In 1996 he graduated from the faculty of law of Istanbul University in Turkey and worked as a lawyer in Istanbul. In 2001 he received Master’s degree from Public Administration Institute for Turkey and the Middle East (PAITME) in Ankara and got a expert address on law and administration. He passed one year special training on the specialty of lawyer at Istanbul Bar Association of Lawyers.
21 Temmuz 2014 Pazartesi
Ələsgər Məmmədli Eynulla Fətullayevə məktub yazdı
https://modern.az/news/61183/
Ələsgər Məmmədli Eynulla Fətullayevə məktub yazdı
21 İyul 2014, 13:13
Öz Facebook səhifəsində media üzrə ekspert Ələsgər Məmmdli jurnalist Eynulla Fətullayevə məktub yazıb.
Modern.az məktubu olduğu kimi təqdim edir.
"Jurnalistin nəyi necə yazacağı onun peşəkarlığına, etik dəyərlərə və hüquqa olan münasibətinə, vicdanına, cəmiyyətə hörmət edib- etməməsinə bağlıdır. Nəticə etibarı ilə fakta söykənməyən xəyal məhsulunu "fakt" kimi cəmiyyətə sırımağa cəhd edən "jurnalist`özünü cəmiyyətin gözündə bir az da aşağı sala bilər. Jurnalist sayılan şəxs əgər bu yolu seçibsə, bu onun özünün biləcəyi bir işdir və bunun adı jurnalistika olmur.
Lakin bu o şəxsin seçdiyi həyat yolu ilə bağlıdır və məni çox ilgiləndirmir. Lakin mövzu başqalarını qiymətləndirməyə, cəmiyyətə təqdim etməyə gəldikdə tək yuxarıda sayılan prinsiplər, vicdan, jurnalist etikası yetməz, gərək hüquqa uyğun davranıb, sadəcə mövcud, sübut edə biləcəyiniz faktlardan yazasınız. Bu gün sizin paylaşdığınız, lakin daha çox sübyektiv xəyal məhsulu kimi xarakterizə olunan yazınızda məni qiymətləndirərkən, ciddi bir böhtana yol vermisiz. "юрист Алескер Мамедли, оппозиционно мыслящий деятель, часто выступающий с критикой в адрес азербайджанского правительства. Также имеются неопровержимые факты о его связях с опальной нурсистской группировкой."
Mənim zaman-zaman hüquqi məsələlərdə qanunların tətbiqində və qanunvericiliyin Konstitusiyaya və Avropa Konvensiyasına uyğunluğu məsələsində müxtəlif hüquq pozuntuları,yanlış icraatları tənqid etdiyim doğrudur. Bu tənqid sizin jurnalist kimi həbs olunduğunuz zaman da olub, bu gün də ola bilir. Açıqlamalarım, hüquqşünas olaraq doğru gördüyüm məsələdə Konstitusiyanın mənə verdiyi ifadə azadlığı çərçivəsində fikrimi açıqlamaqdır və bundan çəkinmirəm. Obyektiv insan olmaq qürurverici bir davranışdır, utanılacaq davranış deyil. Mən hüquqi aspektdən hadisələri, qanunları, icraatı qiymətləndirərəkən, tənqidi məqamları göstərməyim heç kimi sizin qədər narahat etdiyini eşitməmiş, buna görə bir narahatçılıq ifadə edən görməmişəm. Amma sizin ikinci və heç bir əsası olmayan iddianız "Hansısa bədnam nurçu qrupla əlaqə"də məni göstərməyiniz ağ yalandır və tamamilə sizə məxsus böhtandır. Bunu görmək üçün mənim Türkiyə yorumlarımı izləməniz yetərli olardı. Youtube`da onlarla video reportajda bunu görə bilərsiniz.
Ayrıca, bilirsiniz ki, böhtana görə Azərbaycan Qanunvericiliyndə həbs nəzərdə tutulur və Siz artıq bu maddə ilə bir dəfə təqsirli bilinib, həbs olunmusunuz. Odur ki həmin abzası dərhal silməniz sizi məsuliyyətdən qurtara bilər. Qaldı ki, sizin digər iddialarınız, onların da əslində gerçəklə əlaqəsi olmadığını, xüsusilə bizim fəaliyyətimizlə bağlı iddiaların əsassız olduğunu məmnumiyyətlə sizinlə müzakirə edib, sənədlərlə, fəaliyyətlərlə sizə sübut etməyə hazıram. Yetər ki, siz səmimi olaraq bunu istəyin. İnsan gərək aldığı, birəni yandırma əmrini icra edirkən bütün yorğanı yandırmasın. Həmin yorğan bir gün onun özünü də isitmək üçün lazım olacaq.
Sayğılarımla, Ələsgər Məmmədli”
Modern.az
P.S. Eynulla Fətullayev yazı ilə tanış olduqdan sonra Ələsgər Məmmədliyə cavab verəcəyini deyib.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder