23 Ekim 2023 Pazartesi

Azərbaycan Respublikası “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsü- YEKUN HESABAT

 Monitorinq dövrü: 1 yanvar-31 mart 2023



  1. Giriş


Azərbaycan Respublikasında “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsü ardıcıl olaraq, bir neçə ildir aparılır. Sonuncu hesabat 2022-ci ilin əvvəlində 2021-ci ilin vəziyyətini əksetdirmişdi. Bu hesabat 2022-ci il başa çatandan dərhal sonra 2023-cü ilin yanvar-mart aylarında həyata keçirilib və 2022-ci ilin vəziyyətini əksetdirir.


 “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsü çərçivəsində İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilən informasiya sahibləri arasından, 14 dövlət qurumu, 17 nazirlik, 7 komitə, 19 dövlət xidmətləri, 30 agentlik, 20 Açıq Səhmdar Cəmiyyəti (ASC) və Qapalı Səhmdar Cəmiyyəti (QSC),  28 fondlar, idarələr, mərkəzlər, MMC-lər, 16 şirkətlər, komissiyalar, institutlar və digər qurumlar olmaqla monitorinqi aparılımışdır. Ümumilikdə möcud qanunvericiliyə əsasən informasiya sahibi rolunda mövcud olan 151 dövlət qurumu və  hüquqi şəxslərin rəsmi saytı monitorinq olunub

Dövlət qurumlarının informasiya resurslarının “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunluğu rəsmi internet resurslarının informasiya açıqlığının vəziyyəti  müxtəlif  metodlarla monitorinq edilib. Bu zaman xüsusilə Qanunun 29-cu maddəsində açıqlanması zəruri olan informasiyaların açıqlıq vəziyyəti öyrənilib.

1.Mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarının onlayn şəffaflıq vəziyyəti 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə (Cədvəl-1) analiz olunmuşdur. Dövlət qurumlarının rəsmi internet resurslarında onlayn şəffaflıq vəziyyətini ölçmək üçün rəsmi saytlarda yerləşdirilən 8968 informasiya blokunun hər biri fərdi analiz edilib. 

2. Dövlət qurumlarının dövlət xidmətləri ilə bağlı vahid məlumat portalına (https://www.dxr.az ) inteqrasiyasının real vəziyyəti araşdırılıb.

3. Dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin https://www.e-gov.az   vəziyyəti təhlil edilmişdir. İnformasiyaların və xidmətlərin   kəmiyyət  və keyfiyyət  cəhətdən hərtərəfli analiz  edilməsi məqsədi ilə 10562 bloka giriş edilib.

Xatırladaq ki, 2020-ci ilin monitorinqi zamanı Dövlət Xidmətlərinin sayı müvafiq olaraq 774 idi. 2021-ci ilin monitorinqi zamanı bu siyahı 1041-ə yüksəldi. Hazırda, vahid məlumat portalında 3532 dövlət xidmətləri qeyd olunub. Ötən hesabat dövrü ilə müqayisədə xidmətlərin sayının 3.3 dəfə artmasının səbəbi 79 Yerli İcra Hakimiyyətləri orqanlarının göstərdikləri xidmətlərlə əlaqəlidir. Belə ki, 79 rayonda ayrılıqda göstərilən eyni xidmətlərin (79x30) cəmi 2379-dur. Əvvəlki hesabat dövründə yerli icra hakimiyyəti orqanlarının göstərdikləri xidmətlər açıqlanmırdı. Əgər öncəki illərdəki statistika ilə müqayisə aparsaq, Mərkəzi İcra hakimiyyəti, digər büdcə təşkilatları və hüquqi şəxslərin göstərdikləri xidmətlər 1153 olub. 2021-ci illə müqayisədə xidmətlər cəmi 0.9 % artıb. 

Yekun Hesabat dövlət qurumlarının informasiya resurslarının Parametrlər üzrə ümumi mənzərəsini, yetərli və dolğun bilgi verməsini, saytın texniki imkanlarını və funksionallığını, habelə, Dövlət Xidmətləri Portalında (www.dxr.az ) və  e-xidmətlərin (https://www.e-gov.az ) məlumat bazasının mövcud durumunu ayrılıqda və dolğun şəkildə təqdim edib.

Eyni zamanda Hesabatda dövlət qurumlarının internet saytlarında çatışmayan bilgilər və bu çatışmazlıqların aradan qaldırılması və saytların təkmilləşdirilməsi istiqamətdə bəzi tövsiyələr də verilib. 


II. Mərkəzi icra hakimiyyəti orqanlarının Monitorinqi


2020-ci ildə həyata keçirilən monitorinqdə 81, 2021-ci il isə 154 mərkəzi icra hakimiyyəti orqanları və onlara tabe qurumlar monitorinq olunub. Bu il isə 151 qurum monitorinq edilib.

Monitorinqə cəlb edilmiş Mərkəzi icra hakimiyyəti orqanlarının (Cədvəl-2) informasiya açıqlığı analiz edilib. 

Ötən monitorinqlə müqayisədə 4 parametr üzrə 16 qiymətləndirici meyarlarda artım olub. 6 parametr üzrə 26 qiymətləndirici meyarlarda nəticələr sabit qalıb. 3 parametr 16 qiymətləndirici meyarlarda azalma müşahidə edilib. 

Ötən dövrdə dəyişiklik nisbətinə nəzər salsaq, 4 parametr üzrə 14 qiymətləndirici meyarlarda artım, 3 parametr üzrə tam və digər parametrlər üzrə 23 qiymətləndirici meyarlarda sabit, 6 parametr 22 qiymətləndirici meyarlarda isə azalma müşahidə edilib.


Artan parametrlər:

  • (2) Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar; 
  • (3) Dövlət qurumunun strukturu;
  • (6) Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası;
  • (12) Dövlət qurumunun norma - (qanun)yaratma fəaliyyəti üzrə qeydə alınıb.


Azalan parametrlər:

  • (8) İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgi;
  • (10) Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları);
  • (11) Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümü üzrə qeydə alınıb.


Sabit parametrlər:

  • Dövlət qurumu ilə bağlı informasiya (haqqında);
  • (4) Rəhbər və rəhbər işçilər;
  • Əks əlaqə;
  • (5) Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya;
  • (7) Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya;
  • (9) Sahə işçilərinin əmək haqları;
  • (13) Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar - bölünü üzrə qeydə alınıb.

Dövlət qurumlarının rəsmi saytlarının Monitorinqi zamanı  ən çox (85-100%)  açıqlanan informasiyalar (Cədvəl-14) 25 meyar üzrə 42.37% təşkil edib. Ötən monitorinq dövründə bu nəticə 28 meyar üzrə 45.2% təşkil etmişdi. 

 Əsasən və qismən (50-80%) açıqlanan informasiyalar (Cədvəl-15) 17 meyar üzrə 28.81% olub. 2021-ci ildə Əsasən və qismən (50-80%) açıqlanan informasiyalar 19 meyar üzrə  32.2% təşkil etmişdi.

Dövlət qurumlarının rəsmi saytlarında bir qayda olaraq açıqlanmayan və ya səthi açıqlanan (0-45%) informasiyalar isə (Cədvəl-16) 17 meyar üzrə 27.11% olub. 2021-ci ildə  heç açıqlanmayan və ya səthi açıqlanan  informasiyalar isə 12 meyar üzrə 20.3%  təşkil edib.  

 Dövlət qurumlarının İnternet resursunun mövcud qaydalara uyğunluğu informasiya soğrularının qəbulu  üzrə tələb olunan məlumatlar istisna olmaqla əsasən normaldır və istifadə üçün rahatdır. Əksəriyyət saytlarda geniş bilgilər yer alıb və bölmələr üzrə dolğunluğu qeyd edə bilərik. Saytların texniki imkanları və funksionallığı da əsasən qənaətbəxşdir.

Bu istiqamətdə ən narahatedici məqam online informasiya soğrularının qəbulu üçün nəzərdə tutulan pəncərədə İnformasiya əldə etmək haqqında Qanunda tələb olunmayan əlavə məlumatların məcburi tələb olunmasıdır. Ümumi informasiya istəyən soğruçudan qanunla nəzərdə tutulan məlumatların məcburi tələb olunmasından əlavə, qanunda tələb olunmayan şəxsiyyət vəsiqəsinin nömrəsi, dəqiq doğum tarixi, fin kodu, təhsili, cinsi və s. məcburi tələb olunur. Bu məlumatların sorğu göndərəndən tələb olunması fərdi məlumatların qanunsuz toplanmasıdır və qanunvericiliklə buna yol verilmir.

Lakin, saytlarda çatışmayan bilgilər də mövcuddur. Xüsusilə, struktur bölmələrinin səlahiyyət çərçivələri,  rəhbərlərin, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası, dövlət qurumunun cari norma- (qayda) yaratma layihələrinin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumların büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar, tenderlər, müsabiqələr, dövlət proqramları, illik hesabatlar, dövlət satınalmaları haqqında məlumatlar, habelə, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları o cümlədən bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər,  işə qəbulla bağlı komissiyalar haqqında bilgilər əsasən defsit məlumatlar kateqoriyasına aiddir və cüzi formada açıqlanır.

İctimai informasiya subyektlərinin informasiya xidmətlərinin fəaliyyəti qənaətbəxş deyil. Xüsusilə, saytların elektron qaydada informasiya əldə etmək üçün yaratdıqları  platformaları qanunvericiliyin tələblərinə uyğun formalaşdırılmayıb. Bu sahədə qanunvericilik vahid forma nəzərdə tutsa da, hər qurum öz təsəvvürünə uyğun tələblər qoyub və üstəlik bu tələbləri məcburi tələb kimi sorğuçuya yönəldib. Demək olar ki, mütləq əksəriyyət soğru platformalarında xidmət yalnız vətəndaşalara təqdim edilir. Halbuki, nə Konstitusiyanın 50-ci maddəsi, nə də İnformasiya əldə etmək haqqında Qanunda yalnız vətəndaşlar sorğu ilə informasiya əldə edə bilər- tələbi mövcud deyil. Konstitusiyaya, Qanuna və Konvensiyaya əsasən hər kəs informasiya əldə edə bilər. 

Demək olar ki, böyük əksəriyyət dövlət qurumu saytlarında müraciətlər informasiya sorğusu fərqli məsələlər olmasına baxmayaraq ya eyniləşdirilib, yaxud əlavə şərtlər və tələblər qoyulub. Bir çox dövlət qurumunun rəsmi səhifəsində ümumiyyətlə informasiya sorğusu və müraciət fərqləndirilməyib. Halbuki müraciət və sorğu fərqli hüquqi nəticələr doğurur və bunlara cavab verilməsi ilə bağlı öhdəliklər, zaman fərqli müəyyən edilib.

Dövlət qurumlarının bütün rəsmi saytlarında fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq hakim siyasi partiyanın və onun əsas rəhbərliyinin təbliğinə dair materealların çoxluğundan  əsas panellər xeyli mürəkkəb və qarışıqdır.  Axtarış sistemində açar sözlərə görə axtarışın qaneedici olmaması, habelə, Sayt strukturunda məlumatların yerləşdirildiyi başlıqların vahid standartda təqdim edilməməsini də müşahidələr arasındadır. 

“Google” üzərindən sadə axtarışla tapılan açıq informasiyaların saytın özündə olmaması və ya çox qarışıq alt başlıqlarda gizlədilməsi halları kifayət qədər yayqındır. Dövlət qurumu ilə bağlı bir çox sənədin ziyarətçiyə təqdim olunarkən yalnız məcburi yükləmə sistemli olması, əks əlaqə üçün informasiya sorğusu seçiminin olmaması, habelə, elektron müraciət zamanı əlavə şəxsi məlumatların tələb edilməsi ziyarətçi üçün əlavə çətinliklər yaradır.


III. Dövlət Xidmətləri Reysrtinə inteqrasiyanın monitorinqi.


Dövlət qurumlarının dövlət xidmətləri ilə bağlı vahid məlumat portalına (https://www.dxr.az ) inteqrasiyasının real vəziyyəti, habelə, dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin (https://www.e-gov.az  ) vəziyyəti təhlil edilib.

Dövlət Xidmətləri Portalına (https://www.dxr.az) inteqrasiya öncəki illərdən ciddi şəkildə fərqlənməyib. Hazırda 143 dövlət orqanı Portala inteqrasiya olunub. 2021-ci ilin hesabat dövründə bu say 139 idi. Keçən müddət ərzində yalnız 4 qurum əlavə olunub. Portalda təqdim olunan dövlət qurumlarından 79-u Yerli İcra Hakimiyyəti Orqanları, 64 isə Mərkəzi İcra Hakimiyyəti orqanları, Hüquqi şəxslər və digər büdcə təşkilatlarıdır. Lakin, dövlət qurumlarının və digər büdcə təşkilatlarının siyahısı daha genişdir. 

Dövlət Xidmətlərinin Elektron Reyestri üzrə siyahıda 1147 xidmətin adı var. Ötən hesabat dövrü bu say 1041 idi. Yeni 106 xidmət əlavə olunub. Portalda təqdim edilən Dövlət Xidmətlərinin yalnız 571-dən elektron istifadə mümkündür. Elektronlaşmış xidmətlər 49.7%-dir. Keçən il xidmətlərin 46%-dən istifadə etmək mümkün idi. Bu il 3.7% artıb. 

www.e-gov.az saytında təqdim olunan 452 elektron xidmətlərdən istifadə etmək mümkündür. Portalda 330 xidmətə İdentifikasiya nömrəsi, SİMA Rəqəmsal İmza, Asan İmza, SİMA Token (Elektron İmza), BSXM Elektron İmza ilə giriş tələb edilir. Xidmətlərdən 122-nə giriş qeydiyyatsızdır. Bunlar isə əsasən ödəniş xidmətləridir. SİMA Rəqəmsal İmza və SİMA Token (Elektron İmza)  vasitəsi ilə daxilolma 2021-ci ildə mövcud deyildi. Bu yalnız 2022-ci ilin may ayından tətbiq edilməyə başlayıb.

"ASAN Xidmət" mərkəzlərində göstərilən xidmətlərin sayı keçən hesabat dövrü ilə müqayisədə 48% artaraq 66-dan 98-ə yüksəlib. Eyni zamanda ötən hesabat dövründən sonra Asan Xidmət mərkəzlərinin də sayı 19-dan 24-ə yüksəlib.

Dövlət Xitmətləri Portalında www.dxr.az  Xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə tələb olunan 821 xidmət var. Bunlardan 210-u ödənişsiz, 11 ödənişli göstərilir. Lakin, Elektron Hökumət Portalına https://www.e-gov.az  inteqrasiya olunan Lisenziyalı və icazəli xidmətlərin sayı yalnız 20 (2.4%)-dir. Bunlardan isə 3-nə (0.3%) qeydiyyatsız daxil olmaq mümkündür. 

Dövlət Xitmətləri Portalında sahələr üzrə 1022 xidmət var. Ən çox iqtisadiyyat (380), hüquq və inzibati idarəetmə (235), sosial sahəni (222) əhatə edir. Digər məsələlərdə olduğu kimi Sahələr üzrə də Elektron Hökumət Portalına inteqrasiya çox aşağıdır. Faktiki olaraq e-gov.az Portalında cəmi 155 (15.1%) elektron xidmət var. Bunlardan 47-nə (4.5%) qeydiyyatsız daxil olmaq mümkündür. 

İstifadəçi qrupları üzrə Dövlət xidmətlərinin ayrıca 4 istiqamət üzrə bölgüsü aparılıb. Yerli özünüidarəetmə orqanları (607), Dövlət orqanları (681), Hüquqi (1628) və Fiziki (3009) şəxslər üçün xidmətlərin ümumi sayı 5925-dir.

Elektron formada göstərilən xidmətin sayı keçən hesabat dövrü ilə (554) müqayisədə təqribən 3% artaraq 571 olub. Asan Xidmət indeksi üzrə 2022-ci ilin yekununda ziyarətçilər elektronlaşma, operativlik, məmnunluq və tələbə uyğunluq baxımından 499 xidməti qiymətləndirib. 


Ziyarətçilər xidmətlərdən 87-sini (17.4%) 5 ulduz, 51-ni (10.2%) 4 ulduzla qiymətləndirib. Əla və yaxşı qiymətləndirilən xidmətlər 27.6% olub. Xidmətlərin 193-ü (38.6%) 1 ulduzla, 99-u (19.8%) 2 ulduzla qiymətləndirilib. Müvafiq olaraq 1 və 2 ulduzla qiymətləndirilən xidmətlərin ümumi sayı 292-dir. Ziyarətçi qiymətləndirməsi baxımından ümumi xidmətlərin 58.5% -i çox pis nəticə göstərib. Əgər 3 ulduzlu 69 (13.8%) qiymətləndirməni də buna əlavə etsək, onda 361 (72.3 %) xidmətdən ziyarətçi məmnunluğu qənaətbəxş sayıla bilməz. 


Əvvəlki hesabat dövründə 1, 2, 3 ulduzla qiymətləndirilən xidmətlər 82.1%, 4 və 5 ulduzla qiymətləndirilən xidmətlər isə 17.9% təşkil etmişdi. Keçən illə müqayisədə bu il təqribən 9.7% müsbət irəliləyiş var. 

Mərkəzi icra hakimiyyəti orqanları arasında 5 ulduzla qiymətləndirilən 87 xidmətin  22-si (25.2%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 12-si (13.7%) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 4-ü (4.5%) İqtisadiyyat Nazirliyinə aiddir. 5 ulduzla qiymətləndiriliən xidmətlər arasında Dövlət Statistika Komitəsinin (2) və Elm və Təhsil Nazirliyinin (1) xidməti də var. Hüquqi şəxslərdən 5 ulduzla qiymətləndirilən xidmətlər arasında “Azərsu” ASC (15), “Azərişıq” ASC (15), “Azəriqaz” İstehsalat Birliyi (15) də eyni nəticələri göstərib.

Xatırladaq ki, ötən ilki hesabat dövründə Ən yüksək 5 ulduzla qiymətləndirilən 17 xidmətin  9-u Dövlət Miqrasiya Xidmətinə, 6-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 2-si isə İqtisadiyyat Nazirliyinə məxsus idi. 

Monitorinq prosesi monitorlarımız tərəfindən hər bir xidmət üzrə fərdi qeydiyyat aparılmaqla həyata keçirilib.  Təqdim etdiyimiz nəticələr Dövlət Agentliyinin rəsmi hesabatında əks olunan “ASAN xidmət indeksi” üzrə nəticələrlə uyğunsuzluq təşkil etdikdə əsas kimi yalnız öz mənbəmiz götürülüb.


Mərkəzi icra orqanlarının informasiya açıqlığı üzrə Monitorinqində istifadə olunan parametrlər və qiymətləndirmə meyarları      (Cədvəl-1)


      

Qiymətləndirmə →

                   

    Parametrlər   ↓

Kəmiyyət Həcm

Dolğunluq

Aktuallıq

            Giriş

İnformasiya açıqlığı

1.Dövlət qurumu ilə bağlı informasiya (haqqında)






1.1.

Qurumun tarixi   





100

1.2.

Rəhbərləri haqqında məlumatlar və kollegiya    





95

1.3.

Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza Əsasnamə və təlimatlar





95-

2.Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar






2.1.

Dövlət qurumunun yerləşdiyi ünvan 





100

2.2.

Həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri  





70-

2.3.

Mümkün olan bütün e-poçt ünvanları





70-

2.4.

Dövlət qurumunun ünvanının marşrut və sxemi





100+

2.5.

Dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat 





20+

3.Dövlət qurumunun strukturu






3.1.

Dövlət qurumunun strukturunun ümumi sxemi. Aparat  





95

3.2.

Dövlət qurumunun alt bölmələri və regional strukturu   





80

3.3.

Struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar   





80

3.4.

Struktur bölmələrinin dəqiq (tam) ünvanları





80+

3.5.

Struktur bölmələrinin səlahiyyət çərçivələri





10+

3.6

Qurumun tabeliyindəki informasiya sistemləri 





95+

4. Rəhbər və rəhbər işçilər. Əks əlaqə






4.1.

Əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları





90+

4.2.

Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər   





70

4.3.

Dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları 





40-

4.4.

Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları 





70+

4.5.

Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkan 





100

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya






5.1.

Mətbuat üçün açıqlamalar və onların  tezliyi 





100

5.2.

Dövlət qurumuna aid olan informasiya 





100

5.3.

Dövlət qurumuna aid olan hər cür başqa cari informasiya 





100

5.4.

Qurumdaxili əmr və qərarlar    





97

5.5.

Bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) 





95+

5.6.

Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar  





95

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası






6.1.

Qurumun büdcəsi və onun icrası haqqında məlumat 





10+

6.2.

Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya 





10+

7.Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya






7.1.

Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər





80

7.2.

Dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər 





80

7.3.

Elektron formada təklif olunan xidmətlər. Xidmətlərin statistikası ( sayı)





98

7.4.

Onlayn müraciət imkanı





100+

7.5.

Qaynar xətt 





75+

7.6.

Xidmətlərdən istifadə qaydaları 





10-

7.7

Çağrı Mərkəzi 





70

8.İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgi






8.1.

Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi 





70

8.2.

İşə qəbulun norma və qaydaları





30-

8.3.

İşə qəbulla bağlı komissiyalar haqqında bilgi





0-

8.4.

Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar





30-

8.5.

Boş iş yerləri haqqında elanların arxivi





20

9.Sahə işçilərinin əmək haqları






9.1.

Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası 





0

10.Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları)






10.1.

Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi 





44-

10.2.

Dövlət qurumunda vətəndaşların qəbul qaydaları





50-

10.3.

Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları. 

Digər qəbul formaları (video qəbul və s) 





95

10.4.

Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi





90-

11.Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar






11.1.

Dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları 





20-

11.2.

Tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri 





75

11.3.

Tender və yarışmaların nəticələri





35-

11.4.

Elanların arxivi





25-

11.5.

Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları 





25

12.Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti






12.1.

Dövlət qurumunun cari norma- (qanun)yaratma fəaliyyəti





80+

12.2.

Bütün mümkün normativ aktların layihələri (tam mətni)





80+

12.3.

Bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri 





0

12.4.

Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv 





80+

13.Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar






13.1.

Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu 





95-

13.2.

Abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu 





100

13.3.

İstifadə rahatlığı





100

13.4

Domen rahatlığı





100

13.5.

Sayt daxilində axtarış





90+

13.6

Sosial mediadan istifadə imkanları və onların yenilənməsi (aktivliyi) 





95-







44.15%


Qeyd: Cədvəldəki - işarəsi azalmanı, + işarəsi artımı, heç bir işarəsi olmayan isə öncəki dövrlə sabit qaldığını göstərir. 


Mərkəzi icra hakimiyyətləri orqanları və tabe qurumlar (Sayı 151)

(Reytinq Cədvəli -2)   


Mərkəzi icra hakimiyyətləri orqanlarının rəsmi saytlarının Monitorinqi zamanı ümumilikdə 151 dövlət qurumunun 59 meyar üzrə 896.800 informasiyasından 395.900 informasiya və xidmət blokuna giriş edilib. Açıq məlumatlar təqribən 44.15%-dir.  500.900 informasiya bloku üzrə 55.85% məlumatlar çatımlı deyil. 

Reytinq Cədvəlindən (Cədvəl-1) göründüyü kimi Mərkəzi icra hakimiyyəti orqanlarının ən yüksək informasiya açıqlığı göstəricisi 66.57%-lə Komitələrə (Cədvəl-5) məxsusdur. Ötən il birinci yerdə Nazirliklər, ikinci yerdə isə Komitələr idi. 

Müvafiq olaraq digər reytinqlər aşağıdakı kimi sıralanır. 

Nazirliklər 63.59%-lə ikinci, Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Nazirlər Kabinetinin, Mərkəzi Bankın, Mərkəzi Seçki Komissiyasının, Məhkəmə-Hüquq Şurasının, İnsan Hüquqları üzrə Müvəkkilin, Hesablama Palatasının,  Auditorlar Palatasının, Milli Elmlər Akademiyasının, Audiovizual Şuranın saytlarının da daxil olduğu Dövlət qurumlarının (Cədvəl-3) saytı 51.96% -lə üçüncü yerdədir. 

Qapalı və Açıq Səhmdar Cəmiyyətlərin (QSC və ASC) orta açıqlıq göstəricisi (Cədvəl-10) 43.91%-lə dördüncü, Agentlik və fondlar üzrə orta açıqlıq göstəricisi (Cədvəl-7)  43.59%-lə beşinci, Fondlar, İdarələr,  Mərkəzlər, MMC (Cədvəl-8) yer aldığı qurumların saytları 40.11%-lə altıncı, Şirkətlər, Komissiyalar üzrə orta açıqlıq göstəricisi (Cədvəl-9) 33.96%-lə yeddinci, Dövlət Xidmətləri  (Cədvəl-6) üzrə açıqlıq reytinqı 33.28%-lə səkkizinci-sonuncu yerdədir. 2021-ci ildə sonuncu yeri Şirkətlər, Komissiyalar tuturdu. Paradoksal olsa da vətəndaşlara ən çox açıq olması zəruri olan Xidmətlər ən sonuncu yerdə qərarlaşıb.

Mərkəzi icra orqanlarının informasiya açıqlığı baxımından 89.83%-lə İqtisadiyyat Nazirliyi yanında Vergilər xidməti www.taxes.gov.az , 85.59%-lə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi https://smb.gov.az, 84.27%-lə Dövlət Gömrük Komitəsi www.customs.gov.az, 82.62%-lə Maliyyə Nazirliyi www.maliyye.gov.az, 81.18%-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi www.mlspp.gov.az saytları ilk beşlikdədir.

İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidməti,  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk beşlikdə idi.

Müvafiq olaraq sonuncu beşlikdə qərar tutan dövlət qurumlarının saytlarında axtarılan məlumatları əldə etmək mümkün olmayıb. Bunlar “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Dövlət Sosial Müdafiə Fondu, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Prezidentin Təhlükəsizlik Xidmətinin saytlarıdır.

Xüsusilə qeyd etməliyik ki, monitorinqə cəlb edilən 151 Mərkəzi icra hakimiyyətləri orqanlarının saytları arasında yalnız 64 sayt (42.10%)  50%-dən çox nəticə göstərib. Ötən il bu göstərici 40 sayt (25.9%) təşkil etmişdi. İlk onluqda dayanan saytların ümumi faizi keçən illə müqayisədə aşağı düşsə də, ümumi nisbətdə 16% artım baş verib. 57.90% -in nəticəsi 50%-dən az olub. 23 saytın (15.13%) informasiya açıqlığı isə olduqca aşağıdır. Nəticəsi 0-3% olan saytların sayı 9 (6.57%)-dur.  


Mərkəzi icra orqanları (Cədvəl-2)


            Rəsmi saytı

2021

%

2023

%

1

Vergilər xidməti

www.taxes.gov.az

93

89.83

2

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

https://smb.gov.az 

67.7

85.59

3

Dövlət Gömrük Komitəsi 

www.customs.gov.az 

86.4

84.27

4

Maliyyə Nazirliyi  

www.maliyye.gov.az

69.5

82.62

5

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

www.mlspp.gov.az 

89.8

81.18

6

Dövlət Turizm Agentliyi 

www.tourism.gov.az

49.1

79.32

7

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

www.eco.gov.az 

64.4

79.66

8

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

www.consumer.gov.az 

93.1

77.96

9

Dövlət Statistika Komitəsi 

www.azstat.org 

84

76.94

10

Dövlət Neft Şirkəti

www.socar.az 

74.5     

76.94

11

Baş Prokurorluq 

www.genprosecutor.gov.az 

86.4

76.27

12

Dövlət Məşğulluq Agentliyi   

https://dma.gov.az

59.3

76.27

13

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 

www.mincom.gov.az 

64.4

74.57

14

Dövlət İmtahan Mərkəzi

www.dim.gov.az 

59.3

74.57

15

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 

www.scwra.gov.az 

28.8

74.15

16

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti

www.emdk.gov.az  

93

72.45

17

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST  

http://dost.gov.az

69.4

72.37

18

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

https://its.gov.az 

76.2

71.18

19

Daxili İşlər Nazirliyi 

www.din.gov.az

69.6

70.76

20

Ədliyyə Nazirliyi 

www.justice.gov.az

59.3

69.91

21

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 

www.refugee.gov.az 

42.3

68.64

22

Energetika Nazirliyi 

www.mie.gov.az 

62.7

67.79

23

“Azərbaycan Dəmir Yolları” QSC  

https://corp.ady.az 

52.5 

67.79

24

Kənd Təsərrüfatı Nazirliyi

www.agro.gov.az      

59.3

67.37

25

Azərsu ASC    

www.azersu.az 

49.1

66.10

26

Təhsil Nazirliyi 

www.edu.gov.az

66.1

66.10

27

İqtisadiyyat Nazirliyi 

www.economy.gov.az   

93.2

65.25

28

“Azərbaycan Beynəlxalq Bankı” ASC

https://abb-bank.az/

62.7

64.40

29

AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN XİDMƏT)

www.asan.gov.az 

www.vxsida.gov.az

67.7

63.81

30

Diasporla İş üzrə Dövlət Komitəsi 

www.diaspora.gov.az 

42.3

63.13

31

Əqli Mülkiyyət Agentliyi

https://www.copat.gov.az 

61

62.71

32

Hesablama Palatası 

www.ach.gov.az  

38.9

61.86

33

Mədəniyyət Nazirliyi 

www.mct.gov.az

49.1

61.01

34

Dövlət Neft Fondu 

https://www.oilfund.az

61

61.01

35

İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC 

https://ekspertiza.az 

8.4

61.01

36

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 

https://www.sosial.gov.az/ TSEKstruktura

 5

59.32

37

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

www.mst.gov.az 

49.1

59.32

38

Mərkəzi Bank

www.cbar.az 

79.6

58.89

39

İpoteka və Kredit Zəmanət Fondu

www.mcgf.gov.az 

54.2

57.62

40

Elmin İnkişafı Fondu

www.elmfondu.gov.az

https://www.sdf.gov.az 

33.8 

57.20

41

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 

www.scfwca.gov.az 

32.2

56.13

42

Gənclər Fondu                                              

https://youthfoundation.az/ 

33.8

55.93

43

Standartlaşdırma İnstitutu” (AZSTAND

http://www.azstand.gov.az 

15.2

55.93

44

Auditorlar Palatası 

www.audit.gov.az 

49.1

55.93

45

Dövlət Miqrasiya Xidməti

www.migration.gov.az 

33.8

55.67

46

Gənclər və İdman Nazirliyi 

www.mys.gov.az 

35.5

55.08

47

Milli Məclis

www.meclis.gov.az 

52.5

55.08

48

"Azərpoçt" MMC

https://www.azerpost.az 

35.5

55.08

49

Dövlət Reklam Agentliyi                            

https://adra.gov.az/az

42.3

54.83

50

Qida Təhlükəsizliyi Agentliyi

www.afsa.gov.az     

50.8

54.74

51

Bakı Nəqliyyat Agentliyi                                                                              

https://www.bna.az 

44

54.23

52

İqtisadi Zonaların İnkişaf Agentliyi

http://www.economiczones.

gov.az/

30.5

54.23

53

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

https://ereforms.gov.az/az

38.9

54.23

54

Milli Arxiv İdarəsi 

www.milliarxiv.gov.az

71.1

54.23

55

Fövqəladə Hallar Nazirliyi 

www.fhn.gov.az 

69.4

53.38

56

"Bakı Metropoliteni" QSC

www.metro.gov.az 

52.5

52.54

57

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi                                

https://icherisheher.gov.az/az

22

52.54

58

Dövlət Radiotezliklər İdarəsi

https://dri.az 

42.3

52.54

59

Konstitusiya Məhkəməsi  

www.constcourt.gov.az 

47.4

51.69

60

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 

www.seferberlik.gov.az

35.5

51.49

61

Azərbaycan Respublikası Prezidentinin saytı

www.president.gov.az

32.2

50.84

62

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya

www.antikorrupsiya.gov.az

30.5

50.84

63

"AzInTelecom" MMC

https://azintelecom.az 

52.5

50

64

Mərkəzi Seçki Komissiyası  

www.msk.gov.az 

55.9

50

65

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi

http://www.meda.gov.az/

5

49.66

66

Aqrarkredit QSC

www.aqrarkredit.az 

25.4

49.15

67

Ali Məhkəmə

www.supremecourt.gov.az 

52.5 

49.15

68

İnsan Hüquqları üzrə Müvəkkili  

www.ombudsman.gov.az 

28.8  

49.15

69

Müdafiə Nazirliyi 

www.mod.gov.az 

30.5

49.15

70

Xarici İşlər Nazirliyi 

www.mfa.gov.az

44

48.30

71

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu

https://azpromo.az 

0

48.30

72

Sahibkarlığa Kömək Milli Fondu

www.edf.gov.az

67.7

47.71

73

Satınalma www.etender.gov.az  

https://etender.gov.az 

13.5

47.45

74

AzərEnerji ASC 

www.azerenerji.gov.az 

22

47.03

75

Səhiyyə Nazirliyi 

www.sehiyye.gov.az 

44

47.03

76

Dövlət Dəniz  və Liman Agentliyi  

www.ardda.gov.az 

30.5

47.03

77

Audiovizual Şura

https://acra.gov.az/

35.5

47.03

78

"Aztelekom" MMC

https://www.aztelekom.az  

42.3

46.61

79

Nazirlər Kabineti 

www.cabmin.gov.az 

https://nk.gov.az 

38.9

46.61

80

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs

https://mincom.gov.az/ az/view/organization/35/

3.3

45.76

81

Dövlət İdarəçilik Akademiyası 

https://dia.edu.az/

33.8

45.76

82

Medianın İnkişafı Agentliyi

www.kivdf.gov.az

https://media.gov.az 

18.6

45.16

83

Azərxalça ASC

www.azerxalca.az 

20.3

44.32

84

"AzərTürk Bank" ASC

https://atb.az/

55.9

44.06

85

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

www.dmx.gov.az

0

44.06

86

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ANAMA 

www.anama.gov.az

0

44.06

87

Dövlət Sığorta Kommersiya Şirkəti

www.azersigorta.az 

15.2

44.06

88

"Azərbaycan Metrologiya İnstitutu"

http://metrology.az 

22

43.64

89

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 

https://portofbaku.com/

49.1

43.08

90

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  

www.arxkom.gov.az 

52.5

42.74

91

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs

https://mincom.gov.az/ az/view/organization/36/

3.3

42.45

92

Azərişıq ASC 

https://www.azerishiq.az 

44

42.37

93

Prezident yanında Ali Attestasiya Komissiyası

www.aak.gov.az

8.4

42.37

94

Milli Elmlər Akademiyası 

www.elm.gov.az 

https://science.gov.az 

25.4

42.37

95

Müdafiə Sənayesi Nazirliyi 

www.mdi.gov.az     

25.4

41.94

96

“AzerGold” QSC  

www.azergold.az 

62.7

41.15

97

“Təmiz Şəhər” ASC 

https://tamizshahar.az

0

40.33

98

"Bakı Telefon Rabitəsi" MMC

https://www.baktelecom.az 

18.6

39.83

99

Akkreditasiya Mərkəzi

https://www.accreditation.gov.az 

11.8

39.83

100

Azəristiliktəchizat ASC 

www.azeristilik.gov.az 

32.2

38.98

101

“Azərlotereya” ASC 

https://azerlotereya.com 

15

38.47

102

Avtomobil Yolları Dövlət Agentliyi

www.aayda.gov.az 

38.9

38.30

103

"Sumqayıt Kimya Sənaye Parkı" MMC

https://scip.az 

30.5

37.71

104

Dənizkənarı Bulvar İdarəsi

http://bulvar.gov.az/

30.5

37.71

105

Baş Dövlət Yol Polisi İdarəsi 

www.dyp.gov.az 

22

37.71

106

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

www.dmx.gov.az  

0

37.40

107

Azərbaycan Hava Yolları QSC 

www.azal.az 

33.8

37.28

108

Bioloji Müxtəlifliyin Qorunması Xidməti

https://nationalparks.az/

18.6

36.11

109

"Azəriqaz" İstehsalat Birliyi

http://azeriqaz.az/az

35.5

34.74

110

Dövlət Sərhəd Xidməti 

www.dsx.gov.az 

30.5

34.50

111

Mənzil İnşaatı Dövlət Agentliyi                      

https://mida.gov.az/az/

20.3

33.15

112

Elektron Təhlükəsizlik Xidməti

https://cert.az 

22

33.09

113

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi

https://teleradio.az 

33.8

32.62

114

Məhkəmə-Hüquq Şurası 

www.jlc.gov.az 

38.9

32.20

115

“Azərbaycan İnvestisiya Şirkəti” ASC

https://www.aic.az 

15

30.88

116

Dövlət Təhlükəszilik Xidməti 

www.mns.gov.az

25.4

30.79

117

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC

www.aztv.az 

35.5

30.50

118

Dövlət Mülki Aviasiya Agentliyi

https://mincom.gov.az/ az/view/organization/23/ 

18,6

30.50

119

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC

http://att.gov.az/az http://tedaruk.gov.az/

25.4

29.57

120

Tarif Şurası

www.tariffcouncil.gov.az

http://tariff.gov.az 

32.2

28.89

121

QHT-lərə Dövlət Dəstəyi Agentliyi

https://ngogrant.az/

0

27.37

122

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” 

https://azercosmos.az/?lang=az

62.7

27.11

123

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC

https://mincom.gov.az/ az/view/organization/13/ 

5

27.11

124

Lisenziyalar və İcazələr Portalı

https://lisenziya.gov.az 

8.4

25.42

125

Bakı Biznes Mərkəzi

http://bbm-az.com 

25.4

22.88

126

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 

www.ttnda.fhn.gov.az     

10.1

22.49

127

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)  

https://azertag.az/

25.4

21.10

128

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi

www.dag-meden.fhn.gov.az

10.1

20.72

129

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi

www.nuve.fhn.gov.az

8.4

20.66

130

Dövlət Əmək Müfəttişliyi Xidməti 

www.sosial.gov.az/ D%C6%8FMXstruktura

6.7

19.49

131

Dördüncü Sənaye İnqilabının Təhlili və Kommunikasiya Mərkəzi

www.economy.gov.az   

19.15

132

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

www.human.gov.az

13.5

18.64

133

FHN Tibb Xidməti

www.tibb.fhn.gov.az

8.4

15.86

134

Dövlət Yanğından Mühafizə Xidməti 

www.dymx.fhn.gov.az 

10.1

14.87

135

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 

khg.fhn.gov.az

10.1

14.87

136

Xüsusi Riskli Xilasetmə Xidməti

www.xrxx.fhn.gov.az

10.1

14.87

137

Dövlət Yanğın Nəzarəti Xidməti

www.dynx.fhn.gov.az 

8.4

14.87

138

Xəzər Hövzə Qəza-xilasetmə Xidməti

www.xhqx.fhn.gov.az

10.1

14.87

139

Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC

http://www.ayl.eco.gov.az 

10.1

11.01

140

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya

www.sosial.gov.az/ observatoriyarehber 

5

11.01

141

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

www.akademiya.fhn.gov.az

6.7

9.32

142

Azərbaycanda Proqram İdarəetmə Qurumu (PİQ)

http://pao.az/ 

0

8.47

143

Milli Hidrometeorologiya Xidməti

https://meteo.az/ 

11.8

3.38

144

Sosial Xidmətlər Agentliyi 

https://www.sosial.gov.az/SXA

8.4

3.38

145

Dövlət Mülki Aviasiya Agentliyi 

www.caa.gov.az  

18.6

0

146

“İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi”

https://mincom.gov.az/ az/view/organization/34 

0

0

147

“Bakı Taksi Xidməti” MMC 

https://mincom.gov.az/ az/view/organization/25/ 

5

0

148

“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC

https://mincom.gov.az/ az/view/organization/18/ 

5

0

149

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

www.bvim.fhn.gov.az

10.1

0

150

Dövlət Sosial Müdafiə Fondu 

https://www.sosial.gov.az/              dsmfstruktura

8.4

0

151

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

http://ier.az 

25.4

0

152

Prezidentin Təhlükəsizlik Xidməti


0

0

Cəmi



37.3%

44.15%


Dövlət qurumları üzrə orta açıqlıq göstəricisi  (Cədvəl-4)


Azərbaycan Respublikası Prezidentinin saytının da daxil olduğu 14 dövlət qurumunun rəsmi  saytlarının Monitorinqi zamanı 826 informasiya və xidmət blokuna giriş edilib. Təqribən 429 informasiya bloku üzrə yerləşdirilən 51.94% məlumatlara çatmaq və təhlil etmək mümkün olub. Saytlarda 397 blok üzrə 48.06% məlumatlar öz əksini tapmayıb. 

Dövlət qurumlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Baş Prokurorluğun www.genprosecutor.gov.az rəsmi saytı əksər parametrlər üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Bu qurumun informasiya açıqlığı 76.27% -lə ilk yerdədir. İkinci yerdə 61.86%-lə Hesablama Palatasının www.ach.gov.az  saytı, üçüncü yerdə 58.89%-lə Mərkəzi Bankın www.cbar.az saytıdır. Xatırladaq ki, keçən monitorinq dövrü də Baş Prokurorluğun və Mərkəzi Bankın saytları ilk üçlükdə qərar tutmuşdu.  

Ümumi götürdükdə Dövlət qurumlarının Saytlarının istifadəsi rahatdır və sahələri üzrə xeyli maraqlı bilgilər təqdim edir. Bu dövlət qurumlarının İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi yüksək səviyyədə olsa da bəzi parametrlər üzrə yetərli bilgilər təqdim edilmir. 

Mərkəzi Bank istisna olmaqla bu qurumların heç biri Dövlət Xidmətləri Portalında www.dxr.az e-xidmətlərin məlumat bazasına inteqrasiya olunmayıb. Yalnız Portalda Mərkəzi Bankın 77 (ötən il 68 idi) elektron xidmətlərini tapmaq mümkündür. 

İnformasiya açıqlığı baxımından müəyyən etdiyimiz kriteriyalara əsasən ən aşağı göstərici 32,20%-lə Məhkəmə-Hüquq Şurasına http://www.jlc.gov.az aiddir. 47.03%-lə Audiovizual Şuraya https://acra.gov.az/ aiddir. Keçən il ən aşağı göstərici 25.4%-lə Milli Elmlər Akademiyasının www.elm.gov.az saytına aid idi. Həmçinin, Nazirlər Kabinetinin www.cabmin.gov.az , https://nk.gov.az  saytı ilə yanaşı yenə də Milli Elmlər Akademiyası sonuncu üçlükdədir.



Dövlət qurumları üzrə orta açıqlıq göstəricisi  (Cədvəl-4)


2021

2023

1

Baş Prokurorluq 

www.genprosecutor.gov.az 

86.4

76.27

2

Hesablama Palatası 

www.ach.gov.az  

38.9

61.86

3

Mərkəzi Bank

www.cbar.az 

79.6

58.89

4

Auditorlar Palatası 

www.audit.gov.az 

49.1

55.93

5

Milli Məclis

www.meclis.gov.az 

52.5

55.08

6

Konstitusiya Məhkəməsi  

www.constcourt.gov.az 

47.4

51.69

7

Azərbaycan Respublikası Prezidentinin saytı

www.president.gov.az

32.2

50.84

8

Mərkəzi Seçki Komissiyası  

www.msk.gov.az 

55.9

50

9

Ali Məhkəmə

www.supremecourt.gov.az 

52.5 

49.15

10

İnsan Hüquqları üzrə Müvəkkili  

www.ombudsman.gov.az 

28.8  

49.15

11

Audiovizual Şura 

www.acra.gov.az  

35.5

47.03

12

Nazirlər Kabineti

www.cabmin.gov.az 

https://nk.gov.az

38.9

46.61

13

Milli Elmlər Akademiyası

www.elm.gov.az 

https://science.gov.az

25.4

42.37

14

Məhkəmə-Hüquq Şurası

www.jlc.gov.az

38.9

32.20

Cəmi



47.3%

51.96%



 Nazirliklər üzrə orta açıqlıq göstəricisi (Cədvəl-5) 


Nazirliklərin rəsmi saytlarının Monitorinqi zamanı 1003 informasiya və xidmət blokuna giriş  edilib. Təqribən 637 informasiya bloku üzrə yerləşdirilən 63.51%  məlumatlar təhlil olunub. 366 informasiya bloku üzrə 36.49% məlumatlar saytda yerləşdirilməyib.     

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq 82.62%-lə Maliyyə Nazirliyinin www.maliyye.gov.az saytı 1-ci, 81.18%-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az saytı 2-ci, 79.66%-lə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin www.eco.gov.az saytı 3-cü yerdədir. Bu qurumlarla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin rəsmi saytları da əksər parametrlər üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. 

Nazirliklərin saytlarının istifadəsi rahatdır, olduqca bəlli sahələr üzrə dolğun bilgi təqdim edir və informasiya açıqlığı indeksinə görə əksəriyyəti 55%-dən çox açıqlığa malikdir. Təəssüf ki, ümumi yanaşmada hər 3 məlumatdan birinin hələ də internetdəki səhifəyə yüklənmədiyi müşahidə edilir. 

Keçən monitorinq zamanı 4-cü pillədə qərar tutan Maliyyə Nazirliyinin saytı 1-ci, 1-ci yerdə qərar tutan İqtisadiyyat Nazirliyinin  www.economy.gov.az rəsmi saytı isə bu il 65.25%-lə 10-cu yerdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz reytinqini sabit saxlayır. Son üç ilin monitorinqin nəticəsində 1 və 2-ci yerləri bölüşür. Eyni zamanda hazırda əksər parametrlər üzrə və qiymətləndirici meyarlar baxımından ən yaxşı sayt hesab olunur. 

Dövlət Xidmətləri Portalında www.dxr.az e-xidmətlərin məlumat bazasında Nazirliklərin 739 (ötən il 675) xidməti təqdim olunub. 2021-ci ildə 17 nazirliyin 16-sı www.dxr.az e-xidmətinə inteqrasiya olunmuşdu. Bu il artıq bütün nazirliklər portala inteqrasiya olunub. Müvafiq olaraq ən çox İqtisadiyyat Nazirliyinin 217 (ötən il 207), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 108 (ötən il 95) elektron xidməti var. Ümumiyyətlə digər nazirliklərlə müqayisədə bu iki nazirliyin saytları faydalılıq, sahə üzrə dolğunluq baxımından da olduqca yüksək dəyərləndirilir.

Nazirliklərin saytlarında e-xidmətlər bölümü müsbət  təəssürat yaradır. İnformasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi yaxşı səviyyədədir. Bəzi parametrlər üzrə yetərli məlumatlar olmasa da, əsasən lazımi bilgilər təqdim edilir.

Nazirliklər arasında Müdafiə Sənayesi, Səhiyyə, Xarici İşlər, Müdafiə, Gənclər və İdman Nazirliklərinin saytları informasiya açıqlığı baxımından daha zəif qiymətləndirilib. Müdafiə və Müdafiə Sənayesi Nazirliklərinin informasiya açıqlığı baxımından spesfikliyini nəzərə alsaq alınan nəticələr qənaətbəxş sayıla bilər. Ancaq Səhiyyə Nazirliyinin informasiya açıqlığının daha yüksək olması geniş istifadəçilər baxımından faydalı olardı. 

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin saytı vizulallığı və sahəsi üzrə məlumat zənginliyinə görə çox yaxşı saytlardan biri kimi qeyd edilə bilər. Dövlət Xidmətləri Portalında 55 (ötən il 49 idi) xidməti təqdim olunub. Təəssüf ki, qanunvericiliyin tələblərinə uyğun olaraq bir çox parametrlər üzrə informasiyaların olmaması bu Saytın reytinq cədvəlində aşağı sıralarda olması ilə nəticələnib.

Nazirliklərin ən çox (Cədvəl-14), qismən (Cədvəl-15) və az (Cədvəl-16) açıqladıqları informasiyaları ilə daha əhatəli şəkildə müvafiq cədvəllərdən tanış olmaq mümkündür.  




Nazirliklər üzrə orta açıqlıq göstəricisi (Cədvəl-4)



2021

2023

1

Maliyyə Nazirliyi  

www.maliyye.gov.az

69.5-41

82.62

2

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

www.mlspp.gov.az 

89.8-53

81.18

3

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

www.eco.gov.az 

64.4-38

79.66

4

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 

www.mincom.gov.az 

64.4-38

74.57

5

Daxili İşlər Nazirliyi 

www.din.gov.az

69.6-41

70.76

6

Ədliyyə Nazirliyi 

www.justice.gov.az

59.3-35

69.91

7

Energetika Nazirliyi 

www.mie.gov.az 

62.7-37

67.79

8

Kənd Təsərrüfatı Nazirliyi

www.agro.gov.az 

59.3-35

67.37

9

Təhsil Nazirliyi 

www.edu.gov.az

66.1-39

66.10

10

İqtisadiyyat Nazirliyi 

www.economy.gov.az   

93.2-55

65.25

11

Mədəniyyət Nazirliyi 

www.mct.gov.az

49.1-29

61.01

12

Gənclər və İdman Nazirliyi 

www.mys.gov.az 

35.5-21

55.08

13

Fövqəladə Hallar Nazirliyi 

www.fhn.gov.az 

69.4-41

53.38

14

Müdafiə Nazirliyi 

www.mod.gov.az 

30.5-18

49.15

15

Xarici İşlər Nazirliyi 

www.mfa.gov.az

44-26

48.30

16

Səhiyyə Nazirliyi 

www.sehiyye.gov.az 

44-26

47.03

17

Müdafiə Sənayesi Nazirliyi 

www.mdi.gov.az 

25.4-15

41.94

Cəmi

1081.1


58.6%

63.59%


Komitələr üzrə orta açıqlıq göstəricisi (Cədvəl-5)


Komitələrin rəsmi saytlarının Monitorinqi zamanı 413 informasiya və xidmət blokuna giriş  edilib. Təqribən 275 informasiya bloku üzrə yerləşdirilən (66.59%) məlumatlar təhlil olunub. 138 blok üzrə (33,41%) məlumat internetə yerləşdirilməyib. 

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Dövlət Gömrük Komitəsinin www.customs.gov.az  rəsmi saytı əksər parametrlər üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Bu qurumun informasiya açıqlığı 84.27% -lə ilk yerdədir. İkinci yerdə 76.91% -lə Dövlət Statistika Komitəsinin www.azstat.org  saytı, üçüncü yerdə 74.15%-lə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin www.scwra.gov.az  saytı qərarlaşıb.

Xatırladaq ki ötən monitorinq dövrü ilə müqayisədə 1 və 2-ci yerlərdə dəyişiklik olmayıb. Lakin, Gömrük Komitəsinin və Statistika Komitəsinin saytlarının faizlərində cüzi dəyişiklik olub. Gömrük Komitəsinin saytı 86.4%-dən 84.27%-ə, Statistika Komitəsinin saytı isə 84.8%-dən 74.15%-ə enib. 

Keçən monitorinq dövrü sonuncu yerdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytı 28.80%-dən 74.15%-ə yüksələrək 3-cü yerdə qərarlaşıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytı isə 52.50%-dən 42.74%-ə enərək sonuncu yerdədir.

Ümumi götürdükdə Komitələrin Saytlarında keçən dövrlə müqayisədə təqribən 14% irəliləyiş var. İnformasiya açıqlığı 52.6%-dən 66.56%-ə yüksəlib. 

Komitələrin saytlarının istifadəsi rahatdır və sahələri üzrə əsasən dolğun bilgilər təqdim edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istisna olmaqla Komitələrin 6-si Dövlət Xidmətləri Portalına www.dxr.az e-xidmətlərin məlumat bazasına inteqrasiya olunub. Ümumilikdə Komitələrin Portalda 37 müvafiq elektron xidmətləri təqdim olunub. 

Bu dövlət qurumlarının İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi yüksək səviyyədə olsa da bəzi parametrlər üzrə yetərli bilgilər təqdim edilmir.

Komitələrin saytında 14 meyar üzrə informasiyalar 100% açıqlanır:

Qurumun tarixi, Rəhbərləri haqqında məlumatlar və kollegiya, Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza Əsasnamə və təlimatlar, Dövlət qurumunun yerləşdiyi ünvan, Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkan, Mətbuat üçün açıqlamalar və onların  tezliyi, Dövlət qurumuna aid olan informasiya, Onlayn müraciət imkanı, Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi, Dövlət qurumunun cari norma- (qanun)yaratma fəaliyyəti, Abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, Domen rahatlığı, Sayt daxilində axtarış, Sosial mediadan istifadə imkanları və onların yenilənməsi (aktivliyi).

3 meyar üzrə informasiyalar ümumiyyətlə açıqlanmayıb: 

Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya, Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları. Normativ aktların layihələrinin müzakirəsində vətəndaşların iştirak şərtləri saytlarda yoxdur.

İnformasiya açıqlığı baxımından müəyyən etdiyimiz kriteriyalara əsasən ən aşağı göstərici 42.74%-lə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə  www.arxkom.gov.az  və 56.13%-lə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə www.scfwca.gov.az   məxsusdur. 

Cədvəldə keçən monitorinqin nəticələri ilə bağlı müqayisə verilib. 

Komitələrin ən çox (Cədvəl-14), qismən (Cədvəl-15) və az (Cədvəl-16) açıqladıqları informasiyaları ilə daha əhatəli şəkildə müvafiq cədvəllərdən tanış olmaq mümkündür.



Komitələr üzrə orta açıqlıq göstəricisi            Cədvəl 5                                


2021

2023

1

Dövlət Gömrük Komitəsi 

www.customs.gov.az 

86.4%

84.27%

2

Dövlət Statistika Komitəsi 

www.azstat.org 

84%

76.94%

3

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 

www.scwra.gov.az 

28.8%

74.15%

4

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 

www.refugee.gov.az 

42.3%

68.64%

5

Diasporla İş üzrə Dövlət Komitəsi 

www.diaspora.gov.az 

42.3%

63.13%

6

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 

www.scfwca.gov.az 

32.2%

56.13%

7

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  

www.arxkom.gov.az 

52.5%

42.74%

Cəmi



52.64%

66.57%


Dövlət Xidmətləri üzrə orta açıqlıq göstəricisi (Cədvəl-7)


Azərbaycan Respublikası Dövlət Xidmətlərinin rəsmi saytlarının Monitorinqi zamanı 1121  informasiya və xidmət blokuna giriş edilib. Təqribən 373 informasiya bloku üzrə yerləşdirilən (33.27%) məlumatlar təhlil olunub. 748 informasiya bloku üzrə (66.73%) məlumatlara çatmaq mümkün olmayıb. Dövlət Xidmətlərinin informasiya açıqlığı keçən dövrlə müqayisədə 5.86% artıb. 

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidməti www.taxes.gov.az saytı 89.83%-lə birinci yerdədir. Keçən dövr bu qurum ikinci-üçüncü yerləri bölüşürdü. 2021-ci ildə birinci yerdə olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti www.consumer.gov.az  saytı 77.96%-lə ikinci, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti www.emdk.gov.az saytı 72.45%-lə üçüncü yerdədir. Keçən monitorinq dövründə ilk üçlükdə olan qurumlar yenə də öz reytinqini saxlayır. 

2020-ci ildə birinci, 2021-ci ildə dördüncü yerdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti www.seferberlik.gov.az saytı  51.49%-lə hazırda beşinci yerdədir.

2020-ci ildə monitorinqə 7 Xidmət cəlb edildiyi halda, 2021-ci ildə və indi 19 Xidmət monitorinq olunub. 

Ümumi götürdükdə dövlət xidmətlərinin Saytlarının informasiya açıqlığı Nazirliklərdən və Komitələrdən iki dəfə aşağıdır. Buna baxmayaraq saytların  istifadəsi rahatdır və sahələri üzrə məhdud olsa da, maraqlı bilgilər təqdim edir. Bu dövlət qurumlarının İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi məqbul olsa da bəzi parametrlər üzrə yetərli bilgilər təqdim edilmir.

Dövlət Xidmətləri Portalında www.dxr.az e-xidmətlərin məlumat bazasına inteqrasiya olunmuş 34 elektron xidmətləri tapmaq mümkündür. İnformasiya açıqlığı baxımından müəyyən etdiyimiz kriteriyalara əsasən ən aşağı göstərici 3.38%-lə Milli Hidrometeorologiya Xidmətinin https://meteo.az saytıdır.  2021-ci ildə 6.7%-lə Dövlət Əmək Müfəttişliyi Xidmətinin www.sosial.gov.az/D%C6%8FMXstruktura saytı sonuncu yerdə idi. Bu il Dövlət Əmək Müfəttişliyinin saytı 19.49%-lə 11 yerə yüksəlib.  

Digər diqqət çəkən məsələ Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin saytı ilə bağlıdır. 2021-ci ildə bu qurumun saytında heç bir informasiya təqdim edilməmişdi. Bu il isə www.dmx.gov.az  saytı 37.4%-lə altıcı yerdədir. 

16 mart 2020-ci ildə prezident fərmanı ilə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin bazasında 3 yeni qurum təsis olunub. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi. 

Bu qurumlardan Prezidentinin Təhlükəsizlik Xidmətinin www.dmx.gov.az  saytı hələ də mövcud deyil.



Dövlət Xidmətləri        Cədvəl 6 


2021

2023

1

Vergilər xidməti

www.taxes.gov.az

93

89.83%

2

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

www.consumer.gov.az 

93.1

77.96%

3

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti

www.emdk.gov.az 

93

72.45%

4

Dövlət Miqrasiya Xidməti

www.migration.gov.az 

33.8

55.67%

5

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 

www.seferberlik.gov.az

35.5

51.49%

6

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

www.dmx.gov.az  

0

37.40%

7

Bioloji Müxtəlifliyin Qorunması Xidməti

https://nationalparks.az/

18.6

36.11%

8

Dövlət Sərhəd Xidməti 

www.dsx.gov.az 

30.5

34.50%

9

Elektron Təhlükəsizlik Xidməti

https://cert.az 

22

33.09%

10

Dövlət Təhlükəszilik Xidməti 

www.mns.gov.az

25.4

30.79%

11

Dövlət Əmək Müfəttişliyi Xidməti 

www.sosial.gov.az/ D%C6%8FMXstruktura

6.7

19.49%

12

FHN Tibb Xidməti

www.tibb.fhn.gov.az

8.4

15.86%

13

Dövlət Yanğından Mühafizə Xidməti 

www.dymx.fhn.gov.az 

10.1

14.87%

14

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti

khg.fhn.gov.az

10.1

14.87%

15

Xüsusi Riskli Xilasetmə Xidməti

www.xrxx.fhn.gov.az

10.1

14.87%

16

Xəzər Hövzə Qəza-xilasetmə Xidməti

www.xhqx.fhn.gov.az

10.1

14.87%

17

Dövlət Yanğın Nəzarəti Xidməti

www.dynx.fhn.gov.az 

8.4

14.87%

18

Milli Hidrometeorologiya Xidməti

https://meteo.az/ 

11.8

3.38%

19

Prezidentinin Təhlükəsizlik Xidməti 

Sayt yoxdur.

www.dmx.gov.az

0

0

Cəmi



27.4%

35.28%



Agentliklər üzrə orta açıqlıq göstəricisi (Cədvəl-7)


Agentliklərın rəsmi saytlarının Monitorinqi zamanı 1829 informasiya və xidmət blokuna giriş  edilib. Təqribən 797 informasiya bloku üzrə yerləşdirilən 43.58% məlumatlar təhlil olunub. 1032 informasiya bloku üzrə 56.42% məlumatlara çatmaq mümkün olmayıb. 

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin https://smb.gov.az saytı əksər parametrlər üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Bu qurumun informasiya açıqlığı 85.59%-lə ilk yerdədir. Bu qurum keçən monitorinq dövründə 67.7%-lə 4-cü yerdə idi. 

İkinci yerdə 79.32%-lə Dövlət Turizm Agentliyinin www.tourism.gov.az saytı, üçüncü yerdə isə 76.27%-lə Dövlət Məşğulluq Agentliyinin https://dma.gov.az saytlarıdır. Bu qurumların saytları da 2021-ci ildə müvafiq olaraq 9 və 7-ci yerlərdə qərar tutmuşdu.

2021-ci ildə 76.2%-lə ilk yeri tutan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin https://its.gov.az saytı hazırda 71.18%-lə 5-ci yerə enib. Üçüncü yerdə olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST http://dost.gov.az  saytı indi 4-cü yerdədir. 

Ümumi götürdükdə Agentliklərin Saytlarının istifadəsi rahatdır və sahələri üzrə dolğun bilgilər var. Agentliklərin Dövlət Xidmətləri Portalında www.dxr.az  e-xidmətlərin məlumat bazasında  33 elektron xidmətləri təqdim olunub. Keçən il bu 27 idi. İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi qənaətbəxş olsa da bəzi parametrlər üzrə yetərli bilgilər təqdim edilmir.

İnformasiya açıqlığı baxımından müəyyən etdiyimiz kriteriyalara əsasən ən pis göstərici 0 %-lə “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi”nə aiddir. Keçən dövrdə “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” ilə yanaşı, sonuncu yerdə  QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ANAMA -nin saytları da var idi. Müqayisə ilə Cədvəl-7 dən tanış olmaq mümkündür.




Agentliklər üzrə orta açıqlıq göstəricisi (Cədvəl-7)


2021

%

2023

%

1

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

https://smb.gov.az 

67.7

85.59

2

Dövlət Turizm Agentliyi 

www.tourism.gov.az

49.1

79.32

3

Dövlət Məşğulluq Agentliyi   

https://dma.gov.az

59.3

76.27

4

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST  

http://dost.gov.az

69.4

72.37

5

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

https://its.gov.az 

76.2

71.18

6

AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN XİDMƏT)

www.asan.gov.az 

www.vxsida.gov.az

67.7

63.81

7

Əqli Mülkiyyət Agentliyi

https://www.copat.gov.az 

61

62.71

8

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 

https://www.sosial.gov.az/ TSEKstruktura

5

59.32

9

Dövlət Reklam Agentliyi                            

https://adra.gov.az/az

42.3

54.83

10

Qida Təhlükəsizliyi Agentliyi

www.afsa.gov.az

50.8

54.74

11

Bakı Nəqliyyat Agentliyi                                                                              

https://www.bna.az 

44

54.23

12

İqtisadi Zonaların İnkişaf Agentliyi

http://www.economiczones.

gov.az/

30.5

54.23

13

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi

http://www.meda.gov.az/

5

49.66

14

Dövlət Dəniz  və Liman Agentliyi  

www.ardda.gov.az 

30.5

47.03

15

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs

https://mincom.gov.az/ az/view/organization/35/

3.3

45.76

16

Medianın İnkişafı Agentliyi

www.kivdf.gov.az

https://media.gov.az 

18.6

45.16

17

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

www.dmx.gov.az

0

44.06

18

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ANAMA 

www.anama.gov.az

0

44.06

19

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs

https://mincom.gov.az/ az/view/organization/36/

3.3

42.45

20

Avtomobil Yolları Dövlət Agentliyi

www.aayda.gov.az 

38.9

38.30

21

Mənzil İnşaatı Dövlət Agentliyi                      

https://mida.gov.az/az/

20.3

33.15

22

Dövlət Mülki Aviasiya Agentliyi

www.caa.gov.az  

32.2

30.50

23

QHT-lərə Dövlət Dəstəyi Agentliyi

https://ngogrant.az/

0

27.37

24

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” 

https://azercosmos.az/?lang=az

62.7

27.11

25

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 

www.ttnda.fhn.gov.az

10.1

22.49

26

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)  

https://azertag.az/

25.4

21.10

27

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi

www.dag-meden.fhn.gov.az

10.1

20.72

28

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi

www.nuve.fhn.gov.az

8.4

20.66

29

Sosial Xidmətlər Agentliyi 

https://www.sosial.gov.az/SXA

8.4

3.38

30

Dövlət Mülki Aviasiya Agentliyi 

www.caa.gov.az  

18.6

yoxdur

31

“İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi”

https://mincom.gov.az/ az/view/organization/34 

0

yoxdur

Cəmi

1351.56


27.5%

%43.59


Fondlar, İdarələr,  Mərkəzlər, MMC (Cədvəl-8) 

Fondlar, İdarələr, Mərkəzlər, MMC-lərin rəsmi saytlarının Monitorinqi zamanı 1652 informasiya  və xidmət blokuna giriş edilib. Təqribən 662 informasiya bloku üzrə yerləşdirilən (40.07%) məlumatlar təhlil olunub. 990 informasiya bloku üzrə (59.93%) məlumatlara çatmaq mümkün olmayıb. 

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi www.dim.gov.az rəsmi saytı əksər parametrlər üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Bu qurumun informasiya açıqlığı 74.57%-lə ilk yerdədir. İkinci yerdə 61.01%-lə Dövlət Neft Fondunun https://www.oilfund.az saytı, üçüncü yerdə isə 61.01%-lə İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC https://ekspertiza.az saytı gəlir. Xatırladaq ki, 2021-ci ilin monitorinq dövrü ilə müqayisədə ilk üçlükdə olan iki qurum yerdəyişmə edib. 

Milli Arxiv İdarəsinin www.milliarxiv.gov.az saytı 1-ci yerdən 9-cu, ikinci yerdə olan Sahibkarlığa Kömək Milli Fondu www.edf.gov.az saytı isə 2-ci yerdən 14-cü yerə enib. 3-cü yerdə olan Dövlət Neft Fondu https://www.oilfund.az saytı isə hazırda 2-ci pilləyə yüksəlib.

Ümumi götürdükdə Fondların, İdarələrin, Mərkəzlərin, MMC-lərin Saytlarının istifadəsi əsasən rahatdır. Xüsusilə də Dövlət İmtahan Mərkəzi, Dövlət Neft Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC ilə yanaşı, Milli Arxiv İdarəsi, Sahibkarlığa Kömək Milli Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Elmin İnkişafı Fondu, "AzInTelecom" MMC-nin sahələri üzrə yetərli bilgilər tapmaq olar.  

İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi qənaətbəxş olsa da bəzi parametrlər üzrə yetərli bilgilər təqdim edilmir. 

Struktur bölmələrinin səlahiyyət çərçivələri, rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası, Qurumun büdcəsi və onun icrası haqqında məlumat, Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar yoxdur.

İnformasiya açıqlığı baxımından müəyyən etdiyimiz kriteriyalara əsasən ən pis göstərici

“Bakı Taksi Xidməti” MMC, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Dövlət Sosial Müdafiə Fonduna aiddir. 2021-ci ildə bu saytlarda da zəif olsa da müəyyən nəticələr var idi. Amma indi nəticələr 0 qiymətləndirilib.



Fondlar, İdarələr,  Mərkəzlər, MMC (Cədvəl-9)


2021

2023

1

Dövlət İmtahan Mərkəzi

www.dim.gov.az 

59.3

74.57

2

Dövlət Neft Fondu 

https://www.oilfund.az

61

61.01

3

İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC 

https://ekspertiza.az 

8.4

61.01

4

İpoteka və Kredit Zəmanət Fondu

www.mcgf.gov.az 

54.2

57.62

5

Elmin İnkişafı Fondu

www.elmfondu.gov.az

https://www.sdf.gov.az 

33.8 

57.20

6

Gənclər Fondu                                              

https://youthfoundation.az/ 

33.8

55.93

7

"Azərpoçt" MMC

https://www.azerpost.az 

35.5

55.08

8

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

https://ereforms.gov.az/az

38.9

54.23

9

Milli Arxiv İdarəsi 

www.milliarxiv.gov.az

71.1

54.23

10

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi                                

https://icherisheher.gov.az/az

22

52.54

11

Dövlət Radiotezliklər İdarəsi

https://dri.az 

42.3

52.54

12

"AzInTelecom" MMC

https://azintelecom.az 

52.5

50

13

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu

https://azpromo.az 

0

48.30

14

Sahibkarlığa Kömək Milli Fondu

www.edf.gov.az

67.7

47.71

15

"Aztelekom" MMC

https://www.aztelekom.az  

42.3

46.61

16

"Bakı Telefon Rabitəsi" MMC

https://www.baktelecom.az 

18.6

39.83

17

Akkreditasiya Mərkəzi

https://www.accreditation.gov.az 

11.8

39.83

18

"Sumqayıt Kimya Sənaye Parkı" MMC

https://scip.az 

30.5

37.71

19

Dənizkənarı Bulvar İdarəsi

http://bulvar.gov.az/

30.5

37.71

20

Baş Dövlət Yol Polisi İdarəsi 

www.dyp.gov.az 

22

37.71

21

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi

https://teleradio.az 

33.8

32.62

22

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC

https://mincom.gov.az/ az/view/organization/13/ 

5

27.11

23

Bakı Biznes Mərkəzi

http://bbm-az.com 

25.4

22.88

24

Dördüncü Sənaye İnqilabının Təhlili və Kommunikasiya Mərkəzi

www.economy.gov.az   

19.15

25

“Bakı Taksi Xidməti” MMC

https://mincom.gov.az/ az/view/organization/25/ 

5

yoxdur

26

“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC

https://mincom.gov.az/ az/view/organization/18/ 

5

yoxdur

27

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

www.bvim.fhn.gov.az

10.1

yoxdur

28

Dövlət Sosial Müdafiə Fondu 

https://www.sosial.gov.az/              dsmfstruktura

8.4

yoxdur

 Cəmi



28.58%

40.11%


Şirkətlər, komissiyalar, institutlar və digər hüquqi şəxslər (Cədvəl-10)


Şirkətlər, komissiyalar, institutlar və digər hüquqi şəxslərin rəsmi saytlarının Monitorinqi zamanı  944 informasiya və xidmət blokuna giriş edilib. Təqribən 320 informasiya bloku üzrə yerləşdirilən (33.90%) məlumatlar təhlil olunub. 624 informasiya bloku üzrə  (66,10%) 5məlumatlara çatmaq mümkün olmayıb. 

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq şirkətlərin, komissiyaların, institutların və digər hüquqi şəxslərin məlumat açıqlığı aşağıdır.


Bu istiqamətlər üzrə nəticəsi yüksək olan qurumlar da var. Dövlət Neft Şirkəti www.socar.az  rəsmi saytı əksər parametrlər üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Bu qurumun informasiya açıqlığı 76.94%-lə birincidir. 

İkinci yerdə 55.93-lə Standartlaşdırma İnstitutu” (AZSTAND) http://www.azstand.gov.az saytı, üçüncü yerdə isə 50.84-lə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın www.antikorrupsiya.gov.az saytı gəlir.  Keçən dövrlə müqayisədə birinci yerdə dəyişiklik olmasa da 2 və 3-cü yerlərdə dəyişiklik olub. 2021-ci ildə 2 və 3-cü yerləri bölüşən "Azəriqaz" İstehsalat Birliyi http://azeriqaz.az/az  və  Dövlət İdarəçilik Akademiyasının https://dia.edu.az/  saytı indi müvafiq olaraq 9 və 5-ci yerləri tutur.

Şirkətlərin, komissiyaların, institutların və digər hüquqi şəxslərin Saytlarının istifadəsi əsasən rahatdır. Saytlarda öz sahələri üzrə maraqlı bilgilər tapmaq olar. İnternet resurslarının mövcud qaydalara uyğunluğu, istifadə rahatlığı, domen rahatlığı, sosial şəbəkələrə inteqrasiyası qənaətbəxş olsa da bəzi parametrlər üzrə yetərli bilgilər təqdim edilmir. Bu qurumlardan Dövlət Xidmətləri Portalında www.dxr.az  e-xidmətlərin məlumat bazasında yalnız "Azəriqaz" İstehsalat Birliyinin 21 elektron xidmətləri təqdim olunub.

İnformasiya açıqlığı baxımından müəyyən etdiyimiz kriteriyalara əsasən ən pis göstərici İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu http://ier.az saytına məxsusdur. Bu sayt 2021-ci ildə 25.4%-lə 6-cı yerdə idi. İndi isə monitorinq dövründə sayta giriş mümkün olmayıb. Digər pis nəticə isə Azərbaycanda Proqram İdarəetmə Qurumu (PİQ) http://pao.az/ saytına aiddir. 8.47%-lə 15-ci yeri tutur.



Şirkətlər, komissiyalar, institutlar və digər hüquqi şəxslər


2021

2023

1

Dövlət Neft Şirkəti

www.socar.az 

74.5     

76.94

2

Standartlaşdırma İnstitutu” (AZSTAND

http://www.azstand.gov.az 

15.2

55.93

3

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya

www.antikorrupsiya.gov.az

30.5

50.84

4

Satınalma www.etender.gov.az 

https://etender.gov.az 

13.5

47.45

5

Dövlət İdarəçilik Akademiyası 

https://dia.edu.az/

33.8

45.76

6

Dövlət Sığorta Kommersiya Şirkəti

www.azersigorta.az 

15.2

44.06

7

"Azərbaycan Metrologiya İnstitutu"

http://metrology.az 

22

43.64

8

Prezident yanında Ali Attestasiya Komissiyası

www.aak.gov.az

8.4

42.37

9

"Azəriqaz" İstehsalat Birliyi

http://azeriqaz.az/az

35.5

34.74

10

Tarif Şurası

www.tariffcouncil.gov.az

http://tariff.gov.az 

32.2

28.89

11

Lisenziyalar və İcazələr Portalı

https://lisenziya.gov.az 

8.4

25.42

12

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

www.human.gov.az

13.5

18.64

13

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya

www.sosial.gov.az/ observatoriyarehber 

5

11.01

14

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

www.akademiya.fhn.gov.az

6.7

9.32

15

Azərbaycanda Proqram İdarəetmə Qurumu (PİQ)

http://pao.az/ 

0

8.47

16

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

http://ier.az 

25.4

yoxdur

Cəmi



20.5%

33.96


QSC və ASC üzrə orta açıqlıq göstəricisi (Cədvəl-11)


Açıq (ASC) və Qapalı Səhmdar Cəmiyyətlərin (QSC) rəsmi saytlarının Monitorinqi zamanı 1180  informasiya və xidmət blokuna giriş edilib. Təqribən 518 informasiya bloku üzrə yerləşdirilən 43.90% məlumatlar təhlil olunub.  662 informasiya bloku üzrə (56,10%) məlumatlara çatmaq mümkün olmayıb

2021-ci illə müqayisədə QSC və ASC üzrə informasiya açıqlığı 35.6%-dən 43.91%-ə yüksəlib. Təqribən 8.3% artım olub.

Bu dövlət qurumları bəzi parametrlər üzrə yetərli bilgilər təqdim etməsə də, İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi normal qiymətləndirilir.

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin https://corp.ady.az saytı  67.79%-lə 1-ci yerdədir. 2021-ci ildə bu qurum 52.5%-lə 4-cü yerdə idi.  2021-ci ildə 62.7%-lə 1-ci yeri tutan “AzerGold” QSC www.azergold.az saytı hazırda 41.15%-lə 12 ci yerə enib. Onu da qeyd etməliyik bu qurumun öz sahəsi üzrə məlumat zənginliyi olduqca yüksəkdir. 

İkinci yerdə 66.10%-lə Azərsu ASC www.azersu.az saytıdır. Bu sayt keçən dövrdə 5-ci yerdə idi. Elektron xidmətlərin qiymətləndirilməsində də Azərsu ASC çox yüksək nəticələrə malikdir. 

Üçüncü yerdə isə 64.40%-lə  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin https://abb-bank.az/ saytı gəlir. Bu sayt keçən dövrdə 2-ci yerdə idi. 

Ümumi götürdükdə bu kateqoriyada olan qurumların ortalama yarıdan çox informasiyaları təqdim edilməsə də  açıq və qapalı səhmdar cəmiyyətlərin Saytlarının istifadəsi rahatdır və məhdud sahələr üzrə dolğun bilgilər təqdim edir.  Bu qurumların Dövlət Xidmətləri Portalında www.dxr.az e-xidmətlərin məlumat bazasında 72 elektron xidmətləri təqdim olunub. Ötən il bu rəqəm 63 idi.

Bundan əlavə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC https://portofbaku.com və Azərbaycan Hava Yolları QSC www.azal.az öz sahələri üzrə olduqca maraqlı məlumat zənginliyinə malikdir. 

İnformasiya açıqlığı baxımından müəyyən etdiyimiz kriteriyalara əsasən ən aşağı göstərici 11.01%-lə Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin http://www.ayl.eco.gov.az saytına aiddir.  Keçən dövrdə 0%-lə sonuncu olan “Təmiz Şəhər” ASC-nin https://tamizshahar.az saytı bu il 40.33%-lə 15-ci yerə yüksəlib.



QSC və ASC üzrə orta açıqlıq göstəricisi (Cədvəl-11)


2021

2023

1

“Azərbaycan Dəmir Yolları” QSC  

https://corp.ady.az 

52.5 

67.79

2

Azərsu ASC    

www.azersu.az 

49.1

66.10

3

“Azərbaycan Beynəlxalq Bankı” ASC

https://abb-bank.az/

62.7

64.40

4

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

www.mst.gov.az 

49.1

59.32

5

"Bakı Metropoliteni" QSC

www.metro.gov.az 

52.5

52.54

6

Aqrarkredit QSC

www.aqrarkredit.az 

25.4

49.15

7

AzərEnerji ASC 

www.azerenerji.gov.az 

22

47.03

8

Azərxalça ASC

www.azerxalca.az 

20.3

44.32

9

"AzərTürk Bank" ASC

https://atb.az/

55.9

44.06

10

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 

https://portofbaku.com/

49.1

43.08

11

Azərişıq ASC 

https://www.azerishiq.az 

44

42.37

12

“AzerGold” QSC  

www.azergold.az 

62.7

41.15

13

Azəristiliktəchizat ASC 

www.azeristilik.gov.az 

32.2

38.98

14

“Azərlotereya” ASC 

https://azerlotereya.com 

15

38.47

15

“Təmiz Şəhər” ASC 

https://tamizshahar.az

0

40.33

16

Azərbaycan Hava Yolları QSC 

www.azal.az 

33.8

37.28

17

“Azərbaycan İnvestisiya Şirkəti” ASC

https://www.aic.az 

15

30.88

18

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC

www.aztv.az 

35.5

30.50

19

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC

http://att.gov.az/az http://tedaruk.gov.az/

25.4

29.57

20

Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC

http://www.ayl.eco.gov.az 

10.1

11.01

Cəmi



35.6%

43.91%


İlk onluqda olan qurumlar 

İlk onluqda olan dövlət qurumlarının informasiya açıqlığı 81.43%-dir. Bu 2021-ci illə müqaisədə 6%-lik bir geriləmənin olduğunu göstərir. Keçən il ilk 10 saytın orta göstəricisi 87,40% olub. 

Monitorinq prosesi göstərir ki, dövlət qurumlarının informasiya açıqlığı siyasətində hər bir qurumun rəhbərliyinin fərdi yanaşması və qanunlara münasibəti çox böyük rol oynayır. Xüsusi məqsədləri və ya məxviliyi olan dövlət qurumları istisna olmaqla digər dövlət qurumlarının öz əlində olan informasiyaları açıqlamaması və ya qismən açıqlaması mərkəzləşmiş siyasət ola bilməz. İlk onluqda olan qurumların fəaliyyət istiqamətlərinə baxsaq, gəlinən qənaətin əsasız olmadığı daha aydın görünər.

Cədvəl-12





2021

2023

1

Vergilər xidməti

www.taxes.gov.az

93

89.83

2

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

https://smb.gov.az 

67.7

85.59

3

Dövlət Gömrük Komitəsi 

www.customs.gov.az 

86.4

84.27

4

Maliyyə Nazirliyi  

www.maliyye.gov.az

69.5

82.62

5

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

www.mlspp.gov.az 

89.8

81.18

6

Dövlət Turizm Agentliyi 

www.tourism.gov.az

49.1

79.32

7

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

www.eco.gov.az 

64.4

79.66

8

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

www.consumer.gov.az 

93.1

77.96

9

Dövlət Statistika Komitəsi 

www.azstat.org 

84

76.94

10

Dövlət Neft Şirkəti

www.socar.az 

74.5     

76.94




87.40

81.43


Reytinq Cədvəlində sonuncu onluq aşağıdakı kimidir:

Son 10-luqda yerləşən qurumların reytinqi keçən il olduğu kimi yenə də 0 olub. 


(Cədvəl-13)


Sonuncu onluqda olan qurumlar  

 (Cədvəl-13) 


2021

2023

1

Azərbaycanda Proqram İdarəetmə Qurumu (PİQ)

http://pao.az/

0

8.47

2

Milli Hidrometeorologiya Xidməti

https://meteo.az/

11.8

3.38

3

Sosial Xidmətlər Agentliyi

https://www.sosial.gov.az/SXA

8.4

3.38

4

“İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi”

https://mincom.gov.az/ az/view/organization/34

0

0

5

“Bakı Taksi Xidməti” MMC

https://mincom.gov.az/ az/view/organization/25/

5

0

6

“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC

https://mincom.gov.az/ az/view/organization/18/

5

0

7

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

www.bvim.fhn.gov.az

10.1

0

8

Dövlət Sosial Müdafiə Fondu

https://www.sosial.gov.az/              dsmfstruktura

8.4

0

9

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

http://ier.az

25.4

0

10

Prezidentin Təhlükəsizlik Xidməti


0

0















Monitorinq olunan qurumların müqaisəli ümumi açıqlıq göstəriciləri (ortalama 44,15%) 

2021-ci il nəticələri ilə 2023-cü il nəticələrinin müqaisəli göstərilməsi Monitorinq zamanı  dövlət qurumlarının rəsmi saytlarında ən çox açıqlanan  informasiyalar aşağıdakılardır: (Cədvəl-14)

 

%

2021 Ən çox açıqlanan İnformasiyalar

28 meyar üzrə  49.1%

2023 Ən çox açıqlanan İnformasiyalar

25 meyar üzrə 42.37%

95-100

1.     Qurumun tarixi. 100

2.     Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza. Əsasnamə və təlimatlar.100

3.     Dövlət qurumunun yerləşdiyi ünvan 100

4.     Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkan 100  

5.     Mətbuat üçün açıqlamalar və onların  tezliyi100

6.     Dövlət qurumuna aid olan informasiya100

7.     Dövlət qurumuna aid olan hər cür başqa cari informasiya100

8.     Abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu  100

9.     İstifadə rahatlığı100

10.  Domen rahatlığı 100

11.  Sosial mediadan istifadə imkanları və onların yenilənməsi (aktivliyi) 100

12.  Elektron formada təklif olunan xidmətlər. Xidmətlərin statistikası ( sayı) 98

13.  Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi 98

14.  Qurumdaxili əmr və qərarlar    97

15.  Dövlət qurumunun strukturunun ümumi sxemi. Aparat. 95

16.  Rəhbərləri haqqında məlumatlar və kollegiya 95 

17.  Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar 95

18.  Onlayn müraciət imkanı 95 

19.  Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi 95

20.  Dövlət qurumunda vətəndaşların qəbul qaydaları 95

21.  Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları. Digər qəbul formaları (video qəbul və s). 95

1. Qurumun tarixi. 100

2. Rəhbərləri haqqında məlumatlar və kollegiya    95

3. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza. Əsasnamə və təlimatlar.95

4. Dövlət qurumunun yerləşdiyi ünvan 100

5. Dövlət qurumunun ünvanının marşrut və sxemi 100

6. Dövlət qurumunun strukturunun ümumi sxemi. Aparat  95

7. Qurumun tabeliyindəki informasiya sistemləri 95

8. Qurumdaxili əmr və qərarlar    97

9. Bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) 95

10. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar  95

11. Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkan 100

12. Mətbuat üçün açıqlamalar və onların  tezliyi 100

13. Dövlət qurumuna aid olan informasiya 100

14. Dövlət qurumuna aid olan hər cür başqa cari informasiya 100

15. Elektron formada təklif olunan xidmətlər. Xidmətlərin statistikası ( sayı) 98

16. Onlayn müraciət imkanı 100

17. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları. Digər qəbul formaları (video qəbul və s 95

18. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu 95

19. Abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu  100

20. İstifadə rahatlığı100

21. Domen rahatlığı 100

22. Sosial mediadan istifadə imkanları və onların yenilənməsi (aktivliyi) 95

85-90

1.     Həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri 90

2.     Mümkün olan bütün e-poçt ünvanları 90

3.     Dövlət qurumunun ünvanının marşrut və sxemi 90

4.     Qurumun tabeliyindəki informasiya sistemləri 85

5.     Bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) 85

6.     Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu 85

7.     Sayt daxilində axtarış 85

1. Əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları 90

2. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi 90

3. Sayt daxilində axtarış 90

 

 

 

Dövlət qurumlarının rəsmi saytlarında əsasən açıqlanan informasiyalar:(Cədvəl-15)

 

%

Əsasən və qismən açıqlanan İnformasiyalar

19 meyar üzrə  32.2%

Əsasən və qismən açıqlanan İnformasiyalar

17 meyar üzrə 28.81%

65-80

1.     Dövlət qurumunun alt bölmələri və regional strukturu 80

2.     Struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar 80

3.     Əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları 80

4.     Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər 80

5.     Dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər 80

6.     Dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları 75

7.     Tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri 75

8.     Struktur bölmələrinin dəqiq (tam) ünvanları 70

9.     Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi 70

10.  Qaynar xətt 70

11.  Çağrı Mərkəzi 70

12.  Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar 65

13.  Tender və yarışmaların nəticələri 65

14.  Dövlət qurumunun cari norma- (qanun)yaratma fəaliyyəti 65

1. Həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri 70

2. Mümkün olan bütün e-poçt ünvanları 70

3. Dövlət qurumunun alt bölmələri və regional strukturu 80

4. Struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar 80

5. Struktur bölmələrinin dəqiq (tam) ünvanları 80

6. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər 70

7. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları 70

8. Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər 80

9. Dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər 80

10. Qaynar xətt 75

11. Çağrı Mərkəzi 70

12. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi

13. Tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri 75

14. Dövlət qurumunun cari norma- (qanun)yaratma fəaliyyəti 80

15. Bütün mümkün normativ aktların layihələri (tam mətni)

16. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv 80

50-60

1.     Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları 60

2.     Xidmətlərdən istifadə qaydaları 60

3.     Dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları 55

4.     İşə qəbulun norma və qaydaları 55

5.     Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv 55

1.Dövlət qurumunda vətəndaşların qəbul qaydaları 50

 




Dövlət qurumlarının rəsmi saytlarında bir  qayda olaraq açıqlanmayan və ya səthi açıqlanan informasiyalar aşağıdakılardır: (Cədvəl-16)

 

 

%

Açıqlanmayan və ya az açıqlanan  İnformasiyalar

12 meyar üzrə 20.3%

Açıqlanmayan və ya az açıqlanan  İnformasiyalar    17 meyar üzrə 27.11%

0

1.     Struktur bölmələrinin səlahiyyət çərçivələri -0

2.     Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası-0

3.     Bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri-0

1. Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası-0

2. Bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri-0

3. İşə qəbulla bağlı komissiyalar haqqında bilgi

5-10

1.     Qurumun büdcəsi və onun icrası haqqında məlumat 5

2.     Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya 5

3.     Dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat-10

1. Struktur bölmələrinin səlahiyyət çərçivələri 10

2. Qurumun büdcəsi və onun icrası haqqında məlumat 10

3. Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya 10

4. Xidmətlərdən istifadə qaydaları 10

15-35

1.     Boş iş yerləri haqqında elanların arxivi 20

2.     İşə qəbulla bağlı komissiyalar haqqında bilgi 25

3.     Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları 25

1. Dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat 20

2. İşə qəbulun norma və qaydaları 30

3. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar 30

4. Boş iş yerləri haqqında elanların arxivi 20

5. Dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları 20

6. Tender və yarışmaların nəticələri 35

7. Elanların arxivi 25

8. Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları 25

40-45

1.     Bütün mümkün normativ aktların layihələri (tam mətni) 40

2.     Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər 45

3.     Elanların arxivi 45

1. Dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları 40

2. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi 44

 

Monitorinqin yekunu üzrə əldə olunan ümumi nəticələr

Müsbət tendensiyalar:


1. Dövlət qurumlarının əksəriyyətində İnternet resurslarının mövcud qaydalara uyğunluğu əsasən normaldır, istifadə üçün rahatdır, informasiya açıqlığı, texniki imkanları və funksionallığı qənaətbəxşdir.

2. Dövlət qurumunun yerləşdiyi ünvanları, domen rahatlığını, dövlət qurumu ilə əks əlaqə üçün e-mail ünvanı və onlayn müraciət imkanı əsasən mövcuddur.

3. Nazirliklər üzrə elektron xidmətlərin sayı və keyfiyyəti, əksəriyyət saytlarda sahələr üzrə zəruri bilgilər və bölmələr üzrə məlumat dolğundur. 

4. Mətbuat üçün açıqlamaların tezliyi qənaətbəxşdir. Sosial şəbəkələrdə aktivliyin yüksəlməsi diqqət çəkir.


Əsas çatışmazlıqlar:


1. Bir sıra dövlət qurumlarında hələ də İnformasiya  əldə edilməsi haqqında Qanunun tələblərinə müvafiq olaraq informasiya infrastrukturu formalaşmayıb.

2. İnternet resursların əksəriyyətində elektron qaydada informasiya sorğusunun təqdim olunması üçün platforma yetərsizdir, Bəzi saytlarda ümumiyyətlə sorğu tələb etmək bölməsi yoxdur. Yalnız müraciət etmək mümkündür. Sorğuçülarda Qanunla nəzərdə tutulan informasiyalardan əlavə informasiyalar tələb olunur. Qurumlar arası fərqliliklər ciddi şəkildə sürdürülür.  

3. Qanunun tələbinə baxmayaraq informasiya məsələləri üzrə məsul şəxs və ya müvafiq bölmə yaradılmayıb və bu barədə məlumat xırda istisnalar olmaqla saytlarda mövcud deyil

4. Dövlət qurumları bir qayda olaraq büdcəsinin xərclənməsi ilə bağlı informasiyaları gizli saxlayır. O cümlədən satınalmalar, əmlakların satılması və əl dəyişməsi, satınalmalar zamanı istifadə edilən meyarlar və şərtlər əlçatan deyil. 

5. Şəxsiyyət vəsiqələrində e-imzanın  aktiv edilməməsi problem olaraq qalır. Asan imzanın alınması, istifadəsi və saxlanması üçün aylıq xərc ödəniş tələb olunması bütün elektron xidmətlərdən istisnasız istifadə imkanına xələl gətirir və istifadəçi sayının aşağı göstəricisini dəyişmir.

6. Ölkə üzrə (hətta Bakı şəhərinin xeyli hissəsi də daxil olmaqla) keyfiyyətli internet xidmətinə çatımlılıq problemi davam edir. Bu da keyfiyyətli internetə çatım imkanını məhdudlaşdırır.

7. Regionlarda və xüsusilə də kəndərdə geniş zolaqlı internet əsasən ADSL xidməti ilə köhnə mis telefon xətti üzərindən verilir. Pandemya dövründə distant təhsil almalı olan 1,7 milyon təhsil sektoru faydalananları ciddi problemlərlə qarşılaşdı və keyfiyyətli distant təhsil problemi qabarıq göründü. Hələ də bu problemi kökdən həlli istiqamətində sistemli fəaliyyət müşhidə edilmir. 



TÖVSİYƏLƏR


1. Saytların böyük əksəriyyətində axtarış sistemində açar sözlərə görə axtarış qaneedici deyil. Habelə sayt strukturunda məlumatların yerləşdirildiyi başlıqlar vahid standartda təqdim edilmir. Xüsusilə də “Google” üzərindən sadə axtarışla tapılan açıq informasiyaların saytın özündə tapılmasının mümkün olmaması və ya çox qarışıq alt başlıqlarda gizlədilməsi halları çox yayqındır. Odur ki, infrastruktur yaradılarkən və istifadə edilərkən bu problemlərin aradan qaldırılması yaxşı olar. 


2.Dövlət qurumlarında qanunvericilikdə nəzərdə tutulan informasiya infrastrukturunun formalaşdırılması, tam başa çatdırılması və təkmilləşdirilməsi vacibdir. Habelə, qanunvericilikdə nəzərdə tutulan qaydada keyfiyyətli, dolğun, dəqiq informasiyaların saytda yerləşdirilməsi idarəetmədə şəffaflığı artırar, neqativ halları aradan qaldırar. Xüsusilə də dövlət qurumlarının əksəriyyətində tenderlərin keçirilməsi ilə bağlı şəffaflıq nəzərə çarpmır.


3.Dövlət qurumundan informasiya sorğularının elektron formatda alınması üçün bütün  saytlarda ayrıca xidmət bölməsi olmalı, online müraciət formalarında ərizə və şikayətlər üçün olan bölmələrdə hökmən informasiya sorğusu üçün xüsusi bölmə olmalı, həmin bölmələrdə ictimai informasiyalar üçün şəxsiyyəti identifikasiya edən bilgilər (Şəxsiyyət vəsiqəsi və FİN nömrəsi) tələb olunmamalı,  Bu məlumatlar yalnız fərdi məlumatlar bölməsi aktiv olduqda məcburi tələb olmalıdır. Qanunla sorğuçunu identifikasiya edən bilgilərdən hər hansı birinin varlığında digər bilgilər üçün məcburi doldurma şərti tələb olunmamalıdır.


4.Dövlət qurumu ilə bağlı bir çox sənəd ziyarətçiyə təqdim olunarkən yalnız məcburi yükləmə sistemi tətbiq edilir. Əks əlaqə üçün informasiya sorğusu seçiminin olmaması, habelə, elektron müraciət zamanı əlavə şəxsi məlumatların tələb edilməsi ziyarətçi üçün əlavə çətinliklər yaradır. 


5.Açıq və keyfiyyətli informasiyaların yayılma formasında ziyarətçilər üçün əlavə texniki çətinliklər var. Skayn olunmuş və ya PDF formatda olan məlumatlardan istifadə etmək olmur. İnformasiyaların “maşın oxuyan” formatında (məs.word) olması tövsiyə olunur.

  

6.Dövlət qurumları cəmiyyət üçün zəruri informasiyaları operativ açıqlamamaqda davam edir. Bu da cəmiyyətdə dezinformasiyanı və informasiya ilə manufliyasiyanı bəsləyir. Bu istiqamətdə zəruri siyasət dəyişməli operativ məlumatlar dərhal cəmiyyətə təqdim edilməlidir. 


7. Dövlət qurumlarının informasiya açıqlığı üzərində dövlət nəzarəti qənaətbəxş deyil.  Qurumlarda korrupsiyanın önlənməsi, şəffaflığın təmin edilməsi və İnformasiya əldə etmək hüququnun təminatı baxımından üst nəzarət mexanizması və ictimai nəzarət mexanizması yetərli və işlək deyil. Bunların formalaşması üçün əməli addımlar atılmalıdır. 


8. İnformasiya sahibi olan və hesab edilən bütün qurumların həm fəaliyyət hesabatları həm də illik maliyyə hesabatları əlçatan olmalı, o cümlədən Hesablama Palatasının qurumlarda apardığı yoxlamaların nəticələri qurumların resurslarında əlçatan şəkildə yerləşdirilməlidir. 


9. Bütün dövlət qurumları üçün vahid elektron informasiya sorğu forması tətbiq edilməli, ümumi istifadə üçün tələb olunan informasiyalar sorğulandıqda qanunda tələb olmayan şəxsi məlumatların qanunsuz toplanması praktikası ləğv edilməlidir.


10. Saytlarda olan qaynar xətlərin işləkliliyi təmin edilməli, effektiv xidmət bütün resusrslarda bərabər tələb kimi formalaşmalı, bunun standartlrı həm qurumlar, həm istifdəçilər üçün elan edilməlidir. 


11. İnformasiya Əldə etmək haqqında Qanunda müəyyən edilən problemlərin aradan qaldırılması üçün ictimaiyyət nümayəndələrinin iştirakçılığı ilə yeni qanun təklifləri hazırlanmalı, mzakirə edilməli və qəbul edilməlidir. 


Hiç yorum yok:

Yorum Gönder