ədalət etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
ədalət etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

11 Eylül 2015 Cuma

11 Sentyabrın sonrası yaranan yeni dünya düzəni...

Bu gün 21-ci əsri barış, xoşgörü əsri olmaqdan çıxarıb, yeni savaşların, faciələrin,  insanlıq dramlarının yaşamasına aparan 11 Sentyabr 2001-ci il hadisələrindən 14 il keçir. 14 il öncə Amerika xalqı səhər gözlərini açarkən ani hücumlarla NyuYorkda yerlə bir olan və 3 mindən çox məsum insanın ölümü ilə nəticələnən ekiz qüllələrin yerlə bir olması ilə,  Vaşinqtonda Pentaqonun binasının təyyarə ilə partladılması şoku ilə qarşılaşmıdı.
Son 14 ildə  başda Yaxın Şərq  ölkələri olmaqla, Şimali Afrikada, Asiyada çox sayda dövlət və millət belə şoklarla səhərə gözlərini açır. 11 Sentyabrdan 3 ay keçməmiş Corc Buş 11 Sentyabrın qisasını almaq məqsədi ilə Əfqanıstanı işğal etdi. Ardınca İraq işğalın qurbanı oldu. İşğalla başlayan zorakılıq, qəddarlıq, yüz minlərlə sivil müsəlmanı sırf saqqalı var deyə terrorist saymalar, məhkəməsiz, qanunsuz on minlərlə insanların oğurlanması, həbsxanalara tıxılması haqsızlığa məruz qalması başqa zorakılıqları doğurdu.  Bin Laden öldürülsə də onun başlatdığı terror yeni şəxslərin, adların simasında yenə də davam etməkdədir. Təəssüf ki, zorakılıq zorakılığı doğurdu və bu aksioma dəyişməyərək davam etməkdədir.   
Sonrakı dönəmdə birbaşa işğallar olmasa da, yerli hökumətlərin yaratdığı rejimlərin də təşviqi ilə yeni ocaqlar yarandı . Öncə Tunisdə, sonra Misirdə, Liviyada, Suriyada, Yəməndə yeni ölüm ocaqları yarandı. Təəssüf ki, domino daşı effekti ilə bu proseslər bir formada davam etməkdə, hər gün minlərlə insan bu proseslərdə həyatını itirir, on minlərlə insan yaşadığı yeri tərk etməli olur.    
11 sentyabrdan sonra mütləq əksəriyyəti müsəlman olan 2 milyonadək  sivil insan həyatını itirmişdir. Sadəcə BMT-nin açıqlamasına görə İraqda 2007-ci ilədək ölən sivillərin sayı 1 milyondan çox idi. 5 milyon İraqlı ev-eşiyindən didərgin olmuşdu. Əfqanıstanda 37 ildir davam edən müharibələrdə ölənlərin doğru-dürüst statistikası olmasa belə, 2001-ci ildə başlayan işğaldan sonra da ölənlərin sayı on minlərlədir.  Suriyada 2011-ci ildən bəri olənlərin sayı 400 min nəfərə çatmaqdadır. Təxminən 4 milyondan çox insan ölkəni tərk edib, bir yerlərə sığınmağa cəhd etməkdə, 30 minədək insan Avropaya mühacirətə getmək üçün çıxdıqları dəniz yolçuluğunda Aralıq dənizində boğulmuşdur. Liviyada Yəməndə, Fələstində minlərlə insan həyatını itirib və proses davam edir...

Bəli, 11 sentyabr hadisəsi yeni bir dünya düzəni yaratmaqdadır. Bu düzəndə müsəlman=terrorist alqışı önə çıxmaqda, zərər çəkən tərəfdə əsasən müsəlmanlar yer almaqdadır. İnsan hüquqlarının üstünlüyü prinsipi qədim dünyada alqılandığı kimi “seçkinlərə” tanınan bir dəyər olmağa başlayır...