Hüquqşünas Ələsgər Məmmədli deyir ki, ölkədə biznes strukurlarına məmur müdaxiləsini birinci şəxsin gündəmə gətirməsini müsbət qarşılayır.
O hesab edir ki, bu yaxınlarda süni müdaxilələr azaldığı üçün kiçik və orta sahibkarlıqda canlanma yarana bilər.
"Ölkədə hər şey neft sənayesi üstünə qurulsa da, Azərbaycanın qeyri neft sektorunun da kifayət qədər potensialı var. Məmurların sahibkarlardan pul tələb etməsi, zaman-zaman onların kreditlər götürüb borcanmalarına şərait yaradılması sahibkarların bir çoxunun iflasına gətirib çıxarırdı", o deyir.
Amma cənab Məmmədli bildirir ki, ölkədə biznes sektorunun inkişafı sadəcə bundan keçmir. Bunun üçün manapoliyanın aradan qadırılması, gömrükdə tam sərbəst giriş-çıxışın təmin olunması da olmalıdır.
http://inform.az/index.php?newsid=13362
“Hökuməti idarə edən məmurların arasında da müxalif düşüncəli insanlar var”
Ələsgər Məmmədli: “Onların çoxunun müxalif düşüncədə olduğunu müşahidə edirik və bu düşüncə hakimiyyəti, iqtidarı sevməməkdən irəli gəlmir.”
Parlament seçkisinə 11 gün qaldı. Belə hesab olunur ki, təbliğat-təşviqat prosesi hələ də namizədlərlə seçici arasında istənilən “bağı” yarada bilməyib. Ekspertlər bunu televiziya vasitəsi ilə namizədlərə verilən ödənişsiz çıxışların məhdudlaşması və müəyyən obyektiv və subyektiv məqamların olması ilə əlaqələndirirlər. Hazırki seçki dönəmində namizədlərə ödənişsiz efir vaxtının verilməməsi seçkildərdəki çevikliyin azaldılması kimi də qeyd olunur.
Seçki proseslərində hüquqi müstəvidə araşdırmalar aparan müstəqil hüquqşünas Ələsgər Məmmədli İnform.az-a müsahibəsində aparılan seçki monitorinqində ortaya çıxan bəzi nüanslara toxundu.
“Çox sönük bir seçki təbliğat-təşviqat kampaniyası gedir”
- Seçkiyə az vaxt qalır. Necə hesab edirsiniz, ötən illərlə müqayisədə bu il təbliğat-təşviqat kampaniyası üçün namizədlərə verilən imkanlar nə dərəcədə yetərlidir?
- Seçkidə namizədlər üçün ən mühüm məsələ İctimai Televiziyada ödənişsiz efir vaxtının verilməsi idi. Amma bu il partiya mənsubiyyətinin olub-olmamağından asılı olmayaraq şəxslərə efir vaxtı verilmədi. Bu da namizədlərin televiziya vasitəsilə öz platformalarını seçicilərinə çatdırmaq imkanını məhdudlaşdırdı. Hazırda demək olar ki, çox sönük bir seçki təbliğat-təşviqat kampaniyası gedir. Seçkiyə 11 gün vaxt qalsa da, seçicilərin əksəriyyəti hələ də neçə namizədin mübarizə apardığını, ümumiyyətlə namizədlərin birinin digərindən fərqini və sair barədə çox da məlumata malik deyillər.
“Bu yolla da heç nəyə nail olmaq mümkün deyil”
- Əksər hallarda bir çox siyasilər bu vəziyyəti müxalifət partiyalarının seçkilərdə aktiv olmamağı, fəaliyyətsizliyi, süstlüyü ilə əlaqələndirirlər.
- Ola bilər ki, nə vaxtsa müxalifətin seçkiləri boykot etməsi, seçki ilə bağlı fərqli fikirlər ortaya qoyması seçki prosesində müəyyən bir dinamika nümayiş etdirir. Amma bu yolla da heç nəyə nail olmaq mümkün deyil və hazırki vəziyyətin müxalifətin fəaliyyəti ilə əlaqələndirilməsini istəməzdim. Əgər ən adi bir prosesdə namizədlər üçün ödənişsiz efir vaxtı ayrılmırsa, bu halda yük hökumətin və onu təmsil edən siyasi qrupların üzərinə düşür. Onlar daha çevik seçki mühiti yaratmaq üçün daha çox çaba göstərməlidirlər. Demokratik seçkilərdə mediadan bərabərhüquqlu istifadə tələb olunur. Amma son bir ayda aparılan monitorinqlər bunun əksini göstərdi.
Mütləq deyil ki, müxalifət dedikdə, rəsmi qaydada qeydiyyatdan keçən bir siyasi qurum nəzərə alınsın. Cəmiyyətdə partiyası olmayan müxalif düşüncəli insanlar da var. Sosial şəbəkələrdə minlərlə insanın seçki ilə bağlı gedən prosesdən xəbərsiz olduğu görünür. Onların çoxunun müxalif düşüncədə olduğunu müşahidə edirik və bu düşüncə hakimiyyəti, iqtidarı sevməməkdən irəli gəlmir. Onlar ona görə müxalifdirlər ki, proseslərə yanaşmanın potensialımızdan aşağı olduğunu görürlər.
Hesab edirəm ki, sürətlə qloballaşan dünyanın, o cümlədən İKT-nin proseslərə bu qədər müdaxilə elədiyi bir dönəmdə siyasi partiyalara yox, sosial qruplara böyük rol düşür. Bu gün televiziyalar müxalifətin mövcudluğu haqda xırda da olsa bir informasiya vermirlər. Artıq “müxalifətin yoxluğu” anlayışı real vəziyyət kimi təqdim olunur. Amma əslində müxalif qüvvələr çoxdur. Hətta hökuməti idarə edən məmurların arasında da müxalif düşüncəli insanlar var.
O ki qaldı Milli Məclisdə olan müxalifət partiyalarının nümayəndələrinə, hesab edirəm ki, müxalifətçilik onun siyasi partiyalılığı ilə ölçülmür. Bu daha çox insanın əməli ilə görünür. Məsələn, əgər Milli Məclisdə büdcə ilə bağlı müzakirə olunan qanunda deputatların bəzi hallarda bir-ikisi istisna olmaqla hamısı bir məsələyə eyni cür səs veririsə, deməli orda müxalif düşüncə yox səviyyəsindədir. Çünki hamı bir şey haqqında eyni cür düşünə bilməz. Məsələn, mən bir araşdırma elədim. Milli Məclisdə son 20 səsvermənin nəticəsini götürdüm və öyrəndim ki, neçə millət vəkili səs verib, onlardan neçəsi məsələnin lehinə, neçəsi əleyhinə və neşəsi bitərəf qalıb. Məlum oldu ki, əleyhinə və bitərəf olanlar 1 faizi keçmir. Bu Parlamentdə fikir savaşının hansı səviyyədə olmasının göstəricisidir.
Ona görə də, seçkiyə xüsusi dinamiklik gətirən nələrinsə olacağını gözləmirəm.
Tahirə QAFARLI / İnform.az
http://www.azadliq.org/content/eldar-mahmudov-mtn-ilham/27316681.html
“YENİ YANAŞMADIR”
Hüquqşünas Ələsgər Məmmədli Facebook səhifəsində yazıb:
“Çox operativ işləyən qurumlarımız
var. 72 saatdan sonra rəsmi məlumatla öyrəndik ki, dövlətimizin və
millətimizin təhlükəsizliyini əmanət etdiyimiz qurumun 7 əməkdaşı həbs
edilib. Cinayət və cəza şəxsi olsa da, yayılan informasiyada bir nəfərin
adı yoxdur. Bu da yeni yanaşmadır”.
Hiç yorum yok:
Yorum Gönder