In 1996 he graduated from the faculty of law of Istanbul University in Turkey and worked as a lawyer in Istanbul. In 2001 he received Master’s degree from Public Administration Institute for Turkey and the Middle East (PAITME) in Ankara and got a expert address on law and administration. He passed one year special training on the specialty of lawyer at Istanbul Bar Association of Lawyers.
25 Eylül 2015 Cuma
21 Eylül 2015 Pazartesi
Azərbaycan vətəndaşı xarici jurnalist kimi akreditə edilə bilməz, bu yanlışdır.
Bu gün mənə olan jurnalist zənglərindən sonra bu suala hüquqi aydınlıq gətirmək istəyirəm.
Sərbəst fəaliyyət göstərərək arada öz informasiyalarını xarici KİV-lərlə paylaşan, yaxud topladığı informasiyanı ölkə xaricində fəaliyyət göstərən medialarla paylaşan, lakin rəsmi olaraq onun nümayəndəsi və ya əmək müqaviləsi ilə işçisi statusunda olmayan azərbaycanlı jurnalist ölkədə sərbəst fəaliyyət göstərməsi üçün Xarici İşlər Nazirliyində akkreditə edilməlidrmi?
1. Konstitusiyanın 50-ci maddəsi “hər kəsin” məlumat almaq, yaymaq, ötürmək hüququnu təminat altına alıb.
2. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanununda 50-ci maddəyə hansı əsaslarda məhdudiyyət gətiriləcəyi sayılıb. Bu əsaslarda “xarici jurnalist olmaq”, “xarici KİV-lərlə əməkdaşlıq etmək” və bənzəri normalar yoxdur.
3. Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 53-cü maddəsi “Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinə” aydınlıq gətirir. Burada olan norma ancaq “xarici müxbirlərin” Azərbaycandakı fəaliyyətinə aiddir. “Xarici müxbirlərin Azərbaycan Respublikasında akkreditəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 50-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.” Azərbaycanlı müxbirlərin xaricdə fəaliyyət göstərən qurumlarla ikili münasibətlərdə əməkdaşlıq etməsi, öz beyin məhsulunu onlara müqavilə əsasənda satması, yaxud könüllü informasiyaları paylaşmasını məhdudlaşdıran heç bir konstitusion norma və qanun müddəsı yoxdur.
4. 2009-cu ildə Konstitusiyanın 71-ci maddəsinə IX bənd əlavə edilib.
“IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”.
5. 18 Mart 2015-ci il tarixdə Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilən “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları”nın 2.1.4-cü bəndində “xarici KİV nümayəndələrinin pasportu və ya digər sərhədkeçmə sənədinin surəti sözünün arasına “mörürətzədə (əgər xarici KİV nümayəndələri Azərbaycan Respublikasının vətəndaşlarıdırsa, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin) ifadəsi əlavə edilib. Bu ifadə KİV haqqında Qanunun 53-cü maddəsində “xarici müxbir” ifadəsini genişlədərək, Azərbaycan vətəndaşını da bura daxil edib. Qaydalar Qanunda müəyyən olunan sərhəddi keçməməlidir. Odur ki, bu norma Qanunda olmayan əlavə məhdudlaşdırıcı norma yaradıb. Konstitusiyamız buna yol vermir. Konstitusiyanın 149-cu maddəsinin VI. “Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.”
http://contact.az/docs/2015/Politics/092100130260en.htm#.VgAHR9-qqko
http://www.contact.az/docs/2015/Politics/092100130261ru.htm#.VgAIl9-qqko
https://www.meydan.tv/az/site/politics/8147/%C6%8Fli-H%C9%99s%C9%99nov-Meydan-TV-d%C9%99n-dan%C4%B1%C5%9Fd%C4%B1.htm
http://www.aznews.az/index.php?c=news&id=90606
http://www.azadliq.org/content/muxbir-meydanteve-elesger/27260311.html

о задержании журналистов
http://www.contact.az/docs/2015/Politics/092100130261ru.htm#.VgAEEN-qqko
Странные объяснения Али Гасанова о задержании журналистов
2015 Сентябрь 21 ( Понедельник ) 14:00:47Помощник главы государства Али Гасанов попытался объяснить сегодня серию задержаний полицией журналистов, сотрудничающих в «Meydan TV».
В своем комментарии госагентству «Азертадж» он заявил, что эти задержания имели цель «призвать журналистов иностранных СМИ действовать в соответствии с правилами аккредитации иностранной прессы на территории Азербайджана от 18 марта 2015 года».
По его утверждению, интернет-телеканалы Interaz, Euroaz, радио «Голос Америки», «Meydan TV» и ряд других иностранных СМИ, «несмотря на неоднократные предупреждения, эти правила не соблюдают и действуют на территории страны незаконно».
«Задержания в последние дни некоторых журналистов иностранных СМИ преследует цель призвать их соблюдать правила аккредитации», - сказал Гасанов.
По его словам, в отношении нарушающих законодательство страны лиц и далее будут приниматься необходимые меры.
Однако, заявление Али Гасанова противоречит фактам и логике.
Так, проблема в аккредитации, то почему десяток журналистов вызывали в прокуратуру и задерживали на улице, доставляя в Управление по борьбе с оргпреступностью?
В этих самых органах у журналистов не спрашивали про аккредитацию, а выясняли кто финансирует Meydan TV, и почему журналисты освещали беспорядки в Мингячевире? И с каких пор журналистов стали похищать на улицах, чтобы проверить их аккредитацию?
Комментируя данное выступление, юрист в области медиа Алескер Мамедли назвал утверждения Али Гасанова противоречащими Конституции Азербайджана.
По законодательству Азербайджана, каждый гражданин имеет право на сбор информации, а журналисты пользуются дополнительными правами – сбор информации это их профессиональная обязанность. В этом вопросе ограничения касаются недопустимости сбора информации, касающейся государственной и военной тайны. Все остальные темы ограничиваться не могут, сказал эксперт.
Постановка вопроса о необходимости аккредитации азербайджанских журналистов, как иностранных представителей абсолютно необоснованна. Гражданин Азербайджана, журналист, который делится своими материалами с коллегами за рубежом, не должен проходить аккредитацию.
«В данном случае речь идет о попытке использовать процедуру аккредитации, как ограничительный элемент, что абсолютно недопустимо и противоречит положению Конституции Азербайджана, а также Европейской Конвенции прав человека. Поэтому, попытки ограничить работу журналистов и сбор ими информации, несомненно, будут признаны Европейским судом по правам человека незаконными», - подчеркнул Мамедли
The presidential aide Ali Hasanov tried to explain the series of detentions of journalists cooperating with Meydan TV by the police today.
In his commentary for the state news agency AzerTaj, he stated that these detentions were aimed "to urge foreign journalists to act in accordance with the rules of accreditation of foreign journalists in Azerbaijan of 18 March 2015".
According to him, the Internet TV channels Interaz and Euroaz, the radio Voice of America, Meydan TV and several other foreign media, "despite repeated warnings, do not respect these rules and act illegally in the country.” “Detentions of several foreign journalists in the recent days are intended to encourage them to abide by the rules of accreditation," Hasanov said.
According to him, in respect of people violating the laws of the country, necessary measures will be continued.
However, Ali Hasanov's statement contradicts the facts and logic.
Thus, as for the accreditation problem, why are dozens of journalists summoned to the prosecutor's office and detained on the street and taken to the Office to Combat Organized Crime?
In most of these bodies the journalists were not asked about accreditation, and were asked who is funding Meydan TV and why the journalists covered the unrest in Mingachevir. Did they begin to abduct journalists in the streets to check their accreditation?
Commenting on this statement, a lawyer in the field of media Alasgar Mammadli called Ali Hasanov’s allegations contradicting the Constitution of Azerbaijan.
According to the Azerbaijani legislation, every citizen has the right to collect information, and journalists enjoy additional privileges - the collection of information is their professional duty. In this regard, the restrictions apply inadmissibility of collecting information related to state and military secrets. All other threads cannot be limited, the expert said.
The question of the need for accreditation of Azerbaijani journalists as foreign representatives is absolutely unfounded. An Azerbaijani citizen, a journalist who shares his materials with colleagues abroad, should not be accredited.
"In this case we are talking about trying to use the accreditation procedure as a restrictive element that is absolutely unacceptable and contrary to the position of the Azerbaijani Constitution and the European Convention on Human Rights.
Therefore, attempts to restrict the work of journalists and the collection of information, of course, will be recognized unlawful by the European Court for Human Rights," said Mammadli.
Strange Explanations from Ali Hasanov about Detention of Journalists
2015 September 21 ( Monday ) 14:00:47The presidential aide Ali Hasanov tried to explain the series of detentions of journalists cooperating with Meydan TV by the police today.
According to him, the Internet TV channels Interaz and Euroaz, the radio Voice of America, Meydan TV and several other foreign media, "despite repeated warnings, do not respect these rules and act illegally in the country.” “Detentions of several foreign journalists in the recent days are intended to encourage them to abide by the rules of accreditation," Hasanov said.
According to him, in respect of people violating the laws of the country, necessary measures will be continued.
However, Ali Hasanov's statement contradicts the facts and logic.
Thus, as for the accreditation problem, why are dozens of journalists summoned to the prosecutor's office and detained on the street and taken to the Office to Combat Organized Crime?
In most of these bodies the journalists were not asked about accreditation, and were asked who is funding Meydan TV and why the journalists covered the unrest in Mingachevir. Did they begin to abduct journalists in the streets to check their accreditation?
Commenting on this statement, a lawyer in the field of media Alasgar Mammadli called Ali Hasanov’s allegations contradicting the Constitution of Azerbaijan.
According to the Azerbaijani legislation, every citizen has the right to collect information, and journalists enjoy additional privileges - the collection of information is their professional duty. In this regard, the restrictions apply inadmissibility of collecting information related to state and military secrets. All other threads cannot be limited, the expert said.
The question of the need for accreditation of Azerbaijani journalists as foreign representatives is absolutely unfounded. An Azerbaijani citizen, a journalist who shares his materials with colleagues abroad, should not be accredited.
"In this case we are talking about trying to use the accreditation procedure as a restrictive element that is absolutely unacceptable and contrary to the position of the Azerbaijani Constitution and the European Convention on Human Rights.
Therefore, attempts to restrict the work of journalists and the collection of information, of course, will be recognized unlawful by the European Court for Human Rights," said Mammadli.
11 Eylül 2015 Cuma
11 Sentyabrın sonrası yaranan yeni dünya düzəni...
Bu gün 21-ci əsri barış, xoşgörü əsri
olmaqdan çıxarıb, yeni savaşların, faciələrin, insanlıq dramlarının yaşamasına aparan 11
Sentyabr 2001-ci il hadisələrindən 14 il keçir. 14 il öncə Amerika xalqı səhər gözlərini
açarkən ani hücumlarla NyuYorkda yerlə bir olan və 3 mindən çox məsum insanın
ölümü ilə nəticələnən ekiz qüllələrin yerlə bir olması ilə, Vaşinqtonda Pentaqonun binasının təyyarə ilə
partladılması şoku ilə qarşılaşmıdı.
Son 14
ildə başda Yaxın Şərq ölkələri olmaqla, Şimali Afrikada, Asiyada çox
sayda dövlət və millət belə şoklarla səhərə gözlərini açır. 11 Sentyabrdan 3 ay
keçməmiş Corc Buş 11 Sentyabrın qisasını almaq məqsədi ilə Əfqanıstanı işğal
etdi. Ardınca İraq işğalın qurbanı oldu. İşğalla başlayan zorakılıq, qəddarlıq,
yüz minlərlə sivil müsəlmanı sırf saqqalı var deyə terrorist saymalar, məhkəməsiz,
qanunsuz on minlərlə insanların oğurlanması, həbsxanalara tıxılması haqsızlığa
məruz qalması başqa zorakılıqları doğurdu.
Bin Laden öldürülsə də onun başlatdığı terror yeni şəxslərin, adların
simasında yenə də davam etməkdədir. Təəssüf ki, zorakılıq zorakılığı doğurdu və
bu aksioma dəyişməyərək davam etməkdədir.
Sonrakı
dönəmdə birbaşa işğallar olmasa da, yerli hökumətlərin yaratdığı rejimlərin də
təşviqi ilə yeni ocaqlar yarandı . Öncə Tunisdə, sonra Misirdə, Liviyada,
Suriyada, Yəməndə yeni ölüm ocaqları yarandı. Təəssüf ki, domino daşı effekti
ilə bu proseslər bir formada davam etməkdə, hər gün minlərlə insan bu proseslərdə
həyatını itirir, on minlərlə insan yaşadığı yeri tərk etməli olur.
11
sentyabrdan sonra mütləq əksəriyyəti müsəlman olan 2 milyonadək sivil insan həyatını itirmişdir. Sadəcə
BMT-nin açıqlamasına görə İraqda 2007-ci ilədək ölən sivillərin sayı 1
milyondan çox idi. 5 milyon İraqlı ev-eşiyindən didərgin olmuşdu. Əfqanıstanda
37 ildir davam edən müharibələrdə ölənlərin doğru-dürüst statistikası olmasa
belə, 2001-ci ildə başlayan işğaldan sonra da ölənlərin sayı on minlərlədir. Suriyada 2011-ci ildən bəri olənlərin sayı 400
min nəfərə çatmaqdadır. Təxminən 4 milyondan çox insan ölkəni tərk edib, bir
yerlərə sığınmağa cəhd etməkdə, 30 minədək insan Avropaya mühacirətə getmək
üçün çıxdıqları dəniz yolçuluğunda Aralıq dənizində boğulmuşdur. Liviyada Yəməndə,
Fələstində minlərlə insan həyatını itirib və proses davam edir...
Bəli,
11 sentyabr hadisəsi yeni bir dünya düzəni yaratmaqdadır. Bu düzəndə müsəlman=terrorist
alqışı önə çıxmaqda, zərər çəkən tərəfdə əsasən müsəlmanlar yer almaqdadır.
İnsan hüquqlarının üstünlüyü prinsipi qədim dünyada alqılandığı kimi “seçkinlərə”
tanınan bir dəyər olmağa başlayır...
9 Eylül 2015 Çarşamba
Rayon nömrəli maşınların Bakıya girişinə tətbiq edilən məhdudiyyət hüquqa ziddir.
Ələsgər Məmmədli
DYP-nin sadəcə rayon nömrəsi ilə olan avtomobilləri müəyyən edilmiş saat çərçivəsində Bakıya buraxmamağa dair qərarı, sadəcə rayon nömrələrinə tətbiq edildiyi üçün Konstitusiyaya ziddir və heç bir qanuni əsası yoxdur.
Konstitusiyanın
28-ci maddəsinın III bəndində deyilir ki: " Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst
hərəkət edə bilər...". Burda “hərəkət etmək”- ifadəsini
“piyada hərəkət edə bilər”- kimi təfsir etmək olmaz. Hərəkət etmək bütün vasitələrlə
və vasitəsiz hərəkət etmək deməkdir.
Konstitusiyanın
29-cu maddəsi mülkiyyət hüququna təminat verib: “Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.” III-cü bənddə göstərilir ki, : “Hər kəsin mülkiyyətində daşınar və daşınmaz
əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə
birlikdə əmlaka sahib olmaq, əmlakdan
istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.”
Avtomobil daşınar əmlakdır. Ondan istifadə etmək isə mülkiyyət hüququnun ayrılmaz
tərkib hissəsidir. Avtomobildən istifadəyə məhdudiyyət gətirmək ancaq qanuni
əsaslarla məhkəmə qaydasında mümkün ola bilər.
Sadəcə rayon
nömrəli maşınları və onunla hərəkət edən sərnişinləri şəxsi əmlakından istifadə
etməklə Bakı şəhərinə buraxmamaq, sosial mənsubiyyəti baxımından insanları fərqləndirməkdir. Burada rayonlu-şəhərli
fərqləndirməsi var. Rayonlu olan birinin eyni markalı, eyni motor güclü maşını
şəhərə buraxmadığınız halda, Bakılı birini buraxacaqsız. Bu birbaşa insanları
sosial mənsubiyyətinə görə fərqləndirməkdir və ayrıseçkilikdir.
Konstitusiyanın
25-ci maddəsi mənşəyindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyinə təminat verib və
deyib ki: "İnsan və vətəndaş
hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə,
siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".
Konstitusiyayanın 71-ci maddəsinin VI- bəndinə
əsasən, “ Azərbaycan Respublikası ərazisində
insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir". 71-ci
maddəyə əsasən: "Konstitusiyada təsbit
edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur". Yəni,
bu qərarı qəbul edən icra qurumları dərk etməlidirlər ki, onlar Konstitusiyanın
normalarına zidd qayda qoya bilməzlər. Konstitusiyanın 71 ci maddəsinin IX bəndinə
görə qanunsuz əmrə əməl edilməməlidir: "Hər
kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə
tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz".
Qeyd edim ki, Yol Hərəkəti haqqında Qanunda da bu ayrıseçkilikçi qadağanın tətbiqini mümkün edən heç bir norma yoxdur. Ayrıca, 2-ci maddədə Qanunun təyinatında da göstərilib ki, “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir".
Yəni, hərəkəti kökündən, yaxud sadəcə bir sosial qrup üçün (rayon nömrəlilər) məhdudlaşdırmaq mümkün deyil. “Hərəkət ancaq, məhdud səbəblərlə, və müvəqqəti hər kəs üçün məhdudlaşa bilər. Bu zaman da "...dolayı yol ilə yol hərəkətinin təşkil edilməsinə dair tədbirləri həyata keçirməlidirlər".
Qanunları tətbiq edən yol polislər də bilməlidir ki, qanunsuz əmrlərin icrası məsuliyyət yaradır. Konstitusiyanı, Qanunları pozaraq tətbiq edilən qadağaları vətəndaşlara tətbiq etmək, onlar üçün də məsuliyyət yaradır.

Gəlin, hər birimiz hüquqa əməl edək, hüquqları
müqəddəs hesab edək və onları qoruyaq. Hər birimizə bir gün ədalət lazım
olacaq. O gün gəldiyində ədaləti tapmamız üçün, bu gün hər birimiz adil olmalı,
hüququn üstünlüyünə boyun əyməliyik. Hüquq əllərə tutuşdurulan qanunsuz əmrlər,
qərarlar deyil. Hüquq toplumu ədalətlə, bərabərlik prinsipinə sadiq idarə edəcək
adil qaydaların-tənzimləmələrin toplusudur.
8 Eylül 2015 Salı
PKK terroru "kürd terroru" halına çevrilməməlidir.
Türkiyədə PKK terrorunun
başlamasından 32 il keçir. Təəssüf ki, 32 ildə kürd xalqı dəstək
verməsə bu terror bu qədər uzun yaşaya bilməzdi. Bu gün PKK terroru anlayışı artıq “kürd terroru” ilə eyni anlamlı hala gəlib.
Bəziləri bu terrorun yenidən xortlamasını və qanlı
dişlərini göstərməsini mövcud rejimlə, iqtidarla əlaqələndirir. Amma bu yanaşma
doğru deyil. Bu terrorçuların ilk terror əməli baş verən zaman Türk siyasi palitrasında bu günkü adda
partiyanın heç biri yox idi. Böyük xarici dəstəkli, dərin köklü, çox məqsədli
bu terroru sıradan bir seçimin nəticəsi ilə, son seçkilərdən sonra uzunmüddətli
hökumətin formamalşamamsı ilə, yaxud seçkilərdə bir tərəfin təkbaşına hükumət
qura bilməməsi ilə əlaqələndirmək çox bəsit və təməlsiz yanaşmadır.
Terrorun qısa müddətli
dayanmış kimi görünməsinin altında, dayanmadan verilən tavizlər, güzəştlər var idi.Türk devləti
türk höküməti simasında mümkün görünməyən güzəştlər verdi ki terror bitsin,
amma terrorun həqiqi məqsədi kürd xalqının rifahı, təhsili, mədəniyyəti, dili
deyildir.
TRT kürd dilində
yayıma başladı, kürd siyasətçilər terroru müdafiə etsə də parlamentə gətirildi,
hətta bakan yapıldı, kürd iş adamları şərqi anadoludan bütün türk işlətmələrini
qorxudaraq, sındırərərək, yandıraraq, yağmalayaraq qovub çıxardı, meydanda tək
özləri qaldı. Amma nəticə dəyişmədi. Çünki, məqsəd kürdlər üçün nəsə etmək yox,
Türklərin yaxın Şərgə, Qafqaza çıxışlarını törpüləməkdir. Bunun da ssenaristlərinə
türkü və kürdü ilə barış içərisində bir arada yaşayan və iqtisadi, siyasi,
geopolitik böyüməkdə olan bir Türkiyə sərf etmir. Hökumət məsələsi, seçki məsələsi
bu prosesin içərisində çox bəsit bir
epizoddur. Son iki terror əməlinin xəritəsinə baxın, 16 əsgərin şəhid edildiyi Hakkarı Çukurcada- İran-İraq sərhəddinin dibi,14 poliin şəhid edildiyi İğdırın Dilucu ərazisində Azərbaycan-Naxçıvan sərhəddinin həmən arxası!Bu tablo çox şey deyir.
Əslində AKP və onun
lideri Erdoğan mümkün görünməyən addımlar atdı ki, terror bitsin və Müasir Türk
tarixinə terroru bitirən biri kimi düşsün. Bu mümkün olmadı. Çünki, terror bitər,
kürdlər Türkiyədə siyasi sistemə intiqrasiya edib, onun idarəetməsinə girər,
parlamentində qanun qəbul edərsə, terror əsl məqsədinə çatmaz. Son iki ayda terrorun
təkrar dirçəlməsi faktiki kürd terroristlərin nəzarətində olan İraqın şimalına
və hakimiyyət boşluğu yaranan və faktiki kürdlərin nəzarətinə keçən Suriyanın
şimalına Türklərin girmək istəməsi ilə
başlayıb. Türkiyənin İraq və Suriya sərhəddi boyunca möhkəmlənən kürd terrotistər,
son həmlə kimi güney-doğu Türkiyəni qoparmaq planlarını işə salacaqdılar.
Lakin, Türkiyənin bölgəyə aktiv müdaxil olma qərarı onların Türkiyənin daxilində
terror əməllərinə qaldıqları yerdən davam etməsinə gətirib çıxardı. Bu Türkiyənin
daxili addımları ilə bağlı deyil.
İlk cümlədə yer
verdiyim “PKK terroru anlayışı artıq “kürd terroru” ilə eyni anlamlı hala gəlib”-
ifadəsinin açıqlaması isə budur.
Bölgənin kürd əhalisinin
PKK simpatiyası zaman-zaman iç-içə keçmiş vəziyyətdədir. Gündüz bələdiyyə
qulluqçusu kimi görəv yapanlar, gecələr əlində bomba, tüfənq, silah əsgəri hədəf
almaqdadır. Bələdiyyələrin maddi-texniki bazası bu şəxslər tərəfindən dövlətin
polisinə, əsgərinə qarşı istifadə edilməkdədir. Hakkaridə 16 əsgərin öldürülməsi
olayında 400 kiloqram partlayıcı yola döşənib. 400 kilo partlayıcının daşınması,
qaldırılması, yerin qazılıb basdırılması, kabel döşənməsi yerli idarəetmənin
imkanları, agentləri olmadan mümkün ola bilməz. Türk millətinin çörəyini yeyən
bu xayinlər, bələdiyyə çalışanları pərdəsi altında, təmir etməli olduqları yola
bombanı yerləşdirib "təmir" edirlər, sonra da uzaqdan komanda alətlərini
digərlərinin əlinə tutuşdurub hərbi maşın keçən zaman partladırlar.
Terrorçulara gedən lojistik maşın karvanından kürt millət vəkili çıxır.
Terrorun kökünü idarəetmədən qazımadan, çözüm
gəlməz. Türkiyənın güney doğu illərində bələdiyyələrə bu terrorçuların
seçilməsi onsuz da şübhəlidir. Onlar insanları qorxudaraq, seçki prosesinə
müdaxilələr edərək bu kürsüləri zəbt ediblər. İndi sıra bələdiyyələrin fəaliyyətini
terrorun bitirilməsinə qədər dayandırmaq,
bölgədə fövqəladı vəziyyət elan edərək, idarəetməni FV valilərinə vermək, bütün
terrora dəstək verənləri terrorçuların yanına göndərməkdədir. Bu addımlar dərhal
atılmasa, Türkiyənin güney-doğuda suverenliyi təhlükəyə düşəcək, türk əsgərinin
can güvənliyinin təmin edilməsi isə çətin olacaq.
Kaydol:
Kayıtlar (Atom)