Yaxud Təmas xəttindəki son atışmalardan sonraya bir baxış
Qarşılıqlı
atəşkəsdən sonra sosial şəbəkədə və mediamızda bir ümid yaranıb ki, bu qısamüddətli
hərəkətlilik və iki yerdə ermənilərin təmas xəttindəki ilk sipərinin aşılması
böyük qələbədir və erməniləri Qarabağın dağlıq hissəsi, Laçın və Kəlbəcər istisna olmaqla digər rayonlardan çıxarmağa
yetəcək. Hətta bəzi yorumlarda bu fikrə rast gəlirəm ki, guya Rusiya da gizlində
bunu istəyirmiş, ATƏT-in Mİnsk qrupunun həmsədrləri də buna erməniləri məcbur
edəcək.
Bu fikrə
qatılıram ki, 22 ildən sonra ilk dəfə cəbhə xəttində mövqe üstünlüyü qazandıq.
Bu tabloda həyatını verən bütün qəhrəman şəhidlərə Allah rəhmət eləsin və
mübarizədə yuxusuz gecələr keçirən digər əsgərlərimizə Allah qüvvət versin!
Amma bu
dediklərimin olmaması üçün çox ciddi bir xətt müəyyən olunmalıdır. Azərbaycan
bündan öncə bir prinsiplə masaya otururdu: “Münaqişə ərazi bütövlüyü prinsipi çərçivəsində
həllini tapmalıdır”. İndi bu prinsipin yanına bir digər prinsip əlavə
olunmalıdır: “Münaqişə ərazi bütövlüyü
prinsipi çərçivəsində və konkret bir ay müddət ərzində öz həllini tapmalıdır, əks
halda sorumluluq ATƏT-in Minsk qrupundadır”.
Əgər son rəsmi
açıqlamalar yalan deyilsə belə bir şərti irəli sürməyimizi indiki mövqeyimiz tələb edir. Unutmayaq, 22
ildən sonra xalqda da bu prosesin yekunlaşa biləcəyinə və orduya böyük İNAM
var. Bunu boşuna xərcləmək xəyanət olar!