə Demokratiya naminə Avropa Komissiyasının
(Venesiya komissiyasının) Rusiya Federasiyasında qəbul edilmiş analoji qanunla
bağlı rəyini bir daha xatırladaraq bildirir ki, Beynəlxalq məhkəmələrin qəbul
etdiyi qərarlarda nəzərdə tutulan fərdi tədbirlərin icrasının müzakirəsi yol
verilməzdir.
Həmçinin nəzərə
alınmalıdır ki, Avropa hüququ tərəfdar dövlətlərin milli hökümətlərinə
məhkəmələrin qərarlarında nəzərdə tutulan ümumi tədbirlərin icrası ilə bağlı
alternativ üsulların seçimində geniş sərbəstlik tanıyıb.
Hesab edirik
ki, yanlız belə üsulların Konstitusiyaya uyğunluğu müzakirə oluna bilər. Bunun
üçün hər hansı qanunvericilik aktının qəbul edilməsinə zərurət yoxdur. Bu
məsələ Azərbaycan Hökümətinin beynəlxalq qərarların icrası nəzarət funksiyasını
həyata keçirən institutlarla (məsələn, Avropa Şurası Nazirlər Komitəsi)
birbaşa, konstruktiv və geniş müzakirələr vasitəsi ilə həll olunmalıdır.
Avropa İnsan Hüquqları Məhkəməsi yalnız Avropa İnsan hüquqları
Konvensiyasında və protokollarında qoruma altına alınan insan haqlarına dair
işlərə baxdığından, Konstitusiyanın 12-ci maddəsi də Azərbaycan hökumətindən
tələb edir ki, “Bu Konstitusiyada sadalanan insan və vətəndaş
hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun tətbiq edilsin!
Ayrıca, Milli
Məclis tərəfindən insan hüquq və azadlıqlarının qorunmasında insanlara Avropa İnsan Hüquqları Məhkəməsi
timsalında əlavə üstün müdafiə imkanları
tanıyan normaları baypass edən,
onların icrasının mümkünlüyünü mübahisələndirən istənilən təşəbbüsün Konstitusiyanın
71-ci maddəsinə zidd olacağı şübhəsizdir. 71-ci maddənin 1-ci bəndində hakimiyyətin hər
üç qoluna vəzifə yüklənmişdir: “Konstitusiyada təsbit
edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.” “...Dövlət orqanları yalnız
bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət
göstərə bilərlər.”
Bütün bunlar göstərir ki, Milli Məclisin “Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının
Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında”
Konstitusiya Qanunu layihəsinin müzakirəsi və plenar iclasa tövsiyə edilməsi
açıq şəkildə Konstitusiya ilə müəyyən edilmiş hüdudları aşmaqdır və Konstitusiyanın
ciddi şəkildə pozulmasıdır.
Bir daha xatırladırıq ki, beynəlxalq hüququn Azərbaycandakı
mövqeyini heçə sayan addımların atılması Azərbaycanın bir dövlət kimi imicinə
böyük zərbə vurmaqla yanaşı, Qarabağ uğrunda haqq mübarizəmizdə beynəlxalq
hüquqa arxalandığımız dövrdə bizə qarşı çevrilə bilər. Unutmamalıyıq ki, Avropa
İnsan hüquqları məhkəməsinin Çıraqov Ermənistana qarşı işindəki, qərarı beynəlxalq
təşkilatların rezolyutiv xarakter daşıyan digər qərarlarından fərqli olaraq Ermənilərə
qarşı məcburi xarakter daşıyan yeganə aktdır.
Odur ki, Konstitusiyaya zidd bu tip təşəbbüsdən dərhal imtina
olunmalı, bu məsələ Milli Məclisin yaz sesiyasının planından çıxarılmalıdır.
14 Mart 2016 Pazartesi
http://www.azadliq.info/124929.html
Ələsgər Məmmədli: «Görünür, qanunların işləməsində maraqlı olmayan tərəf var»
“Azadlıq”ın ötən sayında xəbər vermişdik ki, Avstriyada Azərbaycan manatının çapı ilə bağlı korrupsiya qalmaqalı yenidən gündəmə gəlib. Söhbət manatın çapının məhz Avstriya şirkətinə həvalə olunması üçün Azərbaycan Mərkəzi Bankının rəhbər şəxslərilə korrupsiya razılaşmasına dair cinayət işindən gedir.
Xatırladaq ki, Avstriya Mərkəzi Bankının sədr müavini Volfanq Duçazek bankın pul əskinaslarının çapına məsul törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da daxil olmaqla, ümumilikdə 9 nəfərin ittiham olunduğu iş üzrə Vyana məhkəməsi bir müddət əvvəl qərar versə də, nəticə prokurorluğu qane etməyib. Prokurorluq bu cinayət işinin ölkənin Ali Məhkəməsində araşdırılmasını istəyir. Ona görə də bu instansiyaya müraciət edib.
inayət işinin materiallarında göstərilib ki, 2005-2011-ci illərdə Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14 faizi, Azərbaycana isə 20 faizi qaytarılıb.
Bağlanmış müqavilələrdə Azərbaycan Mərkəzi Bankının Idarə Heyətinin sədri Elman Rüstəmov və onun müavini Abdulla Məlikaslanovun imzaları olduğu bildirilir.
Maraqlıdır, Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin baş bankı ilə bağlı, üstəlik, xaricdə qalmaqala səbəb olan bu korrupsiya olayına niyə heç bir reaksiya vermir? Dövlətin pulunun taleyi məsul qurumları və şəxsləri niyə maraqlandırmır?
Hüquqşünas Ələsgər Məmmədli də təəssüflə qeyd edir ki, qanunvericilik tələb etsə də, bu cür vacib məsələ ilə bağlı araşdırma aparılmır. Hüquqşünas deyir ki, kütləvi informasiya vasitələrində yayımlanan istənilən hüquq pozuntusuna dair fakt hüquq-mühafizə orqanları, əsasən də prokurorluq tərəfindən araşdırılmalıdır.
“Hüququn üstün olduğu normal ölkələrdə məsələ belə tənzimlənməlidir. Lakin Azərbaycan kimi ölkədə hüquq-mühafizə institutları və siyasi fiqurların başı rüşvət və qalmaqala qarışıb. Manatın çapında baş verən olayların araşdırılması, onun sübutu sonrakı məsələdir. Zənnimcə, qanunların işləməsində maraqlı olmayan tərəf var. Bu da qanunları icra etməli olan tərəfdir. Həmçinin, cəmiyyətin də çox zəif olması onların qanunsuz fəaliyyətinə şərait yaradır”, – deyə Ələsgər Məmmədli bildirib.
Informasiya şöbəsi
12 Mart 2016 Cumartesi
Kaydol:
Kayıtlar (Atom)