Bu gün 21-ci əsri barış, xoşgörü əsri
olmaqdan çıxarıb, yeni savaşların, faciələrin, insanlıq dramlarının yaşamasına aparan 11
Sentyabr 2001-ci il hadisələrindən 14 il keçir. 14 il öncə Amerika xalqı səhər gözlərini
açarkən ani hücumlarla NyuYorkda yerlə bir olan və 3 mindən çox məsum insanın
ölümü ilə nəticələnən ekiz qüllələrin yerlə bir olması ilə, Vaşinqtonda Pentaqonun binasının təyyarə ilə
partladılması şoku ilə qarşılaşmıdı.
Son 14
ildə başda Yaxın Şərq ölkələri olmaqla, Şimali Afrikada, Asiyada çox
sayda dövlət və millət belə şoklarla səhərə gözlərini açır. 11 Sentyabrdan 3 ay
keçməmiş Corc Buş 11 Sentyabrın qisasını almaq məqsədi ilə Əfqanıstanı işğal
etdi. Ardınca İraq işğalın qurbanı oldu. İşğalla başlayan zorakılıq, qəddarlıq,
yüz minlərlə sivil müsəlmanı sırf saqqalı var deyə terrorist saymalar, məhkəməsiz,
qanunsuz on minlərlə insanların oğurlanması, həbsxanalara tıxılması haqsızlığa
məruz qalması başqa zorakılıqları doğurdu.
Bin Laden öldürülsə də onun başlatdığı terror yeni şəxslərin, adların
simasında yenə də davam etməkdədir. Təəssüf ki, zorakılıq zorakılığı doğurdu və
bu aksioma dəyişməyərək davam etməkdədir.
Sonrakı
dönəmdə birbaşa işğallar olmasa da, yerli hökumətlərin yaratdığı rejimlərin də
təşviqi ilə yeni ocaqlar yarandı . Öncə Tunisdə, sonra Misirdə, Liviyada,
Suriyada, Yəməndə yeni ölüm ocaqları yarandı. Təəssüf ki, domino daşı effekti
ilə bu proseslər bir formada davam etməkdə, hər gün minlərlə insan bu proseslərdə
həyatını itirir, on minlərlə insan yaşadığı yeri tərk etməli olur.
11
sentyabrdan sonra mütləq əksəriyyəti müsəlman olan 2 milyonadək sivil insan həyatını itirmişdir. Sadəcə
BMT-nin açıqlamasına görə İraqda 2007-ci ilədək ölən sivillərin sayı 1
milyondan çox idi. 5 milyon İraqlı ev-eşiyindən didərgin olmuşdu. Əfqanıstanda
37 ildir davam edən müharibələrdə ölənlərin doğru-dürüst statistikası olmasa
belə, 2001-ci ildə başlayan işğaldan sonra da ölənlərin sayı on minlərlədir. Suriyada 2011-ci ildən bəri olənlərin sayı 400
min nəfərə çatmaqdadır. Təxminən 4 milyondan çox insan ölkəni tərk edib, bir
yerlərə sığınmağa cəhd etməkdə, 30 minədək insan Avropaya mühacirətə getmək
üçün çıxdıqları dəniz yolçuluğunda Aralıq dənizində boğulmuşdur. Liviyada Yəməndə,
Fələstində minlərlə insan həyatını itirib və proses davam edir...
Bəli,
11 sentyabr hadisəsi yeni bir dünya düzəni yaratmaqdadır. Bu düzəndə müsəlman=terrorist
alqışı önə çıxmaqda, zərər çəkən tərəfdə əsasən müsəlmanlar yer almaqdadır.
İnsan hüquqlarının üstünlüyü prinsipi qədim dünyada alqılandığı kimi “seçkinlərə”
tanınan bir dəyər olmağa başlayır...