21 Eylül 2015 Pazartesi

Azərbaycan vətəndaşı xarici jurnalist kimi akreditə edilə bilməz, bu yanlışdır.

Bu gün mənə olan jurnalist zənglərindən sonra bu suala hüquqi aydınlıq gətirmək istəyirəm. 

Sərbəst fəaliyyət göstərərək arada öz informasiyalarını xarici KİV-lərlə paylaşan, yaxud topladığı informasiyanı ölkə xaricində fəaliyyət göstərən medialarla paylaşan, lakin rəsmi olaraq onun nümayəndəsi və ya əmək müqaviləsi ilə işçisi statusunda olmayan azərbaycanlı jurnalist ölkədə sərbəst fəaliyyət göstərməsi üçün Xarici İşlər Nazirliyində akkreditə edilməlidrmi? 

1. Konstitusiyanın 50-ci maddəsi “hər kəsin” məlumat almaq, yaymaq, ötürmək hüququnu təminat altına alıb.
2. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanununda 50-ci maddəyə hansı əsaslarda məhdudiyyət gətiriləcəyi sayılıb. Bu əsaslarda “xarici jurnalist olmaq”, “xarici KİV-lərlə əməkdaşlıq etmək” və bənzəri normalar yoxdur.
3. Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 53-cü maddəsi “Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinə” aydınlıq gətirir. Burada olan norma ancaq “xarici müxbirlərin” Azərbaycandakı fəaliyyətinə aiddir. “Xarici müxbirlərin Azərbaycan Respublikasında akkreditəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 50-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.” Azərbaycanlı müxbirlərin xaricdə fəaliyyət göstərən qurumlarla ikili münasibətlərdə əməkdaşlıq etməsi, öz beyin məhsulunu onlara müqavilə əsasənda satması, yaxud könüllü informasiyaları paylaşmasını məhdudlaşdıran heç bir konstitusion norma və qanun müddəsı yoxdur.
4. 2009-cu ildə Konstitusiyanın 71-ci maddəsinə IX bənd əlavə edilib.
“IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”.
5. 18 Mart 2015-ci il tarixdə Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilən “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları”nın 2.1.4-cü bəndində “xarici KİV nümayəndələrinin pasportu və ya digər sərhədkeçmə sənədinin surəti sözünün arasına “mörürətzədə (əgər xarici KİV nümayəndələri Azərbaycan Respublikasının vətəndaşlarıdırsa, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin) ifadəsi əlavə edilib. Bu ifadə KİV haqqında Qanunun 53-cü maddəsində “xarici müxbir” ifadəsini genişlədərək, Azərbaycan vətəndaşını da bura daxil edib. Qaydalar Qanunda müəyyən olunan sərhəddi keçməməlidir. Odur ki, bu norma Qanunda olmayan əlavə məhdudlaşdırıcı norma yaradıb. Konstitusiyamız buna yol vermir. Konstitusiyanın 149-cu maddəsinin VI. “Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.”

http://contact.az/docs/2015/Politics/092100130260en.htm#.VgAHR9-qqko 
http://www.contact.az/docs/2015/Politics/092100130261ru.htm#.VgAIl9-qqko
https://www.meydan.tv/az/site/politics/8147/%C6%8Fli-H%C9%99s%C9%99nov-Meydan-TV-d%C9%99n-dan%C4%B1%C5%9Fd%C4%B1.htm
http://www.aznews.az/index.php?c=news&id=90606
http://www.azadliq.org/content/muxbir-meydanteve-elesger/27260311.html

Hiç yorum yok:

Yorum Gönder