terror etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
terror etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

11 Eylül 2015 Cuma

11 Sentyabrın sonrası yaranan yeni dünya düzəni...

Bu gün 21-ci əsri barış, xoşgörü əsri olmaqdan çıxarıb, yeni savaşların, faciələrin,  insanlıq dramlarının yaşamasına aparan 11 Sentyabr 2001-ci il hadisələrindən 14 il keçir. 14 il öncə Amerika xalqı səhər gözlərini açarkən ani hücumlarla NyuYorkda yerlə bir olan və 3 mindən çox məsum insanın ölümü ilə nəticələnən ekiz qüllələrin yerlə bir olması ilə,  Vaşinqtonda Pentaqonun binasının təyyarə ilə partladılması şoku ilə qarşılaşmıdı.
Son 14 ildə  başda Yaxın Şərq  ölkələri olmaqla, Şimali Afrikada, Asiyada çox sayda dövlət və millət belə şoklarla səhərə gözlərini açır. 11 Sentyabrdan 3 ay keçməmiş Corc Buş 11 Sentyabrın qisasını almaq məqsədi ilə Əfqanıstanı işğal etdi. Ardınca İraq işğalın qurbanı oldu. İşğalla başlayan zorakılıq, qəddarlıq, yüz minlərlə sivil müsəlmanı sırf saqqalı var deyə terrorist saymalar, məhkəməsiz, qanunsuz on minlərlə insanların oğurlanması, həbsxanalara tıxılması haqsızlığa məruz qalması başqa zorakılıqları doğurdu.  Bin Laden öldürülsə də onun başlatdığı terror yeni şəxslərin, adların simasında yenə də davam etməkdədir. Təəssüf ki, zorakılıq zorakılığı doğurdu və bu aksioma dəyişməyərək davam etməkdədir.   
Sonrakı dönəmdə birbaşa işğallar olmasa da, yerli hökumətlərin yaratdığı rejimlərin də təşviqi ilə yeni ocaqlar yarandı . Öncə Tunisdə, sonra Misirdə, Liviyada, Suriyada, Yəməndə yeni ölüm ocaqları yarandı. Təəssüf ki, domino daşı effekti ilə bu proseslər bir formada davam etməkdə, hər gün minlərlə insan bu proseslərdə həyatını itirir, on minlərlə insan yaşadığı yeri tərk etməli olur.    
11 sentyabrdan sonra mütləq əksəriyyəti müsəlman olan 2 milyonadək  sivil insan həyatını itirmişdir. Sadəcə BMT-nin açıqlamasına görə İraqda 2007-ci ilədək ölən sivillərin sayı 1 milyondan çox idi. 5 milyon İraqlı ev-eşiyindən didərgin olmuşdu. Əfqanıstanda 37 ildir davam edən müharibələrdə ölənlərin doğru-dürüst statistikası olmasa belə, 2001-ci ildə başlayan işğaldan sonra da ölənlərin sayı on minlərlədir.  Suriyada 2011-ci ildən bəri olənlərin sayı 400 min nəfərə çatmaqdadır. Təxminən 4 milyondan çox insan ölkəni tərk edib, bir yerlərə sığınmağa cəhd etməkdə, 30 minədək insan Avropaya mühacirətə getmək üçün çıxdıqları dəniz yolçuluğunda Aralıq dənizində boğulmuşdur. Liviyada Yəməndə, Fələstində minlərlə insan həyatını itirib və proses davam edir...

Bəli, 11 sentyabr hadisəsi yeni bir dünya düzəni yaratmaqdadır. Bu düzəndə müsəlman=terrorist alqışı önə çıxmaqda, zərər çəkən tərəfdə əsasən müsəlmanlar yer almaqdadır. İnsan hüquqlarının üstünlüyü prinsipi qədim dünyada alqılandığı kimi “seçkinlərə” tanınan bir dəyər olmağa başlayır... 

8 Eylül 2015 Salı

PKK terroru "kürd terroru" halına çevrilməməlidir.

Türkiyədə PKK terrorunun başlamasından 32 il keçir. Təəssüf ki, 32 ildə kürd xalqı dəstək verməsə bu terror bu qədər uzun yaşaya bilməzdi. Bu gün PKK terroru anlayışı  artıq “kürd terroru” ilə eyni anlamlı hala gəlib.

Bəziləri bu terrorun yenidən xortlamasını və qanlı dişlərini göstərməsini mövcud rejimlə, iqtidarla əlaqələndirir. Amma bu yanaşma doğru deyil. Bu terrorçuların ilk terror əməli baş verən zaman Türk siyasi palitrasında bu günkü adda partiyanın heç biri yox idi. Böyük xarici dəstəkli, dərin köklü, çox məqsədli bu terroru sıradan bir seçimin nəticəsi ilə, son seçkilərdən sonra uzunmüddətli hökumətin formamalşamamsı ilə, yaxud seçkilərdə bir tərəfin təkbaşına hükumət qura bilməməsi ilə əlaqələndirmək çox bəsit və təməlsiz yanaşmadır.   
Terrorun qısa müddətli dayanmış kimi görünməsinin altında, dayanmadan verilən tavizlər, güzəştlər  var idi.Türk devləti türk höküməti simasında mümkün görünməyən güzəştlər verdi ki terror bitsin, amma terrorun həqiqi məqsədi kürd xalqının rifahı, təhsili, mədəniyyəti, dili deyildir.
 TRT kürd dilində yayıma başladı, kürd siyasətçilər terroru müdafiə etsə də parlamentə gətirildi, hətta bakan yapıldı, kürd iş adamları şərqi anadoludan bütün türk işlətmələrini qorxudaraq, sındırərərək, yandıraraq, yağmalayaraq qovub çıxardı, meydanda tək özləri qaldı. Amma nəticə dəyişmədi. Çünki, məqsəd kürdlər üçün nəsə etmək yox, Türklərin yaxın Şərgə, Qafqaza çıxışlarını törpüləməkdir. Bunun da ssenaristlərinə türkü və kürdü ilə barış içərisində bir arada yaşayan və iqtisadi, siyasi, geopolitik böyüməkdə olan bir Türkiyə sərf etmir. Hökumət məsələsi, seçki məsələsi  bu prosesin içərisində çox bəsit bir epizoddur. Son iki terror əməlinin xəritəsinə baxın, 16 əsgərin şəhid edildiyi Hakkarı Çukurcada- İran-İraq sərhəddinin dibi,14 poliin şəhid edildiyi İğdırın Dilucu ərazisində  Azərbaycan-Naxçıvan sərhəddinin həmən arxası!Bu tablo çox şey deyir. 

Əslində AKP və onun lideri Erdoğan mümkün görünməyən addımlar atdı ki, terror bitsin və Müasir Türk tarixinə terroru bitirən biri kimi düşsün. Bu mümkün olmadı. Çünki, terror bitər, kürdlər Türkiyədə siyasi sistemə intiqrasiya edib, onun idarəetməsinə girər, parlamentində qanun qəbul edərsə, terror əsl məqsədinə çatmaz. Son iki ayda terrorun təkrar dirçəlməsi faktiki kürd terroristlərin nəzarətində olan İraqın şimalına və hakimiyyət boşluğu yaranan və faktiki kürdlərin nəzarətinə keçən Suriyanın şimalına Türklərin  girmək istəməsi ilə başlayıb. Türkiyənin İraq və Suriya sərhəddi boyunca möhkəmlənən kürd terrotistər, son həmlə kimi güney-doğu Türkiyəni qoparmaq planlarını işə salacaqdılar. Lakin, Türkiyənin bölgəyə aktiv müdaxil olma qərarı onların Türkiyənin daxilində terror əməllərinə qaldıqları yerdən davam etməsinə gətirib çıxardı. Bu Türkiyənin daxili addımları ilə bağlı deyil.

İlk cümlədə yer verdiyim “PKK terroru anlayışı  artıq “kürd terroru” ilə eyni anlamlı hala gəlib”- ifadəsinin açıqlaması isə budur.
Bölgənin kürd əhalisinin PKK simpatiyası zaman-zaman iç-içə keçmiş vəziyyətdədir. Gündüz bələdiyyə qulluqçusu kimi görəv yapanlar, gecələr əlində bomba, tüfənq, silah əsgəri hədəf almaqdadır. Bələdiyyələrin maddi-texniki bazası bu şəxslər tərəfindən dövlətin polisinə, əsgərinə qarşı istifadə edilməkdədir. Hakkaridə 16 əsgərin öldürülməsi olayında 400 kiloqram partlayıcı yola döşənib. 400 kilo partlayıcının daşınması, qaldırılması, yerin qazılıb basdırılması, kabel döşənməsi yerli idarəetmənin imkanları, agentləri olmadan mümkün ola bilməz. Türk millətinin çörəyini yeyən bu xayinlər, bələdiyyə çalışanları pərdəsi altında, təmir etməli olduqları yola bombanı yerləşdirib "təmir" edirlər, sonra da uzaqdan komanda alətlərini digərlərinin əlinə tutuşdurub hərbi maşın keçən zaman partladırlar. Terrorçulara gedən lojistik maşın karvanından kürt millət vəkili çıxır.
 Terrorun kökünü idarəetmədən qazımadan, çözüm gəlməz. Türkiyənın güney doğu illərində bələdiyyələrə bu terrorçuların seçilməsi onsuz da şübhəlidir. Onlar insanları qorxudaraq, seçki prosesinə müdaxilələr edərək bu kürsüləri zəbt ediblər. İndi sıra bələdiyyələrin fəaliyyətini  terrorun bitirilməsinə qədər dayandırmaq, bölgədə fövqəladı vəziyyət elan edərək, idarəetməni FV valilərinə vermək, bütün terrora dəstək verənləri terrorçuların yanına göndərməkdədir. Bu addımlar dərhal atılmasa, Türkiyənin güney-doğuda suverenliyi təhlükəyə düşəcək, türk əsgərinin can güvənliyinin təmin edilməsi isə çətin olacaq.