dini ekstremizm etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
dini ekstremizm etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

7 Aralık 2015 Pazartesi

Sürət rekordmeni Parlament

məclis ile ilgili görsel sonucuSon 20 ildə Konstitusiya qəbul ediləndən bəri qanunların qəbulu və imzalanıb, qüvvəyə minməsində bu sürət olmamışdı. 5-ci gün axşam 4 dekabr 2015-cii ldə Milli Məclisdə bir neçə qanun layihəsi müzakirə olundu və qəbul olundu. Şənbə günü atrıq bunlar qüvvəyə minmişdi. Həm də qeyri iş günü.

Bunlardan dini ekstrimizm haqqında qanun ümumiyyətlə ilk oxunuşa çıxarılmışdı. Üstəlik elə həmin gün İnformasiya əldə etmək haqqında Qanunun tələbinə görə layihəsi Parlamentin rəsmi səhifəsinə ictimai müzakirə üçün yerləşdirilmişdi. http://meclis.gov.az/?%2Faz%2Flaw%2F  (Normalda qanunlar 3 oxunuşdan keçir)  
Digər məsələlər uşağı məktəbə 7 gün ardıcıl getməyən valideyinin 100 manat cərimələnməsi, dini səbəblərlə vətəndaşlıqdan mərhumetmə, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə cinayət məsuliyyətinin yaranması və bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması, polsin “dini ekstrimistlərə” qarşı silah tətəbiqini asanlaşdırması və s.
Dünən şənbə günü http://president.az/documents/laws saytında bu Qanunların hər birinin imzalanıb qüvvəyə mindiyini gördüyümdə çox təəccübləndim. Çünki, bu ilk dəfə baş verir. 24 saat ərzində həm qanun layihəsi ictimai müzakirəyə çıxarılır, həm komitələrdə və plenar sesiyada müzakirə edilir və qəbul edilir, həm MM rəhbəri tərəfindən imzalanıb Prezidentə göndərilir, həm də Prezident tərəfindən imzalanıb, yayılır və qüvvəyə minir. Bütün bunlar bir gün ərzində baş verir. 
Konstitusiyanın 97-ci maddəsi deyir ki: Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir. Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir.
Konstitusiyanın 110-cu maddəsində isə: “ Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır”-deyir. 
Yəni normalda bu proses Parlamentdə qəbul edildikdən sonra 70 gün ərzində reallaşır. Belə anlaşılır ki, bu qanunlar təcili elan edilib. Lakin bunula bağlı mən Milli Məclisin müzakirəsindən olan reportajlarda bir qeyd görmədim. Ayrıca,
Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinə əsasən qanunvericilik təşəbbüsü olan tərəflərin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir. Yeni tərkibdə parlament öz fəaliyyətinə yalnız 24 Noyabr 2015-ci ildə başlayıb. Cəmi 11 gün öncə. Belə olan halda, həqiqətən ilklərin yaşandığı çıx açıqdır.