Jurnalist Rasim Əliyevin öldürülməsindən sonra
şübhəli şəxs kimi həbs olunalardan birinın- futbolçu Cavid Hüseynovun vəkilinin
mediada yayılan açıqlaması sosial
şəbəkədə diqqətimi çəkdi. Vəkil, israrla bu hadisənin məişət zəminində baş
verdiyini önə çəkərək Avropa Şurasının baş katibi cənab Torbyorn
Yaqlandı ittiham edir.
Bir vəkil müvəkkilinin hüquqlarını qorumalıdır. Bu
doğru. Lakin, hüquqlarını qorumaq yerinə onun vəziyyətini daha da çıxılmaza
salmamalıdır.
Jurnalist Rasim Əliyev ictimai-siyasi proseslərdə
hər zaman öndə olan jurnalist idi. Onun aksiyalarda jurnalist fəaliyyətinə görə
döyüldüyünü, həbs olunduğunu, zorakılığa məruz qaldığını göstərən onlarla
kadrlar var və internetdə xırda bir görüntülü axratış verməklə bunları görmək
mümkündür. Ayrıca, “Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu”nun
(RATİ) 2014-cü ilin payızında Ədliyyə Nazirliyinə təqdim
etdiyi sənədlərdə də jurnalist
Rasim Əliyevin “Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu”nun (RATİ)
direktoru kimi son ümumi yığıncaqda seçildiyi bəlli olub və qurumun digər əməkdaşları tərəfindən də təsdiq
edilib. Yəni öldürülən şəxsin həm www.ann.az
saytının jurnalistı olması, həm RATİ-nin
son direktoru olması faktdır.
Onun jurnalist fəaliyyətinə görə öldürülmədiyi iddiasına
gəldikdə, bu iddia təəssüf ki, media hüququ ilə məşğul olmayan bəzi
hüquqşünasları çaşdırır. Əslində yerli qanunvericiliyə baxdığımızda bu sualın da
cavabı çox netdir. Rasim Əliyev söz azadlığının qurbanı olub. Fikir və Söz
azadlığı (ifadə azadlığı) Konstitusiyanın 47-ci maddəsində qorunur. “Hər kəsin öz fikir
və söz azadlığı vardır.” Gördüyünüz kimi jurnalistin yox, hər kəsin
hüququdur bu. Konstitusiyanın 50-ci maddəsi isə “Hər kəsin istədiyi məlumatı
qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı
vardır”- deyir.
Burda da hər kəsin istədiyi məlumatı yaymaq azadlığına təminat verilib. Rasim
Əliyev hətta jurnalist olmasa belə onun fikirlərini ifadə etdiyinə görə
öldürüldüyü danılmaz bir həqiqətditr. Onu döymək üçün sifariş verən və döyməyə
gələn şəxslər məişət zəminində təsadüfən hadisə yerində gəlməyiblər, Cavidin xoşuna
gəlməyən ifadələrini Rasimə “yedirtmək” üçün ona tələ qurub, namərdçə çay içmək
adı altında ora çağırıblar və döyüb öldürüblər.
İndi
Rasimin internetdə yayılan ifadəsi nədir?
Cənab
vəkil, cənab Torbyorn Yaqlanda
məktub yazmadan öncə gərək ölkə qanunlarına bir də göz ataydı ki, onun
qanunvericilik bilgisi şübhə ilə qarşılaşmayaydı. 7 dekabr 1999-cu il taixdə qəbul edilən № 769-IQ saylı Kütləvi informasiya vasitələri haqqında
Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi Əsas anlayışları təsvir
edir. “Kütləvi informasiya vasitələri - dövri mətbu
nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları;
Maddədən göründüyü kimi, İnternetin
KİV sayıldığını qanun deyir. Rasimin internetdə yayılan ifadəsi KİV-də yayılan
ifadədir. KİV-də jurnalistlər istənilən formada məlumat yaya bilir. Bu fəktları
əhatə edən xəbər olduğu kimi, fakt olmayan rəylər də ola bilər. Rasimin KİV-də
yayılan rəyinə görə öldürülməsi faktdır. Cənab Torbyorn Yaqland da bunu deyib.
Cənab
vəkil əgər Yaqlandın fikirlərindən narahat olubsa, Prezidentin
köməkçisi cənab Əli Həsənov tərəfindən açıqlanan Azərbaycan Prezidentinin
fikirlərini də oxusun: Azərbaycan Prezidenti “bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin
müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd etmişdir ki,
demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi
Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu
prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin
mahiyyətinə tamamilə ziddir və yolverilməzdir”
Azərbaycan
Prezidenti də hadisəni məişət zəminində bir münaqişə kimi görməyib, “söz və məlumat azadlığına təhlükə və təhdid”
kimi qiymətləndirib. Odur ki, hadisənin mahiyyətini dəyişməyə cəhdlər etmək
təəssüf doğurur.
Hiç yorum yok:
Yorum Gönder