Kılıçtaroğlu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Kılıçtaroğlu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

10 Mart 2023 Cuma

Türkiyə seçkilərinin proqnozlarını necə oxumalı

Azərbaycanda demokratik seçkilərin olmaması insanlarımızı qonşu Türkiyənin siyasi sisteminin azarkeşinə çevirir. Son günlər sistemli şəkildə yaxınlaşan Türkiyə seçkilərinin nəticələrinə dair təxminlər dilə gətirilir, müxtəlif anket nəticələrinə isnad edilərək bu vəya digər namizəd tərəfin qazanacağı söylənir. Bu, xüsusilə 10 martda seçkilərə start veriləcəyinin açıqlanması və martın 6-da  müxalif blokun namizədinin müəyyən olunması ilə daha da alovlanıb. 
 Mən uzun illərdir (32 il) Türkiyə seçkilərini yaxından izləyirəm və 10 il orada yaşadığım dönəmdə də çoxsaylı seçki prossesini yaxından müşahidə etmişəm. Buna baxmayaraq hər hansı arqument irəli sürərkən həm konkret statistikalardan həm də müəyyən araşdırmalardan sonra yalnız fikir bildirməyə çalışıram. 
 Türkiyə seçkiləriinin necə olacağına dair tez-tez müxtəlif tərəflərə bağlı araşdırma şirkətləri anket sorğularını açıqlayır. Mən də tənbəllik etmədim, 24 iyun 2018-ci il Prezident seçkiləri və Parlament seçkiləri öncəsi 2 ay ərzində açıqlanan anket nəticələrini təhlil etdim. 2018-ci ildə də məhz təxminən seçkilərə 2 ay qalmış tərəflər indiki kimi saflarını bəlirləmişdi və iki ciddi blok (Cumhur ittifaqı və Millət İttifaqı) və bir də bloka qoşulmayan HDP seçki yarışında vardı. 
 2018-ci il may və iyun aylarında müxtəlif şirkətlər tərəfindən keçirilən sorğuların toplam 11 fərqli anketinin nəticələrini araşdırdım. Bu zaman ortalama hər anketə qatılan respondent sayı 3666 nəfər ətrafında olduğu bildirilib. Bütün anketlərin ortalama nəticəsini müəyyən etdiyimdə çox maraqlı ictimai rəy yönləndirmə müşahidə etdim. Anket şirkətləri yaxud onları sifariş verənlər əslində süni şişitrmələrlə seçkidən öncəki 2 ay cəmiyyəti manuplə edib, əgər qeyri peşəkar deyillərsə… 


 2018 parlament seçkilərində seçkidə iştirak edən partiyaların aldığı səs və anket nəticələri habelə aradakı fərq aşağıdakı kimidir: 


PartiyalarSeçkidə aldıqları səs11 anketin ortalamasıAnketlə seçkinin fərqi
AKP%42,56%39,36-%8,14
MHP11.10%%6,35-%74,80
CHP%22,65%23,70%4,43
İyi partiya%9,96%13,60%26,76
Səadət partiyası%1,34%2,53%47,6
HDP%11,70%11,19-%0,45

Cədvəldən də göründüyü kimi AKP anketlərə nisbətən 8,14% daha yüksək nəticə əldə edib. MHP-nin nəticələri isə anketləri ümumiyyətlə yerə vurub. MHP anketlərdə gözlənəndən 74,80% daha çox səs qazanıb. Az da olsa HDP-də 0,45% səsini anketlərdən üstə çıxara bilib. 

CHP anketlərdə gözlənəndən 4,43%, İyi partiya 26,76%, Səadət Partiyası isə 47,60% daha az səs qazanıb. Yəni, anketlər iqtidar tərəfi daha az, müxalifət tərəfi daha çox göstərib. Bu yanılma 1-2% olsa metodologiya yanılması demək olardı lakin fərq çox daha yüksək olub. 


 2018 parlament seçkilərində seçkidə iştirak edən ittifaqların aldıqları səs, anket nəticələri və fərq aşağıdakı kimidir:

İttifaqlarSeçkidə aldıqları səs11 anketin ortalamasıAnketlə seçkinin fərqi
Cumhur ittifaqı%53,66%45,57-%17,74
Millət İttifaqı%33,74%41,56%18,81
HDP%11,70%11,19-%0,45
    

İttifaqlar bazında da anketlərdə yayınma çox yüksəkdr. müsbətdən mənfiyə 36%-lik bir yanılma ortaya çıxıb. Cumhur İttifaqı Anketlərin nəticələrindən 17,74% daha çox səs toplayarkən, Millət İttifaqı Anketlərin 18,81% gerisində qalıb. HDP-də yanılma payı 1% -dən aşağı olub. 

 Prezident seçkilərinin nəticələrinə gəldikdə, 2018-ci ildə 6 nəfər namizəd qeydə alınmışdı. Hazırki Prezident R.T.Erdoğan, CHP-li Muharrem İncə, HDP-li S.Demirtaş, İyi Partiya rəhbəri M. Akşener, Səadət Partiya rəhbəri T. Karamollaoğlu və İşçi Partiya rəhbəri D. Perinçek. 

 Seçkilərə 2 ay qalandan seçki keçirilən həftəyədək sorğulanan 25 anketin ortlama iştirakçı sayı 3444 nəfər olub. 

Anketlərin nəticələri ilə seçkilərin gerçək nəticələri və fərqi aşağıdakı cədvəldə görə bilərsiniz: 

NamizədlərSeçkidə aldıqları səs25 anketin ortalamasıAnketlə seçkinin fərqi
R.T. Erdoğan%52,59%46,98-%12,00
M. İnce%30,64%26,23-%16,83
S. Demirtaş%8,40%10,54%20,38
M. Akşener%7,29%14,04%48,21
T. Karamollaoğlu%0,89%1,97%57,00
D. Perinçek%0,20%0,37%46,00

 Anket şirkətlərinin Prezident seçkilərində də ciddi büdrədiyi görülür. Erdoğan təxminlərdən 12% daha çox səs toplayıb. CHP-nin namizədi olsa da, sonradan CHP-nin ona sahib çıxmadığını deyərək istefa edən Muharrem İncə də anket təxminlərini ciddi yanıldıb və 16,83% daha çox səs toplayıb.

 Digər 4 namizədin anket nəticələri ilə seçki nəticələri qarşılaşdırıldığında anketlərin ciddi şişirdildiyi aydın görünür. Demirtaş anket təxminlərindən 20,38%, Akşener 48,21%, T. Karamollaoğlu 57% və Perinçek 46% az səs toplaya biliblər. 

Əlbəttə bu araşdırmanın məqsədi anket şirkətlərinin nəticələrinə inanıb-inanmama deyil. Hər kəs istədiyinə inanmaqda sərbəstir. Lakin mühakimə, təxmin yürüdəndə daha diqqətli olmaq və hər verilən dataların mütləq doğru datalar olduğuna əminolmaq lazımdır. Anket sorğularının nəticələrində 2-4% fərqlər metodologiyanın doğru seçilib-seçilməməsi baxımından mümkün görünə bilər. Lakin 20-70% yanılmalar əgər qəsd deyilsə ciddi şəkildə qeyri-peşəkarlıqdır və o nəticələrlə proqnoz verilməyəcəyi kəsindir. 

 Yekun olaraq, 10 Mart 2023-cü ildə Türkiyədə Prezident seçkilərə dair qərarnamə imzalanacaq və maraqlı, çəkişməli seçkilərə start veriləcək. Bizim toplum da bu maraqlı seçkiləri tribunadan maraqla izləyəcək. Bütün Türkiyəyə onun demokratiya yarışında uğurlar diləyirəm. Demokratik seçkilərin qazananı Türkiyə olacaq! 

 Qeyd: Anket şirkətlərinin adları bunlardır: Optimar, SONAR, KONDA, Vera, MAK, ORC, Argetus, AKAM, REMRES, Mediar, Piar, Konsensus, Gezici.