Türkiye-Azerbaycan ilişkileri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Türkiye-Azerbaycan ilişkileri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

7 Mayıs 2023 Pazar

Türkiyə seçkiləri

 Türkiyə seçkiləri… 

Türkiyədə bir həftə sonra tək Türkiyəni yox, bütün bölgəni etkiləyəcək bir seçki baş tutacaq. Bu seçkilərin nəticələrinə xüsusi diqqətin coğrafiyası çox genişdir. 

Moskvadan Vaşingtonadək, bir çox başkənd bu seçkiləri maraq və həycanla izləyir. Paris, Berlin, London, Brüksel, Tehran, Yerevan, Bağdad, Dəməşq, Tripoli və s. Amma bəzi tərəflər prossesi izləməklə yetinmir, xüsusilə media vasitəsi ilə müdaxilə etməyə çalışır. Təsadüfi deyil ki, son günlər “müstəqil, peşəkar və tərfsiz” qərb mediası açıq tərəf tutur, media funksiyasını bir tərəfə qoyub, açıq propoqanda ilə məşğul olur. 

Üstəlik bu yayımlar Türkiyə seçki qanununa görə seçkilərin keçirilməsinə 10 gün qala başlayan anket nəticələrinin yayılmasının qadağasından sonra başlayır…

180 ildir kəsintisiz yayılan İngilis dərgisi “The Economist” Türkiyə seçkilərini 2023-cü ilin ən önəmli seçkisi adlandıran qapağında “Erdogan must go” (Ərdoğan getməlidir) alt başlığı ilə açıq mövqe sərgiləyir.  



Fransız “Le Point” dərgisi qapağında “Erdogan La`utre Poutine” (Ərdoğan bir digər Putin) başlığı ilə Ərdoğanın şəklini qoyub, onu Ukraynanı, Gürcüstanı işğal edən, heç vaxt normal demokratik seçki keçirməyən, rəqiblərini ortadan qaldıran və ya həbsə atdıran Putinlə eyniləşdirir,  Ərdoğanın seçilməsinin “müharibə təhdidləri, ekspansionizm, qərbə nifrət…”i davam etdirəcəyini açıqca bəyan edir.  




Fransanın bir digər dərgisi L`express dərgisi qapağında Erdoğanın kölgəli (gözləri qanla dolmuş) şəklini verərək, “Erdoğan le risque du chaos” (Erdoğan xaos risqi) başlığı, “Türkiyə bütün təhlükələrin seçimi”, “Putinlə olan razılaşmalar” alt başlıqları ilə Erdoğanın tək Türkiyə üçün deyil, Avropaya sığınan qaçqınları vurğulayaraq Avropa üçün habelə Suriyada, Liviyada, İraqda, Aralıq dənizindəki fəaliyyətlərinə ima edərək Yaxın Şərq üçün böyük  təhdid olduğunu  bildirir. 




Almaniyada nəşr olunan Der Spigel dərgisi qapaq şəklində islamın simvolu kimi bilinən Ayın qopmuş şəklinin yer aldığı parçalanmış kresloda oturan Erdoğanı təsvir edərək  seçkilərdə Erdoğanın uduzacağını bildirir və “Erdoğanın yenidən seçilməsindən niyə qorxmalı?” - başlığı ilə öz sosial şəbəkə hesablarında tirajlayır. 




Avstriyanın “Profil” dərgisi qapaq şəklində Türkiyənin ay-ulduzlu bayrağını təsvir edərək, Bayrağın üzərindəki aydan yapışıb sallaşan, əllinin qopmaqda olduğu Erdoğanı təsvir edərək, “Sonunda ondan qurtuluruqmu?” Başlığını verərək, Erdoğanın seçilməməsini qurtuluş olaraq görür.  




Seçkilərin nəticələrinin geniş müzakirə olunduğu və maraqla izləndiyi bir önəmli yer də Azərbaycandır. Azərbaycan üçün seçkilərin nəticəsini önəmli edən son illər Türkiyə hökumət rəhbəri Erdoğanla yaxınlaşmanın pik həddə çatması, bunun nəticəsində Azərbaycanın 30 illik Qarabağ düyününü və işğalı çözən əməli addımların atılmasıdır. 


Erdoğan hökuməti öz sələflərindən fərqli olaraq sadəcə sözdə yox, konkret əməldə Azərbaycana hərbi-siyasi dəstək verdi və Azərbaycanın işğal altında olan öz ərazilərinə qayıtmasını təmin edən hərbi əməliyyatların uğurla nəticələnməsinə vəsilə oldu. 


15 yanvar 2015-ci ildə Ankarada imzalanan birgə bəyanat və təsdiq edilən digər əməkdaşlıq sənədləri, 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan AzərbaycanTürkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi bu münasibətləri zirvəyə daşıdı. 


Azərbaycan  xalqı məhz bu dəstəyi yüksək qiymətləndirməkdədir. Aparılan sorğularda da Erdoğana olan dəstəyin Türkiyədəkindən çox olduğu görülməkdədir


Gənclər bilməsə də orta və yaşlı nəsil çox gözəl xatırlayır müstəqillik dönəminin öncəsi və sonrasında yaşadığımız problemlərdə Türkiyə rəhbərliklərinin davranış və deyimlərini...


20 yanvar 1990-cı ildə Moskvanın Bakıda yanvar qırğınını törətdikdən sonra jurnalistlərin bu məsələni xatırlatması və Türkiyənin hansı mövqe sərgiləyəcəyi üzərinə Türkiyənin Prezidenti Turqut Özal: “Onlar şii, biz Sünni`yiz. Onlar İran`a daha yakın!” -cavabı vermişdi. Bu cavab Moskvada alqış almışdı… 




1993-cü Aprelin 4-də Rus ordusu dəstəyi ilə ermənilər Kəlbəcəri işğal etdiyi zaman Azərbaycan Prezidenti, özünü M. K. Atatürkün əsgəri olaraq görən mərhum Əbülfəz Elçibəy Türkiyənin Baş naziri Demireldən Kəlbəcərdə, Başlıbeldə ölümə tərk edilən mülki əhalinin, qadınların, uşaqların xilas edilməsi üçün helkopter istədiyində Demirel: “O kadar büyük helkopterimiz yok” - deyərək, bu tələbi rədd etmişdi. 



Halbuki, Erdoğan hökuməti 44 günlük müharibə zamanı Türkiyəyə məxsus F-16-ları Azərbaycanda saxladı və ardıcıl olaraq Azərbaycana tam dəstəyini vurğuladı


Ermənistanla atəşkəs olmasına baxmayaraq, münaqişənin yekunlaşmaması, sülh sazişinin razılaşdırılmaması, bölgəyə “rusməramlı” qoşunların nəzarəti, sərhədlərlə bağlı mübahisələr ortadaykən, Qarabağda yaşayan ermənilərin “hüquqi statusu”, “təhlükəsizliyi” Moskvada, Vaşinqtonda, Parisdə, Brükseldə  aktual güncəl məsələ olaraq masada qaldığı və hər fürsətdə ölkəmizə qarşı basqı ünsürü olaraq irəli sürüldüyü bir vaxtda, Ankarada baş tutacaq seçkilərdə Azərbaycanın mənafeyi baxımından Türkiyədə Prezident seçkilərində yarışan ən şanslı iki namizəd arasından Erdoğanın seçilməsinin arzulanmasının ön plana çıxması obyektiv gerçəklikdir.  


Yuxarıda qapaq şəkillərini gördüyümüz dərgilərin redaksiyaları, onların mənsub olduğu ölkə hökumətləri Erdoğanın seçilməməsini türk seçicilərin soğan-patatesi baha aldıqları üçün yox, məhz öz ölkələrinin geo-politik maraqları baxımından istəməkdədir. Türkiyə bölgədə öz milli maraqlarını qoruyacaq qədər inkişafa qədəm qoyub, xüsusilə hərbi sənayə sahəsində. Suriyada, Şimali İraqda, Liviyada, Yaxın şərqdə, Aralıq Dənizində, Qafqazda, Qara dənizdə Türkiyənin və müttəfiqlərinin əleyhinə ola biləcək addımları əvvəlki qədər rahat atmaq mümkün deyil. 

Erdoğan dönəmindən öncəki Türkiyə Cumhuriyyəti 80 illik dönəmdə ölkənin hərbi təchizatının yalnız 20%-ni öz daxili istehsalı ilə qarşıladığı halda, Erdoğan hökumətinin son 10 ildə başlatdığı atılımlarla bu rəqəm 80%-ə çatıb. Bunu Erdoğan təkbaşına etməyib, Türkiyə insanı edib, amma siyasi vizyonu olan bir idarəetmə ilə edib.

Türkiyə bu seçimlərdə də siyasi vizyonu geniş olan tərəfdən yana olacaq. Prosseslər bunu göstərir. 

Növbəti yazıda seçkilərin ehtimal olunan nəticələrinə dair həm prezident namizədləri həm də siyasi partiyalar baxımından fikirlərimi paylaşcacağam.    


Ələsgər Məmmədli