Ölkədə
media azadlığının vəziyyəti hər gün bir az daha ağırlaşır. Son günlər ard-arda
baş verən hadisələr prosesin normal axınından uzaqlaşdığını aydın göstərir.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9e8nI3YEkor6Z2-Uh2NoJljnrm-LGSXYsSLfcrVdX-3CORJxvlsQW2myOteDx_cx6wO0Nhb9F-XHvZQmclC-kVJ201fzVDfBdQi7bn6gnigUC7jWAmog-CtWyIZnE91S5wABdeglesfw/s1600/050300001028.jpg)
Bizdə
çox yerində atalar sözləri var. Onlardan biri də “oğurluqla, quldurluq 40 gün çəkməz,
açılar!”-məsəlidir. Əzizin həbsində də belə oldu. 30 günlük inzibati həbsin son
günündə onu yenidən istintaqa çəkdilər və bu dəfə ağır cinayətlə suçlayaraq, Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət
məsuliyyətinə cəlb etdilər. Bu dəfə də Əzizi hüquqi baxımdan heç bir məsuliyyəti
olmayan və heç bir vaxt heç bir imza səlahiyyəti olmadığı, sadəcə həmtəsisiçisi
olduğu “Qafqaz Media Resurs Mərkəzi” İctimai
Birliyinin hansısa “fəaliyyətinə görə” 2014-cü ildə açılmış məşhur QHT cinayət
işi çərçivəsində suçladılar. Lakin rəsmi ittiham bu olsa da Kanal 13-ün digər
jurnalistlərinin də istintaqa cəlb olunması xoruzun quyruğunu göstərdi. Əzizin birbaşa
Kanal 13-ün fəaliyyətinə görə həbs edildiyi danılmaz fakt kimi ortadadır.
Mayın
22-də daha bir inzibati həbslə regionda fəaliyyəti ilə təqdir toplayan,
qorxmadan həqiqətləri
söyləyən, bir neçə müstəqil media qurumu ilə sərbəst əməkdaşlıq
edən jurnalist-bloger Nicat Əmraslanov yenə uydurma səbəblə yaşadığı Qazax
rayonunda eyni “növbətçi maddə ilə” polisə müqavimət maddəsi ilə 30 sutkalıq
inzibati həbsə məhkum edildi. Nicata
qarşı pis rəftara və işgəncəyə yol verildiyini söyləyən vəkili Elçin Sadıqovdan
Gəncə Apelyasiya Məhkəməsində vəkilin və jurnalist Xədicə İsmayılın gözü
qarşısında hakim köməkçisi imtina ərizəsi yazdırdı. Xədicə İsmayıl mobil
telefonu ilə bu görüntüləri lentə alıb paylaşaraq ictimailəşdirsə də heç bir
qurum, o cümlədən Omdudsman buna reaksiya verməyərək, bunu adi hal kimi
qarşıladı. Nicatın dişlərinin tökülməsi, sağ əlinin qıc olması müşahidə olunsa
da bununla bağlı prokurorluq nədənsə araşdırma aparmaq, yaxud hətta ənənəyə
çevrilən “bəyanat” vermək kimi davranışlardan uzaq qaldı.
Belə
gedərsə, 30 günlük inzibati həbsin yekunlaşmasına günlər qala yeni bir qondarma
“cinayət işinin” açılması və Nicatı da Əziz kimi “cinayətkar” elan edərək, ağır
cinayətdə suçlamaları artıq sürpriz olmayacaq.
Mayın 29-da daha böyük “bomba” partladıldı. Araşdırmaçı jurnalist Əfqan Müxtarlı
yaşadığı Tbilisi şəhərində gecə evinin önündən q yoxa çıxdı. Hər kəs onun
axtarışına başladıqdan sonra, məlum oldu ki, Gürcüstanın rəsmi uniformada olan
şəxsləri onun başına torba keçirib, oğurlayıb, sonra vəhşicə döyüb və
3 saatlıq müddətdə 2 avtomobil və heyət dəyişərək, Azərbaycan DSX-ə təhvil
veriblər. DSX isə guya Əfqanın sərhəddi könüllü
qanunsuz keçdiyi və qaçaqmalçılıqla məşğul olduğu üçün saxlayıb, Cinayət Məcəlləsinin
3 maddəsi ilə ittiham irəli sürdü. Bu qondarma cinayət işi də uzun sürmədən cəmiyyətə
məlum oldu ki quramadır. Tamamilə qanunsuz adam oğurluğu baş verib. Gürcüstanın
Prezidenti səviyyəsində bu etiraf edildi. Qısa müddət keçməmiş Azərbaycanın
Milli Məclisinin deputatı Elman Nəsirov da istintaqın versiyasının saxta
olduğunu bilmədən etiraf etmiş oldu. Doğrudur, Baş Prokurorluq Elman Nəsirovun “yalan”
danışdığını bir Bəyanatla bəyan etsə də, əməli ilə Elman Nəsirovun doğru
dediyini təsdiqləyən addımlar atdı.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKqWcGmwz_jtcqIrPfEnP-nMxCBMsd-Q4acCqO4HkSK1EimGE6XuNkk5EJ4yAJUq5Ip4xNCS26Bl80mWwwxPiNz7r_kgowW_dYAGE5Dc5yJ-c8C4M3eQA_IWQ83eHYErrZhuiNotXuNBY/s1600/download+%25282%2529.jpg)
Qeyd etməliyəm
ki, dünən daha bir tanınmış jurnalist Şahvələd
Çobanoğlu da yenə istintaqa dəvət edilmiş və başqa oxşar bir işlə bağlı Gözəl
Bayramlı işi ilə əlaqəli dindirilmişdir.
Dünən
media və jurnalistlər üçün ümumiyyətlə ağır günlərdən biri kimi geridə qaldı. 2016-cı
ilin 30 iyun tarixində xüsusi əməliyyat qurularaq həbs edilən və Cinayət Məcəlləsinin 182-ci maddə ilə
ittiham olunan Fikrət Fərəməzoğlu 7 il azadlıqdan mərhum edildi. Onun “3000
manat almasına görə” 7 il məhkum edilməsi ayrıca, 2 illik də jurnalist fəaliyyəti
ilə məşğul olmaq qadağasının gətirilməsi açıq göstərir ki, bu həbslərin əsas
istiqaməti media fəaliyyətlərinə yönəlib.
Görüldüyü
kimi ifadə azadlığına qarşı, onun təmsilçiləri olan jurnalistlər və blogerlərə
qarşı gedərək artan bir basqı müşahidə olunur. Jurnalist və blogerlərə qarşı qondarma-qurama
cinayət işləri, qanunsuz həbslər, pis rəftara və işgəncələrə yol vermələr artan
nisbətdə davam edir.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhomNMAVkmVyFJTAhRULXRKK9JAg8c__nV_776dh2TEsmt42oYY-BaviuTwgrxnEyBF7y3-S48k00nfyBRuBCS4Qv9j353ZayyhRKs7gmW6b0y77X2fQ9MnUOvdJHKZ6OIO3amcU1qXjao/s320/download+%25283%2529.jpg)
Yuxarıda
qeyd edilənlər sadəcə basqıların istiqamətlərindən biridir. Media azadlığını,
ifadə azadlığını
təhdid edən fəaliyyətlərin miqyası daha genişdir. Xüsusilə may ayında Nəqliyyat, rabitə və yüksək
texnologiyalar Nazirliyinin iddiası ilə cəmiyyəti alternativ informasiyalarla təmin
edən, tənqidi istiqamətləri qabardan internet resursları, azadlıg.orq,
azadlıq.info, azərbaycansaatı.com, turan.tv və meydan.tv saytları “konstitusiyalı
quruluşu devirməkdə” ittiham edilərək Səbayil məhkəməsinin qərarı ilə bağlandı.
Bir
ay boyunca heç bir hüquqi normaya isnad edilmədən bütün səsli-görüntülü
internet xidməti göstərən whatsapp, facebook massanger, skype, viber və digər resurslar məhkəmə qərarı olmadan
nazirlik tərəfindən əngəlləndi.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWAOwcsVo52gg5ayypgKjnAkKKS-45LtgSsOyuC1Y2OpfoKZjOkb6XmE2iysSxqoHUHit72ljdDsj2btqFny84CxzoGshaj0rpe3sb6XAZsC7IzjV42OnqAPjTi8puCow-09dfY2O2MuE/s1600/download.jpg)
Belə gedərsə, yaxın
zamanlarda bütün səslərin kəsilməsi sürpriz olmayacaq.
Hiç yorum yok:
Yorum Gönder