http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=363536
Gözlənilməz MTN qərarı
Təhlükəsizlik Nazirliyinin rəy vermədiyi əcnəbilər Azərbaycana gələ bilməyəcəklər.
Azərbaycan Xarici İşlər Nazirliyi ölkəyə gəlmək istəyən şəxslərə vizaların verilməsi ilə bağlı reqlamenti təsdiq edib.
ANS PRESS-in məlumatına görə, "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"i oktyabrın 27-dən qüvvəyə minib.
Bu reqlamentə əsasən http://evisa.mfa.gov.az ünvanında təqdim edilən elektron xidmət qeyd edilən xidmətləri əhatə edir: Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsi.
Elektron xidmətin ödənişli olduğu və ödənişin müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq geri qaytarılmadığı bildirilir.
Elektron xidmətin növlərinə görə ödənişlər
Reqlamentdə diqqət çəkən məqamlardan biri də Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (turistlərə verilən elektron viza istisna olmaqla) viza alması prosedurları içərisində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin rəyinin alınmasıdır.
Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, bu prosedurlar dövlətin təhlükəsizliyi baxımından mümkündür. "Bir sıra Şengen ölkələrində, ABŞ-da viza verilməsi prosedurları müəyyən gözləmələr, araşdırmalar hesabına başa gəlir. Görünür, Azərbaycan da bu formada davranır və bu yolla təhlükəli şəxsləri, məqamları bu üsulla ölkədən uzaq etməyə çalışır", - deyən hüquqşünas bunlara baxmayaraq, Azərbaycanın viza sisteminin sadələşdirilməsinin mümkünlüyünü də bildirib.
Ələsgər Məmmədli - hüquqşünas
"Bununla belə ölkə üçün təhlükə törədəcək şəxsləri MTN-in XİN nəzdində xaricdə və ölkə daxilində fəaliyyət göstərən əməkdaşları da müəyyən edib nazirliyə göndərə bilər. Beləliklə, müraciət edən şəxslərə vizanın verilib-verilməməsinə tək XİN qərar verə bilər. Yaxud da onların girişinə qadağa qoyula bilər", - deyə hüquqşünas Ələsgər Məmmədli bildirib. Onun fikrincə, Azərbaycan XİN-nin hazırladığı "Qara siyahı" bu baxımdan xüsusilə əhəmiyyətlidir.
Eyni zamanda, viza müraciətlərinə baxılmasında MTN-in rəyinin vacibliyi qərar verilərkən onun obyektiv və subyektivliyində də qarışıqlıq yarada bilər. Məsələn, QarabağaAzərbaycanın icazəsi olmadan gələnlərə ölkənin girişinə məhdudiyyət qoyulması, onlara viza verilməməsi obyektiv qərardır. Amma gələnlərin sırf düşüncələrinə görə ölkəyə girişini məhdudlaşdırmaq – bu, subyektiv qərardır.
Qarabağ problemi olan Azərbaycan kimi bir ölkə isə əcnəbilərə qarşı açıq olmalıdır. Bu baxımdan beynəlxalq jurnalistlərin, media və digər qurumların təmsilçilərinin ölkəyə giriş-çıxışına daha rahat şərait yaradılmalıdır ki, bunlar məsələnin mahiyyətini yerində daha düzgün başa düşsünlər. Əks halda Azərbaycan Qarabağ probleminin həllində dəstək qazanması daha da çətinləşər.
Bunun üçün isə qanunvericilikdə elə bir sistem olmalıdır ki, viza verilməsi zmanı subyektiv yanaşmalar olmasın. Viza verilməsi məsələsi ilə XİN məşğul olur və XİN-də prosedurlar hazır şəkildə olmalıdır ki, hər bir fərd, hadisə üçün araşdırma aparılmasın. Bu baxımdan Qara siyahı kömək ola bilər. Burada Azərbaycan əleyhinə fəaliyyət göstərmiş, Qarabağa Azərbaycanın icazəsi olmadan getmiş, haqqında məhkəmə qərarı olan Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllər törətmiş şəxslərin girişinə qadağa qoyulub.