Parlamentin rəsmi orqanı olan Azərbaycan qəzetində gedən bu məqaləyə reaksiyam!
“ http://www.azerbaijan-news.az/index.php?mod=3&id=86552
Avropa Məhkəməsinin hökmü yerli məhkəmələr üzərində üstünlüyə malik deyil
22
Dekabr 2015
Azərbaycan da Avropa ölkələri kimi davranaraq
öz məhkəmələrinin qəbul etdiyi qərarların tətbiqinə üstünlük verməlidir”
Bu məqalənin müəllifinin
Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşması və funksiyası haqqında əhatəli
bilgiyə malik olması şübhə doğurur. AİHM-i əslində heç bir dövlətə məcburi nəyisə
qəbul etdirməyib. Bu qurum sadəcə Avropa İH Konvensiyasının tətbiqinə nəzarət həyata
keçirir. Konvensiyanın tətbiqi isə hər bir dövlətin milli qanunvericiliyinə
daxil olduqdan və AİHM-nin yurdiksiyası tanındıqdan sonra tətbiq olunmağa
başlayır. Azərbaycan könüllü olaraq AİHK-nı qəbul edib və ölkədə bu sənəddə
tanınan hüquqların qorunmasını öz üzərinə öhdəlik kimi götürüb. Hətta
Konstitusiyaya 2002-ci ildə dəyişiklik edib Konvensiyadakı hüququları təminat
altına alıb. Milli Hüquqa görə (Konstitusiyanın 151-ci maddəsi) ratifikasiya
olunan beynəlxalq aktların hüquqi qüvvəsi qanunlardan üstündür. Odur ki,
hüququ vəziyyəti bilmədən, bəzi qeyri-dəqiq
"misallar" çəkərək oxucuları yanıltma durumu aydın görünür. İstənilən
Konvensiyaya qoşulan Avropa ölkəsi AİHM-nini qərarlarını qeyd-şərtsiz icra edir
və pozuntuya səbəb olan norma varsa onu dərhal Konvensiyadakı şəklə salmaq üçün
tədbirlər görür. LAkin Azərbaycan neçə ildir ki, AİHM-nin qərarlarını yarımçıq
icra edir. Sadəcə kompensasiya verilir, lakin pozuntuya səbəb olan normalar dəyişmir
və pozuntuna yol verən məmurlar cəzalandırılmır. Əslində AİHM-nin qərarlarına ən
biganə ölkələrdən biri də Azərbaycan tərəfidir. Rusiyaya gəldikdə, Rusiyanın
AŞ-dakı vəziyyəti bəllidir. Artıq bu ölkə Avropa məkanından təcrid edilib. Odur
ki, nə qərar qəbul etməsindən asılı olmayaraq bu qərarlar sadəcə ölkə vətəndaşlarının
hüquqlarının tapdanması ilə bitir. Müəllif nədənsə belə bir ortam arzu edir. Yəni
vətəndaşın hüquqlarını kim necə istər pozsun, incitsin, amma AİHM-yə getmək
imkanını əlindən alaq. Bu məntiq totalitar məntiqdir. Çox təəssüf ki, belə bir
məntiqlə Azərbaycanın Parlamentinin rəsmi orqanı olan qəzet və onun yazarları
çıxış edir. Bu qanunlara qarşı ciddi sayğısızlıqdır. Ölkə qanunlarının
pozulmasına səsləmək, onun üstün norma hesab etdiyi Konvensional hüquqların
müdafiəsindən imtinaya səsləmək ən azından nəşrin öz statusuna hörrmətsizlikdir.