In 1996 he graduated from the faculty of law of Istanbul University in Turkey and worked as a lawyer in Istanbul. In 2001 he received Master’s degree from Public Administration Institute for Turkey and the Middle East (PAITME) in Ankara and got a expert address on law and administration. He passed one year special training on the specialty of lawyer at Istanbul Bar Association of Lawyers.
10 Mart 2023 Cuma
Azərbaycanın İranla sərhəddi niyə yer dəyişib?
Türkiyə seçkilərinin proqnozlarını necə oxumalı
Partiyalar | Seçkidə aldıqları səs | 11 anketin ortalaması | Anketlə seçkinin fərqi |
AKP | %42,56 | %39,36 | -%8,14 |
MHP | 11.10% | %6,35 | -%74,80 |
CHP | %22,65 | %23,70 | %4,43 |
İyi partiya | %9,96 | %13,60 | %26,76 |
Səadət partiyası | %1,34 | %2,53 | %47,6 |
HDP | %11,70 | %11,19 | -%0,45 |
Cədvəldən də göründüyü kimi AKP anketlərə nisbətən 8,14% daha yüksək nəticə əldə edib. MHP-nin nəticələri isə anketləri ümumiyyətlə yerə vurub. MHP anketlərdə gözlənəndən 74,80% daha çox səs qazanıb. Az da olsa HDP-də 0,45% səsini anketlərdən üstə çıxara bilib.
CHP anketlərdə gözlənəndən 4,43%, İyi partiya 26,76%, Səadət Partiyası isə 47,60% daha az səs qazanıb. Yəni, anketlər iqtidar tərəfi daha az, müxalifət tərəfi daha çox göstərib. Bu yanılma 1-2% olsa metodologiya yanılması demək olardı lakin fərq çox daha yüksək olub.
2018 parlament seçkilərində seçkidə iştirak edən ittifaqların aldıqları səs, anket nəticələri və fərq aşağıdakı kimidir:
İttifaqlar | Seçkidə aldıqları səs | 11 anketin ortalaması | Anketlə seçkinin fərqi |
Cumhur ittifaqı | %53,66 | %45,57 | -%17,74 |
Millət İttifaqı | %33,74 | %41,56 | %18,81 |
HDP | %11,70 | %11,19 | -%0,45 |
İttifaqlar bazında da anketlərdə yayınma çox yüksəkdr. müsbətdən mənfiyə 36%-lik bir yanılma ortaya çıxıb. Cumhur İttifaqı Anketlərin nəticələrindən 17,74% daha çox səs toplayarkən, Millət İttifaqı Anketlərin 18,81% gerisində qalıb. HDP-də yanılma payı 1% -dən aşağı olub.
Prezident seçkilərinin nəticələrinə gəldikdə, 2018-ci ildə 6 nəfər namizəd qeydə alınmışdı. Hazırki Prezident R.T.Erdoğan, CHP-li Muharrem İncə, HDP-li S.Demirtaş, İyi Partiya rəhbəri M. Akşener, Səadət Partiya rəhbəri T. Karamollaoğlu və İşçi Partiya rəhbəri D. Perinçek.
Seçkilərə 2 ay qalandan seçki keçirilən həftəyədək sorğulanan 25 anketin ortlama iştirakçı sayı 3444 nəfər olub.
Anketlərin nəticələri ilə seçkilərin gerçək nəticələri və fərqi aşağıdakı cədvəldə görə bilərsiniz:
Namizədlər | Seçkidə aldıqları səs | 25 anketin ortalaması | Anketlə seçkinin fərqi |
R.T. Erdoğan | %52,59 | %46,98 | -%12,00 |
M. İnce | %30,64 | %26,23 | -%16,83 |
S. Demirtaş | %8,40 | %10,54 | %20,38 |
M. Akşener | %7,29 | %14,04 | %48,21 |
T. Karamollaoğlu | %0,89 | %1,97 | %57,00 |
D. Perinçek | %0,20 | %0,37 | %46,00 |
Anket şirkətlərinin Prezident seçkilərində də ciddi büdrədiyi görülür. Erdoğan təxminlərdən 12% daha çox səs toplayıb. CHP-nin namizədi olsa da, sonradan CHP-nin ona sahib çıxmadığını deyərək istefa edən Muharrem İncə də anket təxminlərini ciddi yanıldıb və 16,83% daha çox səs toplayıb.
Digər 4 namizədin anket nəticələri ilə seçki nəticələri qarşılaşdırıldığında anketlərin ciddi şişirdildiyi aydın görünür. Demirtaş anket təxminlərindən 20,38%, Akşener 48,21%, T. Karamollaoğlu 57% və Perinçek 46% az səs toplaya biliblər.
Əlbəttə bu araşdırmanın məqsədi anket şirkətlərinin nəticələrinə inanıb-inanmama deyil. Hər kəs istədiyinə inanmaqda sərbəstir. Lakin mühakimə, təxmin yürüdəndə daha diqqətli olmaq və hər verilən dataların mütləq doğru datalar olduğuna əminolmaq lazımdır. Anket sorğularının nəticələrində 2-4% fərqlər metodologiyanın doğru seçilib-seçilməməsi baxımından mümkün görünə bilər. Lakin 20-70% yanılmalar əgər qəsd deyilsə ciddi şəkildə qeyri-peşəkarlıqdır və o nəticələrlə proqnoz verilməyəcəyi kəsindir.
Yekun olaraq, 10 Mart 2023-cü ildə Türkiyədə Prezident seçkilərə dair qərarnamə imzalanacaq və maraqlı, çəkişməli seçkilərə start veriləcək. Bizim toplum da bu maraqlı seçkiləri tribunadan maraqla izləyəcək. Bütün Türkiyəyə onun demokratiya yarışında uğurlar diləyirəm. Demokratik seçkilərin qazananı Türkiyə olacaq!