Bloger Lapşının Azərbaycana iadə edilməsi
müxtəlif yanaşmalarla gündəmə gəlir.
Mən bu məsələnin ifadə azadlığı çərçivəsində qiymətləndirilməsinə toxunmaq istəyirəm. Lapşin Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərini qanunsuz pozmaq və ərazi bütövlüyünü şübhə altına alan açıqlamalarla gündəmə gəlib. Yerli və beynəlxalq qanunvericiliyə əsasən məsləyindən asılı olmayaraq, hər kəs bu pozuntuya görə məsuliyyət daşıya bilər.
İfadə azadlığı mütləq azadlıq deyil və müəyyən
legitim mənafelər baxımından məhdudlaşdırıla bilər. Bu legitim mənafelərdən
biri də “ərazi bütövlüyü” anlayışıdır. Avropa İnsan Hüquqları Konvensiyasının
10-cu maddəsinin 1-ci hissəsi ifadə azadlığını qoruyur, 2-ci hissəsi isə ifadə
azadlığının konkret hansı hallarda
qanunla legitim mənafelər üçün məhdudlaşdırıla biləcəyini göstərir. Bu mənafelərdən
biri də “Milli təhlükəsizlik, ərazi
bütövlüyü və ya ictimai asayiş”- çərçivəsidir.
Mən Lapşının Azərbaycana
iadəsini hüquqi baxımdan mübahisəli məsələ kimi görmürəm. Çünki o bir neçə dəfə
Azərbaycanın rəsmi ərazisinə Azərbaycan tərəfinə xəbər vermədən və razılıq
almadan daxil olub, Azərbaycanın ərazi bütövlüyünü davranış və deyimləri ilə şübhə
altına alıb, bir sözlə qanunvericiliyə görə suç işləyib. Suç işləyən bunu bilərəkdən, qsədən işədiyinə
görə məsuliyyətini dərk etməli və daşımalıdır.
Yəqin ki, bu qərarın qəbul olunmasında siyasi
münasibətlərin də rolu olub. Amma bu rol, qanunun işləməsi lehinə oynanan
roldur.
Bu proses Azərbaycanın
ərazilərində qondarma “dövlət” qurduğunu düşünən tərəfə də, bu saxta rejimlə əməkdaşlıq
edən tərəflərə də, fərdlərə də bir xəbərdarlıqdır.
Sadəcə təəssüf
ediləcək məqamlar da var. Məsələn Rusiyanın rəsmi TV kanalları, onların
jurnalistləri tez-tez İcazəsiz olaraq Azərbaycan ərazisinə belə səfərlər edir,
həmin saxta rejimi də bəh-bəhlə təqdim edir. Lakin, həmin jurnalistlərə, TV kanallarına
qarşı nəyinki cinayət işi açılır, hətta həmin kanallar Milli Televiziya və
Radiosu Şurası tərəfindən kabel televiziyalarına retranslyasiya ediləcək nümunəvi
efir kimi təqdim edilir. Dövləti dövlət yapan onun sistemli olmasında, hüququn
aliliyinin, qanunların üstünlüyünün qorunmasında, hər kəsə bərabər
davranmasındadır. Bunu hər bir məmur
qulağında sırğa etməlidir.