Türkiyədə PKK terrorunun
başlamasından 32 il keçir. Təəssüf ki, 32 ildə kürd xalqı dəstək
verməsə bu terror bu qədər uzun yaşaya bilməzdi. Bu gün PKK terroru anlayışı artıq “kürd terroru” ilə eyni anlamlı hala gəlib.
Bəziləri bu terrorun yenidən xortlamasını və qanlı
dişlərini göstərməsini mövcud rejimlə, iqtidarla əlaqələndirir. Amma bu yanaşma
doğru deyil. Bu terrorçuların ilk terror əməli baş verən zaman Türk siyasi palitrasında bu günkü adda
partiyanın heç biri yox idi. Böyük xarici dəstəkli, dərin köklü, çox məqsədli
bu terroru sıradan bir seçimin nəticəsi ilə, son seçkilərdən sonra uzunmüddətli
hökumətin formamalşamamsı ilə, yaxud seçkilərdə bir tərəfin təkbaşına hükumət
qura bilməməsi ilə əlaqələndirmək çox bəsit və təməlsiz yanaşmadır.
Terrorun qısa müddətli
dayanmış kimi görünməsinin altında, dayanmadan verilən tavizlər, güzəştlər var idi.Türk devləti
türk höküməti simasında mümkün görünməyən güzəştlər verdi ki terror bitsin,
amma terrorun həqiqi məqsədi kürd xalqının rifahı, təhsili, mədəniyyəti, dili
deyildir.
TRT kürd dilində
yayıma başladı, kürd siyasətçilər terroru müdafiə etsə də parlamentə gətirildi,
hətta bakan yapıldı, kürd iş adamları şərqi anadoludan bütün türk işlətmələrini
qorxudaraq, sındırərərək, yandıraraq, yağmalayaraq qovub çıxardı, meydanda tək
özləri qaldı. Amma nəticə dəyişmədi. Çünki, məqsəd kürdlər üçün nəsə etmək yox,
Türklərin yaxın Şərgə, Qafqaza çıxışlarını törpüləməkdir. Bunun da ssenaristlərinə
türkü və kürdü ilə barış içərisində bir arada yaşayan və iqtisadi, siyasi,
geopolitik böyüməkdə olan bir Türkiyə sərf etmir. Hökumət məsələsi, seçki məsələsi
bu prosesin içərisində çox bəsit bir
epizoddur. Son iki terror əməlinin xəritəsinə baxın, 16 əsgərin şəhid edildiyi Hakkarı Çukurcada- İran-İraq sərhəddinin dibi,14 poliin şəhid edildiyi İğdırın Dilucu ərazisində Azərbaycan-Naxçıvan sərhəddinin həmən arxası!Bu tablo çox şey deyir.
Əslində AKP və onun
lideri Erdoğan mümkün görünməyən addımlar atdı ki, terror bitsin və Müasir Türk
tarixinə terroru bitirən biri kimi düşsün. Bu mümkün olmadı. Çünki, terror bitər,
kürdlər Türkiyədə siyasi sistemə intiqrasiya edib, onun idarəetməsinə girər,
parlamentində qanun qəbul edərsə, terror əsl məqsədinə çatmaz. Son iki ayda terrorun
təkrar dirçəlməsi faktiki kürd terroristlərin nəzarətində olan İraqın şimalına
və hakimiyyət boşluğu yaranan və faktiki kürdlərin nəzarətinə keçən Suriyanın
şimalına Türklərin girmək istəməsi ilə
başlayıb. Türkiyənin İraq və Suriya sərhəddi boyunca möhkəmlənən kürd terrotistər,
son həmlə kimi güney-doğu Türkiyəni qoparmaq planlarını işə salacaqdılar.
Lakin, Türkiyənin bölgəyə aktiv müdaxil olma qərarı onların Türkiyənin daxilində
terror əməllərinə qaldıqları yerdən davam etməsinə gətirib çıxardı. Bu Türkiyənin
daxili addımları ilə bağlı deyil.
İlk cümlədə yer
verdiyim “PKK terroru anlayışı artıq “kürd terroru” ilə eyni anlamlı hala gəlib”-
ifadəsinin açıqlaması isə budur.
Bölgənin kürd əhalisinin
PKK simpatiyası zaman-zaman iç-içə keçmiş vəziyyətdədir. Gündüz bələdiyyə
qulluqçusu kimi görəv yapanlar, gecələr əlində bomba, tüfənq, silah əsgəri hədəf
almaqdadır. Bələdiyyələrin maddi-texniki bazası bu şəxslər tərəfindən dövlətin
polisinə, əsgərinə qarşı istifadə edilməkdədir. Hakkaridə 16 əsgərin öldürülməsi
olayında 400 kiloqram partlayıcı yola döşənib. 400 kilo partlayıcının daşınması,
qaldırılması, yerin qazılıb basdırılması, kabel döşənməsi yerli idarəetmənin
imkanları, agentləri olmadan mümkün ola bilməz. Türk millətinin çörəyini yeyən
bu xayinlər, bələdiyyə çalışanları pərdəsi altında, təmir etməli olduqları yola
bombanı yerləşdirib "təmir" edirlər, sonra da uzaqdan komanda alətlərini
digərlərinin əlinə tutuşdurub hərbi maşın keçən zaman partladırlar.
Terrorçulara gedən lojistik maşın karvanından kürt millət vəkili çıxır.
Terrorun kökünü idarəetmədən qazımadan, çözüm
gəlməz. Türkiyənın güney doğu illərində bələdiyyələrə bu terrorçuların
seçilməsi onsuz da şübhəlidir. Onlar insanları qorxudaraq, seçki prosesinə
müdaxilələr edərək bu kürsüləri zəbt ediblər. İndi sıra bələdiyyələrin fəaliyyətini
terrorun bitirilməsinə qədər dayandırmaq,
bölgədə fövqəladı vəziyyət elan edərək, idarəetməni FV valilərinə vermək, bütün
terrora dəstək verənləri terrorçuların yanına göndərməkdədir. Bu addımlar dərhal
atılmasa, Türkiyənin güney-doğuda suverenliyi təhlükəyə düşəcək, türk əsgərinin
can güvənliyinin təmin edilməsi isə çətin olacaq.
Hiç yorum yok:
Yorum Gönder